Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Hcyd.tr Əliyev siy.ts.tti: TOLERANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə3/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   2   3   4   5   6   7   8   9   ...   112

Hcyd.tr Əliyev siy.ts.tti: TOLERANTLIQ
Azorbaycamn yahudi icmasına <5 sentyabr 2002-ci il).................................... 469
"Demokratik camiyyatdə dinin və aqidenin rolu: terrorizmə və 
ekstremizmə qarşı mübarizə yolianmn araşdırılması"  mövzusunda
Beynəlxalq Konfransda nitq (10 oktyabr 2002-ci i l ) ........................................... 470
Vatikan dövlətinin başçısı Papa II İohann
Pavel Həzrətlərinə (12 oktyabr 2002-ci i l ) ............................................................ 479
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına
təbrik 14 dekabr 2002-ci i l ) ............................................................................. i........480
Ramazan bayramı münasibətilə müsəlman ölkələrinin
ölkəmizdəki sətirləri ilə görüş (4 dekabr 2002-ci il)  ......................................... 481
Azərbaycanın pravoslav icmasına (4 yanvar 2003-cii il)................................ 485
Qurban bayramı münasibətilə Azərbaycan xalqına
təbrik (10 fevral 2003-cii il)..................................................................................... 487
Bakıda  Rus Pravoslav Kilsəsinin yenidən tikilmiş Baş Kafedral
kilsəsinin açılış mərasimində nitq (24 mart 2003-cii il)  ..................................488
Rum Patriarxı I Varfolomey və onu  müşayiət edən nümayəndə
heyəti  ilə görüş П 7 aprel 2003-cii i l ) ....................................................................
493
Azərbaycanın pravoslav xristianlarına f26 aprel 2003-cü il).......................... 497
Qafqaz Müsəlmanlarının XI Qurultayına (29 iyul 2003-ci il)........................499
Azərbaycanın yəhudi icmasına (26 sentyabr 2003-ci il)...................................501
Vatikan dövlətinin başçısı Papa II İohann Pavel
Həzrətlərinə 121 oktyabr 2003-ci i l ) .......................................................................502
12
Heydər Əliyev siyasəti: TOLERANTLIQ
ÖN  SÖZ
Müasir Azərbaycanda  mükəmməl  dövlət-din  münasibətləri 
sisteminin formalaşması və tətbiqi müstəqil dövlətimizin mema­
rı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. 
Bu sahədə Ulu Öndərimizin zəngin irsinin öyrənilməsi və təbliği 
təkcə tarix  və müasir dövr baxımından  deyil,  həm də gələcəkdə 
proseslərin  istiqamətini  düzgün  müəyyənləşdirmək  və  yönlən- 
dirmək nöqteyi-nəzərindən xüsusi əhəmiyyət kəsb edir.  Belə ki, 
XXI  əsrin  ilk  illərindən  dünyada  baş  verən  proseslər,  xüsusilə 
dini zəmində terrorun,  radikallığın və ekstremizmin güclənməsi 
yeni yaranmış  müstəqil  dövlətlərin  din  sahəsində  ardıcıl,  effek­
tiv və daha həssas siyasət həyata keçirmələrini zərurətə çevirib.
Hazırkı  dünyamızda  beynəlxalq  münasibətlər sistemindəki 
mövcud  vəziyyət,  o cümlədən  Yaxın  Şərqdə  cərəyan edən qanlı 
hadisələr bir  daha  sübut  edir  ki,  dinə  yalnız  inanc,  mənəviyyat 
və  hüquq  məsələsi  kimi  deyil,  həm  də  dövlətin  və  cəmiyyətin 
təhlükəsizliyi  və  sabitliyi  prizmasından  yanaşmaq  lazımdır.  Bu 
mənada  Heydər Əliyevin  dövlət-din  münasibətləri,  milli-mənə­
vi, o cümlədən dini dəyərlərin qorunması və təbliği, eləcə də ta­
rixi-dini  abidələrin bərpası, tolerantlığın  və dinlərarası  dialoqun 
təşviq edilməsi sahəsində zəngin  irsinin öyrənilməsi  və düzgün 
təbliği  Azərbaycanla  yanaşı,  digər  ölkələr  üçün  də  faydalı  ola 
bilər.
Bununla  yanaşı,  dünyəvi  dövlətdə  dinin  yeri,  eləcə  də  qlo­
ballaşma  prosesinin  getdikcə  dərinləşdiyi  hazırkı  dövrdə  milli 
adət-ənənələrin  yaşadılması  və  mənəvi  irsin  mühafizəsi  çağdaş 
dünyanın  ən  aktual  məsələlərindən  biri  hesab  olunmaqdadır. 
Zaman  keçdikcə  sürətlənən  qloballaşma  prosesi  sanki  xalqların 
milli  xüsusiyyətlərini  və  özünəməxsusluğunu  əridərək  ümumi 
dəyərlərə  sahib  vahid  dünya  cəmiyyəti  formalaşdırır.  Təbii  ki,
13


Heydər Əliyev siyawti: TOLERANTLIQ
bu,  təkcə  xalqların  deyil,  milli  dövlətlərin  də  gələcəyi  ilə  bağlı 
ciddi  suallar  doğurur.  Azərbaycan  xalqı  üçün  bu  sualların  ca­
vabları  Heydər Əliyevin  zəngin elmi-nəzəri  və əməli  irsində ax­
tarılmalıdır.
Bu  gün  Azərbaycanın  sürətli  inkişafını,  uğurlu  xarici  və 
daxili  siyasətini,  o cümlədən  dövlət-din  münasibətlərinin  effek­
tiv  tənzimlənməsini  şərtləndirən  başlıca  iki  amil  mövcuddur. 
Birincisi,  Heydər  Əliyevin  əsasını  qoyduğu  sağlam  bünövrə, 
ikincisi,  həmin  sağlam  bünövrə  üzərində  Ümummilli  Liderimi­
zin layiqli siyasi varisi Prezident İlham Əliyevin qurduğu uğurlu 
strategiya.  Buna  görə  də,  Azərbaycanın  bütün  sahələrdə  həyata 
keçirdiyi  siyasətin  mahiyyətini,  istiqamətini  və  perspektivlərini 
tam  və dəqiq öyrənmək  üçün  respublikanın  son  20  illik  tarixinə 
bütöv  nəzər yetirmək  olduqca  zəruri  və  vacibdir.  Bu  baxımdan 
dövlət-din  münasibətləri,  milli-mənəvi  dəyərlərin  qorunması 
və  təbliği,  eləcə  də  tolerantlıq  və  dinlərarası  dialoq  sahəsində 
Ümummilli  Lider  Heydər  Əliyevin  fəaliyyəti,  fərman  və  sərən­
camları,  çıxış  və  nitqləri,  görüş  və  qəbulları  barədə  məlumatla­
rın tarixi-xronoloji ardıcıllıqla toplanmasına ciddi ehtiyac var idi. 
Əslində bu materialların,  demək olar ki,  hamısı dövrü  mətbuat­
da  və müxtəlif nəşrlərdə dərc olunub,  lakin onların bir mənbədə 
işıq  üzü görməsi  ilk dəfədir.
Oxucuların  ixtiyarına  verilən  kitabda  Ümummilli  Liderimiz 
Heydər  Əliyevin  1993-2003-cü  illərdə  dövlət-din  münasibətləri, 
milli-mənəvi  dəyərlərin  qorunması,  tolerantlıq  və  multikultura- 
lizm ideyalarını özündə əks etdirən dəyərli  çıxışları, nitqləri, gö­
rüşləri, təbrikləri  və s.  təqdim olunur.
Llu  Öndərin  həyata  keçirdiyi  siyasətdə  tolerantlıq  hər  za­
man diqqət mərkəzində olub.  Həyat göstərir ki, tolerantlıq Azər­
baycan  xalqı  üçün  hüquqi  bir  mexanizm  deyil,  o, eyni  zamanda 
mənəvi  borcdur.  Məhz  bu  siyasət Ulu  Öndərin  xalqların  yaxın­
laşması,  dini  dözümlülük  ənənələrinin  qorunub saxlanılmasına 
çox böyük töhvə  vermişdir.
14
Bütün konfessiyalara eyni səviyyədə münasibət, onların iba- 
dətgahlarmı  fərq  qoymadan  ziyarət  etmək,  müxtəlif dinlərin  və 
xalqların  nümayəndələri  ilə  görüşlər  Heydər Əliyevin  tolerant­
lığa  verdiyi  önəmi  bir  daha  göstərir.  Azərbaycanda  bütün  dini 
mərasimlər  zamanı  müxtəlif  konfessiyaların  nümayəndələrini 
bir arada görmək ənənəsi də Heydər Əliyevin zamanında qoyul­
muşdur.
Heydər  Əliyev  cəmiyyətimizdəki  tolerantlıq  və  humanizm 
mühitinə görə  xalqımızın yaddaşına  borclu  olduğumuzu  deyir­
di. O,  Azərbaycan xalqına  xas olan insanpərvərlik və tolerantlıq 
kimi  yüksək  mənəvi  keyfiyyətləri  əsas gətirərək  ölkəmizdə mil­
li-irqi  ayrı-seçkilik,  dini  dözümsüzlük  zəminində  humanizmə 
zidd halların  baş verməsini imkansız sayırdı.
Ümid  edirik ki,  topluda  yer  alan  tarixi-xronoloji  materiallar 
Heydər  Əliyev  irsinin  və  uğurlu  strategiyasının  öyrənilməsinə 
xidmət  etməklə  yanaşı,  həm  də  Azərbaycanın  bütün  dünyaya 
nümayiş  etdirdiyi  dünyəvilik,  tolerantlıq  və  mültikulturalizm 
ideyalarının  əyani  vəsaitinə  çevriləcəkdir.  Geniş  oxucu  kütləsi 
üçün  nəzərdə  tutulmuş  bu  kitabla  yaxından  tanış  olan  hər  kəs 
Azərbaycan xalqının  xarakterik xüsusiyyətlərindən  və cəmiyyə­
timizdə  yüz  illiklər  ərzində  formalaşmış  və  bu  gün  də  davam 
etdirilən  ənənələrindən  qaynaqlanan  qarşılıqlı  hörmət  və  bir­
gəyaşayış  mədəniyyətinin  məhz  Ümummilli  Liderimiz Heydər 
Əliyev  və  Prezidentimiz  cənab  İlham  Əliyev  tərəfindən  necə 
qorunmasının  və  davamlı  şəkildə  təbliğ  edilməsinin  bariz  nü­
munəsi  ilə yaxından tanış olacaqdır.
Hcydor Əliyev siynsoti: TOLERANTLIQ
Mübariz Q U RBA N LI
Azerbaycan Respublikası 
Dini Qurumlarla İş iizr
,ı 
Dövht  Kom i leşinin sedri
15


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə