Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Hey J a r  Əliyev siyasali: T O U KA N TLIQ



Yüklə 333,04 Kb.
Pdf görüntüsü
səhifə29/112
tarix04.11.2017
ölçüsü333,04 Kb.
#8264
1   ...   25   26   27   28   29   30   31   32   ...   112

Hey J a r  Əliyev siyasali: T O U KA N TLIQ
Yenə  deyirəm,  bütün  bu  tədbirlərin  hamısı  münaqişəyə  sülh 
yolu ilə son qoyulmasına yönəldilibdir. Yaxın günlərdə ölkəmizə 
yeni  nümayəndələr  gələcəklər.  Biz  danışıqları  davam  etdirəcə­
yik.  Ümidvaram  ki,  bu  danışıqlarımız  nəticə  verəcək,  sülh  ad­
dımlarımız  dünya  ictimaiyyəti  tərəfindən,  nəhayət,  dərk  edilə­
cək və məsələnin sülh yolu ilə həllinə nail olacağıq.
Eyni  zamanda,  burada  səslənən  çağırışları  və  çıxışları  da 
dəstəkləyirəm.  Əgər bizim  səylərimiz  nəticə  verməsə,  Azərbay­
canın ərazi bütövlüyünü bu yolla təmin edə bilməsək, işğal olun­
muş  torpaqlarımızı  azad  edə  bilməsək,  nəyin  bahasına  olur  ol­
sun,  məqsədimizə çatmalıyıq.  Şuşanı da,  Laçını  da,  Xocalını  da, 
Ağdamı,  Kəlbəcəri,  Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını da, 
bir sözlə,  bütün  torpaqlarımızı  azad etməliyik.
Ermənistanın  Azərbaycana  qarşı  təcavüzü  nəticəsində  gedən 
müharibədə  igid  oğullarımız şəhid  olublar,  Vətən  yolunda  can­
larını  qurban  veriblər.  Sizin  ailə  üzvləriniz,  qohum-əqrəbaları­
nız şəhid olublar. Çoxunuzun qohumları şikəst olub, ağır xəsarət 
alıbdır.  Bunlar  hamısı  xalqımızın  qəhrəmanlıq  nümunələridir, 
qəhrəmanlıq salnaməsidir. Xalqımız bu döyüşlərdə qəhrəmanlıq 
göstərib.  Əgər şəhidlər vermişiksə,  oğullarımız həlak  olublarsa, 
demək,  xalqımız qəhrəman  xalqdır,  cəsurluğunu  nümayiş etdi­
ribdir. Güman  edirəm  ki, bütün bu  keçmişi  təhlil edəndən sonra 
xalqımızda  qəhrəmanlıq,  vətənpərvərlik  əhval-ruhiyyəsi  daha 
da  yüksəlibdir və ondan da yüksəklərə qalxacaqdır.
Iəəssiif  ki,  bunlarla  yanaşı,  aramızda  satqınlar,  xainlər  də 
olubdur.  Allah  onlara  lənət eləsin!  Xalqımız  onların  xəyanətini, 
satqınlığını daim lənətləyəcək, onlar Azərbaycanda heç vaxt hör­
mət  qazana  bilməyəcəklər.  Bu  gün  də  olmasa  sabah,  sabah  da 
olmasa gələcək nəsillər onların cəzalarını verəcəkdir.
Bu  gün  mən  Vətən  yolunda,  torpaqlarımızın  müdafiəsi  yo­
lunda şəhid olanların hamısının xatirəsini böyük hörmət və ehti­
ramla yad edirəm.  Bu Qurban bayramı günündə şəhidlərin ruhu 
qarşısında  baş əyirəm. Allah onlara  rəhmət eləsin!
Bütün bunlardan bir nəticə çıxır: xalqımız öz gücünü toplamalı,
126
Heydər Əliyev siyasali: TOLERANTLIQ
keçmişdən nəticə çıxarmalıdır. Xalqımız bilməlidir ki, biz özümüz 
özümüzü  qorumalıyıq,  qüdrətimizi, qəhrəmanlığımızı göstərmə­
liyik.  Bizə heç kəsin  torpağı  lazım  deyil,  heç kəsin  torpağına  göz 
dikmirik, baxmayaraq ki, keçmiş dövrlərdə torpaqlarımızın başqa 
hissələri  də  əlimizdən  gedibdir.  Ancaq  indi  beynəlxalq  təşkilat­
lar tərəfindən tanınmış sərhədlərimiz çərçivəsində olan  torpaqla­
rımızı  göz  bəbəyi  kimi  qoruyacağıq.  Başqalarının  torpağına  göz 
dikmirik,  öz  torpaqlarımızı  da  qoruyuruq  və  qoruyacağıq.  Öz 
torpaqlarımızın  sahibi  olmalıyıq!  Ona  görə  də  gücümüzü  topla­
malıyıq,  qəhrəmanlığımızı  nümayiş  etdirməliyik.  Sülh  zamanı 
unutmamalıyıq  ki, elə bir gün  gələr,  biz yenə do  torpağımızı  dö­
yüşlərlə  azad  etmək  zərurətmə  gəlib  çatarıq.  Bunu  unutmaq  la­
zım deyil. Əksinə, gərək hamı buna hazır olsun, siz də hazır olun, 
biz də hazır olaq.
Sülh  istəməklə  yanaşı,  biz,  eyni  zamanda,  dövlətimizin  hərbi 
qüdrətini  möhkəmləndirməliyik.  Azərbaycanın  hər  bir  vətən­
daşı  işğal  edilmiş  torpaqlarımızın  azad  edilməsi  uğrunda  mü­
barizəyə  qalxmağa  hazır  olmalıdır.  Əgər  bizim  sülh  təşəbbüs­
lərimiz  nəticə  verməsə,  əminəm  ki,  birləşib  torpaqlarımızı  azad 
edəcəyik və Şuşada da,  Laçında da, işğal olunmuş başqa  torpaq­
larımızda  da  belə bayram  məclisi  quracağıq,  Qurban  bayramını 
o yerlərdə qeyd edəcəyik.
Bilirəm  ki,  siz çox  böyük  əzab-əziyyətlərə  dözürsünüz.  Sizin 
vəziyyətinizi heç olmasa müəyyən qədər yüngülləşdirmək üçün 
əlimizdən gələni edirik.  Burada sizlərə kömək edən, əl tutan ay­
rı-ayrı təşkilatlara, dövlət orqanlarına təşəkkürünüzü bildirdiniz. 
Bu, məlumdur, ancaq heç kəs minnət qoymasın. Hamı sizə borc­
ludur.  Ona  görə  də  hamının  borcu  yerindən-yurdundan  didər­
gin  düşmüş vətəndaşlara -  bacı  və qardaşlarımıza qayğı  göstər­
məkdir.  Biz azərbaycanlılar belə yaşamışıq: nəyimiz var, həmişə 
bir-birimizlə bölüşmüşük.  Bu  gün do  kimin  imkanı  varsa, gərək 
imkansıza  kömək eləsin.  Hər bir təşkilat -  həm  dövlət  təşkilatı, 
həm  ictimai  və  başqa  təşkilatlar  yerindən-yurdundan  didərgin 
düşənlərə  kömək etməlidir.  Bu  gün  təkcə sizə yox,  ümumiyyət-
127


Hovdor OlivoV siyasəti: TOLERANTLIQ
lə,  didərgin  düşmüş bütün  vətəndaşlarımıza  göstərilən  köməyə 
görə  məmnuniyyətlə  razılığımı  bildirir,  eyni  zamanda,  hesab 
edirəm  ki, hələ bundan artıq iş görmək lazımdır. Bu sahədə hələ 
hər  şevdən  razı  deyiləm,  nöqsanlar,  çatışmazlıqlar  da  var.  Bəzi 
adamlar öz vəzifəsini  layiqincə  yerinə  yetirə bilmir,  bəziləri  və­
zifəsindən  sui-istifadə  edir.  Bunlar  da  bizə  məlumdur.  Bu  gün 
siz  bunları  bəlkə  də  demirsiniz.  Amma  bilin  ki,  biz  bundan  xə­
bərdarıq.  Ona  görə də bu  gün  hamını  sədaqətlə  işləməyə  dəvət 
edirəm.  Hamı öz borcunu,  vəzifəsini şərəflə yerinə yetirsin.  Sizə 
göstərilən  qayğı  təbiidir,  bundan  sonra  da  olmalıdır və biz çalı­
şacağıq  ki, onu daha  da artıraq.
Türkiyədən  olan  qardaşlarımız Azərbaycanın  Qurban  bayra­
mı mərasimlərində iştirak ediblər, qurbanlar kəsiblər.  Burada da 
çıxış edib öz sözlərini dedilər.  Mən bilirəm, onlar başqa yerlərdə 
də xeyirxah işlərini görüblər. Ona görə də Türkiyə Cümhuriyyə­
tindən,  başqa  müsəlman  ölkələrindən  Azərbaycana  gəlib  Qur­
ban bayramında iştirak edənlərin, qurban kəsənlərin  və bayramı 
bizimlə bölüşdürənlərin hamısına təşəkkür edirəm.
Ümidvar olduğumu bildirmək istəyirəm ki, əlaqələrimiz bun­
dan sonra  da genişlənəcək,  inkişaf edəcək  və gələn Qurban bay­
ramlarını  da  birlikdə keçirəcəyik.
Sizi  bir daha  ürəkdən  təbrik edir,  cansağlığı,  xoşbəxtlik  arzu­
layır,  hamınıza  hörmət  və  ehtiramımı  bildirirəm.  Hamınızı  qu­
caqlayır,  bağrıma basıram.  Sizə uğurlar olsun.  Qurban  bayramı­
nız mübarək olsun!
128
Heydor Əliyev sivasili  TOLERANTLIQ
AZƏRBAYCANIN YƏHUDİ  İCMASINA
Əziz həmvətənlər!
Sizi  yəhudilərin  qədim  dövrlərdən  yeni  həyatın  başlanğıcı, 
mənəvi  paklaşma  və tövbə günü  kimi bayram etdikləri  Roş-Ha- 
Şana  -  Təzə  İl  münasibətilə  ürəkdən  təbrik  edir,  bu  əziz  gündə 
hamınıza cansağlığı, sevinc diləyirəm.
Müstəqil Azərbaycanda yaşayan bütün xalqların milli-mədəni 
özgürlüyünün,  adət-ənənələrinin  qorunub  saxlanılması,  dil  və 
mədəniyyətlərinin  inkişafı  üçün  hüquqi  demokratik  prinsiplər 
bərqərar edilmişdir.  Azərbaycanın yəhudi  əhalisi  respublikamı­
zın  ictimai-siyasi  və  mədəni  həyatında  yaxından  iştirak  edir və 
əminəm ki, bundan sonra  da  demokratik dövlət quruculuğunda 
səylərini əsirgəməyəcəkdir.
Qoy  Roş-Ha-Şana bolluq,  xeyir-bərəkət,  sülh  və xoş müjdələr 
gətirsin.
Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti 
12 sentyabr 1996-cı il
129


Yüklə 333,04 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə