Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Hevdor Oliyev siv.vsoti: TOLERANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə8/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   4   5   6   7   8   9   10   11   ...   112

Hevdor Oliyev siv.vsoti: TOLERANTLIQ
ORUCLUQ  BAYRAMI  MÜNASİBƏTİLƏ 
XALQA TƏBRİK
Rəhmli, mərhəmətli Allahın adı  ilə!
Müqəddəs  kitabımız  Qurani-Kərimin  nazil  edildiyi  mübarək 
Ramazan  ayını  ləyaqətlə  başa  vurmuş  bütün  müsəlman  qardaş 
və  bacılarımızı  Orucluq  bayramı  münasibətilə  ürəkdən  təbrik 
edirəm.
Respublikamızın  müsəlmanları  Ramazan  ayı  günlərində  Al­
laha,  Vətənə  və  xalqa  sədaqət,  sıx  həmrəylik  və  möhkəm  iradə 
nümayiş etdirmiş, imanlarının saflığını  təkcə sözlə deyil,  həm də 
əməllə  sübut etmişlər.  İndi  bu  bayram  günündə  hər  bir  müsəl­
manın  öz  müqəddəs borcunu  şərəflə yerinə yetirməkdən  doğan 
rahatlıq,  sevinc və fərəh hisslərini bildirməyə tam  haqqı  vardır.
Mən  əminəm  ki,  bu  müqəddəs Orucluq  günlərindəki  ibadət­
lərdə edilən dua və niyyətlərin böyük əksəriyyəti müstəqil Azər­
baycanımızın  çiçəklənməsi,  torpaqlarımızda  əmin-amanlığın 
bərqərar olması, xalqımızın xoşbəxt və firavan yaşaması arzuları 
ilə bağlı olmuşdur. Allahın köməyi ilə, xalqımın hümməti ilə hə­
min arzuların həyata  keçəcəyinə tam  inanıram.
Bu  əziz  bayram  günündə  müqəddəs  şəhid  ruhlarının  nara­
hat-narahat dolaşdığı  Azərbaycanın  hər bir övladına  -  dözümlü 
və  mətanətli  xalqıma  cansağlığı,  Orucluq  bayramından  doğan 
xoş əhval-ruhiyyə, əmin-amanlıq və xoşbəxtlik arzulayıram.
Heydər Əliyev,
Azərbaycan  Respublikasının  Prezidenti
12 
mart  1994-cii  il
32
Heydar Əliyev slyasoti: TOLERANTLIQ
ORUCLUQ  BAYRAMI GÜNÜ 
MÜQƏDDƏS YERLƏRƏ ZİYARƏT
24 mart  1994-cii  il
İndi  hər  bir  azərbaycanlının  qəlbində  bir  niyyət  var  və  bu 
amalla  da  müqəddəslərimizə üz tuturuq. Torpaqlarımızı erməni 
qəsbkarlarından  azad  etmək,  ərazi  bütövlüyümüzü  və  sərhəd­
lərimizin  toxunulmazlığını  təmin  etmək,  respublikamızın  tam 
müstəqilliyinə nail olmaq hamımızın ən ülvi istəyidir.  Bu niyyət­
lə  də  müqəddəs  Orucluq  bayramında  inanc  yerlərimizi  ziyarət 
edirik.  Haqq işimizdə Allah köməyimiz olsun!
ŞÜ VƏL ANDA MİRMÖVSÜM AĞANIN  QƏBRİNİ 
ZİYARƏT EDƏRKƏN JURNALİSTİN  “BU  BAYRAM 
GÜNÜNDƏ SİZ ÜRƏYİNİZDƏ  HANSI  NİYYƏTİ 
YAŞADIRSINIZ” SUALINA CAVAB:
Heydər  Əliyev: 
Bir  vaxtlar  niyyətim  o  olub  ki,  Azərbaycan 
Respublikası  müstəqil  dövlət  olsun,  xalqımız  azadlığa  çıxsın, 
istiqlal  əldə  edilsin.  Allaha  şükürlər  olsun  ki,  biz  artıq  bu  gün­
lərə  gəlib  çıxmışıq.  Respublikamız  müstəqil  dövlətdir,  dünya 
tərəfindən  tanınır.  Xalqımız azaddır,  özü  öz  taleyinin sahibidir, 
bundan sonra da azad olacaqdır.  Mənə elə gəlir ki, bütün bunlar 
Vətənini,  xalqını sevən hər bir vətənpərvər azərbaycanlının niy­
yəti  olub.  Uzun  illər dövlət işləri  ilə və siyasi  fəaliyyətlə  məşğul 
olduğum  üçün bu fikirlər bəlkə də mənə daha doğma,  daha  əziz 
olub.  Niyyətimizə çatmışıq.
33


Hevdor Əliyev siyasəti: TOLERANTLIQ
ZİYARƏTGAHA TOPLAŞANLAR 
QARŞISINDA ÇIXIŞ
Əziz  həmvətənlər,  bu  gün  müsəlmanlar  üçün  xoşbəxt  bir  gün­
dür,  bayram  günüdür.  Ramazan  ayı  başa  çabb.  Müsəlmanlar Alla­
hın, Məhəmməd peyğəmbərin yolu ilə gedərək oruc tutublar. Bu bir 
ay müddətində dini ənənələrə görə hər bir müsəlman mənəviyyatca 
daha  da  paklaşır,  təmizlənir,  eyni  zamanda,  öz  torpağına,  öz Vətə­
ninə, öz xalqma,  dininə daha  da sədaqətlə xidmət edir,  saf niyyətlə 
yaşayaraq ibadət edir, oruc saxlayır. Bir ay başa çatıb. İndi bunu bay­
ram edirik. Bu bayram hər bir müsəlmanın, adət-ənənələrimizə riayət 
edən hər bir şəxsin  qəlbində olan  bayramdır. Güman edirəm  ki, bu 
bayram gələcək günlərdə xalqımıza xoşbəxtlik gətirəcəkdir. Hər hal­
da, niyyətimiz həmişə saf olub. Biz xalqımızı həmişə saflığa, paklığa 
dəvət etmişik, ona görə Allah da bizə yar olacaq. Həzrət Məhəmməd 
peyğəmbərin qoyduğu yol həmişə bizim üçün işıqlı olacaq və biz bü­
tün bu qaranlıqlardan, çətinliklərdən çıxacağıq.
Burada çox arzular eşitdim ki, müharibə qurtarsın, əmin-amanlıq 
olsun.  Bizim  ən  böyük  arzumuz bundan  ibarətdir.  Müharibəni  biz 
başlamamışıq. Torpağımıza yağılar tərəfindən təcavüz olub. Bu mü­
haribə torpaqlarımız azad olunanadək gedəcək. Çünki hər bir insan 
üçün torpaq, Vətən ülvidir, hər bir şeydən ucadır, üstündür. Yaşayı- 
nq ona görə ki, torpağımıza, dinimizə, milli ənənələrimizə sadiq olaq. 
Bu yolda hamımız bir olmalıyıq,  hamımız da  bir olacağıq. Şəhidlər 
vermişik,  Allahın  əmri  ilə  onlann  hamısı  cənnətdədir. O şəhidlərin 
hamısı  xalqımızın  qəlbindədir. Onlan  heç vaxt unutmayacağıq.  Bu­
günkü  arzumuz  müharibəni  qurtarmaq,  xalqımızı  əmin-amanlığa 
çıxarmaq,  xoşbəxt  gələcəyə  aparmaqdır.  Əmin  ola  bilərsiniz  ki,  bir 
Prezident  kimi  mən  bu  yolla  gedirəm  və  bu  yolla  gedəcəyəm.  Bu 
müqəddəs  bayramı  sizinlə  bir  yerdə  keçirməyimdən  çox  məmnu­
nam.  Bu  müqəddəs  amallar bizim hamımızı  xoşbəxt  gələcəyə  apa­
racaqdır. (Yerdm sssbr:  "Allah-Taala sizi bizə çox görmxin. Bu miiqadcbs 
gi'ın sizi hifz eylzsin ").
34
Hevdor Oliyev sivosoti. TOLERANTLIQ
NARDARAN  PİRİNİ  ZİYARƏT ETDİKDƏN 
SONRA ZİYARƏTGAHA TOPLAŞANLAR 
QARŞISINDA ÇIXIŞ
Heydər  Əliyev:  Bir  Prezident  kimi  arzu  edirəm  ki,  xalqımız 
daim  firavan,  azad  yaşasın.  Lakin  təəssüf edirəm  ki,  azadlığa  ke­
çid dövründə respublikamızda cürbəcür əcaib hallar da meydana 
çıxır.  Bəziləri  azadlığı  hərc-mərclik  kimi  basa  düşür.  Bu  isə  çox 
vaxt qanunların  pozulmasına,  cinayətkarlığın artmasına, insanla­
rın  əxlaqının  pozulmasına,  gənclərin  pis  yola  düşməsinə  gətirib 
çıxarır ki,  bu da bizi ciddi narahat edir.  Bunlar hamısı qanunlara, 
milli-dini  ənənələrə zidd olan  hallardır. Ona görə də hərə öz mə­
suliyyətini  dərk  etməlidir.  Xalqımız milli  azadlığa  çıxıb,  dövləti­
miz artıq müstəqildir, heç kəsdən asılı deyil. Deməli, biz öz evimi­
zi necə istəsək, elə də quracağıq. "Ev" deyəndə, mən Azərbaycanı 
nəzərdə  tuturam.  Yaxşı çalışsaq,  bu  evi  işıqlı  quracağıq.  Əgər bi­
ganə qalsaq,  bəzi hallarda pozğunluğa yol versək bu  binanı yaxşı 
tikə  bilməyəcəyik.  Gəlin  hamımız  əl-ələ  verərək  müstəqil  Azər­
baycanın, böyük Azərbaycan  xalqının binasını,  möhtəşəm  binanı 
birlikdə gözəl tikək.
Əziz gənclər, biz müstəqil dövlət kimi torpaqlarımızın hər bir 
qarışına sahib olmalı, işğal olunmuş ərazilərimizi geri qaytarma­
lıyıq.  Hər  bir gənc,  hər bir vətəndaş  bu yolda  fədakarlıq göstər­
məlidir. Mən sizi -  gəncləri bu  yola dəvət edirəm. Sizi Azərbay­
canın  müstəqilliyini  qorumağa,  torpaqlarımızın  azad  edilməsi 
uğrunda  mübarizəyə  hazır  olmağa  çağırıram.  Arzu  edirəm  ki, 
gələn  Ramazan  bayramını  qələbədən  sonra  qeyd  edək  ("Amin, 
inşallah").
35


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə