Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə5/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   2   3   4   5   6   7   8   9   ...   112

edib  və güman edirik  ki,  bundan  sonra  da  kömək edəcək.  Bildi- 
yiniz kimi,  respublikamız  son  illərdə  ağır  vəziyyətdədir.  Beş  il­
dən artıqdır ki, erməni silahlı qüvvələri Azərbaycan torpaqlarını 
işğal etmək iiçün bizimlə müharibəyə başlamışlar. Hərbi təcavüz 
işğalçılıq  siyasətidir.  İslam  dini  bizi  heç  vaxt  işğalçılığa,  qəsb- 
karlığa  sövq  etməmişdir.  Biz  sülhsevər  millətik.  Bizim  dinimiz 
də  insanlara  dostluq,  qardaşlıq,  sülh,  barışıq  yolu  göstərmişdir. 
Biz  həmişə  bu  yolla  getmişik.  Və  müharibənin  səbəbkarları  nə 
Azərbaycan xalqıdır, nə İslam dinidir. Bu bizə qarşı olan qəsbkar 
işğalçılıq  müharibəsidir.  Biz  torpaqlarımızı  müdafiə  edirik.  Biz 
müstəqil  Azərbaycan  ərazisini  müdafiə  edirik,  biz  Azərbaycan 
vətəndaşlarının  hüquqlarını  müdafiə edirik.  Təəssüf ki,  bu  işdə 
çətinliklərimiz çoxdur. Sizə məlum olan bəzi səbəblərdən son  il­
lərdə Azərbaycan torpaqlarının bir qismi erməni silahlı qüvvələ­
ri  tərəfindən  işğal  olunmuşdur.  O  qüvvələr  ki,  onu  bəzi  başqa 
dövlətlər də dəstəkləyir,  ona himayədarlıq edir. Ancaq bunların 
hamısı müvəqqəti bir şeydir. Bizim Azərbaycan xalqının qüdrəti, 
cəsarəti  və öz mənliyini  qorumaq  əzmi  mənə  ümid  verir  deyim 
ki, biz bu  bəladan çıxacağıq,  işğal olunmuş torpaqların hamısını 
geri qaytaracağıq, müstəqil Azərbaycanın ərazi bütövlüyü təmin 
oluncaq. Azərbaycan bir müstəqil, suveren dövlət kimi dünyada 
bundan sonra da tarixi və bugünkü nailiyyətlərini nümayiş etdir­
məyə imkan tapacaq və bütün dünyada, hər yerdə, kürreyi-ərzin 
hər bir nöqtəsində bir daha bildirməyə çalışacaq ki, azərbaycan­
lılar,  müsəlmanlar,  bütün Azərbaycan vətəndaşları  bir  müstəqil 
dövlət  içində yaşayırlar və  özlərinin  tarixini,  dinini,  ənənələrini 
və  bugünkü  həyatını  qorumağa  qadirdilər.  Heç  şübhə  etmirik 
ki,  bizim  bu  ədalətli  mübarizəmizdə,  torpaqlarımızın  müdafiə­
sində  Allah  bizə  həmişə  yardımçı  olacaqdır.  Ulu  peyğəmbəri­
miz  Məhəmməd  əleyhissəlamın  qoyduğu  yol,  Qurani-Kərimin 
göstərişləri bizi qələbəyə aparacaq, xalqımızı birləşdirəcək və biz 
düşmənləri məğlub edəcəyik.
Azərbaycan  Respublikası  çoxmillətli  bir  dövlətdir.  Azərbay­
canda  müsəlmanlarla  yanaşı  başqa  dinlərə  mənsub  olan  vətən­
daşlar da  yaşayır.  Azərbaycan  müstəqil,  demokratiya  prinsiplə­
Heydar Əliyev siyasəti: 
TOLERAN TLIQ _________________ _______________ _________________
20
Heydor Əliyev siyasoli: TOLERANTLIQ
rinə  mənsub  olan  bir  dövlət  kimi  öz  ərazisində  yaşayan  bütün 
xalqlara,  bütün  millətlərə  dilindən,  dinindən,  irqindən,  siyasi 
mənsubuiyyətindən  asılı olmayaraq azadlıq,  hürriyyət imkanla­
rı  verir.  Hər bir  şəxs  hürrdür,  azaddır,  öz amallarını,  öz  fikirlə­
rini  həyata  keçirə  bilər.  Ona  görə də  bizim  Qurani-Kərim  bunu 
göstərir  və  biz  bu  yolla  gedirik  ki,  İslam  dini  başqa  dinlərə hə­
mişə hüsn-rəğbətlə  yanaşıb,  heç  vaxt  başqa  dinlərin  ehkamları­
na  qarşı  olmayıb  və  dinlərə  mənsub  adamlarla  dostluq  və  qar­
daşlıq  əlaqələri  yaratmağa  çalışıbdır.  Bu  bizim  tariximizin  çox 
səhifələrində  qeyd  olunubdur.  Və  Azərbaycan  Respublikasının 
bugünkü  həyatı  da  bunu  tam  sübut  edir.  Mən  bu  gün  buraya 
gələrkən  xristian  dininin,  yəhudi  dininin  nümayəndələri  ilə  də 
qarşılaşdım.  Bizim  bugünkü  bayramı  təbrik etməyə gəliblər.  Bu 
çox əlamətdar haldır, eyni zamanda Azərbaycanda din azadlığı­
nın,  insan azadlığının  parlaq  təzahürüdür.
Biz bu yolla gedəcəyik. Biz öz İslam dinimizi qoruyub saxlaya­
raq,  bizim  dinimizə,  əxlaqımıza,  mənəviyyatımıza  təcavüzlərin 
qarşısmı alaraq heç bir başqa millətə,  heç bir başqa dinə təcavüz 
etməyəcəyik.  Hər bir millətə mənsub olan  insana,  hər dinə hör­
mətlə yanaşmışıq  və yanaşacağıq.  Bu, Allahın əmridir, bu  bizim 
Ulu  peyğəmbərimiz  Məhəmməd  əleyhissəlamın  bizə  tövsiyəsi­
dir.  Ona görə də Azərbaycan xalqının bu ağır dövrdə birləşməsi 
İslam dininin böyük mənəvi dəyərlərinə söykənir və ümidvaram 
ki,  bizim  dindarlarımız,  bizim  din  aləmində  fəaliyyət  göstərən 
şəxslərimiz  Azərbaycanın  bütün  vətəndaşları  İslamın  buyur­
duğu  yolla  gedərək  Vətəni  qorumaq  əzmi,  qəhrəmanlıq  əzmi, 
vətənpərvərlik  əzmi  tərbiyə  etməlidirlər.  Bizim  dindarlarımız, 
məscidlərimiz, bizim  din xadimlərimiz gərək Azərbaycan ordu­
sunun möhkəmlənməsinə, müdafiə qüdrətinin artmasına kömək 
etsinlər.  Biz  çox  məmnun  olarıq  ki,  döyüş  bölgələrində  bizim 
gəncləri  daha  da  cəsarətli etmək  üçün,  daha  da  möhkəmlətmək 
üçün bizim din xadimləri də öz səylərini göstərəydilər. Mən tam 
əminəm  ki,  bizim  dinimiz,  din  xadimlərimiz  Azərbaycan  Res­
publikasının bu ağır günündə xalqımızın, Vətəni qoruyan bütün 
adamlarm  daha  sıx birləşməsində,  ordumuzun  möhkəmlənmə-
21


sindo,  işğal  olunmuş  torpaqların  geri  qaytarılmasında  bundan 
sonra  daha  foal  iştirak  edəcəklər,  öz  səylorini  göstərocəklər  və 
beləliklə də  bir daha  İslam  dininin  nə qədər böyük  qüdrətə  ma­
lik olduğunu bütün dünyaya sübut edəcəklər.  Eyni zamanda, bu 
gün burada, Allah evinin bu  müqəddəs minbərinin yanında mən 
sizə və bütün Azərbaycan xalqına müraciət edirəm, sizi cəsarətə, 
mətanətə dəvət edirəm, sizi birliyə dəvət edirəm!
Mən  bu  gün  buradan  bütün  Azərbaycan  vətəndaşlarına  mü­
raciət edirəm.  Azərbaycan onun  ərasizində yaşayan  bütün  xalq­
ların  doğma  Vətənidir.  Dinindən,  dilindən,  irqindən  asılı  olma­
yaraq hər bir Azərbaycan  vətəndaşı Azərbaycanın ərazi bütövlü­
yünü,  Azərbaycanın  dövlətçiliyini,  Azərbaycanın  müstəqilliyini 
qorumalıdır.  Güman  edirəm  ki,  Azərbaycanda  yaşayan  Azər­
baycan  vətəndaşları  olan,  Azərbaycan  Respublikasının  bütün 
nemətlərinin  bərəbər  hüquqla  istifadə  edən  başqa  dinlərə  mən­
sub  olan  bizim  qardaşlarımız,  vətəndaşlarımız  da  bu  yolda  bi­
zimlə  bir olacaqdır,  biz  hamımız birləşib  bir  yumruq  kimi  həm 
Azərbaycanın müstəqilliyini qoruyacağıq, həm də Azərbaycanın 
ərazi  büyövlüyünü  təmin edəcəyik.  Mən  buna  əminəm  və bilin 
ki,  müvəqqəti  məğlubiyyətlər  bizim  iradəmizi  sındırmayıb  və 
sındırmayacaqdır!
Bilin  ki,  Azərbaycan  xalqının  içində  olan  hər bir azərbaycan­
lının ruhunda olan o qüdrət hələ tam nümayiş etdirilməyib. On­
lar  hamısı  qalxacaq,  özünü  biruzə  verəcək  və  Azərbaycan  xalqı 
qalib  gələcək,  öz  torpaqlarının,  öz həyatının,  öz  taleyinin  sahibi 
olacaqdır!
Mən  bir  daha  sizi,  bütün  Azərbaycan  vətəndaşlarını,  bütün 
dünya  müsəlman  qardaşlarımızı  bu  müqəddəs  gün  münasibə­
tilə  -  Ulu  peyğəmbərimiz  Məhəmməd  əleyhissəlamın  mövludu 
münasibətilə səmimi qəlbdən  təbrik edirəm, sizin hamınıza can- 
sağlığı,  səadət,  bütün  həyatınızda  və  işlərinizdə  uğurlar  dilə­
yirəm. Allah bizə yar olsun!  Allah yolunda  hamımız bir olaq!
Heydor Əliyev siyasMİ: TOLERANTLIQ 
__  _________________
2 2
İSA PEYĞƏMBƏRİN  MÖVLUD  BAYRAMI 
MÜNASİBƏTİLƏ AZƏRBAYCANDAKI 
PRAVOSLAV İCMASINA TƏBRİK
Əziz pravoslav həmvətənlər!
Sizi  İsa  peyğəmbərin  Mövlud  bayramı  münasibətilə  təbrik 
edirəm!
Dünyanın  bütün  pravoslav  xristianları  üçün  bu  işıqlı  gündə 
sizlərə cansağlığı,  səadət diləyirəm.  Arzu  edirəm  ki, sizin  bütün 
nəcib niyyətləriniz yerinə yetsin,  bütün  diləkləriniz başa  gəlsin. 
İnanıram  ki,  Azərbaycandakı  pravoslav  icmasının  firavanlığı 
vətənimizin  tərəqqisi  və  çiçəklənməsi,  bütün  vətəndaşlarımızın 
xoşbəxt gələcəyi  üçün etibarlı zəmin olacaqdır.
_________________________________  
_   Heydor Əliyev siyasəti: TOLERANTLIQ
Heydər Əliyev, 
Azərbaycan  Respublikasının  Prezidenti 
7 yanvar 1994-cii il
23


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə