Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə112/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   104   105   106   107   108   109   110   111   112

Heydor Əliyev sivasoti: TOLERANTLIQ
xalqın,  insanların  istifadəsinə  verildi,  o  cümlədən  yepiskopluq 
yaradıldı, səhv  etmirəmsə,  1998-ci  ildə o,  Bakı  və Xəzəryanı böl­
gə  vepiskopluğu  statusu  aldı.  Yeri  gəlmişkən,  bu,  yəni  Bakı  və 
Xəzəryanı  bölgə  yepiskopluğu  Sovet  hakimiyyətindən  əvvəl  də 
mövcud  idi.  1934-cü  ilədək bir çox onilliklər ərzində mövcud  ol­
muş,  amma  sonralar  bunların  hamısı  ləğv  edilmişdir.  Şükür  ki, 
bunların  hamısını  bərpa  etmək,  pravoslav  xristianlara  və  bütün 
xristianlara  bu  dini  təşkilatın  imkanlarından  bəhrələnməyə  şə­
rait  yaratmaq  mümkün  oldu.  Budur,  həmin  fəaliyyətin  nəticəsi 
göz qabağındadır və bu qədim  məbəd  bərpa edilmişdir.
Bu  baxımdan  böyük  iş  görülmüşdür.  Yepiskop  həzrətləri,  bu 
məbədin  bərpası  üçün  göstərdiyiniz  səylərə  görə  Sizə  təşəkkür 
edirəm.  Əlbəttə, bu məbədin  bərpası üçün  çox iş görmüş Rusiya 
biznesmeni,  azərbaycanlı  Aydın  Qurbanovun fəaliyyəti  də yük­
sək qiymətə layiqdir.
Bu gün o öz xidmətlərinə görə Rus Pravoslav Kilsəsinin təbrik 
məktubunu  və yüksək  mükafatını  aldı.
Azərbaycanda  qədim  dövrlərdən  müxtəlif xalqların  nümayən­
dələri yaşamış,  bir çox  xalqların  dinləri  mövcud  olmuşdur.  Azər­
baycan  və onun  xalqı  həmişə dini  dözümlülüyü  ilə fərqlənmişdir. 
Mən şadam ki, burada hamı bunu qeyd etdi və bu, həqiqətən, belə­
dir. Azərbaycanda heç vaxt dini zəmində heç bir münaqişə, heç bir 
toqquşma  olmamışdır.  Hətta  ötən  əsrin  80-ci  illərinin  axırı,  90-cı 
illərinin  əvvəllərindəki  ağır dövrdə belə,  heç bir mənfi  fakt qeydə 
alınmamışdır. Bu  gün də, müstəqil Azərbaycanda biz hər bir insa­
nın  azadlığı  üçün,  o cümlədən  dini  mənsubiyyət  azadlığı,  vicdan 
azadlığı üçün hər cür şərait yaratmışıq. Hər kəs hansı dinə mənsub- 
dursa, həmin dinə ibadət edir.  Lakin bu, Azərbaycanda  insanların 
mehriban,  qarşılıqlı  anlaşma  şəraitində  yaşamasma  mane  olmur, 
burada  milli  və  dini  mənsubiyyətlə  əlaqədar  heç  bir ayrı-seçkilik 
yoxdur.
Yeri gəlmişkən, bununla əlaqədar mən Azərbaycan ruhaniləri, 
o  cümlədən  şeyx  həzrətləri  Allahşükür  Paşazadənin,  yepiskop 
həzrətləri  Aleksandrın  və yəhudi  icması  başçısının  birgə  fəaliy­
490
Hcydar Əliyev siyasoti: TOLERANTLIQ
yətini, onların  öz aralarında  çox  mehriban  dostluq  münasibətlə­
ri,  tam  qarşılıqlı  anlaşma  yaratdıqlarını  xüsusi  qeyd  etmək  istə­
yirəm.
Azərbaycanda  dini  konfessiyalar  arasındakı  belə  qarşılıqlı 
münasibətlər,  hesab edirəm  ki, bir çox ölkələr üçün  nümunə ola 
bilər. Mən bu xeyirxah işə görə dini rəhbərlərimizə təşəkkürümü 
bildirirəm  və  inanıram  ki,  onlar bu  əməkdaşlığı  daha  da  inkişaf 
etdirəcək və genişləndirəcəklər.
Bir  sözlə,  rus  pravoslav  əhali  Azərbaycanda  özünü  normal 
hiss edir və Prezident kimi bu gün bəyan edirəm  ki, bundan son­
ra  da  Azərbaycanda  azad  yaşaya,  işləyə,  sevimli  işi  ilə  məşğul 
ola, ölkəmizin ictimai həyatında  fəal  iştirak edə bilər və mən bu­
nun  üçün  yalnız  minnətdar olaram.  Zənnimcə, bu  Baş  Kafedral 
kilsənin  açılması  pravoslav  xristianların  və  bütün  xristianların 
birləşməsinə  kömək  edəcək  və  eyni  zamanda,  Azərbaycanda 
xalqlar arasında  dostluq  münasibətlərinin  daha da  möhkəmlən­
məsinə və inkişafına  xidmət edəcəkdir.
Bununla əlaqədar mən  Rusiya  ilə bizim  mehriban  münasibət­
lərimizdən  danışmaq  istərdim.  Rusiya  ilə  Azərbaycan  arasında 
dostluq,  tərəfdaşlıq  münasibətləri  mövcuddur.  Biz  bu  münasi­
bətləri  yüksək  qiymətləndiririk,  onların  inkişafına  və  möhkəm­
lənməsinə  çalışırıq,  bütün  imkanlardan,  xüsusilə  də  iqtisadi 
əməkdaşlıqdan  istifadə  edirik.  Rusiya  Prezidenti  cənab  Putinin 
Azərbaycana  səfəri,  Azərbaycan  Prezidentinin  Rusiyaya  cavab 
səfəri,  digər çoxsaylı görüşlərimiz hər bir mərhələdə münasibət­
lərimizi təhlil etməyə və onların  inkişafı üçün  tədbirlər görməyə 
imkan yaradır.  Bu  gün də bu  Baş Kafedral  kilsənin açılışı  Rusiya 
ilə  Azərbaycan  arasında  dövlətlərarası  münasibətlərin  daha  da 
inkişaf etdirilməsi üçün bir addımdır, özü də böyük addımdır.
Mən  bu  böyük  hadisə  münasibətilə  sizin  hamınızı  bir  daha 
təbrik  edirəm,  hər  bir  pravoslav  xristianına,  Azərbaycanın  hər 
bir sakininə cansağlığı,  xoşbəxtlik, əmin-amanlıq, işində uğurlar 
arzulayıram.
491


Hı'ut.'r Olivev  'iv.ıs.ıtı: TOLERANTLIQ
Hörmətli dostlar!
Bakı  və Xəzəryanı  bölgənin yepiskopu Aleksandr həzrətləri!
Siz Azərbaycandakı  pravoslav ruhanilərə başçılıq etməklə ya­
naşı,  ölkəmizin  ictimai  həyatında  fəal  iştirak edir və xalqlarımız 
arasında  münasibətlərin  möhkəmləndirilməsi  üçün çox  işlər gö­
rürsünüz. Bununla əlaqədar, mən öz Fərmanımla Bakı və Xəzər­
yanı  bölgənin  yepiskopu  Aleksandrı  Azərbaycanın  ali mükafatı 
-  "Şöhrət"  ordeni ilə təltif etmişəm.
Fürsətdən  istifadə  edərək,  bu  təntənəli  gündə  sizin  hüzuru­
nuzda  həmin  yüksək  mükafatı  Aleksandr  həzrətlərinə  təqdim 
etmək  və  ona  cansağlığı,  xoşbəxtlik,  əmin-amanlıq  və  çox  vacib 
işində bövük  uğurlar arzulamaq istəyirəm.
492
Heydər Əliyev siyasəti: TOLERANTLIQ
RUM  PATRİARXI  I  VARFOLOM EY VƏ 
ONU  MÜŞAYİƏT  EDƏN  NÜMAYƏNDƏ 
HEYƏTİ  İLƏ GÖRÜŞ
Prezident sarayı,  17 aprel 2003-cii  il
I  Varfolomey: 
Cənab  Prezident,  Sizinlə  təkrar  görüşməyim­
dən  böyük  şərəf  duyduğumu  vurğulayıram.  İstanbulda  NTV 
telekanalının  bir  tədbirində  Sizinlə  görüşmüşdük.  Türkiyənin 
doqquzuncu  cümhur  başqanı  hörmətli  Süleyman  Dəmirəl  də 
orada  idi.  Sizə  plaket  təqdim  olundu.  Sonra  Qocaeli  Universi­
tetində  yeni  dərs  ilinin  açılışında  təkrarən  görüşdük,  hörmət­
li  Süleyman  Dəmirəlin  doğum  günü  idi.  Siz  gözəl  xeyir-dualar 
söylədiniz,  ona  Azərbaycandan  hədiyyələr  gətirmişdiniz.  Mən 
də iştirakçılar arasında  idim.
493


Heydor Əliyev siyosMi: TOLERANTLIQ
Zati-aliləri, məmləkətimizi Sizin nəqədərsevdiyinizi bilirik və 
oradan Sizə salamlar və xeyir-dualarımızı gətirmişik. Dünəndən 
bəri Azərbaycanda olmağımızdan son dərəcə məmnunuq. Bu zi­
yarətimiz, Azərbaycan ləhcəsi ilə desək,  bu səfərimiz dinlərarası 
dialoqu  daha  irəliyə aparmaq üçündür.
Bizə  göstərilən  səmimi  qəbul  və  qonaqpərvərlik  çərçivəsin­
də  bu  ziyarətimizin  amalının  gerçəkləşəcəyinə ümidvarıq. Sizin 
yüksək şəxsinizdə bütün Azərbaycan  xalqını məhəbbətlə salam­
layırıq,  uca Allahdan  məmləkətinizi, millətinizi və dəyərli  şəxsi­
nizi hər pislikdən, çətinlikdən qorumasını  niyaz edirik.
Cənab  Prezident,  son  aylarda  Amerika  Birləşmiş  Ştatlarında 
əməliyyat  keçirdiyinizdən  xəbərimiz  vardı  və  Sizə  şəfalar  dilə­
yirik. Bu yaxında qeyd edəcəyiniz doğum gününüzü  də indidən 
təbrik edirik. Allahdan Sizə uzun ömür,  cansağlığı arzulayırıq.
Heydər Əliyev:  Zati-müqəddəsləri,  əvvəlcə,  gözəl  sözlərinizə, 
bizim  keçmişdəki  görüşlərimizi  xatırladığınıza  və  çox  dəyərli  fi­
kirlərinizə  görə  təşəkkür  edirəm.  İkincisi,  Azərbaycana  xoş  gəl­
misiniz,  səfa  gətirmisiniz.  Sizin  Azərbaycana  gəlməyiniz  bizim 
xalqımız,  ölkəmiz iıçün  bir hadisədir.  Çünki  rəhbərlik etdiyiniz iş 
dünyada  yeganə  bir  işdir.  Ona  görə  də  belə  bir  şəxsiyyətin  Azər­
494
Heydər Əliyev siyasəti: TOLERANTLIQ
baycana  ziyarət etməsi,  təbiidir ki, böyük maraq  doğurur.  Mən bi­
lirdim ki, siz gələcəksiniz. Televiziya vasitəsilə gördüm, ancaq təy­
yarədən  düşən  kimi, orada  danışmağınızdan  heyran  oldum.  Mən 
sizi xatırlayıram, sizi  tanıyıram, amma türk dilində bu qədər gözəl 
danışmağınız məni  heyran etdi. Onu da  deyim  ki,  siz Azərbaycan 
dilinə yaxın  bir ləhcədə danışırsınız.  Deyə bilərəm  ki,  Azərbaycan 
ləhcəsində danışırsınız.
1 Varfolomey: 
Cənab Prezident,  İstanbulda sizin televiziyanın 
verilişlərini  izləyirəm və yüzdə doxsanını anlayıram.
Heydər Əliyev: 
Çünki  türk  dili  ilə  Azərbaycan  dili  keçmişdə 
çox yaxın  olubdur.  Son  dövrdə,  məsələn, 30-40 il  içərisində türk 
dilində müəyyən dəyişikliklər olubdur. Ona görə də Azərbaycan 
dili  ilə fərqi bir az artıbdır.
Süleyman  Dəmirəl  də  sizin  kimi  danışır,  əski  türk  dilində  da­
nışırsınız.  Əski  türk  dili  də  Azərbaycan  dilinə  daha  da  yaxındır. 
Türk dilindən savayı, bir çox başqa dilləri də bilirsiniz. Çox nadir, 
istedadlı  şəxsiyyətsiniz.  Ancaq,  əlbəttə,  kim  mənim  dilimdə,  mə­
nim  millətimin,  xalqımın  dilində danışırsa,  o  mənə daha  çox  xoş 
gəlir. Ona görə televiziya ilə gördüm, eşitdim, sizə heyran oldum.
Sizin bu səfəriniz qısadır, amma çox görüşlər keçirmisiniz, çox 
işlər  görmüsünüz.  Görürəm  ki,  burada  istirahətə  imkanınız  ol­
mayıbdır.  Ancaq  mən arzu  edərdim  ki, siz Azərbaycanda  bir az 
da  istirahət edəsiniz.
I  Varfolomey  minnətdarlıq edərək dedi ki,  cənab  Prezident,  biz  isti­
rahət iiçün gəlməmişik.  Bu təmaslarda olmaq iiçiin gəlmişik və bu qədər 
faydalı keçdiyi iiçiin Cəfərimizdən çox  məmnunuq.  İstirahət başqa vaxt 
edərəm.
Prezident Heydər Əliyev vurğuladı ki, sizin gördiiyiiniiz  işlər dün­
yada sülhiin, əmin-amanlığın,  millətlərin  bir-birinə yaxınlığının, dost­
luğunun  təmin  olunmasına  yönəldilibdir.  Azərbaycanda  tolerantlıq 
yüksək səviyyədədir.  Burada fərqli dinlər var,  amma  onların  arasında 
münasibətlər  tamamilə səmimi,  dostluq  münasibətləridir,  heç kəs fərq 
qoymur ki, bu,  Xristian dininə mənsubdur, bu,  Yəhudi dininə mənsub­
dur,  bu,  müsəlman dininə mənsubdur.
495


Hey dor Əliyev siyasəti: TOLERANTLIQ
I  Varfoiomey:  Zati-aliniz  keçən  dəfə Rus Ortodoks  kilsəsinin 
açılışına qatılmışdı.  Xalqınıza ən gözəl xidmətləri Siz edirsiniz.
Heydər Əliyev:  Bəli,  getmişdim.  Çünki o  kilsə  uzun müddət 
xarab  vəziyyətdə  idi.  Sonra  Rusiyada  yaşayan  bir  azərbaycan­
lı  biznesmen  bu  işi  üzərinə  götürdü,  onu  çox  gözəl  bərpa  etdi. 
Mənə dedilər ki,  açılış  var,  dəvət etdilər. Amma  dəvət etməsəy­
dilər  də,  gedəcəkdim.  Çünki  bu  bizim  üçün  böyük  hadisədir. 
Orada  həddindən  çox  adam  vardı,  içəri  adamla  dolu  idi.  Yaxşı 
ki, ekranlar qoymuşdular, içəridəki mərasimi eşikdə görürdülər.
1  Varfoiomey:  Cənab  Prezident,  dünən  həmin  kilsəyə  gedib 
dua etdik.  Bakıda  Müqəddəs Varfolomeyin  şəhid  olduğu yerdə, 
Qız qalasının yanında yeni bir ortodoks kilsəsi inşa edəcəyik. Biz 
buna çox sevindik. İnşallah, ən qısa zamanda bu  iş həqiqətə çev­
riləcəkdir.  Mən Müqəddəs Varfolomeyin ismini  daşıyıram.
Heydər Əliyev:  Bir halda  ki,  onun  ismini  daşıyırsınız,  onda  o 
kilsəni açanda siz də gəlməlisiniz.
I  Varfoiomey:  Təşəkkür edirəm.  Biz  zati-alinizi  yormaq  istə­
mirik.  Nə qədər  məşğul  olduğunuzu  bilirik.  Son  olaraq,  növbə­
ti  prezident seçkilərində yenə  uğurlar  qazanmağınızı  diləyir və 
bunu  istəyirik.
Heydər  Əliyev:  Siz  burada  qısa  bir  zamanda  çox  məsələləri 
dediniz. Birincisi, bizim görüşlərimizi, ikincisi, bizim münasibət­
lərimizi,  üçüncüsü,  bizim  ölkəmiz barədə,  dördüncü,  mənim  80 
yaşımın  tamam  olmasını.
Sizinlə danışmaq çox şirindir.  Əgər mən qəbul etdiyim adam­
larla  belə  şirin  danışıqlar  aparsaydım,  çox  yaxşı  olardı.  Bəzən 
mübahisə edirsən, sual  verirsən, sual alırsan. Amma  indi burada 
ləzzətli söhbət edirik.
Mən  bir  daha  təşəkkürümü  bildirirəm,  hər  şeyin  Azərbay­
can  xalqının  ürəyincə  olmasını,  uca  Allahdan  ölkənizin  sülh  və 
əmin-amanlıq içində yaşamasını diləyirəm.
496
Heydor Əliyev siyasəti: TOLERANTLIQ
AZƏRBAYCANIN  PRAVOSLAV XRİSTİANLARINA
Hörmətli  həmvətənlər!
Sizi xristianların müqəddəs Pasxa bayramı münasibətilə səmi­
mi qəlbdən  təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik və bayram 
əhval-ruhiyyəsi arzulayıram.
İnsanları  sülhə,  əmin-amanlığa  çağıran  və  mərhəmət  duy­
ğusu  oyadan  bütün dini bayramlar kimi,  bu  bayram  da  əsrlərlə 
xristian  aləminə  mənsub  olan  insanlar  arasında  səmimiyyət  və 
mehribanlığı  artırmış,  dostluq,  qardaşlıq  və  həmrəylik  rəmzinə 
çevrilmişdir.  Bütün  xristianların  böyük  sevinclə  qarşıladıqları 
Pasxa  bayramı  onlara  yüksək bəşəri-mənəvi  dəyərlərdən  fayda­
lanmaq imkanı  verir.
Azərbaycanın  dövlət  müstəqilliyinin  bərpasından  sonra  bu 
dini  mərasimin  pravoslav  vətəndaşlarımız  tərəfindən  geniş  şə­
kildə qeyd edilməsi ölkəmizdə dilindən,  dinindən və etnik mən­
subiyyətindən  asılı  olmayaraq,  uzun  əsrlər boyu  bir yerdə yaşa­
yan  xalqlar  arasındakı  dini  dözümlülüyün  parlaq  təzahürüdür. 
Ölkəmizin  pravoslav  xristianlarının  hazırda  Pasxa  bayramını 
təntənə  ilə  qeyd  etmələri  Azərbaycan  Respublikasında  bu  gün 
də hökm  sürən  tolerantlıqdan və konfessiyaların azad  fəaliyyəti 
üçün yaradılmış  imkanlardan  bəhrələnməyin  gözəl ifadəsi sayı­
la bilər.
Builki  Pasxa  ərəfəsindəki  Bakıda  Baş Kafedral  kilsənin  bərpa 
edilib  istifadəyə  verilməsi  Azərbaycan  pravoslav  xristianlarının 
həyatında  əlamətdar  hadisə  olmuşdur.  Pravoslav  əhalinin  dini 
ayinlərini icra etdiyi bu məbədin keçən əsrin əvvəlində azərbay­
canlı xeyriyyəçinin vəsaiti ilə tikilməsi və təxminən bir əsr sonra 
digər  azərbaycanlı  xeyriyyəçinin  hesabına  bərpa  edilməsi  ölkə­
mizdə dinlərarası  dostluq  və əməkdaşlıq  münasibətlərini  səciy­
yələndirən əyani misaldır.
497


Ho_\'dor Əliyev siyasəti: TOLERANTLIQ
Ümidvar  olduğumu  bildirirəm  ki,  müstəqil  Azərbaycanımı­
zın  daha  güclü  olması  naminə  ölkəmizin  qarşısında  dayanan 
ümdə  vəzifələrin  həllində,  cəmiyyətimizdə  vətəndaş  həmrəyli­
yinin  tam  bərqərar olması  işində  siz -  xristian  həmvətənlərimiz 
bundan sonra  da öz bacarıq və səylərinizi əsirgəməyəcəksiniz.
Bayramınız mübarək olsun!
Heydər Əliyev, 
Azərbaycan  Respublikasının  Prezidenti 
Bakı şahəri,  26 aprel 2003-cü il
498
Heydər Əliyev siyasoti: TOLERANTLIQ
QAFQAZ MÜSƏLMANLARININ XI  QURULTAYINA
Hörmətli qurultay nümayəndələri!
Sizi -  Qafqaz Müsəlmanlarının Bakı şəhərində keçirilən XI qu­
rultayının  nümayəndələrini  səmimi-qəlbdən  salamlayır,  qurul­
tayınızın  işinə uğurlar arzulayıram.
Qafqaz qədim  zamanlardan  burada  məskunlaşmış insanların 
formalaşdırdığı ədət-ənənələrin, mənəvi dəyərlərin zənginliyinə 
görə  dünyanın  nadir  bölgələrindən  biridir.  Qafqaz  xalqlarının 
tarix  boyu  bəşər  mədəniyyətinə  verdiyi  töfhlələr  olduqca  san­
ballı  və  qiymətli  olmuşdur.  İslamın  Qafqazda  yayılması  ilə  re­
gion  xalqlarının  tarixində  yeni bir dövr başlamış,  müqəddəs ki­
tabımız Qurani-Kərimin  ilahi  hökmləri  insanların  həyat  tərzinə, 
milli-mədəni  dəyərlərinin  əsasını  təşkil  etmişdir.  Bu  dövrdən 
başlayaraq İslam sivilizasiyası Qafqaz xalqlarının sosial-iqtisadi, 
ictimai,  elmi  və  mədəni  inkişafına  güclü  təkan  vermiş  və  regi­
onun  dahi  şəxsiyyətləri  də  həmin  sivilizasiyanın  zənginləşməsi 
yolunda böyük xidmətlər göstərmişlər.
İslam  dini  sülh,  qardaşlıq  və  əməkdaşlıq  dinidir.  2001-ci  il 
sentyabarın  11-də  Amerika  Birləşmiş  Ştatlarında  törədilmiş  fa­
ciəli hadisələr bütün sülhsevər qüvvələr kimi, müsəlman din xa­
dimləri  tərəfindən  də  birmənalı  şəkildə  pislənildi,  eyni  zaman­
da,  terrorizmə  din  donu  geyindirmək  cəhdləri  qətiyyətlə  rədd 
edildi.  Həqiqətən  də,  mərhəmət  və  şəfqət  prinsiplərinə  əsasla­
nan İslam  dini hər hansı  zorakılıq və  terror halları  ilə əlaqəsi ola 
bilməz.
Başqa dinlərlə dözümlülük, dinc yanaşı və anlaşma şəraitində 
yaşamaq  İslam  dininin nəcib xüsusiyyətlərindən  biridir.  Bu,  ta­
rix boyu Qafqazda da, Azərbaycanda da həmişə öz əməli ifadəsi­
ni  tapmışdır.  Biz iftixar hissi  ilə deyə bilərik ki, bölgəmizdə dini 
zəmində  heç  vaxtı  qarşıdırma  halları  olmamışdır.  Belə  bir  hal 
Qafqaz  müsəlmanlarının  həmişə  sülh  və  əmin-amanlığa  dəvət 
edən  İslami  dəyərlərə  sadiq  olduğunu  əyani  şəkildə  nümayiş 
etdirir.  Bölgəmizdə  bəzi  siyasi  qüvvələrin  qərəzli  şəkildə  törət­
dikləri  münaqişələrin,  o  cümlədən  Qarabağ  münaqişəsinin  heç
499


bir dini  və ya etnik səbəbi  yoxdur. Bu, ölkəmizin müstəqilliyinə, 
suverenliyinə  və  ərazi  bütövlüyünə  qənim  kəsilmiş qüvvələrin 
apardıqları  separatçılıq  siyasətinin  nəticəsidir.  Bölgədə  dini  dö­
zümlülüyün  bərqərar  edilməsi,  münaqişələrin  aradan  qaldırıl­
ması  yolunda  Qafqaz  Müsəlmanları  İdarəsinin,  müsəlman  din 
xadimlərinin  göstərdikləri  səylər  sabitliyin  və  əmin-amanlığın 
bərqərar  edilməsi  baxımından  təqdirəlayiqdir.  Azərbaycan  öz 
müstəqilliyinin bərpa etdikdən sonra  demokratik, hüquqi,  dün­
yəvi  dövlət qurmaq  yolunu  tutmuşdur və bu  yolla  da  irəliləyir. 
Azərbaycan  dövləti  öz  vətəndaşları  üçün  Konstitusiyada  təsbit 
olunmuş  bütün  azadlıqların,  o  cümlədən  vicdan  azadlığının 
təmin  edilməsinin  öz  siyasətinin  əsas  tərkib  hissəsi  hesab  edir. 
Azərbaycanda  formalaşmış  dövlətin  münasibətləri  beynəlxalq 
aləmdə bu  sahədə  səmərəli  və əlverişli  model  kimi  qəbul  edilir. 
Azərbaycan  vətəndaşlarına  islamın  gözəl  mənəvi  dəyərlərinin 
aşılanması,  onların  bu  zəmində  tərbiyələndirilməsi  cəmiyyətdə 
sağlam  mənəviyyatın hökm sürməsi  işinə öz güclü  müsbət təsi­
rini göstərir. Azərbaycan dövləti müsəlman din xadimlərinin bu 
sahədə apardıqları  işi yüksək qiymətləndirir.
Hörmətli qurultay nümayəndələri!
Qafqaz Müsəlmanlarının XI qurultayını üçüncü minillikdə keçi­
rilən ilk qurultaydır. Yeni əsr cəmiyyətin bütün  təbəqələri, o cüm­
lədən din xadimləri qarşısında yeni vəzifələrə, yeni tələblər qoyur. 
Əminəm  ki,  siz  bu  qurultayda  Qafqaz  müsəlmanlarının  gələcək 
fəaliyyətinin  həmin  vəzifələrə  uyğun  qurulması,  Ümumqafqaz 
məsələlərinin  həll  edilməsi,  İslam  dini  dəyərlərinin  təbliğ  olun­
ması üçün daha siz əməkdaşlıq məsələlərinin müzakirə edəcək və 
müvafiq qərarlar qəbul edəcəksiniz.
Yüksək amallara xidmət edən nəcib fəaliyyətinizdə sizə böyük 
uğurlar diləyir,  hər birinizə cansağlığı  və səadət arzulayıram.
Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şahari,  29 iyul 2003-cü il
Heydər Əliyev siyasəti: TOLERANTLIQ 
___   _____   ___________________________
500
Heydor Əliyev siyasoti: TOLERANTLIQ
AZƏRBAYCANIN YƏHUDİ  İCMASINA
Əziz həmvətənlər!
Sizi  -   respublikamızın  yəhudi  əhalisini  Yeni  il  bayramınız -  
Roş-Ha-Şana -  münasibətilə ürəkdən  təbrik edir,  hamınıza  can­
sağlığı  və səadət arzulayıram.
Əsrlərdən  bəri  ölkəmizdə  məskunlaşıb  yaşayan  yəhudilər 
heç  zaman Azərbaycanda  təqiblərə  və  ayrı-seçkiliyə  məruz  qal­
mamış,  milli-mədəni  özünəməxsusluğunu  qoruyub  saxlayaraq, 
respublikamızın  ictimai-siyasi  və elmi-mədəni  həyatında  yaxın­
dan  iştirak  etmişlər.  Azərbaycan  milli  müstəqillik  qazandıqdan 
sonra  respublikamızda  yaşayan  digər  xalqların  nümayəndələri 
kimi,  yəhudilər  də  demokratik  dövlət  quruculuğu  prosesində 
fəal vətəndaşlıq mövqeyi nümayiş etdirir, ölkəmizin tərəqqisi və 
inkişafı üçün əllərindən gələni əsirgəmirlər.
Əziz həmvətənlər!
Hər il Azərbaycanda təntənə ilə qeyd olunan Roş-Ha-Şana ye­
nilik,  tövbə,  mənəvi saflıq bayramıdır.
Qoy  bu  bayram  hamınızın  həyatına  xoş  ovqat,  ailələrinizə 
xoşbəxtlik və sevinc gətirsin.
Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şahari,  26 sentyabr 2003-cii il
501


Heydər Əliyev siyasəti: TOLERANTLIQ
VATİKAN  DÖVLƏTİNİN  BAŞÇISI  PAPA 
II  İOHANN  PAVEL HƏZRƏTLƏRİNƏ
Möhtərəm  Papa həzrətləri!
Vatikan  dövlətinin  milli  bayramı  -   Müqəddəs  taxta  əyləşmə 
günü münasibətilə Sizi və bütün katolikləri səmimi-qəlbdən təb­
rik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasındakı  dostluq və əməkdaşlıq 
münasibətləri, səmimi dialoq xalqımızın iradəsinə uyğun olaraq 
bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.
Sizə  möhkəm  cansağlığı,  humanizm  idealları  naminə  nəcib 
fəaliyyətinizdə  uğurlar,  dost Vatikan  xalqına  xoşbəxtlik  və  fira­
vanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhgri,  21 oktyabr 2003-cii  il
502
Kitab "AzərTAc'ün materialları 
əsasında hazırlanmışdır
« E l m   v ə   t ə h s i l »   n ə ş r i y y a t ı n ı n   d i r e k t o r u : 
p r o f e s s o r   N a d i r   M Ə M M Ə D L İ
K i t a b ı   ç a p a   h a z ı r l a y a n l a r : 
N a h i d   M Ə M M Ə D O V  
C a h a n d a r   Ə L İ F Z A D Ə
T e x n i k i   r e d a k t o r : 
O q t a y  O R U C O V


Y ı ğ ı l m a ğ a   v e r i l m i ş d i r :  1 9 . 0 2 .2 0 1 4  
Ç a p a   i m z a l a n m ı ş d ı r :   2 6 . 1 2 .2 0 1 4  
Ş ə r t i   ç a p   v ə r ə q i  3 1 . 5 .   S i f a r i ş   №   2 2 5  
K a ğ ı z   f o r m a t ı   7 0 x 1 0 0 1 /

Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə