Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə7/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   2   3   4   5   6   7   8   9   10   ...   166

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ 

19

M.Ə.Rəsulzadənin Azərbaycan Parlamentində çıxışı. Dekabr 1918-ci il.

ilə iftixar edirəm (alqışlar)... Əfəndilər, Rusiyada zühur edən böyük inqilab digər 

həqiqətlər arasında bir böyük həqiqəti dəxi elan etmişdi. Bu həqiqət millətlərin 

hürriyyət və istiqlal haqları idi...”

18

.



M.Ə.Rəsulzadənin Azərbaycan Parlamentindəki çıxışı dəfələrlə alqış-

larla qarşılandı.

Azərbaycan Parlamentində Müsavat Partiyasının bəyannaməsini də təşkilatın 

lideri M.Ə.Rəsulzadə elan etdi. Həmin tarixi bəyannamədə göstərilirdi: “Bəli, artıq 

Azərbaycan ideyası barədə firqələrimiz arasında fikir ixtilafı yoxdur. Azərbaycan 

fikri millətin şüurunda yerləşmişdir. Üçrəngli əziz bayrağımız hamımızı siyasətcə 

birləşdirir. Azərbaycan istiqlalını müdafiə etmək hamımız üçün ortaq bir proqram-

dır. Ona görə firqələr Azərbaycan ideyasını propaqanda etməklə deyil, mövcud 

faktın siyasətən, hüquqən və xaricən müdafiəsilə məşğul olmalıdırlar”

19

.

Azərbaycan Parlamentində ən güclü fraksiya Müsavatla bitərəf demokratla-



rın birləşməsi idi. Bu fraksiyanın ümumi sayı 38 nəfər idi.

Parlamentin işində M.Ə.Rəsulzadə böyük fəallıq göstərirdi. Parlament iclas-

larında M.Ə.Rəsulzadə başçılıq etdiyi Müsavat fraksiyasının fəaliyyət proqramları 

haqqında tez-tez məlumatlar verirdi. Bu məlumatlarda ümumi bir məqsəd qarşıya 

qoyulurdu – Gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmaz-

lığı, milli və siyasi hüquqların qorunub saxlanılması, Azərbaycan xalqının qonşu 

18

 Yaqublu N. Məmməd Əmin Rəsulzadə. B., 1991. s. 84



19

 Yaqublu N. Müsavat Partiyasının tarixi. B., 1997. s. 85




CÜMHURİYYƏT QURUCULARI

20

dövlətlərlə dostluq əlaqələrinin yaradılması və möhkəmləndirilməsi respublikada 



hüquqi-demokratik dövlət quruluşunun bərqərar edilməsi, geniş sosial islahatlar 

həyata keçirilməsi, ölkəni müdafiə edəcək güclü ordunun yaradılması.

1919-cu ilin mayında Azərbaycan İstiqlalının bir illiyi münasibəti ilə keçirilən 

tədbirlər, toplantılardakı çıxışlar haqqında o dövrdə nəşr edilən “Azərbaycan” qə-

zetində maraqlı məlumatlar vardır. Qəzet yazırdı: “Bir az keçəndən sonra Məcli-

si-Məbusan qarşısında M.Ə.Rəsulzadə cənabları kürsiyi-xitabətə çıxaraq xalqın 

alqışları altında bir nitq irad edərək, camaatı milli böyük bayram və bəxtiyarlıq 

ilə təbrik etdi: “Bizim düşmənlərimiz, azadlıq və istiqlaliyyətimizi gözləri götür-

məyən rəqiblərimiz deyirlər ki, Azərbaycan istiqlalını xanlar, bəylər elan etmişlər. 

Xalq onu istəmir. Budur camaat, bugünkü izdiham, bügünkü şadlıq istiqlaliyyə-

tin xanlar deyil, bəylər deyil, xalq tərəfindən elan edildiyini düşmənlərimiz artıq 

görsünlər” (xalqın alqışı altında nitqinə xitam verir). Ondan sonra başqa natiqlər 

də nitq etdilər...”

20

.



Parlamentin 1919-cu ilin avqustunda keçirilən altmış yeddinci iclasında bi-

rinci məsələ olaraq “Azərbaycan Darülfünunun (universitet – red.) təşkili haqqın-

da qanun layihəsi” müzakirə edildi. Əsas məruzəçi olan parlament katibi Mehdi 

Hacınskinin çıxışından sonra geniş müzakirələr başladı.

Kravçenkonun, Q.Qarabəylinin çıxışından sonra M.Ə.Rəsulzadə geniş məz-

munda fikirlərini parlament üzvlərinə çatdırdı.

Qeyd edək ki, parlamentdə universitet açılmasında tərəddüd mövqedə 

olan, “kimlər açacaq, necə açılacaq, kimlər oxuyacaq” deyən insanlar da vardı.

M.Ə.Rəsulzadə bu tərəddüdləri aradan qaldıran və universitet açılmasının 

millətə gərəkliyi vacib olan məzmunda çıxış edərək dedi: “Darülfünunun fayda-

larından birisi də budur ki, burada bir kərə elmi bir müəssisə vücuda gələcək. 

Bununla məmləkətin məchul qalmış bir çox xüsusiyyəti öyrəniləcəkdir. Camaat 

arasında elmə və fənnə nə qədər həvəs artacaqdır. Digər tərəfdən xaricə get-

məyə imkanı olmayan tələbələr elm və fənn hasil etmək imkanında olacaqlar. 

Vaxtilə bu darülfünun get-gedə milliləşəcək. Bununla bərabər orada türk dili 

ümumi surətdə məcburi olaraq keçiləcək və öyrədiləcəkdir”

21

.

M.Ə.Rəsulzadə 1918-1920-ci illərdəki fəaliyyətində Azərbaycanın müstə-



qilliyi uğrunda qətiyyətlə mübarizə aparırdı.

Qeyd edək ki, Azərbaycanın müstəqil dövlət olaraq beynəlxalq nüfuzunun 

artdığı bir zamanda 1920-ci ilin 27 aprel işğalı baş verdi.

20

 “Azərbaycan” qəzeti. 1 iyun 1919, №192.



21

  Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (Stenoqrafik hesabatlar). II c. B., 1998, s. 12




MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ 

21

Aprelin 27-də azərbaycanlı bolşeviklər gündüz saat 12-də Azərbaycan K(b)



P MK, RK(b)P Ölkə Komitəsinin Bakı bürosu və Mərkəzi fəhlə konfransı adından 

parlamentə 12 saatlıq ultimatum verdilər. Ultimatumu müzakirə etmək üçün yara-

dılan parlament komissiyası ilə kommunistlər arasında gedən danışıqlardan sonra 

qərara alındı ki, bu məsələ parlamentin fövqəladə iclasına çıxarılsın.

Azərbaycan Parlamentinin 1920-ci ilin 27 aprelində sonuncu 145-ci iclası 

keçirildi. 

M.Ə.Rəsulzadənin təklifi ilə iclasın açıq formada olması qərara alındı.

Axşam saat 19.30-da parlamentin fövqəladə iclasında M.Hacınski komissiya 

adından bildirdi ki, kommunistlərin ultimatumunun bütün şərtləri müsavatçıla-

rın lideri M.Ə.Rəsulzadə istisna olmaqla komissiya tərəfindən qəbul edilir.

Parlamentin son iclasında səs çoxluğunu pozan İttihadla Sosialistlərin bir-

ləşməsi idi. Çünki Müsavat parlamentdə 32 millət vəkili ilə, Müsavat mövqeli 

bitərəf qrup isə (başçısı F.Xoyski idi) 7 deputatla təmsil olunurdu. İttihad 11, Sosi-

alistlər də 11 millət vəkilinə malik idi. Əhrarın təmsilçilərinin sayı 10 millət vəkili 

idi. Belə bir vəziyyətdə M.Ə.Rəsulzadə son dəfə olaraq parlamentin iclasında 

çıxış etdi. O, dedi: “Əfəndilər, mötəcaziz bir ultimatum qarşısında qalmışıq. Bura-

da təslimdən bəhs edirlər. Fəqət əfəndilər, təslim nə demək? Kimə tərki mövqe 

edirik? Bizə deyirlər ki, hüdudunuzu keçən ordunun başında Nicati adında bir 

türk komandanı durmuşdur. Rusiyadan gələn bu mötəcaviz ordu təxmin edirlər 

ki, həyat və məmat mücadiləsində qalan Türkiyənin xilası üçün gedir. Yalandır. 

Gələn ordu rus ordusudur. Fərzən komandanı bir türk olsa da, yenə rusdur, istila 

ordusudur. Onun istədiyi 1914-cü il hüduduna qayıtmaqdır. Anadolu imdadına 

gedəcək bəhanəsilə yurdumuza girən bu işğal ordusu buradan bir daha çıxmaq 

istəməyəcəkdir. Qızıl Rusiya ilə anlaşmaq üçün hökuməti mütləq bolşeviklərə 

təslim ultimatumu qəbul etmək zillətinə qatlanmağa ehtiyac yoxdur. Bu mötə-

cavizanə ultimatumu rədd etməliyik...

22

.

Sədr M.Y.Cəfərov verilən ultimatumu səsə qoydu, üç nəfər bitərəf qalmaqla 



hakimiyyət bolşeviklərə verildi

23

.



1920-ci ilin aprelin 27-də baş verən hadisələrdən sonra M.Ə.Rəsulza-

də yaxın əqidə dostları ilə gizli fəaliyyətə başladı.

Parlamentdə hökumət təhvil verildikdən sonra M.B.Məmmədzadə ilə 

Ə.V.Yurdsevər M.Ə.Rəsulzadənin qaldığı mənzilə gedib, partiya liderindən məs-

ləhətlər aldılar. M.Ə.Rəsulzadə ilə görüşdən sonra onlar C. Cabbarlının (böyük 

22

 Yaqublu N. Məmməd Əmin Rəsulzadə. B., 1991, s. 146-147.



23

 Yaqublu N. Müsavat Partiyasının tarixi. B., 1997, s. 112-113




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə