Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə9/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   5   6   7   8   9   10   11   12   ...   166

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ 

25

şəkildə çatdırsa da, bir faydası olmamışdı. “Kommunist” qəzeti isə onu bu fəaliy-



yətinə görə kəskin tənqid etmişdi

30

.



Bu illər həm də Azərbaycan nefti uğrunda ayrı-ayrı dövlətlərin mübarizəsi 

dövrü idi. Belə ki, 1922-ci ilin aprel ayının 10-da Cenevrədə keçirilən kon fransda 

məqsəd Bakı neftinin imtiyazı idi və bu da gizli saxlanılmışdı

31



Bununla əlaqədar mühacirətdəki Azərbaycan nümayəndələri fəallıq 

göstərmiş, etiraz notaları vermişdi. Beləliklə, mühacirlər “Azərbaycan dava”sını 

bu və ya digər şəkildə davam etdirirdi.

M.Ə.Rəsulzadənin milli mücadilə tariximizdə ən böyük xidmətlərindən 

biri azərbaycanlı mühacirləri (o zaman mühacirlər iki qrupa bölünmüşdü: si-

yasi və qeyri-siyasi) birləşdirib toplamağı oldu

32

. Parisdə, Tehranda, Almaniya



İtaliya, Fransa, Xorasan, Mazandaran, Qars, Ərzurum kimi şəhərlərdə nümayən-

dələrimizin, əski mühacirlərimizin olmasına baxmayaraq İstanbulda bu işi 

M.Ə.Rəsulzadə öz üzərinə götürmüşdü.

O, Milli Mərkəz təşkil edib, müsavatçı olmayan siyasətçiləri də bir təşkilat ha-

lında birləşdirdi. Tezliklə bütün Sovetlər Birliyini həyəcana gətirən “Yeni Qafqas-

ya” jurnalını nəşr etdi

33

. Az müddət içərisində M.Ə.Rəsulzadənin “Azərbaycan 



Cümhuriyyəti, keyfiyyəti-təşəkkülü, şimdiki vəziyyəti” əsəri çap olundu. 

M.Ə.Rəsulzadə Azərbay-   



M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” 

kitabı. İstanbul, 1923-cü il.

canla da əlaqəsini kəsmə-

mişdi. 1920-ci ildə Azərbay-

candakı dostlarına göndər-

diyi bir tarixi müraciətdə 

yazırdı: “Əziz yurddaşlar! Bu 

məktub sizə kifayət qədər 

vacib bir məqamda yazılır. 

Bununla əlaqədar bildirmək 

istəyirəm ki, ölkə daxilində 

sizin qarşınızda tarixi vəzifə 

durur. Bunlar təxminən aşa-

ğıdakılardır: 1. İlk növbədə 

təşkilatın daxili nizam-inti-

zamına fikir vermək və bü-

30

 “Коммунист” газ., Б., 1920, №105.



31

 Mehdizadə M. Beynəlmiləl siyasətdə petrol. B., 1994, s. 15.

32

 Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. B., 1992, s. 175.



33

  Yaqublu N. M.Ə. Rəsulzadənin “Yeni Qafqasya” jurnalı. “Müxalifət” qəzeti, 1996, №38.




CÜMHURİYYƏT QURUCULARI

26

tün ölkə üzrə xırda özəklər yaratmaq. 2. Azərbaycanda gedən proseslərlə və 



təşkilatların vəziyyəti ilə Xarici Büronu müntəzəm şəkildə məlumatlandırmaq. 

3. Xalqın milli istiqlaliyyətinə olan ümidinin bir az da itirilməməsi üçün müxtəlif 

təbəqələr və zümrələr arasında təbliğatı gücləndirmək. 4. Yerli kommunistlər-

dən Moskva əleyhinə maksimum dərəcədə istifadə etməyə çalışmaq... Yurddaş-

lar, bu qanlı yollarla irəliləyərək, biz azadlıq yolunda şəhid olmuş yoldaşlarımızı 

bir an belə unutmadan çalışmalıyıq. Hamı bilməlidir ki, azadlığın gələcəyi gün 

uzaqda deyil. Yoldaşlıq və dostluq salamı ilə Məhəmməd Əmin Rəsulzadə”

34

.



M.Ə.Rəsulzadənin mühacirətdə olarkən Türkiyədəki fəaliyyətini iki dövrə 

bölmək mümkündür. Birinci dövr 1922-1931-ci illəri əhatə edir. İkinci dövr isə 

1948-ci ildən başlayır. Hər iki dövrdə o, böyük çətinliklərlə qarşılaşmışdır. Mü-

hacirət həyatının ağır şərtləri daxilində mübarizə aparmaq, maddi imkansızlıq, 

yurdsuzluq kimi çətinliklər içərisində yaşamaq və nəhayət kənar ölkə daxilində 

(istər Türkiyə olsun, istərsə də digər Avropa ölkələri) siyasi mücadiləyə uyğun-

laşmaq çox ağır idi. 

M.Ə.Rəsulzadə yazırdı: “Bulunduğumuz mühacirət şərtləri daxilində Azər -

baycan davası naminə birləşmək milli davanı yaşatmış və yaşadan fikir sistem və 

nümayəndələrinə hörmət etməklə olur. Bunun üçün hər türlü kiçik hesablar-

dan və hisslərdən sıyrılaraq fikrə önəm vermək lazımdır”

35

.



M.Ə.Rəsulzadənin Polşanın dövlət başçısı marşal Pilsudski ilə yazışmaları.

34

  İbrahimli X., Zeynalov R. Müsavat Partiyasının 1920-ci il 27 Aprel istilasından sonra fəaliyyəti 



tarixindən. “Müsavat” bülleteni, B., 1993, №1(5), s. 16

35

  Aküzüm F. Mehemmed Emin Resulzadeye göre çeşidli cehdleri ile Azerbaycan istiqlal mücadi-



lesi. Ankara, 1977, s. 14.


MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ 

27

Qeyd etmək lazımdır ki, Azərbaycanlı mühacirlər arasında – xüsusən İs-



tanbul (M.Ə.Rəsulzadə) və Paris qrupu (C.Hacıbəyli, Ə.Şeyxülislamov) arasın-

da da müəyyən narazılıqlar vardı və bu narazılıqlar Azərbaycan probleminin 

bir mərkəzdən idarə olunmasına maneçilik törədirdi. Bu məqsədlə gərgin-

liyi aradan qaldırmaq üçün M.Ə.Rəsulzadə 1928-ci ildə Parisə gedib orada 

Ə.M.Topçubaşov, C.Hacıbəyli və Ə.Şeyxülislamovla görüşmüş, “Bir mərkəzdən 

idarə prinsipi” razılığına gəlmişdilər.

Təsadüfi deyildi ki, 1934-cü ildə Qafqaz Konfederasiyası aktını Azərbaycan 

adından M.Ə.Rəsulzadə ilə Ə.M. Topçubaşov birgə imzalamışdı. 

M.Ə.Rəsulzadə 1934-cü ildə vəfat edən Ə. Topçubaşovun xatirəsinə “Qur-

tuluş” jurnalında bu sözləri yazmışdı: “Bir millətin siyasi tarixində mühüm və da-

vamlı bir yer tutan adam üçün “öldü” deyərlərsə, inanmayınız – Əlimərdan bəy 

ölməmişdir!”

36

.

Qeyd edək ki, bəzi mühacirlər isə bu görkəmli şəxsiyyətlər arasında narazı-



lıq yaratmağa çalışmış, “Milli dövlətin Əlimərdan bəy kimi qiymətli dövlət ada-

mımızın əlindən alınıb M.Emin bəyə verilməsinə” etirazlarını bildirmişdilər.

M.Ə.Rəsulzadə təəssüfl ə bildirirdi: “Yetər ki, biz – bizə düşmən olmayalım; yetər 

ki, hürriyyət və istiqlal eşqi ilə yanan biz məfkurəçilər xeyir ilə şəri ayırd edəlim”

37

.

Sovet hökuməti isə bütün gücü ilə mühacirətdəki qüvvələri dağıtmağa, 



parçalamağa çalışırdı. 1932-ci ilin yanvarın 17-də Azərbaycan Kommunist Parti-

yası daxildəki və xaricdəki istiqlalçılarla mübarizəyə imkan verən qərar qəbul et-

miş, mühacirləri dağıtmaq üçün bolşeviklərin xaricdəki adamlarına göndərdiyi 

bir təlimat da aşkarlanmış, Berlində çıxan “Naş vek” qəzetində nəşr olunmuşdu. 

Həmin təlimatı “İstiqlal” qəzeti də özünün 1932-ci il 5 saylı nüsxəsində çap et-

mişdi


38

.

Azərbaycan Milli Qurtuluş hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadə-



nin istiqlal tariximizdəki ən böyük xidmətlərdən biri Azərbaycanın azadlığı və 

müstəqilliyi davasını elmi və sistemli şəkildə aparan mətbuat orqanlarını yarat-

ması oldu.

M.B.Məmmədzadə yazırdı: “Çünki o, (yəni M.Ə.Rəsulzadə – N.Y.) mətbuatın 

nə kimi bir qüvvə olduğunu yüksək qiymətləndirirdi... Mətbuat aydınlaşdırma 

ilə birlikdə fikirləri və beyinləri bir ideal ətrafında birləşdirmək, tərbiyə və sövq 

etmək qüdrətinə də malikdir”

39

.



36

 “Qurtuluş” jurnalı. Berlin, 1934, №2. 

37

 Resulzade M.E. Şefibeyçilik. İstanbul, 1934, s. 7.



38

 “İstiqlal” qəzeti. Berlin, 1932, №5.

39

 Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. B., 1992, s. 177-178.




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə