Htfvdər Əliyev sivjsoti:
TOLERANTLIQ
rın 20-də fövqəladə vəziyyət elan olunmadan Bakım işğal etməsi
xüsusi qəddarlıq və görünməmiş vəhşiliklərlə müşayiət edildi.
137 nəfər günahsız insan qətlə yetirildi, 611 nəfər müxtəlif dərə
cədə xəsarət aldı.
Azərbaycan xalqının inamını və iradəsini qırmaq, sovet hərb
maşınının gücünü nümayiş etdirmək məqsədi ilə törədilən 20
Yanvar faciəsi totalitar kommunist rejiminin xalqımıza qarşı
dəhşətli cinayəti idi.
XX əsr tarixində totalitarizmin həyata keçirdiyi ən qanlı ter
ror aktlarından biri olan 20 Yanvar faciəsi mahiyyət etibarı ilə
həm də bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəldilmişdir.
Təəssüf ki, bu dəhşətli cinayətin təşkilatçıları da, icraçıları da in
diyədək cəzasız qalmışlar.
20 Yanvar hadisələrindən sonra Azərbaycan ərazisinə Ermə
nistandan terrorçu dəstələr göndərilməsi prosesi gücləndi, Azər
baycana qarşı silahlı təcavüzü həyata keçirmək üçün əməliyyat
meydanı yaradıldı.
Erməni yaraqlılarının Qazax rayonunun bir sıra kəndlərində
dinc əhalini qırması, Azərbaycanın Naxçıvan bölgəsinin kənd
lərinə hücumları artıq sübut edirdi ki, əslində terrorçu dəstələr
bütün sərhəd boyu Azərbaycanın dinc əhalisinə divan tutur.
Azərbaycanı Naxçıvan ilə birləşdirən dəmir yolunun 130 ki
lometrlik sahəsində Dağlıq Qarabağ münaqişəsinin ilk çağların
dan fasiləsiz terror aktları başlandı və bunun nəticəsində dəmir
yol əlaqəsi kəsildi. Naxçıvan əslində tam təcrid olundu, blokada
vəziyyətinə düşdü.
BMT-nin Təhlükəsizlik Şurası öz qətnamələrində Azərbay
canın suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxu
nulmazlığına hörmətini, ərazilərin ilhaq edilməsi üçün zor iş-
lədilməsinin yolverilməz olduğunu təsdiq etdi, bütün işğalçı
qüvvələrin Azərbaycanın işğal olunmuş rayonlarından dərhal,
tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb etdi.
BMT-nin Təhlükəsizlik Şurasının bütün tələblərinə baxmaya
raq, Ermənistan Azərbaycan ərazisinin 20 faizini hələ də işğal
474
Heydar Əliyev siyas«i: TOLERANTLIQ
altında saxlayır və orada özünün hərbi qüvvəsini artırır. Bizim
bir milyondan artıq vətəndaşımız məcburi köçkün və qaçqın və-
ziyyətindədir. Onlardan hər biri əslində terrorizmin qurbanıdır.
Mən bu gün konfrans iştirakçılarının qarşısında xüsusi vurğu-
lamaq istəyirəm ki, əgər Dağlıq Qarabağda yaranmış bu terrorçu
dəstələrin əməllərinin qarşısı vaxtında alınsaydı, iki qonşu xalq
böyük bir faciənin nəticələrinin aradan qaldırılması problemləri
ilə üzləşməzdi.
Təəssüf ki, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qara
bağda və onun ətrafında terrorçu birləşmələr bu gün də fəaliyyət
göstərir. İşğal olunmuş və nəzarətdən çıxmış ərazilərin mövcud
olması terrorçu və cinayətkar qrupların fəaliyyəti üçün münbit
zəmin yaradır.
Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin 2001-ci
il üçün məruzəsində qeyd olunduğu kimi, bu gün də Azərbay
canın işğal olunmuş ərazisində silah və narkotik tranziti, çirkin
pulların yuyulması ilə məşğul olan müxtəlif beynəlxalq terrorçu
təşkilatların üzvləri sığınacaq tapırlar. Buna son qoymaq bizim
borcumuzdur.
Ermənistan-
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll
olunmasında ATƏT-in Minsk qrupunun, digər qurumların və
qüvvələrin bütün səylərinə baxmayaraq, məsələ öz həllini hələ
də tapmayıb.
Bu konfransda mən bir daha bəyan etmək istərdim ki, Ermə
nistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsasında
dini və etnik problemlər durmur.
Azərbaycan öz geosiyasi mövqeyinə, etnik və dini mənzərə
sinin rəngarəngliyinə görə Qafqazın, bəlkə də dünyanın unikal
guşələrindən biridir. Məhz burada - Avropa ilə Asiyanın qovu-
şuğunda, Böyük İpək Yolunun üstündə yerləşən Azərbaycanda
zərdüştlük, atəşpərəstlik kimi qədim dini inanclar öz izlərini
qoymuş, İslam, xristian və yəhudi dinləri əsrlər boyu dialoq və
qarşılıqlı anlaşma mühitində dinc yanaşı yaşamış və gördüyü
müz kimi, indi də yaşamaqdadır.
475