Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Hevdor Əliyev siyasəti: TOLERANTLIQ



Yüklə 333,04 Kb.
Pdf görüntüsü
səhifə6/112
tarix04.11.2017
ölçüsü333,04 Kb.
#8264
1   2   3   4   5   6   7   8   9   ...   112

Hevdor Əliyev siyasəti: TOLERANTLIQ
İSTANBUL BEYNƏLXALQ “SÜLH  VƏ SƏBİR” 
KONFRANSININ  İŞTİRAKÇILARINA
Möhtərəm konfrans iştirakçıları!
Ayrı-ayrı  bölgələrdə  millətlərarası  münaqişələrin  gücləndiyi, 
xalqların  qarşı-qarşıya  qoyulduğu  narahat zəmanəmizdə  bütün 
sülhsevər  qüvvələrin,  xüsusilə  də  din  xadimlərinin  bir  araya 
gəlməsi,  dünyada  barışıq  və əmin-amanlıq üçün  səy göstərməsi 
təqdirəlayiq hadisədir. Adamları humanizmə,  şəfqətə, nəcibliyə, 
yüksək  mənəvi  dəyərlərə səsləyən  dinlərin  bəşər  tarixində  rolu 
əvəzsizdir. Silahların danışdığı,  Uca Tanrının günahsız bəndələ­
rinin acı məhrumiyyətlərə düçar olduğu bir vaxtda insanlara dö­
zümlülük,  mərhəmət və qarşılıqlı hörmət duyğuları  təlqin  edən 
Müqəddəs  Allah  kəlamlarına  dünyamızın  böyük  ehtiyacı  var. 
Bəşəriyyət  üçün sülhə,  barışığa  nail  olmağın  yolu Tanrı  nuruna 
tapınmaqdan,  mənəvi,  ruhani kamillikdən keçib gedir.
Ümidvar olduğumu  bildirmək  istəyirəm  ki,  toplantınız  xalqlar 
arasmda  sülhün,  dinc  və  mehriban  qonşuluq  münasibətlərinin 
bərqərar olmasında öz təsirli sözünü deyəcəkdir.
Konfrans  iştirakçılarını  səmimi-qəlbdən  salamlayır  və  qarşıya 
qoyduğunuz  xeyirxah  məqsədlərin  gerçəkləşməsi  naminə hamı­
nıza uğurlar diləyirəm.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının  Prezidenti 
Bakı şahar i,  7 fevral 1994-cii  il
24
Heyd.ır Əliyev siy.ısnli: TOLERANTLIQ
İSTANBULDA “SÜLH  VƏ SƏBİR”  BEYNƏLXALQ  DİNİ 
KONFRANS NÜMAYƏNDƏLƏRİ  QARŞISINDA ÇIXIŞ
10 fevral  1994-cii il
Bu  gün  sizinlə  görüşməyimdən  çox  məmnunam.  Hamınıza 
səmimi salamlarımı yetirir, hörmət və ehtiramımı bildirirəm.
Bildiyiniz  kimi,  Türkiyə  Prezidenti  hörmətli  Süleyman  Də­
mirəlin  dəvəti  ilə  mən  burada  rəsmi  səfərdəyəm.  İki  gün  ər­
zində  Ankarada  bizim  çox  səmərəli,  əhəmiyyətli  görüşlərimiz, 
danışıqlarımız  oldu.  Türkiyə  ilə  Azərbaycan  arasında  ikitərəfli 
əməkdaşlığı  təmin  etmək  üçün  müqavilələr,  o  cümlədən  dost­
luq və əməkdaşlıq haqqında  müqavilə imzalandı.  Dünən axşam 
İstanbula  gəldim  və  burada  sizinlə görüşmək  imkanı  olduğunu 
mənə bildirdilər.  Belə bir görüşün mümkünlüyündən çox  məm­
nun oldum və bir daha bildirirəm ki, sizinlə görüşə böyük məm­
nuniyyətlə gəlmişəm.
25


Heydor Əliyev siyasəti: TOLERANTLIQ
Hələ  Bakıda  ikən  sizin  konfrans  haqqında  mənə  məlumatlar 
gəldi.  Bu  konfransın  işinə  çox  böyük  əhəmiyyət  verərək  və  in­
diki  dövrdə onun  bütün  insanlar üçün  faydalı  olduğunu  nəzərə 
alaraq,  sizin  konfransa  xüsusi  məktub  göndərdim.  Məmnunam 
ki,  məktubum  sizə  çatmış  və  onunla  tanış  olmusunuz.  Fikrim­
cə,  konfransın başlıca əhəmiyyəti ondan ibarətdir ki, siz vicdana 
çağırış,  sülh  və  barışıq  məsələlərini  diqqət  mərkəzinə  çəkmisi­
niz.  İndi  bu, dünya  üçün, bütün  xalqlar üçün çox  vacib,  mühüm 
məsələdir.  Təəssüf  ki,  son  illərdə,  iyirminci  əsrin  son  mərhələ­
sində dünyanın  müxtəlif  regionlarında  sülh  pozulmuş,  insanlar 
arasında,  dövlətlər  arasında,  ayrı-ayrı  qruplar  arasında  toqquş­
malar,  vuruşmalar,  müharibə  gedir  və  bunların  hamısı  insanla­
rın  rahat  yaşamasına  mane  olur.  Əsrimizin  sonunda  dünyada 
gedən  ictimai-siyasi  prosesləri  təbii hesab edərək,  heç vəchlə ra­
zılaşmaq olmaz ki,  bu  proseslər müharibə yolu ilə,  toqquşmalar 
yolu  ilə, qan  tökmək yolu  ilə getsin.
Yer  üzərində  yaşayan  insanlara  Allahın  ən  böyük  tövsiyə­
si  ondan  ibarətdir  ki,  onlar bir-biri  ilə  xoş  məramda,  sülh  şəra­
itində,  bir-birinə  qarşılıqlı  hörmət,  qarşılıqlı  ehtiram  şəraitində 
yaşasınlar.  Ona  görə  də  din  xadimlərinin  vicdana  çağırış,  səbir, 
sülhün təmin olunması ilə bağlı təşəbbüsləri həm Allahın göstər­
diyi yolla getmək deməkdir, həm də yer üzərində insanların sülh 
şəraitində yaşamalarına böyük köməkdir.  Müharibənin, ayrı-ay­
rı  dövlətlərin  bir-biri  ilə  vuruşmasının,  müxtəlif  siyasi-ictimai 
qrupların  bir-biri  ilə  savaşmasının  əsas  səbəbləri,  şübhəsiz  ki, 
siyasi xarakter, etnik xarakter daşıyır, birinin digərinin torpağını 
zorla  əlindən  almaq  məqsədi  daşıyır.  Bunlar,  şübhəsiz  ki,  dini 
xarakter daşıya bilməz.
İnsanların  mənəvi  sərvətlərinin hamısından  dinin  fərqi  onda­
dır ki, o, dini  mənsubiyyətindən asılı olmayaraq həmişə insanla­
rı dostluğa, həmrəyliyə, birliyə dəvət etmişdir. Biz indi də bunun 
şahidiyik. Sizin bu  konfransınız,  müxtəlif dinləri  təmsil edən xa­
dimlərin toplaşaraq bir məsələni, bütün dünya xalqlarını narahat
26
Heydor Əliyev siynsoti: TOLERANTLIQ
edən  məsələni  -   vicdana  çağırış,  sülh  və  səbir  məsələlərini  mü­
zakirə etməsi  buna  canlı sübutdur.  Mən sizin bu təşəbbüsünüzü 
və belə fədakar fəaliyyətinizi alqışlayır, ürəkdən bəyənirəm. Sizə 
göndərdiyim  məktubda  da  bununla  bağlı  öz  fikirlərimi  bildir­
mişəm  və  çox  məmnunam  ki,  indi  üzbəüz,  şəxsən  görüşüb  bu 
sözləri  sizə  çatdırmaq  mənə  nəsib olmuşdur.  Sizin bir yerə  top­
laşmağınız,  həmrəyliyiniz,  bir-birinizlə  mehriban  əlaqələriniz 
onu  göstərir ki,  insanlar dini,  irqi mənsubiyyətdən  asılı  olmaya­
raq birlikdə yaşaya bilərlər, bir-biri ilə mehriban, dost ola bilərlər 
və öz həyatlarını  qura bilərlər.
Bizim  Azərbaycan  Respublikası üçün sizin fəaliyyətiniz xüsu­
si  əhəmiyyət  kəsb  edir.  Azərbaycan  çoxmillətli  dövlətdir.  Res­
publikamızda  bir  çox  millətlər  əsrlər  boyu  birlikdə  yaşayırlar. 
Bildiyiniz  kimi  Azərbaycanda  İslam  dini  ilə  yanaşı,  Xristianlıq 
və  iudaizm  dinləri  də  var  və  onlar  bir-biri  ilə  çox  mehriban  şə­
raitdə  fəaliyyət  göstərirlər.  Biz  bunu  bəyan  etmişik.  Azərbayca­
nın  Prezidenti  kimi,  mən  dəfələrlə  qeyd  etmişəm  ki,  ölkəmizin 
vətəndaşları  dini,  irqi  mənsubiyyətindən,  siyasi  baxışlarından 
asılı  olmayaraq  eyni  hüquqlara  malikdirlər  və  onların  hüquq­
ları  Azərbaycan  dövləti  tərəfindən  qorunur.  Əmin  ola  bilərsiniz 
ki,  biz  bu  prinsiplərimizə  daim  sadiq  qalacağıq  və  Azərbaycan 
vətəndaşlarının  din,  dil  mənsubiyyətindən  və  siyasi  baxışların­
dan  asılı  olaraq  bir-biri  ilə  münaqişəyə  girməsinə gələcəkdə  də 
yol verməyəcəyik.
Böyük  təəssüf  hissilə  qeyd  edə  bilərəm  ki,  bizim  regionda, 
yəni  Zaqafqaziyada  -  Azərbaycanda,  F.rmənistanda  və  Gürcüs­
tanda etnik səbəblərə görə, etnik zəmin əsasında çox böyük gər­
ginlik,  toqquşmalar  var,  hətta  müharibə gedir,  qan  tökülür.  Bü­
tün bunlar bizi həddindən artıq narahat edir. Əmin ola bilərsiniz 
ki,  Azərbaycan dövləti  və  Prezidenti  kimi,  şəxsən  mən,  çalışırıq 
və bundan sonra da  çalışacağıq  ki,  regionumuzda etnik prinsip­
lər əsasında olan  münaqişələrə son qoyulsun.
Bizi  -   Azərbaycan  Respublikasını  çox  ağır  vəziyyətə  salan, 
şübhəsiz  ki,  erməni  silahlı  qüvvələrinin  Azərbaycan  Respubli-
27


Yüklə 333,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə