laşmalarına, təmizlənmələrinə yardım göstərirlər. Düşünürəm
ki, bütün bu nəcib işləri görmək, böyük və müdrik Sözü demək
Sizin də səfərinizin başlıca məqsədlərindən biridir. İki gün ər
zində Sizinlə təmasda olan, ibrətli kəlamlarınızı dinləyən hər bir
azərbaycanlı Sizin timsalınızda yer üzündə insan ömrünün necə
yaşanmalı olduğu haqqında daha dərindən fikirləşəcəkdir.
Bu mühüm və məsuliyyətli anlan minlərlə Azərbaycan vətən
daşına yaşatdığınız üçün Sizə minnətdarlığımı bildirirəm. Təşək
kür edirəm.
HfVfi.ır Əliyev siyawli: TO LERA N TLIQ
_________________________________________
* * *
Sonra Azərbaycan Prezidenti Heydər Əliyev ölkəmizin ta
nınmış elm, mədəniyyət, incəsənət, idman xadimlərini pontifikə
təqdim etdi, II İohann Pavel onlara xatirə hədiyyələri təqdim etdi
və ən yaxşı nemətlər dilədi.
458
Heydar Əliyev siy.vuMi: TOLERANTLIQ
VATİKAN DÖVLƏTİNİN BAŞÇISI, ROMA PAPASI
II İOHANN PAVELİN AZƏRBAYCANA RƏSMİ
SƏFƏRİ BAŞA ÇATDIQDAN SONRA TƏNTƏNƏLİ
YOLASALMA MƏRASİMİ
23 may 2002-ci il
Vatikan dövlətinin başçısı
II
İohann Pavel və Azərbaycan Res
publikasının Prezidenti Heydər Əliyev Binə beynəlxalq hava li
manına gəldilər.
Azərbaycanın və Vatikanın dövlət bayraqları ilə bəzədilmiş
Binə hava limanının binasında Roma Papasının iri portreti asıl
mışdı.
Ali qonağın şərəfinə hava limanının uçuş meydanında fəxri
qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Vatikan dövlətinin başçısı
II
İo
hann Pavelə və Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevə raport verdi.
459
Hovdor Əliyev siv.ısoti: TO LERA NTLIQ
460
Hey dor Əliyev siyosoti: TOLERANTLIQ
Prezident Heydər Əliyev və Roma Papası II İohann Pavel üçüş
meydançasında qurulmuş xüsusi tribunada əyləşdilər.
Hərbi orkestrin ifasında Vatikanın və Azərbaycanın dövlət
himnləri səsləndi.
Yolasalma mərasimində iştirak edən Milli Məclisin sədri Mur
tuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezidentin İcra Apara
tının rəhbəri Ramiz Mehdiyev, nazirlər, dini konfessiyaların baş
çıları, Azərbaycanda akkreditə olunmuş bir sıra xarici ölkələrin
səfirləri və beynəlxalq təşkilatların nümayəndələri Vatikan döv
lətinin başçısı, Roma Papası II İohann Pavellə, ali qonağt səfərdə
müşayiət edən şəxslər Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevlə mehribancasına sağollaşdılar.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Roma
Papasına onun ölkəmizə rəsmi səfərini əks etdirən fotoalbom
təqdim etdi.
Dövlət başçılan fəxri qarovul dəstəsinin qarşısmdan keçdilər.
Milli geyimli uşaqlar II İohann Pavelə gül-çiçək dəstəsi təq
dim etdilər.
Heydər Əliyev: Sizə çox təşəkkür edirəm. Azərbaycana səfər
etdiyiniz üçün Sizə minnətdarlıq edirəm, səfəriniz çox vaxşı
keçdi. Mən çox məmnunam. Sizin səfəriniz Azərbaycanda çox
yaxşı qarşılanmışdır. Siz gördünüz, bu gün Sizinlə görüşməyə
nə qədər adam gəlmişdi. Sizin səfərinizə çox böyük maraq var.
Bir daha Sizə təşəkkür edirəm, işlərinizdə uğurlar, cansağlığı və
yaxşı yol arzulayıram.
II İohann Pavel: Bakıya səfərimin yüksək səviyyədə təşkil
olunmasından məmnun qaldığımı bildirirəm. Mənə göstərilən
qonaqpərvərliyə görə Prezident Heydər Əliyevə və Azərbaycan
xalqına dərin minnətdarlığımı bildirirəm.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Vatikan döv
lətinin başçısı, Roma Papası II İolıaım Pavel ilə təyyarənin pilləkəni
ı/anında səmimiyyətlə sağollaşdı.
Roma Papası Azərbaycan Dövlət Hava Yolları Şirkətinə məxsus xü
susi təyyarə ilə Bolqarıstana yola diişdıi.
461
Hevdar Əliyev siyasoti: TOLERANTLIQ
* * *
Klaudio Qucerotti (Vatikan dövhtinitı Azərbaycandakı apostol
ııımsisi): Cənab Prezident, Sizin tərəfinizdən edilən bu xeyirxah
lıq Müqəddəs Ataya böyük təsir bağışladı. Siz onun da şahidi ol
dunuz ki, müəyyən çətinliklərə baxmayaraq, Müqəddəs Atanın
özü istəyirdi ki, bu səfər baş tutsun. Biz böyük sevinc hissi ilə
demək istəyirik ki, O, buraya gələndə hətta Sizin gözlərinizdən
sevinc hissi duyulduğunun şahidi olduq.
Cənab Prezident, Bakıda katolik kilsəsinin tikilməsi üçün yer
ayırdığınızı eşidəndə çox şad olduq. Hesab edirik ki, bu kilsə belə
bir gözəl ölkədə belə gözəl xalq üçün öz töhfəsini verəcəkdir.
Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm. Mən də çox şadam
ki, nəhayət, Roma Papası, Zati-müqəddəsləri II Iohann Pavelin
Azərbaycana səfəri baş tutdu. O, Azərbaycanda çox böyük se
vinc hissi ilə qarşılanıbdır. Siz gördünüz ki, onu nə qədər məhəb
bətlə, nə qədər hərarətlə qarşılayırdılar.
Dünən Azərbaycanın elm, mədəniyyət, incəsənət xadimləri
ilə görüşümüz də çox yüksək səviyyədə keçdi və insanlar bunu
çox müsbət qiymətləndirirlər. Bu gün İdman sarayında keçirdi
yiniz tədbir də camaatda çox böyük maraq doğurmuşdur.
Poma Papasının Azərbaycana bu səfəri tarixi hadisədir. Bu bi
zim xalqımızın tarixinə yazılıbdır. Mən bütün bunlara görə çox
təşəkkür edirəm.
Klaudio Qucerotti: Cənab Prezident, çox sağ olun. Bircə onu
demək istəyirəm ki, dünənki görüşümüzdə gördük ki, Azər
baycanın həqiqətən çox yaxşı uşaqları vardır. Onların oxuduğu
mahnıları eşitdik. Bunlar həmişəlik bizim qəlbimizdə qaldı. Cə
nab Prezident, mən sevinirəm ki, Siz öz xalqınızla fəxr edirsiniz.
İosif Daniil Pravda (Bakıdakı katolik kilsəsinin rəhbəri): Cənab
Prezident, Müqəddəs Atanı Azərbaycana dəvət etdiyinizə, səfə
rin yüksək səviyyədə təşkil olunmasına və bu ziyarətin uğurla
başa çatmasına görə Sizə və Azərbaycan xalqına dərin təşəkkü
rümü bildirirəm.
462
Heydar Əliyev siyasaıi: TOLERANTLIQ
“QAFQAZDA SÜLH NAMİNƏ ƏMƏKDAŞLIQ”
MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANSA
Hörmətli konfrans iştirakçıları!
Sizi - qardaş Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən
beynəlxalq konfransın iştirakçılarını səmimi salamlayır, hamını
za sülh, cansağlığı, səadət və xoşbəxtlik arzulayıram.
Gürcü Pravoslav Kilsəsi, Qafqaz Müsəlmanları İdarəsi və
Gürcüstanın Etnik və Konfessional Əlaqələr Mərkəzi tərəfindən
Tbilisi Dövlət Universiteti ilə birlikdə belə bir konfransın keçi
rilməsi faktı öz-özlüyündə çox yüksək qiymətə layiqdir. Din və
elm xadimlərinin, müxtəlif konfessiya və xalqların nümayən
dələrinin belə səmərəli əməkdaşlığı, şübhəsiz ki, dinlərin və mə
dəniyyətlərin dialoqunda yeni uğurların qazanılmasına xidmət
edəcəkdir.
Məlumdur ki, Qafqaz öz coğrafi-siyasi mövqeyinə, dini, etnik
və dil mənzərəsinin rəngarəngliyinə görə dünyanın nadir guşələ
rindən biridir. Məhz burada, Avropa ilə Asiyanın qovuşuğunda
uzun əsrlər boyu təşəkkül tapmış dialoq və qarşılıqlı anlaşma
mühiti dini və mənəvi dəyərlərin nadir sisteminin yaranması
na gətirib çıxarmış, tarixə Qafqaz mədəniyyəti kimi daxil olmuş
belə nadir bir fenomeni formalaşdırmışdır. Bu fenomeni səciy
yələndirən yüksək etnik və dini tolerantlıq, qarşılıqlı ehtiram və
mehriban qonşuluq ənənələri, milli və ümumbəşəri dəyərlərin
ahəngdar birləşməsi, sözsüz ki, konfransınızın uğurlu işini şərt
ləndirən amillərdəndir.
Bu gün dövlətlərimiz keçid dövründə bütün postsovet res
publikalarına xas olan bir çox siyasi, sosial, iqtisadi və mədəni
problemlərlə üzləşirlər. Təəssüflə qeyd etmək lazımdır ki, bu
problemlərin həll olunması burada mürəkkəb münaqişələrin
mövcud olması ilə daha da çətinləşir. Bölgədə sülhün və əmin-
amanlığın bərqərar olmasında maraqlı olmayan müxtəlif dağı
463
Dostları ilə paylaş: |