ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ



Yüklə 3,93 Mb.
səhifə14/24
tarix13.11.2017
ölçüsü3,93 Mb.
#10291
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

Ş

Şad olan qurdın ağzı açılmaz. (49)

Şaddığa gejik, ehtiyaca yox. (12)

Şadıluqda yeləkmə, qəmdə məlul olma. (75)

Şaftalı gəlməmiş tabağı gəldi. (1)

Şah Abbasa yaradı, Keçəl Abbasa yaramadı?! (1)

Şah bilər, şahivən bilər. (1)

Şah da bilir Şirvan çuxurdadı. (1)

Şah ilə şilə pilav yemirəm bığlarım yağa batar1. (81)

Şah qapısı şaxtalı olar. (1)

Şah vəzir ağlı ilə oturub-durar. (1)

Şahbalutdan yağ düşməz2. (83)

Şahbudağın bağı var, bağının baratı var. (1)

Şahbudağın bağı var, Baratın dəgirmanı3. (83)

Şahı nədi, Şahbeçəsi nə ola? (18)

Şahın da dəvələri ayaqyalın gəzir. (1)

Şahın da qaraçıya işi düşər4. (83)

Şahın yürəgi Allahın əlindədi. (83)

Şahidin qazancı söyüşdü. (12)

Şahidini yalançı İraqda istər. (49)

Şahin ilə dəvə ovlanmaz5. (60)

Şahin kiçikdir, ət yeyir, dəvə böyükdür, ot yeyir. (39a)

Şahsənəm oğlan doğub. (83)

Şah-şah dediyim öz canım üçündür6. (49)

Şair sözsüz olmaz. (1)

Şalbanın bir ucu sənin çiynindədi. (1)

Şalı geydi şallandı, alı geydi sallandı. (18)

Şalvarı təzə, köynəyi təzə, yırtılsın, görək nə diyər bizə. (18)

Şam bahadı – korun nə vecinə. (34)

Şam başından yanar. (1)

Şam dibinə işıq salmaz. (1)

Şam özü gər yanmasa pərvanəni yandırmaz. (83)

Şam yanar, şölə çəkər. (1)

Şam yanmasa, başına pərvanə dolanmaz. (1)

Şamdan soruşdular: -İplik yanır, sən niyə əriyirsən? Şam dedi: -Dad rəfiq əlindən! Rəfiqim yanır, mən də əriyirəm! (1)

Şamın həyatı onun yanmağındadı. (12)

Şapalaq ilə üz qızardır1. (2)

Şaşıya yol sorsan, gözi toğruluğuna getmə, yara düşərsən. (75)

Şayiə hər yanı gəzər. (1)

Şayir oldun, dildə, sözdə, gözdə xəsis ol. (18)

Şaylığına malun yedürməyən, korluğuna yemək gərək. (49)

Şəbpərə gecə gəzər, gündüz gəzməz, elə bilər –özü bilər, özgə bilməz. (1)

Şəfa piyalənün dibində olur2. (49)

Şəfa verən ağudan da verə bilər. (1)

Şəfqət böyüklərdəndür. (49)

Şəhər bürclü, qalalı gərək. (1)

Şəhər hər kimsənin öz evidür. (49)

Şəhərin böyüyü, kəndin kiçiyi. (13)

Şəkər dadın yeyən bilür. (75)

Şəkər əkirəm, duz çıxır, hamama gedirəm, buz çıxır. (9)

Şəkərsiz qamış, mənasız adama bənzər. (49)

Şəki küləyi açar, Şirvan küləyi batırar. (18)

Şələ lələni basdı. (12)

Şələni elə bağla, götürəndə gücün çatsın3. (81)

Şələşur adam qarışıx yuxular görər. (18)

Şəmin yüzi, ardı olmaz. (49)

Şən qonax heş kəsə yük olmaz. (12)

Şər batini qılıcdan kəsgün olur. (49)

Şər diməsən xeyir olmaz2. (83)

Şər həmişə xeyrin dalınca gəzər. (1)

Şər iş qala-qala xeyrə dönər. (49)

Şər sevən – yalan, şər gətirən – gerçək. (1)

Şər yaşamır, xeyir ölmür. (12)

Şər zahirə hökm eylər3. (1)

Şərab ağlı da alır, hörməti də. (12)

Şərabın kədəri nəşəsindən artıqdı. (1)

Şərdən ayağ dışra qoyan özüni damuda görsün. (49)

Şərə qarışdı, ağlı çaşdı. (18)

Şərəf, şöhrət puldan şirindi. (12)

Şərəfsiz yaşamaq ölümdən betərdir. (12)

Şəri-şeytandan, məkri-zənandan, quru böhtandan, bəylər qəzəbindən özünü qoru. (1)

Şəriət kəsdügi barmaq ağrımaz4. (75)

Şəriət zaһirinə һökm edər. (75)

Şəriətdə şırım olmaz. (49)

Şəriətə ud yoq, bizdə һiç yoq. (75)

Şəriəti mürüvvət yenmişdir. (75)

Şəriəti xor görən xor olur. (75)

Şərikli əti it yeməz. (1)

Şərlü dostluğı çam kölgəsi kibidir. (75)

Şərsadan yalan, şərr gətürici gərçəkdən yegdür. (49)

Şərti şumda kəs, xırmanda şana kürək sınmasın5. (2)

Şey qurtdayar duz səpilər, duz qurtdasa nə səpilər. (83)

Şeytan əzabda gərək1. (1)

Şeytan gah mələhdi, gah kələk. (18)

Şeytan gitdi, meydan bizə qaldı. (83)

Şeytan karxanası boş qalmaz2. (1)

Şeytan olmasa, qurd qoyunla gəzər. (1)

Şeytan şeytannığında qalır. (12)

Şeytana papış tikər3. (1)

Şeytanan min donu var. (18)

Şeytanı tutmağa noxtasız gedir. (1)

Şeytanın ayağını sındırır4. (1)

Şeytanın dostluğu dar günlərə qədərdi. (1)

Şeytanın evi xəbis adamların ürəyindədi. (18)

Şeytanla ortaq olan buğda əkər, saman biçər. (1)

Şeyx uçmaz, müridlər uçurur. (49)

Şəyirdimin şəyirdi, ayran işdi gəyirdi. (18)

Şıqqıldatmağa qozum var, cırıldatmağa bezim. (6)

Şikayət acizlik əlamətidi. (1)

Şilə ilə yıxılan ev, pilov bişir, qoy dağılsın5. (2)

Şillə yeməmiş yanaq qızarmaz6. (1)

Şimdiki zamanda asıl anılmaz, altun-incü anılur. (75)

Şimdiki zamanda danişməndin dedügin tut, amma işlədü­gin işləmə. (75)

Şimdiki zamanda şərrə uğramayım, deyirsən, xeyirdən qaç. (75)

Şir gərək pəncə vura şir ilə. (1)

Şir öz dişini heç kəsə borc verməz. (1)

Şir qəfəsdə də şirdi. (12)

Şir qocalanda özünə gülməyi gələr. (1)

Şiri caynağından tanıyallar. (12)

Şiri şiranə tutarlar. (1)

Şirin de, şirin eşit. (49)

Şirin dil adama dost qazandırar. (1)

Şirin dil dəmir qapını da açar. (12)

Şirin dil ilanı yuvasından çıxardar1. (1)

Şirin ömri acılıq ilən keçürmək olmaz. (49)

Şirin söz baldan şirindi. (1)

Şirin-şirin öpmürsən, acı-acı niyə dişdiyirsən. (18)

Şirin-şirin yeməyin acı qusmağı var2. (83)

Şirin yalannan acı həqiqət yaxşıdı. (12)

Şirinliyi şirinlik, şaqqıldaması daha artıq. (83)

Şirvanda qurt az idi, biri də gəmidən çıxdı. (49)

Şol kişi neyləsün ki, yuqarı asarsa is olur, aşağı qoursa, pas olur, urup öldürürsə, yas? (75)

Şor yağdan baha olub. (14)

Şor yer sünbül gətirməz3. (2)

Şor yeyən adam bulağa tez-tez gedər. (12)

Şorbanın imanı ətdür. (75)

Şorbanın sıyıqlığı düyünün azlığındandı. (83)

Şöhrətə uyan çörəksiz qalar, çörəyə xəyanət edən köy­nək­siz. (80)

Şum xəbəri yalquya buraxmaq gərək. (49)

Şunun ki gözi aya ögrənmişdir, yıldıza nə tanı vardır? (75)

Şux tərlan yerinə cürə bağlanıb. (83)

Şükür nemət arturur. (49)

Şüurlu uşaq hər işdə məlum olar4. (2)

Şüurru uşax qırx günnükdən manşırdı. (9)


T

Tabanı giciyən köpək yolçıya uyar. (75)

Tabutun özgə çignində görməyən ölümünə inanmaz. (49)

Tağ füzulluq etdügiçün başından tufan əksik degil. (75)

Tağ ilə erişən tavardan çıqar. (75)

Tağ nə qədər yuca isə, üzərindən yol aşar. (75)

Tağarın qırağını süpürəllər, çanağın yox. (18)

Tale insanla oynayır. (1)

Taleyi yar olanın yar sarar yarasını. (1)

Talib olan tapar. (49)

Tama olmasa, olmazdı tamu. (75)

Tamah ağacınun barı xarlıqdur. (49)

Tamah yüzdü, doxsan doqquzu mollada, biri camaatda, ona da molla deyər: -Şərikəm! (1)

Tamahgirrix insanın düşmənidi. (18)

Tamahkar dünyada olduqca önməz. (75)

Tamahkar öz nəfsinin quludu. (1)

Tamahkarı yalançı aldadar1. (83)

Tamahkarın gözü kor olar2. (62)

Tamahkarın gözünü torpaq doldurar3. (1)

Tamahkarın imanı olmaz. (14)

Tamahkarlıq başa bəladı. (1)

Tamarzıdan al, dadamala ver4. (2)

Tanaludan yoğurd saqınma. (75)

Tanayı bökələk tutsa, öküzi dögmək gərək. (75)

Tanıdığın şeytan tanımadığın adamdan yaxşıdı” (3)

Tanımadığın adamı evinə buraxma5. (1)

Tanımadığın adamnan zarafat eləmə. (12)

Tanınmaq afətdür. (49)

Tanış, tanış, amma bildügin işlə. (75)

Tanışacağun yoğ isə börkün yanına qo. (75)

Tanışıqlu tağ aşar. (75)

Tanişməndlər ğulamı bara olur. (75)

Tanişməndsiz el bıçaqsız çoban kibidir. (75)

Tanrı ac edəni bəndə doyura bilməz. (49)

Tanrı bilir, kim qazanıb kim yeyə. (55)

Tanrı bilir, günahkar kimdi. (1)

Tanrı bilir, eşşəyə buynuz verməz1. (54)

Tanrı bir yandan bağlasa, bir yandan açar2. (54)

Tanrı bir, iş iki. (75)

Tanrı böyük, altı gen. (1)

Tanrı dərgahında adamun adamı gərək. (49)

Tanrı qağrıyanı peyğəmbər əsa ilən dökər. (50)

Tanrı qoruyanı qurd yeməz. (1)

Tanrı nişan urduğı quldan qorqmaq gərək. (75)

Tanrı təqdirin bəndə poza bilməz. (49)

Tanrı verən dövləti bəndə ala bilməz3. (50)

Tanrı vuran ağacın səsi çıxmaz. (1)

Tanrı yeddi yaşara verdükini, yetmiş yaşara verməyüpdür. (50)

Tanrıdan gəlməsə, bəndədən nə gələr? (1)

Tanrının birliginə yoxdur güman.(3)

Tanrının günü bir çuval darıdan çoqdu. (83)

Tanrının sabahı qurtarmaz. (1)

Tanrının təqdirini bəndə poza bilməz. (1)

Tanrısın tanımayandan nə umursan?! (1)

Tanrıyı göz ilə görmüş kimsə yoq, əqllə bulurlar. (75)

Tapan tapanın olsa naxırçı bir bəy olar4. (2)

Tapanda ye, tapmayanda ac qal. (1)

Tapdanmış yerdə ot bitməz. (12)

Tapılan tapanın olsa, qoyun çobanın olar. (1)

Taqqıltısını eşidirəm, üzünü görmürəm. (14)

Tar çalan simi gözlər. (1)

Taraqsız saqal olmaz. (75)

Tarı mənəm, yağmaram2. (83)

Tarlada izi olmayanın süfrədə üzü olmaz. (1)

Tarlasında darısı yox, damında qarı. (1)

Tas düşdi, yastulandı. (49)

Tas ki, girdi başa, bil ki, hamam vaxtıdı. (1)

Tas sınsa yegdür, səsi çıxınca. (49)

Tasa kişiyə xeyr etməz. (75)

Taş qopduq yerdə ağır olur. (75)

Tat ata mindi, şakərisin unutdı. (49)

Tat ata mindi, Tanrısını tanımadı3. (83)

Tat ildə bir pud qurd yeyər, tərəkəmə ildə bir pud tük. (16)

Tatın dovğası, tərəkəmənin lovğası. (16)

Tatın gəlişi, kürdün görüşü4. (50)

Tatın on iki uşağı olar, tərəkəmənin on iki dəvəsi. (16)

Tatın öküzü kök olar, özü arıq. (16)

Tatlu suyi kim içməz. (75)

Tatlu yeyəyin dersən, dəgirməndə yayı gör. (75)

Tatluyı tatlu söylə. (75)

Tava dəlik, tas dəlik, boş da qoydu üstəlik. (1)

Tava dəlik, yağ tutmaz, taxta çürük, mıx tutmaz. (1)

Tava dəlik, tas dəlik bu da gəldi üstəlik. (55)

Tavar ilə issi arasına girə gör, sonı qolay olur. (75)

Tavar qalba əksik degil. (75)

Tavşan tutan it dişin göstərməz. (75)

Tavşanın qaçışına baqdum da, ətindən igrəndim. (75)

Tavuğun döşü, balığın başı. (83)

Tavus bəzənər, qaqqıldar, əyilib ayaqlarına baxanda susta­lar, oturar. (1)

Taxça tapanda boğça tapmıram, boğça tapanda taxça tap­mıram. (79)

Taxçadakı qarnımda, boxçadakı əynimdə1. (1)

Taxt mənimdi, özüm bilərəm, altında yataram, üstündə yataram, özüm bilərəm. (1)

Taxt yaratmaq olar, bəxt yaratmaq olmaz2. (1)

Taxta nazikdi, mismar götürməz3. (2)

Taxtanı rəndə hamarlar, bəndəni bəndə. (1)

Taxtına nə baxırsan, baxtına bax. (1)

Tavul üni iraqdan xoşdur. (75)

Tayamasun bilməzsən. (83)

Tayını bil, tuşunu tanı4. (55)

Taylı tayın tapmasa, günü ah-vay ilə keçər5. (44)

Taz mazlayan taza uğrar. (75)

Tazını xaltası ilə tanıyarlar. (1)

Tazının heyzliyidi, dovşan tayada balalayır6. (2)

Tazının iyəsi var isə, dovşanun da Tanrısı var7. (49)

Tazının topal olduğu dovşanın qulağına yetişib. (1)

Tazısız ova gedən evə dovşansız qayıdar. (1)

Tazıya “dut” deyir, “dovşana qaç8!” (83)

Taziylə tavışanın nə oyunı vardır. (75)

Tehrannan Yevlaxda dolananmıyan heş yerdə dolanam­maz. (18)

Tez duranla tez evlənən uduzmaz. (33)

Tez aşina tez kəsilən olur. (49)

Tez bitər, tez yetər. (1)

Tez çörək yeyənnən, tez evlənən peşman olmaz1. (46)

Tez dövlət başa getməz. (49)

Tez ələ gələn tez də ayağa düşər. (1)

Tez parıldayan tez də sönər. (1)

Tez qaçan tez yorular. (1)

Tez tündləşən, tez də yumşalar. (1)

Tez yeriyən tez yıxılar. (50)

Tez yuxudan duran, tez ocax qalıyan, tez öylənən peşman olmaz. (18)

Tezdən yandıran ocağın külü çox olar. (36)

Təbibin səhəri mənfəətli olur. (58)

Tək ağacdan bağ olmaz. (1)

Tək ağacı külək tez yıxar. (12)

Tək Allahın adıdı. (12)

Tək ayranın olsun, sinək Bağdaddan gəlür qonar. (75)

Tək daşdan divar olmaz. (1)

Tək duran təknəsilə qalar. (1)

Tək əl ilə düyün düyünlənməz2. (1)

Tək gəldi, səbr eylə, cüt gəldi, xeyirdi3. (1)

Tək gəzən dananı qurd yeyər. (1)

Tək xoruzdu, əlli yerdə hini var. (1)

Tək qoyundan sürü olmaz4. (1)

Tək odun ojaxda da yammaz, qoşa odun çöldə də söm­məz5. (18)

Təkə sürüyə böyük olmazdı, qoyunlar qoyun olsaydı. (1)

Təkəbbür tarcuq olmaz. (49)

Təkəbbürlük eyləyəni Tanrı sevməz. (3)

Təkədən çovan olmaz. (12)

Təkədən qoç olmaz, paxıldan ağa! 1 (39)

Təkədən pendir tutmaq olmaz. (1)

Təkərin başı-ayağı yoxdu. (1)

Təkəyə dedilər: - Buynuzların niyə haçadı? Dedi: -Ara­sın­da iş var! (1)

Təki ayranım olsun, qab tapılmasın. (16)

Təki bağın olsun, bar özü gələjək. (12)

Təki çalan olsun, oynayan tapılar. (1)

Təkkədən murad təknədir. (75)

Təkləməsən - döyməzsən. (1)

Təklik Allaha yaraşar. (1)

Təknədən əppək qurtardı, vay qaranın halına. (14)

Təkrar biliyin anasıdı. (1)

Tələb yüzi savuq olur. (49)

Tələsən bir yerinə iki verər. (1)

Tələsən gecəyə düşər. (1)

Tələsən köpək süpürülmüş yerə batırar2. (2)

Tələsən təndirə düşər. (83)

Tələsən yolda qalar. (1)

Tələsənin kündəsi küt gedər. (1)

Tələsiyən peşimanluq çəkər. (49)

Tələsip dünyaya gələn vaxtsız dünyadan gedər. (18)

Tələsmək şeytandandur3. (49)

Təmiz hava girməyən evə həkim girər. (1)

Tənbəl adam bədbəxt olar. (61)

Tənbəl arvad suyu dağıdar, deyər: -Aydınlıqdı! 4 (1)

Tənbəl badam istər, sındırmağının zəhmətindən qaçar. (1)

Tənbəl bir işi iki dəfə görər. (12)

Tənbəl çörəksiz qalar. (12)

Tənbəl dağda qar gördü, yorğanına büründü. (1)

Tənbəl deyər: - Ver yeyim, ört yatım, gözlə canım çıx­masın! (1)

Tənbəl dilənçinin qardaşıdı. (1)

Tənbəl həmişə «xəstəyəm» deyər. (1)

Tənbəl kimsəni Tanrı sevməz. (51)

Tənbəl öküzün “hoha” canınnandı. (35a)

Tənbəl yatağan olar. (1)

Tənbəldən cəmiyyətə xeyir olmaz. (1)

Tənbələ həftənin hər günü cümədi. (1)

Tənbələ iş buyur, sənə ağıl ögrətsin1. (2)

Tənbəlin işi bitməz. (12)

Tənbəllik azar törədər, işləmək canı safa çıxardar2. (28)

Tənbəllik sağalmaz xəstəlikdi. (12)

Təndir çörəyi şirin olar. (12)

Təndür qızğın ikən çörəgi yapmaq gərək. (49)

Təni təndən ayırmaq olur, könli könüldən ayırmaq olmaz. (49)

Təpə dağı bəyəmməz. (18)

Təpədə oturuf dənizdən balıx istiyir. (9)

Təpələrcən ərim olsa, dağlarcan hökm elərəm3. (46)

Təpəri var, hünəri yox. (1)

Təpəsini gün yandırdı, ayağını çarıq dağıtdı. (1)

Təpik döyüşündə oynar, təpik altında ölər. (1)

Təqdir ilə yazılan tədbir ilə pozulmaz. (1)

Təqdir təğəyyür tapmaz. (49)

Təqdirə tədbir olmaz4. (49)

Təqsir öldürəndə yox, öləndə olar2. (1)

Təqsiri bağışlamaq qüdrətin bəzəyidi3. (1)

Təqsirim olsa, boynum tükdən nazikdi. (1)

Tərəkəmə alaşanı külaşa qoşar. (16)

Tərəkəmə arvadı cırığı elə düyünləyər – yamaqdan artıq, qabı elə yalar – yumaqdan artıq. (16)

Tərəkəmə arvadı yas yerində yetim quzularım deyib ağlar. (16)

Tərəkəmə bir yerə gedəndə atı itə tapşırar. (16)

Tərəkəmə çomağı başa bərk vurar, daşa yavaş. (16)

Tərəkəmə haram yeməz. (16)

Tərəkəmə köpəyi qonağa quyruq bulamaz. (16)

Tərəkəmə nökərə bir verər, itə iki. (16)

Tərəkəmə öz obasını Bağdaddan böyük bilər. (16)

Tərəkəmə özünü Koroğlu bilər, eşşəyini Qırat. (16)

Tərəkəmə pendirində qurdu görməz. (16)

Tərəkəmə tazını gördü dedi: “Yiyəsi ac saxlayıb“. (16)

Tərəkəmə toy bilməz, loy bilməz; daş bilər, baş bilər. (16)

Tərəkəmə yaxşılıq bilən olsa, gərək heyvan kəsməyə. (16)

Tərəkəmə yaylaqda adam tanımaz. (16)

Tərəkəmə yeddi oğula dedi: “Yoxdu“, bir qıza dedi: “Çox­du“. (16)

Tərəkəmədə oğru da çoxdur, doğru da. (16)

Tərəkəmədən qız almaq asan, quzu almaq çətindir. (16)

Tərəkəmənin atasını döy, atını döymə. (16)

Tərəkəmənin atı öldü, dedi: “Atam ölseydi, belə ağrımaz­dım“. (16)

Tərəkəmənin çobanı – qamışlığın qabanı. (16)

Tərəkəmənin dostu it, düşmanı qurd olar. (16)

Tərəkəmənin gəlişi, tatın görüşü. (83)

Tərəkəmənin gərək pişiyi də doğar ola. (16)

Tərəkəmənin özünü öyməyi də var, söyməyi də. (16)

Tərəkəmənin qoyun-quzuycan oğlu-qızı olmasa, razı ol­maz. (16)

Tərəkəmənin sözü - yulğunun gözü. (16)

Tərəzi çəkənin yüzdə biri cənnətə gedər. (14)

Tərəzidə qalan boyun əti döyüləm. (18)

Tərəzünün başı ağır tərəfə meyl eylər. (49)

Tərifli söz kifli olar. (12)

Tərlan yerində çəçələ-çərkəz əyləşib. (1)

Tərlan yerini sar tutmaz1. (2)

Tərziyə köç demişlər, sındusın belinə soqmuş, arşının əlinə almış. (75)

Təsəlli insan ömrünün çırağıdı. (12)

Təvvəkkül rahatluqdur. (49)

Təvazökar olmadan müdrik olmaq olmaz. (40a)

Təzə ay çıxanda köhnə ayı doğrayıb ulduz qayırarlar. (1)

Təzə bardağın suyu sərin olar. (14)

Təzə bardaq, təzə su. (1)

Təzə bəydən köhnə bəyə bir xələt. (1)

Təzə çıxan daylaqlar, çuluna görə oynaqlar. (1)

Təzə evə köçəndə, köhnə evin ocağından kül götürərlər. (1)

Təzə gəldi bazardan, köhnə düşdü nəzərdən. (1)

Təzə kuzə suyu sərin saxlar2. (2)

Təzə süpürgə gələndə, köhnə süpürgəni dama atarlar. (1)

Təzəcə çıxıb təndirdən, minnəti yox pendirdən3. (83)

Təzək yığan əlləri ipək gördü dolaşdı4. (54)

Tısbağa özü yeriyə bilməz, damını dalına götürər2. (5)

Tısbağa qınından çıxdı da, qınını bəgənmədi3. (83)

Tısbağanı ya öldürün, ya arxası üstə çevirin4. (28)

Tısbağaya xalası, hər kəsə öz balası5. (28)

Ticarət dostluq körpüsüdü. (1)

Ticarətin əsası – insaf, sonrası da insafdı. (1)

Tikan əkən gül dərməz6. (58)

Tikan olub ayağa batınca gül ol yaxaya sancıl7. (73)

Tikana qarşu neçün axsarsan. (49)

Tikə ağızdan ətəgə düşər. (49)

Tikə ilə dost olan, illər ilə küsülü qalar8. (5)

Tikə qarın doyurmaz, məhəbbət artırır9. (49)

Tikə tikəyə borcdu. (1)

Tikəni qaytarmazlar. (1)

Tikəpərəstdən daima adama azar gələr. (22)

Tikəsin yalquz yeyən, tayın dişi ilən dutar. (49)

Tikili don gen olar. (1)

Tikmək ərlikdir. (49)

Tikmək güc aparır, yıxmaq asandı. (1)

Tilkinin һər bildügi axır dərilür, başına gəlür. (75)

Tirmənün nə köhnə, nə təzəsi. (49)

Toğana ət əksik olmaz. (75)

Toğmadıq oğlana ad qoma. (75)

Toğmaqdan qalmayan ölməkdən qalmaz. (75)

Toğrayana köymək yoq, yeyənə rəһmət yoq. (75)

Toğrılıq iki caһana yarar. (75)

Toğru derlər: “İttifaq etsə kişi aləmi dutar”. (75)

Toğru gələn tolaşmaz. (75)

Toğru olan һər kişiyi toğru sanar. (75)

Toğru söyləyəni toquz para şərdən qovmuşlar. (75)

Toğru tutulmayınca əgri bulunmaz. (75)

Toğrudan gedən gec gəlür, tolamçadan tez gəlür. (75)

Toğrunun andı təsbeh yerinə keçər. (75)

Toğruya Allaһ yardımçı1. (75)

Tox elə bilir ki, heç acmaz, ac elə bilər ki, heç doymaz2. (1)

Tox gedər, ac qayıdar. (1)

Tox ikən yeyən qəbrin dişlə qazar3. (28)

Tox it ac bəkdən yaxşıdı4. (83)

Tox nə bilir, ac nə çəkir?! (1)

Tox toxluxdan olar, üz-göz yoxluxdan olar. (13)

Tox toyuğu ilə, ac soyuğu ilə. (1)

Toxum at, toxum götür. (1)

Toxum götür, yer axtar5. (44)

Toxumu gətir, xirməni axtar. (83)

Toxun acdan nə xəbəri6. (2)

Toxun imanı olmaz, acın gümanı. (13)

Tonuz gördügin çalar. (75)

Tonuz qurbana yaramaz. (75)

Tonuz tobalaq yeməgə tövbə etməz. (75)

Tonuza çələbi demə, çalıyı tolaş. (75)

Tonuzdan bir qıl çəkmək assıdır7. (75)

Tonuzdan oq tartınma. (75)

Top yoqdan torlaq yegdir. (75)

Topal ayağa daş dəyər. (55)

Topal eşşəklə karvana qoşulma. (1)

Topal ilə gəzən axsamaq öyrənər. (1)

Toq ağırlamaq güc olur. (75)

Toq su içicək yenə aç olur. (75)

Toqla yemək һaramdır. (75)

Toqun öninə aş qosan, bin dürlü bəһanə bular. (75)

Toquz bacanaq bir xorus əyərləyüməmiş. (75)

Toquz qaftan bir kürk, toquz şərlü bir türk. (75)

Toquz qurda key eşək. (75)

Tora düşən səbr eyləməsə özünü fəlakətə salar. (1)

Tordan ürkən quş dən ilən yuvaşmaz. (49)

Torpağa dən atmasan, götürməzsən. (12)

Torpağa hamı borcludu. (12)

Toprağa xor baxsan, o sənə kor baxar. (39a)

Torpağa pis deməzlər. (12)

Torpağı bir yerdən götürülüb. (1)

Torpağı daşdı yerdən, qızı qardaşdı yerdən. (14)

Torpağı ələ, toxumu çilə. (18)

Torpağı qorumursansa, əkmə. (12)

Torpağın qarası üz ağardar. (1)

Torpağın sahibi insandı. (12)

Torpağın sirrini əli torpaqda olandan sor. (1)

Torpax öz varını çölə verər. (9)

Torpaq çiçək də bitirər, zəhər də. (12)

Torpaq deyər: -Öldür məni, dirildim səni! (1)

Torpaq deyər: -Sən mənə tər ver, mən sənə zər verim! (1)

Torpaq ovuclayan qızıl ovuclayar. (1)

Torpaq qızıl quşdu, əldən buraxdın, uçar gedər. (1)

Torpaqdan pay olmaz. (12)

Torpaqnan oynayan ac qalmaz. (1)

Tosbağa qınından çıxdı, daha qınını bəyənmədi. (2)

Tovuq qaz yerişi yerisə, çiçingi çatdar1. (83)

Tovus quşunu tükünə görə kəsərlər. (1)

Toy bəzəyi gəlindi. (1)

Toy borcu ilə ev almaq olmaz. (1)

Toy da olsa toyuğun vayıdı, vay da olsa toyuğun vayıdı2. (1)

Toy gedər, tövlə qalar. (14)

Toy gününü qoyub vay gününü oynayır3. (1)

Toy mənim gərək, xeyrat babamın4. (77)

Toya getməsən eyib etməz, yasa getmək vacibdi. (1)

Toyanı dört kişi götürər. (75)

Toydan sonra hənanı itə yaxarlar5. (77)

Toydan toy törər. (83)

Toysuz ev tapılar, vaysız ev tapılmaz. (1)

Toyuğu bir xalvar buğdanın içinə salsan, yenə eşələnmə­yindən qalmaz. (1)

Toyuğun başı kəsiləndə də gözü eşənəkdə olar6. (55)

Toyuğun cəriməsi bir yumurtadı7. (1)

Toyuğun uçuşu zibilliyə qədər olar. (14)

Toyux hininə dadanan tülkünün dərisi boğazınnan çıxar. (18)

Toyux yumurtduyanda ayıbsız, xoruz yumurtduyanda də­və­də buynuz. (18)

Toyuq anasından süd görməyib. (83)

Toyuq banlamasının düşər-düşməzi var. (1)

Toyuq bir su içir, bir də Allaha baxır8. (44)

Toyuq bir yumurtlasa xəbəri yüz evə çatar, camış doğsa –səsi çıxmaz9. (1)

Toyuq eşələnib, özünə bıçaq qazanar. (14)

Toyuq ki, yumurta üstə oturdu, ona bıçaq yoxdu. (1)

Toyuq yumurtasına görə qaqqıldar. (1)

Toyun yaraşığı oynamaq, təziyəninki ağlamaqdı2. (44)

Toz ayrı, duman ayrı. (1)

Tök ortaya xəngəli, artsın onun əngəli. (14)

Tökmə sudan bulağ olmaz, qoyma ağıldan ağıl. (9)

Tökülən çanaq daha dolmaz3. (2)

Törüyən dana quyruğunnan bəllidi. (18)

Tövbə – toxluqdan, qovğa aclıqdan. (1)

Tövbə – toxluqdan, üz-göz yoxluqdan. (14)

Tövbəsi töyləyəcəndi. (1)

Tövləyə buraxmırlar ki, quşqun oğrayar. (1)

Tula itdən murdardı. (1)

Tulanın quyruğunu kəsməklə köpək olmaz4. (1)

Tulanun əbləhi oldur ki, dutduğun qoya, qaçana yügürə. (50)

Tullana-tullana ehmağın, opbana-opbana bişmağı olar. (10)

Turna gördügi baqla bitməz. (75)

Turp əkdim, şəlqəm çıxdı. (1)

Turpun sıqlıqından seyrəkligi yaqşıdı5. (83)

Turş alma ağız sulandırar. (55)

Turşu küpündən bal sıza bilməz. (57)

Tut ağacı əkən ipək dərər. (1)

Tutdu qatıq, tutmadı ayran. (1)

Tutmusan ucundan, gedirsən ucuzluğuna. (1)

Tutulmayan oğrı - bəgdən toğrı. (75)

Tutulmuş işdən gül iyi gələr1. (83)

Tutuquşu danışar, amma insan olmaz. (1)

Tuz-ətmək bilməzdən it yegdir. (75)

Tuzsız aşa şəkər də qosan, tadı gəlməz. (75)

Tüfəngin dolusundan bir adam qorxar, boşundan iki2. (2)

Tük var atallar, tük var satallar. (18)

Tüklü motal pendiri yaxşı saxlar3. (5)

Tükü yönünə sığa. (18)

Tülki tülkiyə buyurdi, tülki də quyruğuna buyurdı. (49)

Tülkini dərisi içün qovarlar. (49)

Tülkü çox bildiyindən tələyə düşər4. (2)

Tülkü dəliyə girə bilmir, quyruğuna süpürgə bağlayır5. (2)

Tülkü hara, quyruğu da ora. (83)

Tülkü iki dəfə tələyə düşməz. (39a)

Tülkü suvaxlı bağa girməz6. (2)

Tülkü tülkiligini sabit elincə dərisi boğazına yığılur. (49)

Tülkü tülküyə buyurdu, tülkü də quyruğuna. (83)

Tülkü var ki, baş kəsər, qurdun adı bədnamdı7. (2)

Tülkü vaxtlı bağa girməz. (2)

Tülkü yeyəni aslan qusdura bilməz8. (2)

Tülkü yuxusunda da toyuq görər. (12)

Tülkünü hiyləsi dolandırar. (12)

Tülkünü quyruğuna görə tanıyallar. (12)

Tülkünün bəxti gətirsə, bəxti yatmış aslana qələbə çalar. (39)

Tülkünün dərisi özünə düşməndi. (12)

Tülkünün meydanda nə işi var ki, dərisinə qiymət qoysun­lar. (83)

Tülkünün şirəngi iki ayağından tələyə düşər. (83)

Tülküyə dedilər: - “Şahidin kimdi?” Dedi: - “Quyruğum”. (39a)

Tülküylə tovuğun nə oyunu var? (75)

Tünd gedən tez yorular. (83)

Tünd su körpi yıxar, tünd xasiyyət öy yıxar1 (35a)

Tüpürdügün kimsə yalamaz. (49)

Türk atınun samanı bol gərək. (75)

Türk bilir, dağarda nə var. (83)

Türk doşanı araba ilə tutar. (55)

Türk şərlünün qulıdır. (75)

Türk ucuz bulduğun murdar sanır. (75)

Türkün uşta turur dedügi bir. (75)

Tüstü kötükdən çıqar, budaqdan çıxmaz. (83)

Tüstüsü qurtulub qor atır. (2)

Tütünlü ev tonmaz. (75)


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə