Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Hevdor ƏIivov siyasoti: TOLERANTLIQ



Yüklə 333,04 Kb.
Pdf görüntüsü
səhifə4/112
tarix04.11.2017
ölçüsü333,04 Kb.
#8264
1   2   3   4   5   6   7   8   9   ...   112

Hevdor ƏIivov siyasoti: TOLERANTLIQ
AZƏRBAYCAN  RESPUBLİKASININ  PREZİDENTİNİN 
ANDİÇMƏ MƏRASİMİNDƏ NİTQİNDƏN  HİSSƏ
20 oktyabr 1993-cii  il
... Demokratik sivilizasiyalı cəmiyyətdə insan hüquqlarının qo­
runması dövlətin əsas vəzifələrindən biridir. Əmin ola bilərsiniz 
ki, bu yüksək vəzifədə mən həmin sahəni daim diqqət mərkəzin­
də  saxlayacağam  və  insan  hüquqlarının  qorunması  üçün  bütün 
təminatları yaradacağam. Bir sözlə,  cəmiyyətimizdə insanın  tam 
azad  olması  üçün  şərait  yaradılacaqdır.  Bu  baxımdan  həyatımı­
zın  indiki mərhələsində vicdan azadlığı  məsələsi də mühüm yer 
tutur.  Xalqımız  öz  dininə  qayıtdı.  İslam  dini  dünyada  öz  tarixi 
yerini  tutmuşdur. Xalqımızın  mənəviyyatına, elminə, qüdrətinə,
16
Heydor Əliyev siyasoti: TOLERANTLIQ
zəkasına  İslam dininin böyük  təsiri olmuşdur.  Milli ənənələrimi, 
mədəniyyətimiz  bir çox  hallarda  İslam  dini  vasitəsilə  nəsildən- 
nəsilə  keçib,  indi böyük  milli sərvətimiz kimi  bugünkü  nəsillərə 
çatmışdır.  Azərbaycanda  İslam  dininə  insanların  sərbəst  etiqad 
etməsi üçün bütün şərait yaradılmış və bundan sonra da yaradı­
lacaqdır.  Güman edirik  ki,  bizim  dinimiz  respublikanın  bu  ağır 
dövründə vətəndaş həmrəyliyinin, vətəndaş birliyinin yaranma­
sı üçün  çox böyük fəaliyyət göstərəcəkdir.
Azərbaycan  çoxmillətli  respublikadır.  Bu,  respublikanın  sə­
ciyyəvi  cəhətidir.  Bunun  böyük  tarixi  var  və  bu  tarixlə,  respub­
likanın  bu  ictimai-siyasi  mənzərəsi  ilə  biz  fəxr edirik.  Respubli­
kamızda  bütün vətəndaşlar dini  və milli  mənsubiyyətindən  asılı 
olmayaraq  eyni  hüquqa  malikdirlər  və  bundan  sonra  da  bütün 
vətəndaşların bərabər hüquqla Azərbaycan Respublikasının  icti­
mai-siyasi həyatında iştirak etməsi üçün imkanlar yaradılacaqdır.
Bu gün bizim İslam dininin, Qafqaz müsəlmanlarının rəhbəri, 
xristian dininin, yəhudi dininin nümayəndələri məni bu vəzifəyə 
gəlmək  münasibətilə  təbrik  etdilər.  Mən  onlara  öz  minnətdarlı­
ğımı  bildirirəm  və  əmin  etmək  istəyirəm  ki,  Azərbaycanda  bü­
tün  millətlərin,  bütün  dinlərin  bərabər  hüquqla  yaşaması  üçün 
bütün şərait yaradılacaqdır...
17


Hevdor Əliyev siydsMi. TO LERANTLIQ
PEYĞƏMBƏR ƏLEYHİSSƏLAMIN  MÖVLUDU  GÜNÜ 
MÜNASİBƏTİLƏ TƏZƏPİR MƏSCİDİNDƏ Kİ ÇIXIŞINDAN
5 sen ty a br  1993-cii il
Hörmətli Şeyxülislam!
Hörmətli  müsəlman qardaşlarımız!
Hörmətli  qonaqlar!
Bu gün İslam aləminin böyük bir bayramıdır.  Həzrət Peyğəm­
bər  aleyhissəlamın  mövludu  günüdür.  Bəşəriyyət  tarixində 
Məhəmməd peyğəmbərin dünyaya gəlməsi və onun sonrakı fəa­
liyyəti, bəşəriyyətin böyük bir hisssəsinin dininin -  İslam dininin 
yaranmasının bünövrəsini qoymuşdur.  Ulu peyğəmbər Məhəm­
məd  əleyhissəlamın  yaydığı  İslam  dini  və  onun  bütün  müsəl­
man  aləminə  qoyduğu  yadigar  -   Qurani-Kərim  əsrlər boyudur 
ki,  müsəlman dininə məxsus insanların  həyatında çox  böyük  rol 
oynayır. Onların həyatı, yaşayışı, bu günə və gələcəyə, bu dünya­
da, o dünyada  xoşbəxt olması  üçün  zəmin yaratdı. Ona  görə də 
bütün İslam aləmi bu günü müqəddəs bir gün kimi qeyd edir. Və 
heç də təsədüfi deyil  ki, Azərbaycanda Azərbaycan müsəlmanla­
rı, Azərbaycan xalqı bu gün bayram edir, bizim bu  müqəddəs di­
nimizin banisinə daimi  hörmət və ehtiramını və Qurani-Kərimin 
qoyduğu yolla bundan sonra  da gedəcəklərini bildirir.
Mən  sizi,  Allah  evinə  -   Təzəpir  məscidinə  toplaşmış  müsəl­
man  qardaşlarımızı,  sizin  şəxsinizdə  istər  bütün  Azərbaycan 
müsəlmanlarını,  istərsə  do  bütün  dünya  müsəlmanlarını  bu 
müqəddəs gün  münasibətilə  təbrik edirəm,  sizin  hamınıza,  bü­
tün İslam aləminə və bütün bəşəriyyətdə olan xeyirxah insanlara 
səadət,  xoşbəxtlik və  fəaliyyətinizdə uğurlar diləyirəm!
Bizim  dinimiz  mütərəqqi  dindir.  Əsrlər boyu  İslam  dini  özü­
nün  mütərəqqi  olduğunu  və  eyni  zamanda  İslam  dininə  itaət 
edən  adamların hamısının özünün nə qədər tərəqqipərvər və nə 
qədər dünyəvi əhəmiyyətli  olduğunu sübut edir,  müsəlmanlara
18
daimi xoşbəxtlik bəxş edir. Bizim dinimiz müsəlmanları həyatla­
rında  rast  gəldiyi  çətinliklərdən  xilas etməyə,  düşmənlərə  qarşı 
mübarizədə qalib gəlməyə və özlərini, öz ölkələrini, öz dinini, öz 
məmləkətini  qoruyub  saxlamağa  həmişə  yardım  etmişdir.  Heç 
şübhə yoxdur ki,  İslam  dini  indiyənə qədər olan  tarixində dün­
yaya  nümayiş etdirdiyi  əzəmətini,  qüdrətini bundan sonra  daha 
da gücləndirəcək və bütün İslam dininə itaət edən adamların ha­
mısını  xoşbəxtliyə, səadətə gətirib çıxaracaqdır.
Azərbaycan xalqı  uzun  müddət öz dinindən  məhrum  olmuş­
dur. Bu əlbəttə bizim üçün acınacaqlı haldır. Ancaq bu nə sizdən
nə də  məndən  asılı  idi.  Ola  bilər  ki,  bu,  Allahın  işidir.  Və  bu  da 
bir imtahandır ki, görsünlər insan öz dinindən məhrum olandan 
sonra nə bəlalara düşür və öz dininə qayıdandan sonra nə qədər 
xoşbəxtlik əldə edir.
İndi  Azərbaycanda  bizim  dinimiz -  İslam  dini  hər yerdə bər­
pa  olunubdur,  onun  azad  inkişaf etməsi üçün  hər bir insanın öz 
daxili  aləminə  uyğun  olaraq  dinə  öz  münasibətini  bildirməsi 
üçün  və Qurani-Kərimin ehkamlarından,  Ulu  peyğəmbərimizin 
qoyduğu yoldan səmərəli  istifadə etmək üçün artıq imkanlar ya­
ranıb.  Və  bu  son  dövrdə  Azərbaycanda  din  azadİığı  əldə  edil­
dikdən sonra qısa bir müddətdə hətta bu  dini unutmuş adamlar 
belə bu dinin -  İslam dininin, öz millətinin dininin həyat üçün nə 
qədər əhəmiyyətli olduğunu dərk etdilər.
Biz  bir  dövlət  kimi  İslam  dininin  son  dövrdə  geniş  və  çox 
sürətlə  inkişaf etməsini  bəyənirik  və bundan  sonra  da Azərbay­
can  Respublikasında,  müstəqil  Azərbaycanda  hər  bir  insanın 
sərbəst  olaraq  öz  dini  adət-ənənələrinə  xidmət  və  onlardan  is­
tifadə  etməsinə  bütün  imkanları  yaradacağıq.  Nəinki  imkanlar 
yaradacağıq,  biz  İslam  dininin  inkişafı  üçün  dövlət  tərəfindən 
lazımi  tədbirlərin hamısını  görəcəyik.  Çünki biz yaxşı  bilirik  ki, 
İslam  Azərbaycan  xalqının,  bütün  İslam  aləminə  mənsub  olan 
insanların,  məxluqun ən yüksək mənəviyyat mənbəyidir.
Bəli,  Peyğəmbərimiz Məhəmməd  əleyhissəlamdan  bizə yadi­
gar qalan  və  bizə  bəxş  edilən  bu  din  əsrlər  böyu  müsəlmanları 
yaşadıb,  onların  həyatında  böyük  xariqələr  yaratmağa  kömək
__________________________________________  
Heydor Əliyev siyasəti: TOLERANTLIQ
19


Yüklə 333,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə