Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə9/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   5   6   7   8   9   10   11   12   ...   112

Heydər Əliyev siyasəti: TO LERA NTLIQ
PASXA  BAYRAMI  MÜNASİBƏTİLƏ AZƏRBAYCANIN 
XRİSTİAN VƏTƏNDAŞLARINA TƏBRİK
Hörmətli həmvətənlərim!
Sizi  xristianlığın ən müqəddəs və əziz bayramı -  Pasxa  müna­
sibətilə səmimi  qəlbdən  təbrik  edir,  bu  bayram  günlərində  sizə 
xoş əhval-ruhiyyə, əmin-amanlıq və səadət arzulayıram.
Azərbaycan  torpağı  əsrlər  boyu  müxtəlif  etiqadlara  tapınan 
insanlar  üçün  doğma  vətən  olmuşdur.  Onlar da  həmişə  bu  vətə­
nin qeyrətini çəkmiş, onun  uğrunda canlarını belə əsirgəməmişlər. 
İndiki  ağır  və  məşəqqətli  günlərimizdə  də  xristian  həmvətənləri­
miz Azərbaycanın digər övladları ilə birlikdə çətinliklərə sinə gərir, 
müqəddəs torpaqlarımızı  rəşadətlə qoruyurlar.
Pasxa şadlıq və  mərhəmət, haqq və ədalət bayramıdır.
İnanıram  ki,  bu  Pasxa  günlərində  Ulu  Tanrıdan  ən  ümdə 
diləkləriniz  yurdumuzda  sülhün  və  əmin-amanlığın  bərqərar 
olmasıdır.  Qoy  bütün  arzu  və  niyyətləriniz Tanrının  köməyi  və 
xalqımızın iradəsi  ilə həyata  keçsin!
Heydər Əliyev,
Azərbaycan Pespublikasının  Prezidenti 
29 aprel 1994-cii  il
36
Hcydor Əliyev siyasati: TOLERANTLIQ
QURBAN  BAYRAMI  MÜNASİBƏTİLƏ 
XALQA TƏBRİK
Rəhmli,  mərhəmətli Allahın adı  ilə!
Allah-Təalanın  dinimizi  tamamlayıb  mükəmməl  etdiyi,  İsla­
mı  bir  din  kimi  bizim  üçün  bəyənib  seçdiyi  bu  əziz  gündə  bü­
tün müsəlman bacı və qardaşlarımızı ürəkdən təbrik edir, onlara 
cansağlığı  və xoşbəxt həyat arzulayıram.
Hamımız  üçün  müqəddəs  olan  Qurban  bayramı  günlərində 
ən  ümdə  arzu  və  diləklərimiz  doğma  Azərbaycanın  ərazi  bü­
tövlüyünə  qarşı  edilən  sui-qəsdlərin  dəf  olunması,  ölkəmizdə 
sülhün,  əmin-amanlığın  bərqərar  olması,  xalqın  sosial-iqtisadi 
sıxıntılar  məngənəsindən  xilas  olaraq  asudə  və  firavan  həyata 
qovuşmasıdır. Mən əminəm ki, bu arzular Allahın mərhəməti və 
köməyi,  xalqımızın  qeyrəti  və  zəhməti  sayəsində yaxın gələcək­
də  həyata  keçəcəkdir.  Azərbaycan  xalqının  böyük  qəhrəmanlıq 
salnaməsi,  əzmkarlıq  və  müdrikliklə  zəngin  ulu  tarixi  bu  inam 
üçün möhkəm zəmindir.
Mübarək  Qurban  bayramı  adətən  insanlar arasında  umu-kü- 
siilərin,  kin-küdurətin  aradan qaldırılması, yaxınların yad  olun­
ması,  cəmiyyətdə  mehribanlıq  və  qardaşlıq  tellərinin  möhkəm­
ləndirilməsi üçün ən gözəl münasibət olmuşdur. Qoy bu ilki mü­
barək Qurban  bayramı  da  müstəqil  Azərbaycanımızın  tərəqqisi 
naminə  milli  həmrəyliyin  daha  da  möhkəmləndirilməsi  işinə 
xidmət etsin!
Heydər Əliyev,
Azərbaycan  Pespublikasının  Prezidenti
20 may  1994-cii il
37


I k\ dor >. *iıvo\  M_v.iTO LERANTLIQ
QURBAN  BAYRAMI  MÜNASİBƏTİLƏ 
BAKI  ZƏHMƏTKEŞLƏRİ  İLƏ GÖRÜŞLƏR 
BİBİHEYBƏT ZİYARƏTGAHINA 
TOPLAŞANLAR  QARŞISINDA ÇIXIŞ
23  may 1994-cii  il
38
Hoyrior Əliyev siyas.ılı: TOLERANTLIQ
Əziz qardaşlar, bacılar,  hörmətli  həmvətənlər.  Bu gün burada 
-  Azərbaycan  xalqının,  müsəlman  aləminin  müqəddəs yerində, 
Bibiheybət  pirində sizi bütün  müsəlmanların  əziz  bayramı  olan 
Qurban  bayramı  münasibətilə  təbrik  edir,  hamınıza  cansağlığı, 
xoşbəxtlik arzu  edirəm.  Bu  bayramı  Azərbaycan  xalqı  ağır  vəziy­
yətdə  keçirir.  Xalqımız  təcavüzkarlar  tərəfindən  müharibəyə  cəlb 
olunmuşdur.  Qəhrəman oğullarımız  torpaqlarımızı  qorumaq  uğ- 
runda  şəhid  olurlar.  Biz  doğma  torpaqlarımızı  müdafiə  edəcək, 
Azərbaycanın ərazi bütövlüyünü təmin edəcək, milli, dini ənənələ­
rimizin hamısını bərpa edəcəyik. Xalqımız bundan sonra ulu baba­
larının yolu ilə, Həzrət Məhəmməd  peyğəmbərin qoyduğu yol  ilə 
gedəcək və xoşbəxt gələcəyə çatacaqdır.
Azərbaycan  xalqı  bu  çətinliklərin  hamısına  dözür və  güman 
edirəm  ki,  bundan  sonra  da  dözəcəkdir.  İndi  biz  burada  700  il 
öncə  yaranmış  müqəddəs  ocağın  önündəyik.  Xalqımız  bu  yeri 
unutmayıb,  çünki  bu  yer müqəddəsdir.  Azərbaycan xalqı  öz ta­
rixinə, milli ənənələrinə, ulu  babalarının qoyduğu yola sadiq qa­
lıb.  Tam  əmin  ola  bilərsiniz  ki,  bundan  sonrakı  yolumuz  daha 
uğurlu, işıqlı,  qələbəli olacaqdır.
Burada  Bibiheybət  məscidinin,  müqəddəs  yerin  bərpa  olun­
ması haqqında  təkliflər irəli sürülür. Bunlar çox düzgün və doğ­
ru  təkliflərdir. Mən bunları qəbul edirəm və sizi  əmin edirəm  ki, 
bu  təkliflərin həyata keçirilməsi üçün lazımi tədbirlər görüləcək­
dir.
700 il bundan qabaqkı  tarixi abidənin, müqəddəs ocağın dağı­
dılması bu  gün bizim  qarşımıza onun  bərpası  məsələsini  qoyur. 
Lakin  bərpa  üçün  vaxt  lazımdır.  Ancaq  əmin  ola  bilərsiniz  ki, 
bütün  imkanlardan  istifadə ediləcək,  nəinki  bu  müqəddəs  yeri, 
həm  də Azərbaycan  xalqının  tarixini,  milli,  dini  ənənələrini əks 
etdirən  bütün  abidələr,  ocaqlar,  müqəddəs yerlər  bərpa  oluna­
caqdır.
Bunu biz sizinlə birgə edəcəyik.  Bizim görə bilmədiyimiz işlə­
ri gələcək nəsillər,  davamçılarımız yerinə yetirəcəklər.  Buna  heç- 
şübhəniz  olmasın.  Əmin  olun  ki,  biz  birləşib  müstəqilliyimizi,
39


Heydor Əliyev siyasəti: TOLERANTLIQ
torpaqlarımızı  qoruyacaq,  ham  də  xalqımızın  yaratdığı  tarixi 
abidələri,  ənənələri  yaşadacağıq.  Sizi  bu  bayram  münasibətilə 
bir  daha  təbrik  edir,  hamınıza  cansağlığı,  xoşbəxtlik,  səadət  ar­
zulayıram. Sağ olun!
40
Heydor Əliyev sivasoti: TOLERANTLIQ
TƏZƏPİR  MƏSCİDİNDƏ AŞURA GÜNÜ 
MƏRASİMİNDƏ ÇIXIŞ
20 iyini  1994-cii  il
Əziz bacılar və qardaşlar, əziz müsəlmanlar!
Müsəlman  aləmində faciəli,  müqəddəs bir günün  əziz  xatirə­
si qeyd  olunur.  Bu  gün  Həzrət Məhəmməd  peyğəmbərin nəvəsi 
Həzrət imam  Hüseynin qətlə yetirildiyi  gündür.  Biz  ulu  babala­
rımızın  Vətən,  torpaq,  haqq,  ədalət yolunda  şəhid  olduğu  günü 
yad edirik.  Bu münasibətlə mən bütün Azərbaycan müsəlmanla­
rına dərin  hüznlə başsağlığı  verirəm.
41


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə