Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 333,04 Kb.
Pdf görüntüsü
səhifə14/112
tarix04.11.2017
ölçüsü333,04 Kb.
#8264
1   ...   10   11   12   13   14   15   16   17   ...   112

Ног  bir  müharibə  sülhlə  qurtarır.  Ona  görə  də  biz  ordumu­
zu  möhkəmlətməklə yanaşı, sülh  danışıqları aparılması  üçün də 
fəaliyyət göstəririk.  Bu,  asan  məsələ  deyil.  Biz  beynəlxalq  təşki­
latların,  dünyanın  böyük,  nüfuzlu  dövlətlərinin  imkanlarından 
ardıcıl  surətdə istifadə edirik.  Bu  gün sizə deyə bilərəm  ki,  sülh­
məramlı  danışıqlar, atəşkəs haqqında sazişlər dünya  ictimaiyyə­
ti  tərəfindən  müsbət qarşılanır.  Biz beynəlxalq təşkilatlarla, dün­
yanın  böyük  dövlətləri  olan  Rusiya,  Amerika  Birləşmiş  Ştatları 
ilə və Avropa ölkələri, qonşu Türkiyə və İranla, başqa dövlətlərlə 
danışıqlar  aparırıq.  Onlar  da  indi  sülh  danışıqları  aparılmasını 
zəruri sayır və özləri  də bu istiqamətdə çalışırlar.  Biz bu xəttimi­
zi davam etdirəcəyik.
Atəşin  dayandırılması  hələ  müharibənin  qurtarması  demək 
deyildir.  Biz,  sadəcə  olaraq,  hər bir  vasitədən  istifadə  edirik  və 
atəşkəs  də  belə  vasitələrdən  biridir.  İki  gün  əvvəl  mən  ATƏM- 
in  Minsk  qrupunun  sədri  cənab  Yan  Eliassoııu  qəbul  etmişəm. 
Danışıqlarımızdan  sonra  o,  Ermənistana getmiş və bu  gün  təzə­
dən  Bakıya  qayıtmışdır.  Biz  hər  gün  danışıqlar  aparırıq.  Bunla­
rın bəziləri haqqında məlumat mətbuat vasitəsilə xalqa çatdırılır. 
Siz də, bütün Azərbaycan xalqı  da  bilin  və əmin olun  ki, biz ge­
cəli-gündüzlü  bu  işlərlə  məşğuluq  və ölkəmizi  bu  ağır  bəladan 
qurtarmaq  istəyirik.
Müharibə xalqımıza hədsiz müsibətlər gətirmişdir. Bu  müqəd­
dəs gündə Allahın evində -  Təzəpir məscidində bir daha deyirəm 
ki,  Azərbaycan  Respublikasının  ərazi  bütövlüyü,  suverenliyi, 
xalqımızın  milli  azadlığı  uğrunda  şəhid  olanların  xatirəsi  qəl­
bimizdə  əbədi  yaşayacaqdır.  Allah  onlara  rəhmət  eləsin!  Şəhid 
ailələri  hər  birimizin  qayğısını  hiss  etməlidir.  Şəhid  ailələrinə 
qayğ!  göstərmək  üçün  dövlət  əlindən  gələni  edir  və  edəcəkdir. 
Eyni  zamanda,  hər  bir  vətəndaş,  imkanlı  adam,  hər  bir  təşkilat 
və cəmiyyət şəhid ailələrinin vəziyyəti ilə daim maraqlanmalıdır.
Bu  müharibə  dövründə  Vətənin  müdafiəçilərinin  bir  qismi 
döyüşlərdə aldığı yaralardan şikəst,  əlil olmuşdur. Onlar cəmiy­
Hcydor Əliyev siyasəti: TOLERANTLIQ 
________ ___________________
62
Heydor Əliyev siyasəti: TOLERANTLIQ
yətimizdə  ən  hörmətli  adamlardır.  Bu  adamlara  qayğı  göstər­
mək, onların problemlərini həll etmək hamının borcudur. Dövlət 
də  bu  sahədə  lazımi  tədbirlər  görür.  Güman  edirəm  ki,  ictimai 
təşkilatlar,  dini qurumlar,  məscidlər də bu adamlardan qayğı və 
köməyini əsirgəməyəcəkdir.
Azərbaycanın  müstəqilliyini  qorumaq  üçün  ordumuz  möh­
kəmləndirilməlidir. Ona görə yox ki, biz müharibə aparmaq istə­
yirik.  Biz  bu  fikirdə  deyilik,  məsələnin sülh  yolu  ilə həllini  istə­
yirik.  Bu  da  müəyyən şərtlərlə bağlıdır. Yəni,  Ermənistan silahlı 
qüvvələri  Azərbaycanın  işğal  edilmiş  torpaqlarından  çəkilməli, 
respublikamızın  ərazi  bütövlüyü,  sərhədlərinin  toxunulmazlığı 
təmin  edilməli,  Azərbaycan  dövləti  öz  ərazisinin  hər  bir  nöqtə­
sində  hakim  olmalıdır.  Biz  bu  şərtlərlə  sülh  danışıqları  aparır, 
müharibəyə son  qoymağa çalışırıq.
Bununla yanaşı, silahlı qüvvələrimizin daha da  möhkəmləndi­
rilməsini  unutmamalıyıq.  Ona  görə ki,  cəbhə bölgəsində torpaq­
larımızı  etibarlı  müdafiə edə  bilək.  Həm  do  ona  görə  ki,  hər  bir 
müstəqil  dövlətin  güclü  ordusu  olmalıdır.  Müstəqil  Azərbayca­
nın belə  bir güclü  ordusunun  yaranmasında  dinimizin  qoyduğu 
yol insanların torpağa, öz xalqına, mənəviyyatına sədaqətli olma­
sına  kömək etməlidir.  Dindarlardan,  ruhanilərdən,  dini  təşkilat­
lardan,  məscidlərdən rica  edirəm  ki,  ordumuzun  möhkəmləndi­
rilməsi,  burada  yüksək  mənəviyyatlı  əsgər  və  zabitlərin  xidmət 
etməsi  üçün  əlinizdən  gələni  əsirgəməyin.  Çünki  mənəviyyatı­
mızın əsasını  milli  ənənələrimiz,  İslam  dini  təşkil  edir.  Ona  görə 
də  siz,  gənclərə  nə  qədər  saflıq,  təmizlik,  Vətənə  sədaqət  kimi 
keyfiyyətlər aşılasanız, onları bu ruhda tərbiyə etməyə çalışsanız, 
ordumuz bir o qədər möhkəm, qüdrətli, Azərbaycanın müstəqil­
liyini həmişə müdafiə etməyə qadir olacaqdır.
Bilməlisiniz  ki,  Azərbaycan  öz  müstəqilliyini  heç  vaxt  əldən 
verməyəcək.  Azərbaycanın  hər bir vətəndaşı,  hər bir  müsəlman 
çalışmalıdır  ki,  bu  müstəqillik,  ölkəmizin  beynəlxalq  mövqeyi, 
daxili  ictimai-siyasi  vəziyyəti  möhkəmlənsin.  Bu  yolda  sizin  də 
böyük rolunuz, xidmətləriniz ola bilər.
63


Ağır  müharibə  şəraitində  Azərbaycan  iqtisadi  böhran  keçi­
rir.  Bir çox  obyektiv,  bəzən də subyektiv  səbəblərə görə istehsal 
müəssisələrinin  bir  çoxu  dayanmışdır.  Ona  görə  də  respublika­
da  yaşayış  çətindir,  bəzi  ərzaq  məhsulları  çatışmır,  işsizlər  var. 
Ancaq  sizi  əmin  etmək  istəyirəm  ki,  bunlar  hamısı  müvəqqəti 
çətinlikdir, onları aradan qaldıracağıq. Azərbaycan xalqı belə çə­
tinliklərlə çox üz-üzə gəlmişdir,  lakin  milli  qürurunu, mənliyini, 
mənəviyyatını,  ən nəhayət, ümidini  heç vaxt itirməmişdir, daim 
ümidlə yaşayaraq  gələcəyə baxmış və çətinlikləri  aradan  qaldır­
mışdır.
Bu, bizim  tarixi  keçmişimizdir.  İndi də biz ağır mərhələdəyik. 
Belə bir vaxtda hər kəs əlindən gələni etməlidir ki, bu ağır vəziy­
yətdən  çıxaq.  Prezident  kimi  mən  də,  dövlətimiz,  hökumətimiz 
də çalışırıq  ki, ölkəni bu  vəziyyətdən qurtaraq və əmin ola  bilər­
siniz ki, qurtaracağıq. Dözümlü xalqımız bu ağır dövrdə daha da 
dözümlü, dəyanətli, mətanətli olmalıdır. Siz din xadimləri də bu 
vəziyyəti adamlara izah etməlisiniz.
Ölkəmizi  ağır  vəziyyətdən  çıxarmaq  üçün,  möhtərəm 
Şeyxülislam  Hacı  Allahşükür  Paşazadənin  də  bu  gün  burada 
dediyi  kimi,  bizə  birlik,  vəhdət  lazımdır.  Vəhdət  Azərbaycan 
xalqına,  bütün  müsəlmanlara  böyük  bəlalardan  xilas  olmaqda 
həmişə  kömək etmişdir.  Vətəndaş birliyi,  milli birlik yaradılma­
sında din xadimlərinin də böyük  rolu var. Ona görə də mən sizə 
müraciət edirəm.  Bu ağır dövrdə xalqı  dövlətin ətrafında,  tutdu­
ğumuz  yol,  amal  ətrafında  birləşdirmək  üçün  əlinizdən  gələni 
əsirgəməyin.
Şübhəsiz ki, tarixən hər bir cəmiyyətdə mənfi ünsürlər olmuş­
dur və bu gün bizim cəmiyyətimizdə də var. Əgər belə olmasaydı, 
Qurani-Kərimdə də  insanları  bəd  əməldən,  xatalı  yoldan  çəkin­
məyə çağıran ayələr yazılmazdı. İnsanların həmişə düz yolla,  tə­
miz mənəviyyat yolu  ilə getməsinə çalışmaq  lazımdır.  Cinayətə, 
cürbəcür  təxribata  əl  atan  adamların  həm  qarşısını  almaq,  həm
Heydər Əliyev siyasoti: TOLERANTLIQ_________________________ __________________________
64
Hey dar Əliyev siyasoti: TOLERANTLIQ
də onları  tərbiyə etmək  lazımdır.  Bunu  bizdən Allah-Təala  tələb 
edir,  bizə  bu  dərsi  Həzrət  Peyğəmbər  vermişdir.  Bütün  bunlar 
Allahın  Məhəmməd  peyğəmbərə  nazil  etdiyi  müqəddəs  kitabı­
mızda yazılmışdır.
Ona görə də hamınız bir olun. Aranı qarışdırmaq istəyən,  res­
publikanın  bu  ağır  vəziyyətində  çirkin  məqsədlərini  həyata  ke­
çirmək  istəyən  qrupların,  şəxslərin  qarşısı  alınmalıdır.  Əminəm 
ki,  din  xadimlərimiz,  Allaha  inanan,  İslama  sadiq  olan  adamlar 
məhz bu yolla gedəcəklər. Mən sizə inanıram, güvənirəm və arxa­
lanıram.  Bilməlisiniz  ki,  Prezident kimi  mən  müstəqil  Azərbay­
can dövlətçiliyinin möhkəmlənməsi üçün bundan sonra da əlim­
dən  gələni  edəcək,  dövlətçiliyimizi,  müstəqilliyimizi  qorumaq 
üçün  bütün  tədbirləri  görəcəyəm.  Azərbaycanın  dövlətçiliyinə, 
müstəqilliyinə xəyanət etmək istəyən hər bir şəxs Allah-Təalanın 
əmri  ilə lazımi cəzasını alacaqdır.  Bu  müqəddəs vəzifələri yerinə 
yetirməkdə mən sizə, bütün Azərbaycan xalqına, respublikamız­
dakı  müsəlmanlara güvənirəm  və əminəm  ki, qarşımızda duran 
vəzifələri  layiqincə yerinə yetirəcəyik.
İslam  dini  başqa  dinlərə  qarşı  heç  vaxt  düşmən  olmamış­
dır.  Çünki  bu  dinlərin  hamısı  Allahdan  gəlir.  Azərbaycanda  da 
müsəlmanlarla yanaşı, başqa dinlərə etiqad edən adamlar da ya­
şayır.  Onlar  da  Azərbaycanın  bərabərhüquqlu  vətəndaşlarıdır. 
Çalışmalıyıq  ki,  dini,  milli  mənsubiyyətindən  asılı  olmayaraq, 
Azərbaycanın bütün vətəndaşları eynihüquqlu  olsunlar və onla­
rın  hamısının birliyini,  vəhdətini  təşkil  edək.  Bu  da Allah-Təala­
nın  buyuruğu,  bizim yolumuzdur.
Bu gün müqəddəs Təzəpir məscidində sizinlə bir yerdə olmağım­
dan,  qarşınızda çıxış edərək  ürəyimdəki  sözləri sizə və sizin  şəxsi­
nizdə  bütün  müsəlman  aləminə,  Azərbaycanın  bütün  vətəndaşla­
rına  çatdırmaq  imkanı  əldə etdiyimdən  məmnun  qaldığımı  bildi­
rirəm. Bu müqəddəs gündə hamınıza xoşbəxtlik və cansağlığı arzu­
layıram.  Bir daha  demək istəyirəm ki,  yaman günün ömrü  az olar. 
Azərbaycan  bu  ağır  vəziyyətdən  çıxacaq,  hamımız  əl-ələ  verərək
65


Yüklə 333,04 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə