Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə5/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   2   3   4   5   6   7   8   9   ...   166

CÜMHURİYYƏT QURUCULARI

14

həsr edilmiş əsas məruzəni M.Ə.Rəsulzadə etdi. Məruzənin əsasında federativ 



demokratik respublika ideyası dayanırdı. Məruzəçi Rusiyadakı milli qruplara azad 

özünütəyinetmə hüquqlarının verilməsini tələb edirdi. M.Ə.Rəsulzadə bildirirdi 

ki, bu qayda ilə Rusiyanın ayrı-ayrı xalqları sonradan milli-ərazi muxtariyyəti prin-

sipləri əsasında İttifaq dövləti yarada bilərlər.



1917-ci ilin mayın 1-dən 11-dək Moskvada keçirilən Ümumrusiya 

Müsəlmanları Qurultayı milli mədəni inkişafın formalaşmasında mühüm rol 

oynadı. Qurultayda M.Ə.Rəsulzadənin “Ərazi Muxtariyyəti” ideyası ilə çıxışı bö-

yük maraqla qarşılandı. M.Ə.Rəsulzadə çıxışında deyirdi: “Rusiyanın idarə forması 

demokratik respublika olmalıdır. Yer kürəsinin altıda birini tutan, Kamçatkadan 

Qara dənizə qədər və Arxangelskdən İranla sərhədə qədər uzanan, 170 mil-

yon əhalisi olan çoxmillətli bir dövlət bir mərkəzdən idarə oluna bilməz. Ona 

görə də Rusiya dövlətinin idarə forması federasiya olmalıdır”. Onun irəli sürdüyü 

məhəlli muxtariyyət ideyası qurultayda 271 səsə qarşı 446 səslə qəbul edildi

7

.

Qeyd edək ki, 1917-ci ilin aprelində Qafqaz Müsəlmanlarının Qurultayında M.Ə.Rə-



sulzadə ilə N. Yusifbəyli hər iki təşkilatın (Müsavatla Türk Ədəmi Mərkəziyyətin) birləş-

dirilməsi qərarına gəlmişdilər. Əlavə edək ki, Qafqaz Müsəlmanları Qurultayına qədər 

də M.Ə.Rəsulzadə ilə N.Yusifbəylinin yaxın münasibətləri vardı. N.Yusifbəyli “Açıq söz” 

qəzetinə tez-tez gəlib gedərdi və bu iki şəxsiyyətin yaxınlığı, Azərbaycan istiqlalına 

eyni mövqedən yanaşmağı xalqımızın sonrakı taleyində mühüm rol oynadı.

1917-ci ilin iyun ayının 17-də M.Ə.Rəsulzadənin lideri olduğu Müsavatla N.

Yusifbəylinin başçılıq etdiyi Türk Ədəmi Mərkəziyyət Partiyasının Birləşmə qu-

rultayı keçirildi.

Bu hadisədən sonra Müsavat Partiyasının Bakıda ilk qurultayı keçirildi. 

Qurultay 1917-ci ilin oktyabrın 26-dan 31-dək davam etdi. 1917-ci ilin iyununda 

Müsəlman Demokratik Partiyası – Müsavatla Türk Ədəmi Mərkəziyyətin birləş-

mə qurultayından sonra bu, keçirilən ilk rəsmi toplantı idi. Qurultayda Türk Ədə-

mi Mərkəziyyət Firqəsi Müsavat öz proqramını elan etməli idi. Müsavat Partiyası-

nın ilk bitkin sənədi məhz həmin proqram olmalı idi

8

.

Qurultay partiyanın 76 maddədən ibarət proqramını qəbul etdi. Müsavatın 



proqramında dövlət və muxtariyyət təşkilatı məsələsi dəqiq izah edilərək belə 

qoyulmuşdur: “Rusiya dövlətinin şəkli-idarəsi milli-məhəlli muxtariyyət əsası 

üzərinə qurulan qoşma xalq cümhuriyyətindən ibarət olmalıdır”

9

.



7

 Həsənov C. Azərbaycan Beynəlxalq münasibətlər sistemində. B., 1993, s. 33.

8

 Azərbaycan Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, f. 276, s.7, i. 168, v.1



9

 Azərbaycan Respublikası Dövlət Arxivi, f.894, s.10, i. 39, v.2




MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ 

15

Qeyd olunmalıdır ki, beş yüzə qədər adamın iştirak etdiyi Müsavat Partiyası-



nın birinci qurultayında M.Ə. Rəsulzadə Mərkəzi Komitənin sədri seçildi.

1917-ci ilin sonlarına doğru Azərbaycanın siyasi həyatında böyük yüksəliş 

dövrü idi. Artıq milli hərəkatda üç cərəyan seçilirdi: milli demokratlar, sosialistlər 

və islamçılar. Xüsusi olaraq fərqlənən milli demokratlar Azərbaycanın inkişafını 

milli dövlətçilikdə görürdülər.

1918-ci ilin fevralından, Zaqafqaziya Seyminin fəaliyyətə başlamasından 

sonra Azərbaycan siyasətçilərinin Zaqafqaziya istiqlalı uğrundakı mübarizəsi-

nin yeni mərhələsi başlandı. Həmin ilin fevralın 23-də Tifl isdə Zaqafqaziyanın 

qanunverici orqanı – Zaqafqaziya Seyminin açılışı oldu

10

. Seymdəki Azərbaycan 



fraksiyası 44 millət vəkilindən ibarət olub, Müsavat, İttihad, Hümmət və Müsəl-

man Sosialist blokunu təmsil edirdi. 1918-ci ilin martın 14-də keçirilən Trape-

zund Sülh Konfransında da Türkiyə nümayəndələri artıq Zaqafqaziya nümayən-

dələrindən respublikaların siyasi quruluşları haqqında qətnamə tələb edirdi.

Bundan əlavə, 1918-ci ilin mart hadisələri də Zaqafqaziya Seymindəki mü-

nasibətləri gərginləşdirdi və Azərbaycanın milli müstəqilliyi uğrundakı müba-

rizədə həlledici mərhələ sayıldı. 

Minlərlə günahsız adamın ölümünə səbəb olan ermənilərin xəyanəti, törət-

dikləri qırğın haqda məlumat 1918-ci ilin aprelin 2-də Zaqafqaziya Seyminə çat-

dırıldı. Lakin Seymin bu qırğına laqeyd münasibəti azərbaycanlı nümayəndələr-

də ciddi narazılıq doğurdu. Eyni zamanda Seymin gürcü-erməni çoxluğu Bakı 

Sovetinə ciddi təsir göstərmək istəmirdi. 

Bu hadisələrdən sonra fikir müxtəlifl iyində olan azərbaycanlılar, gürcülər və 

ermənilərin Seymdə birgə fəaliyyəti getdikcə mümkün olmur, münasibətlərdə 

inamsızlıq yaranırdı.

Qeyd edək ki, gürcülər və ermənilər Türkiyə ilə münasibətdə ciddi siyasi ziddiy-

yətdə idi. Gürcülər Batum və Acarıstanın saxlanılması cəhdində olsalar da, buna nail 

olmaq üçün Qars və Ərdəhanı güzəştə getməyi lazım bilirdilər. Türklərin isə Seym 

daxilindəki ziddiyyətlərdən məlumatları vardı. Odur ki, Zaqafqaziya hökumətinin 

Türkiyə ilə apardığı müharibə 8 gündən artıq çəkmədi. Türklər aprelin 15-də Batu-

mu tutdular, eyni zamanda Qarsı mühasirəyə aldılar

11

. Belə vəziyyətdə aprelin 19-da 



Seymə daxil olan Azərbaycan nümayəndələrinin birgə yığıncağında onlar Zaqafqa-

ziyanın müstəqilliyini tələb etdilər. Azərbaycanlı nümayəndələr bildirdilər ki, əks hal-

da onlar Azərbaycanın müstəqilliyi istiqamətində hərəkət edəcəklər.

10

 Балаев А. Азербайджанское национальное движение в 1917-1918 гг. Б., 1998. с. 65.



11

 Yenə orada, s. 90.




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə