ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ



Yüklə 3,93 Mb.
səhifə4/24
tarix13.11.2017
ölçüsü3,93 Mb.
#10291
1   2   3   4   5   6   7   8   9   ...   24

C

Caһan içində hop əşya səbəbdir, səbəbsiz nəsnə yoqdur, bu əcəbdir. (75)

Cahıl ilə daş daşı, ahıl ilə yemə aşı. (83)

Cahıla gedən keyf çəkər, ahıla gedən of çəkər. (83)

Cahıllıqda həlimlik, qocalıqda səlimlik2. (83)

Cahil axırda tula quyruğu xınalar. (1)

Cahil dirilərin ölüsüdü3. (1)

Cahil ilə bal yemə, ahıl ilə daş daşı4. (2)

Cahil ilə çıxma yola, gətirər başına min bir bəla. (1)

Cahil özünə düşməndi, başqasına necə dost ola bilər?!5 (1)

Caһil vaqtsız xorus kibidir. (75)

Cahildə söz əglənməz, gümbəzdə qoz6. (49)

Cahildən qorx, dəlidən qorxma. (1)

Cahilə qoşulan cahil olar. (1)

Cahilə söz qandırmaq, dəvəyə xəndək atdırmaq kimidi. (1)

Cahili cahillər mədh eylər. (1)

Cahilin ağlı başında yoх, gözündə olar. (12)

Cahilin ibadətindən alimin yuxusu yaxşıdı. (4)

Cahilliyi uzadan ya tula quyruğu xınalar, ya camadar olar. (1)

Calaq etmək əl zəһmətidir. (75)

Camaat sevəni Allah da sevər. (12)

Camadarın şahlığı hamamçılıqdı7. (44)

Camal gedər, kamal qalar. (1)

Camala baхma, kamala baх. (13)

Camış balağın görəndə anqırur. (49)

Camış hənəyi göz çıxardar. (1)

Camış ilə gəzən dananı qurd yeyər1. (2)

Camışın balasının quyruğu ağ olar. (83)

Can alan baxışından bəlli olar. (1)

Can baladan şirindi. (1)

Can bazarda satılmaz. (1)

Can bustanda bitməz. (75)

Can can üçün yanar, yadın harası yanar? (46)

Can cannan tışqarı2. (83)

Can de, can eşit3. (2)

Can deməklə can əskilməz4. (1)

Can deyən çox olar, can verən olmaz. (1)

Can qolayın kəһəl bilür. (75)

Can sağlığı – dünya varlığı. (1)

Can sənin, cəhənnəm Tanrının5. (5)

Can şirin olar6. (2)

Can verərsən boz sərçəyə ver, qaranquş gəldi-gedərdi. (1)

Can verirsən qardaşa ver, min il keçsə yad olmaz. (1)

Can verməyən canana yetməz. (49)

Can yüki ağır olur. (75)

Cananı sevən canından keçər7. (2)

Canavar canavarın dərisini çıxarmaz. (48)

Canavar öldü, ailəsi qoç yeyə bilmədi. (48)

Canavar özü hürmür, iti hürməyə məcbur edir. (45)

Canavar tək qalanda başına çaqqallar yığışar. (1)

Canavardan qorxan meşəyə girməz.(33)

Canbaz ipdə gəzər, balıq suda. (1)

Candan qonşu payı olmaz. (1)

Candır çəkər, qandur qaynar. (49)

Canı canın yolunda deyən çox olur, qoyan –az. (1)

Canı nədi, cəsədi nə olsun?! (1)

Canı yanan eşşək atdan yeyin gedər. (1)

Canım qurban yaxşı qonaq, gəl ocağa bir də qonaq1. (1)

Canımı da alsun gülə-gülə al2. (83)

Canın boğazındadırsa, öskür çıxsın. (1)

Canında olmasa candarlamaq neyləsün. (49)

Canlıdan qada əskik olmaz. (12)

Carmana car, koxaya xəbər. (83)

Cavan baş, bir çanaq qandır3. (83)

Cavan əvvəl göyü görər, sonra yeri. (12)

Cavan işə, qoca aşa. (12)

Cavan işlər, qoca dişlər. (1)

Cavan qocaya, qoca cavana bel bağlar. (12)

Cavanlar yeyənnən sonra, qocalar yatannan sonra sağlam olar. (12)

Cavanlıq gözəllikdi, onu boyamaq artıqdı. (1)

Cavanlıq soltanlıqdı, bacarsan saxla. (1)

Cavanlıqda daş daşı, qocalıqda ye aşı. (1)

Cavanlıqda qocalığa güc saxla, pullu gündə pulsuz günə pul saxla, savaşanda barışmağa üz saxla. (1)

Cavanlıqda pul qazan, qocalıqda qur qazan4. (83)

Cavanlıqda zəhmət çəkən, qocalıqda möhnət çəkməz. (1)

Cavannıх geri qayıtmaz. (12)

Cavannıхda bəzəmmədim, hayıf mənə, qojalıхda bəzəni­rəm, ayıf mənə. (12)

Cayıllıqda dövran sürək, qocalıqda dövran bizə yar olmaz. (83)

Ceviz qabığı qarın doydurmaz. (1)

Ceyran qovan çiçəyə batar, donuz qovan – lehməyə. (1)

Ceyranın yügürməgin gördüm, imdidən tövbə etdim1. (83)

Cəzasız cürm sahibi çox olar. (1)

Cəbbə-cövşən qəza oxun saxlamaz. (49)

Cəddində olan cəhrəsini əyirər.(20)

Cəfa çəkməyən rahat görməz2. (49)

Cəfasını mən çəkdim, səfasını yad gördü. (1)

Cəһalət bir bəladır, һər yanadan işin sarpın gözədir. (75)

Cəhalət səfalət doğurar. (1)

Cəhd çarıх yırtar, iş odu haqqa var3. (5)

Cəhd eylə dost qazan, düşmən ocaq başındadır4. (44)

Cəhd ilən bir işdə bulun, sənlü də olır, sənsiz də. (49)

Cəhd çaruq yırtar, çomaq çorluya dəyər. (49)

Cəhənnəmə gedən özünə yoldaş axtarar. (1)

Cəhənnəmə gedən yoldaşını çox istər5. (83)

Cəhənnəmə gidən gələr, müştərinin gidəni gəlməz6. (83)

Cəhənnəmə girsə, üzü qızarmaz. (1)

Cəhənnəmin qapısın mal-döv­lət açar. (3)

Cəhrə əyirsən – don geyərsən. (1)

Cəmiri bir söyləyincə qolaylar, iki söylər. (75)

Cəmrinin oğlı on iki olur, ğəninin atı on iki olur. (75)

Cənnət də bu dünyadı, cəhənnəm də. (1)

Cənnət ələ girməsə, cəhənnəmə şükür. (49)

Cənnəti isdəmiyən olmaz, günahı qoysa. (18)

Cənnəti istəmədi, cəhənnəmə də getmədi, qaldı yolda sərgəndar. (18)

Cənnətin yazlığı, cəhənnəmin qışlığı1. (83)

Cərgədən qalan qotur olar2. (46)

Cəsarətdi hücum qələbənin yarsına bərabərdi. (18)

Cəsur olana çomaх da silahdı. (12)

Cəvahir cında içində olur3. (2)

Cəvahirin qiyməti var, amma sözün qiyməti yoxdur4. (2)

Cəvahirin qiymətini sərraf bilər, nə bilər hər divanə. (1)

Cəvaһirə kuf yapışmaz. (75)

Cəyil nə bilir, əhil nə çəkir?! (18)

Cəyillih uçan tərlandı, tutmax olmaz, əhillih köhnə çuldu, satmax olmaz. (18)

Cəyilliyə mal saxla, qocalığa can saxla. (18)

Cığala Tanrı verməz, versə də qarnı doymaz. (1)

Cır at getdiyi yolu görər, tuş at bərənin o üzünü görər. (9)

Cırcırama cırtdadı, ortasınnan partdadı. (18)

Cida ilə qulağa pambıq yeritmək olmaz. (1)

Cidanı cibdə gizlətmək olmaz. (83)

Cidanı çuvala qoymaq olmaz5. (49)

Cidanı oğurlayan yerin eylər6. (49)

Ciki mənim –biki mənim, alçı dursa –sənin bəxtinə. (1)

Cin ayrı, şeytan ayrı. (83)

Cin bismillahdan qorxar. (1)

Cinə börk tikər, şeytana –papış. (26)

Cins cinsə əsər eləməz7. (44)

Cins cinsinə meyl edər2. (55)

Cins madyan balasın döşündə saxlar. (1)

Cismin qidası –yemək, ruhun qidası –oxumaq. (1)

Civin boşsa, sözün keçməz. (12)

Civində ki, yüzdük var, kovxa yanında düzdük var. (9)

Comərd deməklə maldan etdilər, igid deməklə candan et­dilər. (1)

Comərd əli darluğa düşməsün, namərd mal yiyəsi olma­sun. (49)

Comərd əlin dutan namərddür. (49)

Comərd vergisini xeyirlidən, xeyirsizdən əsirgəməz. (1)

Comışdan qoruxçu olsa, qurddan çovan olar. (9)

Cöngə öküz olunca yiyəsi donquza dönər3. (83)

Culfa kəfənsiz ölər4. (2)

Cücə ağgünlü olsaydı, toyuq əmcəkli olardı. (1)

Cücə həmişə ində qalmaz. (49)

Cücə səbət altında qalmaz5. (83)

Cücəni güz sayarlar6. (49)

Cücəyə bəglik verdilər, anasın eşşəgə mindirdi7. (49)

Cümə günü, bazar, onu da yağış pozar. (1)

Cümə şənbədən uzundu. (1)

Cümə yağdı, şənbə açar. (79)

Cürətti şəhər alar, kəm cürət küncdə qalar. (83)

Cütçü yağış istər, yolçu quraqlıq. (1)

Cütə gedən öküz gözündən tanınır8. (54)

Cütə getməyən öküzü ətlik adına satarlar. (1)

Cütə gitməyən öküzün olsun, işə gitməyən oğlum1. (83)

Cüzvü küllüyə tabedi. (83)
Ç

Çabalamaq fayda verməz. (49)

Çağa yavrının ağzı böyük olur. (75)

Çağırram eldən ayıb, çağırmaram it itdi2. (83)

Çağırılan yerə ar eyləmə, çağırılmayan yeri dar eyləmə3. (55)

Çağırılmamış qonaq ev yiyəsinə yükdü. (12)

Çağırılmamış qonağı köpəklər qarşılar. (1)

Çağırılmamış qonaq süpürülməmiş yerdə oturar4. (1)

Çağlı gözəllər qarımaz. (75)

Çahar atdım, şeş gəldi, yenə fələk uddu məni5. (1)

Çaxır içən malın yeyir, bəng yeyən ağlın yeyir, tiryək ye­yən ömrün6. (49)

Çaxır içən mən, keflənən sən. (83)

Çaxır paxır açandı. (1)

Çaxırı iç şir böyrü yırtmağa, içmə qarğalar gözünü dəlsin. (1)

Çaxırı keçiyə versən, qurda dava dilər. (49)

Çaxırı lala versən, lal dil açar. (1)

Çaxırı töksən keçinin boğazına, varıb dağları aşar7. (83)

Çaxırı töksən siçanın boğazına, pişikdən pasport istər. (1)

Çaxmağını çax, papağımı tapım. (1)

Çaxmaq məndən, qov səndən. (1)

Çaxmaq olmayınca daş od verməz. (49)

Çaqqal ənigi qurd olmaz, əsli qurd gərək. (33)

Çaqqal gölündə toyuq qaqqıldar1. (83)

Çaqqal var göydən çıxarur, qurdun adı bədnamdur2. (49)

Çaqqaldan çox çarıq aparan olmaz, yenə ayaqları yalındı. (1)

Çaqqalın hayıfını baqqallar çıxır. (1)

Çaqqalın yuxusuna toyuq gələr. (1)

Çaqqalla toyuğun dostluğu ölümlə bitər. (18)

Çala-çala çalağan olar3. (49)

Çala-çala havaya düşüb. (1)

Çalağan göydə dolanar, cücənin ürəyi bulanar. (1)

Çalan olsun, oynayan tapılar. (1)

Çalğı olan yerdə, oynamaq da olar. (1)

Çalğı toyun yaraşığıdı. (1)

Çalışan əli bıçaq kəsməz. (1)

Çalışan qazanar. (1)

Çalışanı ac, tənbəli tox görən yoxdu. (1)

Çalışgilən dost qazan, düşman ocaq başındadı. (83)

Çalışqan atın boynu muncuqlu olar. (1)

Çalışqan dəvə zınqrovlu olar. (1)

Çalışqan hər nəyə əl vursa qızıl olar4. (68)

Çalışmaq başmaq yırtar. (49)

Çalışmaq təqdir qabağında iti səmərdür. (49)

Çalışmayan ac qalar. (1)

Çalma elin qapısını çaqçaqla, el qapını döyər toxmaqla. (33)

Çanağında bal olsun, arısı gələr Bağdaddan. (1)

Çanax başa girəndə, bil ki, hamam vaxtıdı. (1)

Çapalaq quş yuvasını kəndü bozar. (75)

Çapar yorğa olubdur, gördügin kor at degil. (49)

Çapqınçı olsan da insafı əldən vermə. (1)

Çapuk quş iki ayağından tutulur. (75)

Çarəsiz dərd olmaz. (1)

Çarəsiz dərdə loğman da acizdi. (1)

Çarığına baxma, ürəyinə bax. (1)

Çarığında əsirgəyən patavasında tapar1. (83)

Çarığını əsirgəməyən patavasın da qoyar üstünə. (34)

Çarıxlını mən bəyənmirəm, çəkməli məni bəyəmmir. (18)

Çarıхçını saymırlar, çəkməlini sayırlar. (14)

Çarıq çamursuz olmaz. (37)

Çarıq tapan dolağın da tapar. (1)

Çarşaf altında hamı arvad gözəldi2. (83)

Çarvadara yol göstərməzlər. (1)

Çaş biri iki görər3. (2)

Çatana çatır, çatmayana da daş atır. (12)

Çay aşağı axıtdım, çay yuxarı axtardım. (1)

Çay bir olar, çeşmə min. (1)

Çay da öz yatağını dəyişər. (12)

Çay daşı hamar olar. (12)

Çay daşırsa keçmə, dayan, su yatanı gözdə. (11)

Çay görməmiş ətəyini çır­ma­lama 4. (3)

Çay həmişə qızıl alma gətirməz5. (9)

Çay quşu ayağından tutular. (1)

Çay quşu çay daşı ilə vurular. (1)

Çay quşu çay daşında yuva qurar. (12)

Çay yanında quyu qazımazlar. (1)

Çaya çat, sonra çırman6. (1)

Çaya çatmamış çarığını çıxardır. (83)

Çaya su gələnəcən qurbağanın canı çıxar. (34)

Çayır yeddi il leylək yuvasında qaldı, yerə düşdü, bitdi. (1)

Çeşmə ümman yaradar. (1)

Çeynə, tükür yoldaşdan qalma1. (75)

Çeynənən saqqız çürüyər2. (2)

Çəkən öküzün burnuna vurallar. (9)

Çəkilən zəhmət hədər getməz. (1)

Çəkişməyim dersən, ödənc aqça ver. (75)

Çəkişməyincə bərkişməz3. (49)

Çəkmə çəkə bilməzsən, bərkdir fələğin yayı. (77)

Çəkmə namərd minnətin, get səhrada dolan gəz. (1)

Çəkmə, çəkmə bu dərdi, çəkən bilər bu dərdi. (1)

Çəkməlidən çək bəri, çarıxlıdan töybəli. (18)

Çəkməyən nə bilir sevda dərdini?! (1)

Çənə yorulmasaydı, adam hey yeyərdi. (1)

Çəpərin gözü var, divarın qulağı. (11)

Çərçi başındakını satar. (33)

Çərçi kisəsindəkini sanar. (1)

Çərçi qızı munculu olar. (1)

Çərçinin ana-atası ayaqları altındadı. (1)

Çərçinin nəğməsi yox, nərəsi çox. (1)

Çərçinin xırda andı bir gün özünə qənim olur4. (2)

Çərxün gərdişündən qafil olmamaq gərək. (49)

Çətini ölənəcəndi. (1)

Çınqı balacadı, odu böyük. (12)

Çırağa bir qaç piy, yüz öpüşdən artuqdur. (49)

Çırağın başı kəsilməsə işıq verməz. (83)

Çırağın yağı çoq olicək yanmaz. (75)

Çıraq dibi qaranqu olur5. (75)

Çıraq dibinə işıq salmaz. (83)

Çırpının qurusu təndirdə, insanın qurusu həyatda yanar. (18)

Çıxan can geri gəlməz. (3)

Çıxar qız, çıkdan baxar1. (46)

Çıxmağun düşməgi var. (49)

Çıxmayan cana ümüd çoxdur2. (55)

Çıхan ay doğuşunnan bəllidi. (13)

Çıхan qan damarda durmaz3. (5)

Çibin mırdar degil, könül bulandırur4. (49)

Çibin qana yığışar5. (49)

Cibin şirinə yığılar. (83)

Çiçək çox olan yerdə arı da olar, bal da. (1)

Çig bişincə pişmiş həqqə irər. (75)

Çim sel önün dutmaz. (49)

Çinara nə qədər su versən, meyvə verməz. (1)

Çinardan tir olmaz, söyüddən pir, əzgildən badam, nadan­nan adam. (11)

Çiraqla küləyin nə dostluğu? (18)

Çirkaba daş atma, üstünə sıçrayar. (1)

Çirkin burada dur, gedim gözəl axtarım. (9)

Çirkin dövlətli qızını atası adına alarlar. (1)

Çirkin özün gizlədər, göyçək budala gəzər6. (54)

Çirkin yuyunmaqla gözəl olmaz. (1)

Çirkinə gözəl desən, quyruq bular, gözələ çirkin desən, dodaq yalar. (75)

Çirkinlik Allahdan, yüz yumamağın nədən? (83)

Çiy noxud ağızda islanmaz. (1)

Çiy süd əmənnən eylik gözdəmə7. (13)

Çiy süt içənin çiy ədası olar. (37)

Çoban ata bincək kəndüzini bəg sanur. (75)

Çoban çox olanda qoyunu qurd yeyər. (1)

Çoban dayağı ilə, gəlin duvağı ilə. (1)

Çoban itini, igid atını, axmax kişi arvadını tərifləyər. (11)

Çoban naharda savaşsa, şamda barışar. (16)

Çoban sovqatı suluqdur. (49)

Çobana vermə qızı, ya qoyun güddürər, ya quzu. (1)

Çobanı özündən olanın qoyunu dişi doğar1. (1)

Çobanın gedənə haıyfı gələr, qurdun qalana. (18)

Çobanın könli olsa erkəcdən peynir dutar2. (49)

Çobanın oynağanı ələ düşməz. (16)

Çobansız qoyunu qurd yeyər3. (1)

Çobansız sürü olmaz. (1)

Çobansız sürü yolu azar. (1)

Çox ağaclar kökündən doğranıb. (1)

Çox and içənin andına inanmazlar. (1)

Çox arpa atı çattadır. (1)

Çox bilən quş dimdiyindən tələyə düşər4. (1)

Çox bilən tez qocalar. (1)

Çox bilib, az danışmaq cavanın yaraşığıdı5. (45)

Çox bilirsən, az danış6. (2)

Çox çalışan çarıx yırtar, iş odu həqqə vara7. (83)

Çox danışmaq gümüş olsa, az danışmaq qızıldır. (77)

Çox doğrı var ki, yalan ondan yeydür. (49)

Çox əyilmə, baxallar, çox uzamma, asallar. (18)

Çoх gülməh asandı, çoх susmaх – çətin. (15)

Çoх qarışqa bir fili öldürər. (14)

Çoх qoyunu canavar yedi, bizi kimi yunu dağılan olmadı. (16)

Çox müşdərisi olan mətahın alıcısı olmaz. (18)

Çox ömür edən çox bilməz, çox oxuyan çox bilər. (51)

Çox söz var ki, iyəsinə düşməndür. (49)

Çox sövunma, sevincək olarsan. (83)

Çox söz yalansız, çox pul haramsız olmaz. (6)

Çox şirin olma ki, səni yaliyəllər, çox da acı olma ki, tulli­yəllər. (11)

Çox varlanmaq və çox danışmaq insanı məhv edər. (1)

Çox ver, az yalvar. (1)

Çox yalan danışan özünə də inammaz. (18)

Çox yatma, çox yatmaq zehni kütləşdirir. (38a)

Çox yemək adamı az yeməkdən qoyar1. (2)

Çoxdan çox olar, azdan az. (55)

Çoxu Allahdan istəmək gərək. (49)

Çoq aqçadan çoq dil yegdir. (75)

Çoq ətməgi öksüz ögünə qo. (75)

Çoq gəzən çoq görər. (75)

Çoq gülən çoq ağlar2. (75)

Çoq hürən it dutmaz. (83)

Çoq qoyundan çoq quzu olar. (83)

Çoq sevdügünə çoq varma. (75)

Çoq sevmə, usanırsan. (75)

Çoq söyləməkdə fayda olsaydı, qissəxon aydardı. (75)

Çoq söyləyən çoq yanılur3. (75)

Çoq söz Qurana yaraşır4. (75)

Çoq taş qaldıran ya yılana uğrar, ya çayana. (75)

Çoq yaşayan çoq bilməz, çoq gəzən çoq bilür5. (75)

Çoq yemək һeyvan sifətidür. (75)

Çolaq at seyidə nəzirdi. (1)

Çolaq ayağa daş dəyər. (1)

Çolaq koru görəndə öz halına şükür eylər. (1)

Çomağın iki başı var. (12)

Çomaq çürlənindi, qada birlənin. (2)

Çomaq uçmaqdan çıqmışdır. (75)

Çovan çomaqsız, qadın qılıхsız olmaz. (12)

Çovan var aparıb-gətirir, çoban var – otarıb gətirir! (15)

Çovur ocağa, bas bucağa. (83)

Çökən yurdun qədrini düşən yurdda bilərlər. (55)

Çölməgə verə-verə çıxar qazan bahası1. (2)

Çölmək çölməkə köti qara der. (75)

Çölmək-çölməyə qara dedi, sacayağ utanduğundan tənnü­rə. (49)

Çölmək dığırlanıb qapağın tapar2. (2)

Çölməkdə ət qalmadı, çuğundur baş qovzadı. (49)

Çölü aləmi yandırır içi özgəni. (37)

Çölün daşı, çölün quşı. (49)

Çömçə ilə içdin doymadın, yalamaqilə doyacaqsan? (83)

Çömçə quyruğuna yapışan yağlı yerindən yeyər. (83)

Çöp altda dəyirman tikir. (18)

Çör-çöplə yanan ocağın istisi olmaz. (12)

Çörəgin uzalduğı yegdir. (75)

Çörəh verdim yetimə, əl uzatdı ətimə. (18)

Çörək açanı qılıç açmaz3. (2)

Çörək alın təriylə qazanılır. (12)

Çörək basan ayağa düşər. (83)

Çörək xörəyin başıdı. (83)

Çörək itirən çörək tapmaz. (83)

Çörək Qurandan irəlidi. (14)

Çörək süfrənin şahıdır. (12)

Çörək tapmaz yeməgə, itinin adını «gümüş» qoyar. (83)

Çörək tapmaz yeməgə, turp axtarar gəgirməgə. (83)

Çörək verərsən, çörək verərlər, daş atsan, daş atarlar. (36)

Çörəyə qatsan, it yeməz, arpaya qatsan, at yeməz. (83)

Çörəyi bol olanın tüstüsü gür çıхar. (16)

Çörəyi çörəkçiyə ver, bir çörək də artıq ver1. (2)

Çörəyi tək yeyən yükünü özü çəkər. (6)

Çörəyin başı bismilla, ayağı əlhəmdülilla. (83)

Çörəyin dadı ağızdadı. (83)

Çörəyin dadını cütçü bilər. (6)

Çubuq yaş ikən əymək gərək. (49)

Çuvalın ağzını aşsan, divi görsənər. (9)

Çuvuх divi şirin olar. (12)

Çünki oldun dəyirmançı, çağır gəlsin dən haray2. (5)

Çürügün zora nə tabı?3 (2)

Çürük baqlanın kor alıcısı olur. (75)

Çürük qoza qabığı neyləsin. (6)

Çürük taxta mıx götürməz. (6)

Çürüntü aşı qarun doyurmaz. (49)
D

Dabbaq xoşladığı dərini yerdən yerə vurar. (1)

Dad dadıycan, duz da dadıycan. (1)

Dadammışdan al, tamarzıya ver. (12)

Dadanan dayanmaz, yığdıqca da doymaz4. (1)

Dadanan qudurandan pis olar. (1)

Dadanandansa quduran yeg5. (49)

Dadananla quduranı saxlamaq olmaz. (1)

Dadanannan quduran bir olur6. (54)

Dadanıbsan dolmaya, bəlkə bir gün olmaya1. (2)

Dadlı dil ilanı yuvasından çıxardar. (74)

Dadlı söz dinlənər, dadsız söz əsnədər. (1)

Dadmaqdur, doymaq degil2. (49)

Dadmaqla mal tükənməz. (1)

Dadmamısan qaz ətini, nə biləsən ləzzətini? (1)

Dadsız şorbaya duz da kar eləməz. (1)

Dağ ağrı çəkdi, nə doğdu? – Siçan. (1)

Dağ başı duman olar. (1)

Dağ başı dumandan qurtarmaz, insan başı yamandan. (1)

Dağ başına qar yağar. (12)

Dağ başına qış gələr, insan başına – iş. (15)

Dağ başında xırman qurma, sovurarsan, yel aparar, sel yanında dəyirman qurma, üyüdərsən, sel aparar. (1)

Dağ bizim, ceyran bizim, ovçu burda nə axtarır? (1)

Dağ çiçəyindən ilan ağu çəkər, arı bal. (33)

Dağ da olsan dağa daldalan. (1)

Dağ dağa arxadı. (1)

Dağ dağa qovuşmaz, adam adama qovuşar3. (3)

Dağ dediyin ucalıqdı, ucalıq. (1)

Dağ gəlməsə, abdal gələr4. (83)

Dağ iti gəldi, bağ itini qovaladı. (1)

Dağ quşu dağda, bağ quşu bağda uyuşar. (33)

Dağ nə qədər uca olsa, üstündən yol aşar5. (49)

Dağ selinnən çay olmaz. (9)

Dağ səfasız olmaz, gözəl vəfasız. (1)

Dağ suları dağdan gələr. (1)

Dağ üstə maral gəzər. (1)

Dağ üstəki tısbağa çöldəki gomuşdan böyük görünər1. (83)

Dağ var təpəyə dirək. (9)

Dağ yıxılmasa dərə dolmaz. (1)

Dağa desən oğrudu, başını əgər2. (2)

Dağa duman gələndə sürü arхacda gərək. (16)

Dağa yağsa – çöl abadan, çölə də yağsa – çöl abadan. (1)

Dağarcıq çuvaldan böyük oldu3?! (1)

Dağarcuğluya növbət yoxdur. (49)

Dağarcuq ikməgi qarın doyurmaz. (49)

Dağda qurutdan, aranda tutdan olar. (9)

Dağdağannan dağ, börütgənnən bağ olmaz. (18)

Dağdan gələn dağa gedər. (1)

Dağdan gəlir dağ arabası, heç kim onu mindiyi yox, culfa toxur nazik bezi, heç kim onu geydiyi yox. (1)

Dağdan hey götürüb desən ki, «çoxdu», bir də görərsən ki, dağ özü yoxdu. (1)

Dağı daş bəzəyər, insanı baş. (12)

Dağı külək yeyər, insanı böhtan. (12)

Dağılan çanax dolmaz. (11)

Dağın dərdi də dağ boydadı4. (1)

Dağın varı qar, soyun varı davar. (40)

Dağın vüqarı, əlin qabarı. (18)

Dağına baxar, qar verər, bağına baxar, bar verər. (1)

Dağıtmayınca yığmaq olmaz. (49)

Dağlar yalan götürməz. (1)

Dairənin nə başı var, nə ayağı. (1)

Dal ətəyini kəsip, qabax ətəyinə calıyır. (18)

Dalaşan köpək xoralı olar. (1)

Daldan atılan daş topuğa dəgər5. (2)

Daldan gələn əldən (aldan) gəlsə, hər fağır padşah olur. (28)

Dam dirək üstə durar1. (49)

Dam dirəksiz olmaz, tövlə kürəksiz. (1)

Dam uçdu, kalafası qaldı. (1)

Dama-dama göl olur, dada-dada heç2. (49)

Damara görə qan alınır3. (2)

Damara sığmayan qanı neştərləyərlər. (33)

Damazlığını yeyən tamarzı qalar. (1)

Dambatdığınnan şahad almır. (9)

Damcı bir şey deyil, ancaq daşı deşir. (67)

Damda verər azanı, yerdə sayar qazanı. (1)

Damdan dama gəzən köpəyin beli sınar (qırılar). (1)

Damdan düşənin halını damdan düşən bilər. (1)

Damdan düşsə, pişik ayağı üstə düşər. (1)

Damı çox olanın qarı da çox olar. (55)

Dana alan dadanur. (49)

Dana böyür, çulu böyüməz.4 (2)

Dana buzov yurdunda qalmaz. (49)

Dana oynar, mıxını bərgidər5. (83)

Dana tövla mıxını qopartsa, bir yerə vurar, bir özünə6. (9)

Danacuq damın tanur. (49)

Danaçı qızınnan ğəlin olmaz. (13)

Danalı dalda qalmaz. (9)

Danalı darıхmaz. (13)

Danalı inəkdən sağım olmaz. (1)

Danışana dil vermir, yeriyənə yol. (83)

Danışanı adam bilir, hürəni – it. (1)

Danışanın danışığına baxma, əqlinə bax. (83)

Danışıq dananı qurda verər1. (2)

Danışıqlu aş datlu olur, dəm düşəndə olma lal. (49)

Danışıram da pis olur, danışmıram da. (1)

Danışmağnan plov bişmir, ona yağ və düyü lazımdı. (45)

Danişməndin lanusəllimi, ışıqlarun iyvallası, sufilərin «xeyr ola»sı dükənməz. (75)

Danişməndin sərmayəsi kitabdır. (75)

Danişməndlər vermək sevməz, almaq sevər. (75)

Dannamaxdan dan eşşəyinə döndərdi. (9)

Dar yerə min dost yerləşər, bir düşmən yerləşməz. (1)

Dara düşəndə Allah-Allah, dardan çıxdı qulağı sallax. (18)

Darğanın qapısı açıq olanda köpəgin yuxusu gələr. (83)

Darı cadı çatdadı, yedim qarnım partdadı. (18)

Darımızı yeyib, üzümüzə xortdayır. (1)

Darıya girən də özü, xorulduyan da. (18)

Darıya girən donuz, yabanı özünə qəbul eylər2. (2)

Darıycan əri olanın Tanrıycan hökmü olar. (1)

Dartıf yıхmağa nə var, qaldırıf tikmək çətindi. (12)

Darvaza qapısın bağlamaq olar, xalqın ağzını bağlamaq olmaz (1)

Darvazadan keçməyən iynə gözündən keçər. (1)

Daş altından su yeriyir. (1)

Daş anbara uçar. (18)

Daş atdı alma sala, daşı başına düşdü. (9)

Daş bir yerdə qalanda göyərər. (1)

Daş, baş, yaş kəsənin ömrü gödək olar. (18)

Daş daş sındurur3. (49)

Daş daşa, dırnaq daşa, siz savaşa, biz tamaşa. (83)

Daş daşa söküşür. (49)

Daş daşa söykənsə divar olur4. (49)

Daş dəyənə bəllidir, yol – gedənə2. (1)

Daş düşdü, ya dingildədi birdir. (55)

Daş düşdügi yerdə ağırdır3. (49)

Daş düşdüyü yerdə qalar4. (83)

Daş kəsənə toxunsa, vay kəsənin halına, kəsən daşa toxun­sa, vay kəsənin halına. (1)

Daş quyuya düşən kimi düşdü5. (83)

Daş olma, baş ol. (1)

Daş üstə əkin olmaz6. (49)

Daş yumşalar, düşmən yumşalmaz. (1)

Daş yürəgli düşmənin bağrını yarar həmavarlıq. (83)

Daşa dedilər niyə daş oldun, dedi: daşı gördüm, daş ol­dum. (7)

Daşdan qopar, yoxdan qopmaz. (1)

Daşı daşa, başı başa vurarlar. (1)

Daşın kiçiyinnən qorx, uşağın kiçiyinnən qorxma. (18)

Daşın xırdası böyüməz, adamın xırdası böyüyər7. (83)

Daşınma su ilə bağ salınmaz. (1)

Daşınma su ilə dəyirman işləməz. (1)

Datlu sözin datlu cavabı olur. (49)

Dava acı, səmərəsi şirin8. (83)

Dava-dalaşdan bir büküm halva yaхşıdı. (14)

Dava günündə igid gərək daldalanmasın. (1)

Dava üçün bir qazı, isbat üçün on şahid. (1)

Dava yoxluqdan, töyvə toxluqdan. (52)

Davaçün qazi olsa, yar içün Allah9. (49)

Davada ağac aradakına dəyər. (1)

Davada aradakının gözü çıxar2. (83)

Davada halva paylamazlar. (1)

Davada qılıncı borc verməzlər. (1)

Davadan xali olmaz, ərəb bəyi zəngənə. (83)

Davakarın şah olsa, ərizəni Allaha yaz. (1)

Davalı yerdə ot bitməz3. (1)

Davan yoxsa mülk al, işin yoxsa dəgirman sal. (49)

Davanı gökdə axtarır, yerdə əlinə düşür4. (83)

Davanı iki dəfə salmaq nahaqdı. (1)

Davanı qılıc aralar. (83)

Davanı qılınc kəsər, sevdanı pul5. (37)

Davanın çeşinsi cidildi. (83)

Davasını bilməyənə şahid olma. (1)

Davşanın yügürməgin gördüm, ətindən umud kəsdim6. (83)

Day yeriməsə, abdal yerür. (49)

Dayağı dağ olanın başı göylərdə olar. (1)

Dayanan su tez iylənər7. (83)

Dayça at olunca yiyəsi mat olar8. (1)

Dayça nə qədər bərk qaçsa, arabanı çəkən atdı, at! (1)

Dayı görmüyən elə bilər Şakkulu da bir dayıdı9. (46)

Dayı tikən körpünü su aparmaz. (1)

Dayısı olan dayısına güvənər. (1)

Dayıynan dağ dolan, əmiynən bağ dolanma10. (46)

Daz daznan yatdı, daz da naz atdı. (9)

Daz keçəldən xoşlanar. (1)

Dazın daza baxdığı, dazın da naz atdığı. (8)

Dazın istədiyi qara saç olar. (1)

Dedi-qodu ev yıxar, qoyma-qoyma çanax tökər1. (9)

Dedilər bir ağız ağla, demədilər camaatı başına yığ! (1)

Dedilər: - Əzrail uşaq paylayır. Dedi: - Özünkü özünün olsun, mənimkinə dəyməsin. (1)

Dedilər: - Qar yağacaq. Dedi: - Dayanmışam titrəməyə. (1)

Dedilər: - Qardaşın necə adamdır? Dedi: - Qonşu olmamı­şam. (1)

Dedilər: - Qazanda qaynadan gəlir! Dedi: -Vay halıma! (1)

Dedilər: -Yığışın köçürük! Çoban çomağını çiyninə qoydu. (1)

Dedim eşidəsən, demədim öyrənəsən2. (1)

Dedim, bir ağız ağla, demədim, elləri güldür bizə. (83)

Dediyin deyir, demədiyini gedər-gəlməz vaxta saxlayır. (1)

Dediyindən dönərsən, el dönər səndən, demədiyini tutar­san, el tutar səndən! (1)

Demə babam yoxsuldu, can sağlığı dövlətdi. (1)

Demək asandı, yerinə yetirmək çətin. (1)

Demək olmur ki, gözün üstə qaşın var. (1)

Deməsən, eşitməzsən. (1)

Deməyə otammayan yiməyə də otammaz. (18)

Desələr ki, göydə toy var, arvadlar nərdivan axtarar. (1)

Devlət aytmış: «Dövlətsizə devlət olaydım», dövlətlüdən qaçup qurtulımazım. (75)

Devlətsizin evindən devlətlünün yurdı yegdir. (75)

Deyəcəyini fikir eylə, söylə3. (28)

Deyən ağılsız olsa eşidən gərək ağıllı ola. (1)

Deyən çoxdur, eşidən olsun gərək. (49)

Deyən ğafil isə, dedirdən ğafil degil1. (49)

Deyilən söz geri qayıtmaz. (1)

Deyilmiş sözdən deyilməmiş yaxşıdı. (1)

Deyingən dinə bilməz, dinməsə dözə bilməz. (1)

Deyirəm, dilim yanır, demirəm, ürəyim. (1)

Dədələrdən budur ögüt, dəgirmanı özün yügüt. (49)

Dədəm mənə kor deyib, hər yetənə vur deyib. (1)

Dədəsi öldü - dedi: “Vaхtı çatmışdı“; dəvəsi öldü - dedi: “Belim sındı“. (16)

Dədəsindən nə gül dərdim ki, balasından gülab çəkim? (1)

Dədəsini görməsə şahlıq iddiası eylər2. (2)

Dəgirman bildigin eylər, çax-çax başın agrıdur3. (49)

Dəgirman iyəsi dənlənmiş. (49)

Dəgirman növbət ilən4. (49)

Dəgirmana gedəndən sonra ulağ verən çox olu5. (83)

Dəgirmançı qızın ərə verdı, arvadun da üstəlik. (49)

Dəgirmançıya acığ eləyən, çuvalın boş aparur6. (49)

Dəgirmanda dənim yox, şahad üstə başımı nəyə yarırsan7. (83)

Dəgirmandan dən gedər, oğul sənün yan gedər. (49)

Dəgirmənçi qızlıq (qıtlıq) görməz. (75)

Dəgirməndə unluğın süpürüncə xırman yerində süpürgən bir artıq çal. (75)

Dəgirmənə gedən un ügüdər, evdəki növbət sayar. (75)

Dəgülmək eşəgə yaraşur. (75)

Dəhnəni dərin qazı, suyu gur gəlsin. (1)

Dək duranın dəvəcə assısı vardır. (75)

Dəli adam paxıl adamnan yaxşıdı. (9)

Dəli ağlamaz, ağıllı gülməz. (1)

Dəli aydan qorxar. (1)

Dəli bağlayanı ağıllı aça bilməz. (1)

Dəli başına dövlət quşu qonub. (1)

Dəli demiş, ağıllı inanmış. (1)

Dəli deyingən olar. (1)

Dəli dəlidən xoşlanar, molla halvadan1. (2)

Dəli dəlini görəndə çomağını gizlər2. (44)

Dəli dəlini görməsə, özünə yığışmaz. (9)

Dəli dəliyə qoşular, dəyənək göydən yağar3. (1)

Dəli dəliyə yoldaş olar. (18)

Dəli dost qəlbi qara, mən belə dostu neylərəm?! (1)

Dəli dostun olunca ağıllı düşmənin olsun4. (2)

Dəli dövran sürər, ağıllı vaxt gözlər5. (1)

Dəli elsiz, el dəlisiz olmaz. (1)

Dəli ilə dövlətli, ikisi də bildiyini eylər. (1)

Dəli ilə sərxoşun meydanı birdi. (1)

Dəli ilə tapmaqdansa ağıllı ilə itirmək yaxşıdı. (1)

Dəli inəgin dəli bizovu olar6. (83)

Dəli qazının yazdığını ağıllı qazı pozmaz. (1)

Dəli qırmızı sevər, gic sarı7. (83)

Dəli qız dayısından yaşınar. (1)

Dəli qız evdə qalmaz. (1)

Dəli quyuya bir daş salar, yüz ağıllı fikirləşib çıxarda bil­məz8. (2)

Dəli ol, baxtun olsun2. (83)

Dəli öz ağlını yüz ağıldan üstün bilər. (18)

Dəli öz evin yıxar, dələduz öz elini. (26a)

Dəli öz хeyrini, şərini bilsə, niyə adına dəli deyirlər? (14)

Dəli öz zərərini güdər. (1)

Dəli özü deyər, özü də gülər. (1)

Dəli özünə bir dəli yoldaş tapdı, elə bildi ki, çox ağıllıdı. (1)

Dəli sərxoşdan qorxar. (1)

Dəli sevinər ki bayram gəlir. (28)

Dəli tərəkəməni görəndə ağıla gələr. (16)

Dəli utanmaz, yiyəsi utanar3. (83)

Dəli üçün qanun yoхdu. (12)

Dəlicə qızdan dəlicə gəlin olar. (1)

Dəlidən ağıl ummaq olmaz. (1)

Dəlikli muncuq yerdə qal­maz. (3)

Dəlilər dünyanı əkdilər, ağıllı indi cüt qoşur. (1)

Dəlilik ilə verdiyini biclik ilə alandı. (55)

Dəlini apardılar toya, dedi: bura bizim evdən yaxşıdı4. (2)

Dəlini yüz öyrət, yenə öz bildiyini elər. (14)

Dəlini zəncirlə yox, tədbirlə tutarlar. (1)

Dəlinin ağıllısı utanur. (49)

Dəlinin başında palıd ağacı olmaz ha, dəlinin dilini dəli bilər5. (12)

Dəlinin dilinə pəhriz yoxdu. (1)

Dəlinin düşünməsinə, toyuğun eşələnməsinə dərman yox­du. (1)

Dəlinin eşşəyi də dəli olar. (1)

Dəlinin nə toyu olsun, nə bayramı1. (83)

Dəlinin sözü, sərxoşun gözü2. (1)

Dəlinin ürəyi dilindədi, ağıllının dili ürəyində. (1)

Dəlisi olan hər gün ağlar. (14)

Dəliyə ağıl, qaraya sabun kar eləməz. (1)

Dəliyə bir hava bəsdi3. (83)

Dəliyə daş atma, başına daş yağdırar. (1)

Dəliyə dedilər: Nə üçün dəli olmusan? Dedi: Ağıllıların dərdini çəkməkdən! (1)

Dəliyə dəli kimi cavab verməzlər. (1)

Dəliyə dəyənək verməzlər. (1)

Dəliyə gündə bayram4. (54)

Dəliyə halva, gicə bal neyləsin5. (2)

Dəliyə iş buyur, o sənə ağıl öyrətsin. (1)

Dəliyə qorux-qaytak yoxdu. (9)

Dəliyə qoşulma, səni də dəli edər. (1)

Dəliyə sorğu olmaz6. (55)

Dəliyə toy da birdi, vay da. (9)

Dəliyə yel ver, əlinə bel ver7. (55)

Dəliyə yüz öyrət, öz bildiyini eylər. (1)

Dəliyə zabitə yoqdu. (83)

Dəlləkliyi bizim başımızda öyrənir8. (83)

Dəlü alaca sevər. (75)

Dəlü andığın ayıdar. (75)

Dəlü başın ayağı ğəribdir. (75)

Dəlü dedi, əbləh inandı. (49)

Dəlü dəlüyi sevər, danişmənd uluyı sevər. (75)

Dəlü öküz gücin bilməz. (49)

Dəlü uslanınca uslu işini biturər. (75)

Dəlü yanıldı, tökdi sanadı. (49)

Dəlüdən doğrı xəbər1. (49)

Dəlüdən uslu xəbəri al. (75)

Dəlüklü taş yerdə qalmaz2. (75)

Dəlüyə bağ neyləsün, eşəkə bağ neyləsün. (75)

Dəlüyə mal neyləsün, gicə qavut. (49)

Dəlüyə nə ögüt ver, nə qaqısun. (75)

Dəlüyə ögüt versən, «tikən irişmədik bənümlə» deyər. (75)

Dəlüyi qaqıtma, azır. (75)

Dəlüyi zəncir usladur. (75)

Dəm ğənimətdür. (49)

Dəm ilən görmək gərək. (49)

Dəm söhbət, dəm ixtilat. (83)

Dəmi dəm gətürür, ğəmi ğəm3. (49)

Dəmir ayaq, dəmir çarıq, dəmir diş. (1)

Dəmir ki var, döydükcə uzanar4. (1)

Dəmir nəmdən, insan qəmdən çürüyər5. (1)

Dəmir özünü öydü, eşşək nalı düzəltdilər. (9)

Dəmir şişnən dağlıyır, sarı yağnan yağlıyır. (9)

Dəmirçi nə bilir qızıl nədir? (1)

Dəmirçi özünü öydü, dəmiri soyux döydü. (9)

Dəmirçi yanından keçən qığılcım yeyər. (1)

Dəmirçidə bıçaq tapılmaz . (1)

Dəmirçinin ömrü tax-taxla, leyləyin ömrü lağ-lağla keçər. (1)

Dəmiri çoх döyərsən itilənər, əlini kəsər. (14)

Dəmiri dəmir kəsər1. (55)

Dəmiri isti-tsti döyərlər2. (1)

Dəmiri pas yeyər, insanı kin. (9)

Dəmli hara gedər? -Dəm ardınca. (83)

Dəmür qapunun ağac qapuya işi düşər3. (49)

Dəmürçidə buxov olmaz. (49)

Dəmüri dəmür kürədən çıxarur4. (49)

Dəni məndən yeyir, başqa yerdə yumurtlayır. (1)

Dəniz dalğasız, qızlar sevdasız olmaz. (1)

Dəniz dalğasız, kişi хatasız olmaz. (15)

Dəniz ləpəsini sahilə çırpbasa, ürəyi sakit olmaz. (18)

Dəniz olup taşma, əlündən gəlməyəcək işə tolaşma. (75)

Dəniz tufansız olmaz. (1)

Dənizdə balıq sevdası olmaz. (1)

Dənizdə batan saman çöpündən yapışar. (1)

Dənizə getsə dənizi qurudar. (1)

Dənizi qaşıqla qurutmaq olmaz5. (47)

Dənizin suyu çayda olsa, aləmi başına götürər. (18)

Dərd ağladar, eşq söylədər. (1)

Dərd bir idi, iki oldu. (1)

Dərd bir olsa, çəkməyə nə var?! (1)

Dərd bir olsa, dirilməgə nə var? (83)

Dərd bir olsa, dürləmək nə gərək. (49)

Dərd bir olsa, yeriyər. (1)

Dərd bir ülgücdür, udsan yaralar, atsan yaxalar. (1)

Dərd çəkənə gərəkdi. (1)

Dərd dərd üstündən gələr. (1)

Dərd dərdə bənzəməz. (1)

Dərd dərdə dəyər, sızlar. (1)

Dərd dərdi açar. (1)

Dərd gedər, yeri boş qalar. (1)

Dərd getməz, dəyişər. (1)

Dərd gələndə xalvar ilə gələr, çıxanda misqal ilə! (1)

Dərd gəzər, dərman arar. (1)

Dərd götürənin, söz ötürənindi. (26a)

Dərd olsun, söz olmasın. (1)

Dərd var gələr keçər, dərd var dələr keçər! (1)

Dərd verən dərman verür1. (49)

Dərdi Allah eləsinə versin ki, dərmanını tapsın. (55)

Dərdi çəkənə verəllər. (12)

Dərdi çəkər dərdəcər, eybi çəkər eybəcər. (14)

Dərdi dağa verdilər, götürmədi, ancaq insan götürdü. (12)

Dərdi kim çəkər - kəməcər, söyüşü kim deyər - eybəcər. (12)

Dərdimi dağa desəm, dağ əriyər, şam yanar, şölə çəkər, piltə yanar, yağ əriyər. (1)

Dərdimiz hardan əyan olsun bizim dərdsizlərə, dərdlilər yaxşı bilir aləmdə dərdin qiymətin. (1)

Dərdin yoxdu söylən, borcun yoxdu evlən2. (1)

Dərdini dərd bilənə söylə. (1)

Dərdini gizləyən davasını bulamaz3. (2)

Dərdini qoy dərdim üstə, onu da mən çəkərəm4. (83)

Dərdini unut, sözünü unutma. (1)

Dərdli deyincək olur5. (49)

Dərdli dərdinin dərmanını axtarar. (1)

Dərdlini dindirmə, özü dillənər. (1)

Dərdsiz baş olmaz. (1)

Dərdsiz könüldə məhəbbət yük açmaz1. (49)

Dərə xəlvət, tülkü bəy2. (44)

Dərəni, təpəni sel bilir, yaxşını, yamanı el bilir. (1)

Dərənün, divarun qulağı var. (49)

Dərgahın qapısı açıq olanda köpəyin yuxusu gələr3. (2)

Dərilməmiş güldən dəstə bağlamaq olmaz. (1)

Dərin çaylar səssiz aхar. (12)

Dərin dərya dibindən çalxanar. (40)

Dərin quyunun suyunu bulandırmax olmaz. (9)

Dərin mənalar qısa sözdə olar. (12)

Dərin su bulanmaz. (1)

Dərin suya niyə girirsən ki, Xıdır Nəbini çağırasan. (55)

Dərmansız dərdin dərmanı bimarlıqdı. (1)

Dərviş olan şahlıq iddiası eyləməz. (1)

Dərviş dilriş olar. (1)

Dərviş qarnı doyunca, gözü yolda qalar. (14)

Dərviş məscidə girməz, bazarda meydan qurar. (1)

Dərviş odur ki, dünyanı tərk edə, fəqir odur ki, dünya onu tərk edə. (1)

Dərviş öz evin çiginində gəzdirər4. (83)

Dərviş yabısı hər evin yolunu tanıyar. (1)

Dərvişə bir şey verməmisən, kəşkülün bəs niyə sındırır­san? (1)

Dərvişi təkyədə, sərxoşu meyxanada axtar. (1)

Dərvişin fikri nə isə, zikri də odur5. (1)

Dərvişlik birdir, iki degil, dəgmələr çəkməz yüki degil. (75)

Dərya görünən yerdə qətra təməvvüc eyləməz6. (55)

Dərya göz qaraldar, yalan üz. (40)

Dərya it ağzı ilən murdar olmaz. (49)

Dəryadakı balıq, göydəki quş satılmaz. (1)

Dəryaya bir daş at, ya bir qaya sal. (1)

Dəryaya daş atmaqla suyu bulanmaz. (1)

Dəryaya getdi, bomboş gəldi. (18)

Dəryaya qətrə neylər. (49)

Dəryaz işlər, qol öyünər. (1)

Dərzi öz yırtığını yamamaz. (1)

Dərzi yaxası cırıq olar, başmaqçı ayağı yalın. (6)

Dərzin az oldu, xirməni böyük aç. (83)

Dərzinin iynə boydana döyləti olar. (18)

Dərzinin mayası iynə-sapdı. (1)

Dərziyə köç dedilər, iynəsini yaxasına sancdı2. (83)

Dəstədən ayrı düşən quşun səsi havadan yox, tavadan gələr. (9)

Dəstəmazsız namaz olmaz. (1)

Dəstini qıran da bir, suyu gətirən də bir. (1)

Dəvacın danişmənd isə, yarıcın Allaһ olsun. (75)

Dəvasuz dərdün dərmanı arsızlıqdur. (49)

Dəvayı eşək kibi sürmək gərək. (75)

Dəvə adın satar, eşşək odun. (1)

Dəvə asta gedər, çox gedər. (1)

Dəvə balasını damda bəsləməzələr, böyüyəndə damdan çıxa bilməz. (18)

Dəvə bir fikir eyləsə, sarban ikisini eylər. (1)

Dəvə bostana girəndə elə bilir, onu heç kim görmür. (1)

Dəvə böyükdü, ot yeyər, şahin kiçikdi ət yeyər. (1)

Dəvə böyüksə, yükü də böyükdü. (1)

Dəvə buynuz axtarırdı, qulaqdan da oldu. (1)

Dəvə çəkicək yer bulur. (75)

Dəvə dizin bəyənər, hərə özün. (34)

Dəvə degüləm, iki yerdən boğazlanum1. (49)

Dəvə döyüləm ki, yeddi yerimnən boğazdanam. (9)

Dəvə durdu dam yıqdı2. (83)

Dəvə gördünmü desələr, köşəgin də görmədim di. (75)

Dəvə gördünmü, körpü də görmədim. (5)

Dəvə gözünü yumar girər pambığa, deyər məni heç kim görmür3. (2)

Dəvə Xançobanda olar4. (83)

Dəvə inildəməkdən, yükü inildiyir. (9)

Dəvə irağa baхar, qatır dırnağa. (13)

Dəvə itirib balasını gəzir. (45)

Dəvə kimi böyüksən, qulağı qədər ağlın yoxdu. (1)

Dəvə kinli olar. (1)

Dəvə köşəyə uymasa, köşək dəvəyə uyar. (1)

Dəvə qulağından asılmaz. (1)

Dəvə minənin eşşəyi yanında olar. (1)

Dəvə nə böyük, qulağı nə küçük. (75)

Dəvə nə qanır, nərdivan nədi?! (1)

Dəvə nə qədər arıq olsa, dərisi eşşəyə yükdü5. (1)

Dəvə nə qədər uzaq getsə, qatarını gözlər. (1)

Dəvə oynayanda qar yağar6. (44)

Dəvə öldü, eşşəyə zülüm oldu. (6)

Dəvə ölər, yükü qalar, xoruz ölər, tükü qalar. (1)

Dəvə ölsə dərisi bir yükdü, toyuq ölsə dərisi bir çəngə tükdü7. (83)

Dəvə ölsə dərisi eşşəgə yükdür8. (49)

Dəvə öz əgrisin bilməz. (49)

Dəvə palçığa batdı, milçək onu çıxartdı. (1)

Dəvə satan bir il dövlətli olar, dəvə alan bir il kasıb. (16)

Dəvə satan köşək ala bilməz. (49)

Dəvə tanımasa, ovsarı tanıyar. (1)

Dəvə yavuq otlar, uzağ qözlər1. (49)

Dəvə yıldi, üstdən ğərbili al. (49)

Dəvəci ilə dost olanın darvazası gen gərək. (85)

Dəvələr dəngə gidib, vay dəng için. (83)

Dəvəni aparan eşşəkdi. (1)

Dəvəni dağdan uçurdan bir çəngə otdu. (1)

Dəvəni eşşəyin quyruğuna bağlayır. (1)

Dəvəni əvvəl bağla, sonra Tanrıya ismarla2. (72)

Dəvəni hara çağırırlar? –Ya meşəyə oduna, ya Gilana dü­yüyə. (39a)

Dəvəni xəlbir ilə suvarır3. (2)

Dəvəni itirib, köşəyi axtarır. (1)

Dəvəni ovlamazlar. (1)

Dəvəni palaz altında gizlətmək olmaz. (1)

Dəvəni satan köşək ala bilməz, köşəgi satan eşşək4. (2)

Dəvəni toya çağırdılar, ağlayaraq dedi: Ya odun çatacaq­lar, ya da su daşıyacaqlar. (39a)

Dəvəni yatırmasan, yüklənməz5. (2)

Dəvəni yük, insanı həya üzər. (18)

Dəvəni yükü ilə, sarbanı ipi ilə. (1)

Dəvəçi ilə dost olan darvazasını uca edər6. (44)

Dəvədə qalağına qane ol. (75)

Dəvədən böyük fil var7. (49)

Dəvədən düşüpdür, hüt-hütdən düşməz1. (49)

Dəvədən yıxılan pambıq üstə düşər, eşşəkdən yıxılan – daş üstə. (1)

Dəvənin ayağı altında qarışqa əzilməz. (1)

Dəvənin kini – ilanın kini. (1)

Dəvənin qanadı olsa, bir koma abad qalmaz2. (77)

Dəvənin quyruğu olunca, qarışqanın başı olmaq yaxşıdı. (7)

Dəvənin nəri, kişinin əri. (14)

Dəvənin yemədiyi ot, ya başını ağrıdar, ya qıçını. (1)

Dəvəquşu yükə gələndə qanadlarını göstərər. (1)

Dəvət var, çomaqdan artıqdır, dəvət var, uçmaqdan artıq­dır. (75)

Dəvətə icabət gərək. (1)

Dəvətsiz gələn qonaq quru yerdə oturar. (1)

Dəvətsiz qonağı köpək qarşılar. (1)

Dəvəyə bax, su qavı gəti. (9)

Dəvəyə binüp yara basma. (75)

Dəvəyə dedilər: - Boynun əyridi ? Dedi: -haram düzdü ki, boynum düz olsun?3 (1)

Dəvəyə didilər: eniş yaxşıdı, yoquş? Dedi: Lənət hər iki­sinə4. (83)

Dəvəyə dedilər: əlindən nə gəlir? Dedi: yaxşı kəlağayi toxuyuram. Dedilər: elə əl-ayağından bəllidir. (55)

Dəvəyə didilər ki, səni xan çağırır. Dəvə cavab verdi: Xan məni niyə çağırar, ya dəərmana göndərəcək, ya da ki, suya. (18)

Dəvəyə minməmişdən qabaq yırğalanmaq öyrənir. (1)

Dəvəyə nəl yoq. (75)

Dəvəyə qanqal lazım olsa boynunu yüz yerdən uzadar1. (2)

Dəvi qarımaz. (75)

Dəyənək dəlinin, süpürgə gəlinin. (1)

Dəyirman iki daşdan, məhəbbət iki başdan. (1)

Dəyirmanım hər cür dən üyüdür. (9)

Dəyirmançı ac qalmaz, meşəbəyi üşüməz. (36)

Dəyirmançının şahidi kömbəçi olar. (1)

Dəyirmanın boğazı boş qalsa, daş daşı sürtər. (1)

Dəyirmanın boğazına ölü salsan, diri çıxar2. (1)

Dəyirmanın yaraşığı torba-çuvaldı3. (44)

Dəyirmannan gəlirdim, unumu su apardı. (9)

Dəymə tazıya, qaçar qazıya. (1)

Dığ-dığ qardaşı qardaşdan ayırar. (1)

Dımbılı ələk, dımbılı sac, əlim xəmir, qarnım ac. (1)

Dıraz adamın ağılı da nataraz olar. (40)

Didardan doymaq olmaz. (49)

Dikbaşdıxnan yıxılanın əli ələ çatmaz. (9)

Dil adamı bəyan eylər4. (2)

Dil ağrısından qol ağrısı yaxşıdı. (1)

Dil ağrıyan dişə dəyər. (1)

Dil Allahın qapanıdı, hər nə qoysan götürər5. (46)

Dil başa böyük bəladı. (2)

Dil başı güdaza verər. (1)

Dil başı saxlar (1)

Dil başun düşmənidür6. (49)

Dil bir, qulax iki. (9)

Dil dildən qalmaz geri. (75)

Dil eybəcərliyi bədən eybəcərliyindən betərdi. (12)

Dil ilə dost olanın ağzın ara, könlün al. (1)

Dil ilə olan, zor ilə olmaz. (1)

Dil ki, var, ətdəndi, hara döndərsən dönər. (1)

Dil ögündə yoquş olmaz. (75)

Dil padşahın, söz arvadın. (9)

Dil sümüksüzdü, amma sümüyü sındırar1. (1)

Dil ustası, iş xəstəsi. (9)

Dil ürəyin açarıdı. (1)

Dil var bal gətirər, dil var bəla gətirər2. (76)

Dil yanılar, doğrusunu deyər3. (1)

Dil yarası, il yarası. (6)

Dil yarası qılınc yarasından yamandı. (1)

Dildə bir şey deyib, ürəkdə başqa şey tutma. (1)

Dildən acı, dildən şirin şey yoxdu. (1)

Dildən bal da damar, zəhər də. (12)

Dildən dilə yol olur. (49)

Dildən gələn əldən gəlsə, kasıb-kusub varlanar. (1)

Dildən gələn əldən gəlsin, hər fağır padşah olar. (61)

Dildi, nə qoruğu var, nə qaytağı4. (46)

Dilənçi bir olsa dirilməgə nə var. (83)

Dilənçi salam almaz. (1)

Dilənçi saxlayan salam olur. (81)

Dilənçi torbasından çörək yeməzlər. (1)

Dilənçidən pay umur. (9)

Dilənçinin yığdığını it aparar. (9)

Dilənçinin yüzi qərə, torvası toludur5. (75)

Dilənçilikdən səylik yaxşıdı, səylikdən də ölüm. (9)

Dilənçiyə bir verərsən, bir də istər, sabahacan yatmağa yer də istər. (1)

Dilənçiyə xiyar verdilər, əyridi deyə almadı. (1)

Dilənçiyə torbası ağırlıq eləməz. (1)

Dilənməyə nə var, çətini bir dəfə əl aşmaxdı. (9)

Dilərsən aləmdə dinc olasan, nə verəsiyə verəsən, nə ödənc alasan. (75)

Dili acı olana bal da kömək eləməz. (18)

Dili ilanı yuvasından çıxardar. (1)

Dili xoş olanın havadarı çox olar. (1)

Dili varsa, dilçəyi də var. (1)

Dilin bəlasıdı uzunçu olmaq, ariflər işidi, sükuta dalmaq. (1)

Dilin kilidi dişdir. (40)

Dilin olmasaydı, qarğalar dimdikləyərdi1. (1)

Dilin zəkatı xeyir söyləməkdi2. (9)

Dilində öd olanın hər şeyi acı olar. (1)

Dilindəkin tullama, özaa düşman qazanma. (7)

Dilini bilməyən anasın tanımaz. (1)

Dilini dinc qoyanın başı bəlasız olar. (12)

Dilini saxlayan salamat olur3. (2)

Dilini tut, divanı ud. (1)

Dilini uzun eyləyən, başını bəlaya salar. (1)

Dilini zəbt edən başını qutarar4. (46)

Dilləri – qoyun, işləri – oyun. (46)

Dilsüzdən pəltək yegdir. (75)

Dilün gəmügi yoq. (75)

Din bəndələri paklığa çağırır. (38a)

Dinc ayağa heç nə dəyməz. (1)

Dindən çıxsan da eldən çıxma. (1)

Dindirmə dəmirçini dərd alar içini. (55)

Dindirmə Fatıyı, çəkif tökər kutuyu. (78a)

Dini dinara satmaq olmaz5. (2)

Dini dinara satan, dindən də olar, dinardan da2. (83)

Dini olmayanın imanı da olmaz. (1)

Dini yeyib, imanı dalına atıb. (1)

Dinindən dönən imanından dönməz. (1)

Dinməyənin bir dinəni olar. (1)

Dinsizə imansuz gərək3. (49)

Dinsizin ağzını imansız yumar. (3a)

Dinsüzə dinin bildürmək öksüzə ton geyürmək kibidir. (75)

Diri dirinin dərdini çəkər. (1)

Diri it ölü aslandan yaxşıdır4. (55)

Diridən ölülük yaxşıdı. (1)

Diriligündə ölüm yarağın eylə, sağluğunda xəstəlıq yara­ğın eylə. (75)

Dirilik ğənimətdür. (49)

Dirini öldürmək olur, ölüni diriltmək olmaz5. (49)

Dirini ölüyə dəyişməzdər. (12)

Diriyə də rəhmət var, ölüyə də. (14)

Diriyə dirlik gərək6. (49)

Diriyə hay verməz, ölüyə halva7. (83)

Dirlik birlikdədür. (49)

Diş qurdalamaqla qarın doymaz. (1)

Diş ilən, dırnaq ilən yığub, ağız ilən yemək gərək8. (49)

Diş nə qədər şirin olsa da ağrıyanda çıxarıb tullayırlar9. (46)

Diş verən dişlək də verər10. (46)

Diş yox ikən dodaq vardı1. (46)

Dişi arslan da arslandır. (75)

Dişilər bustan kibi olur. (75)

Dişin ağrır, çək qutar, qonşun pisdi, köç qutar, halın pisdi, öl qutar2. (83)

Dişin varkən, malını ye. (9)

Dişinin qədrini bilməyən çənəsiz qalar. (1)

Dişsiz ağızın damağı yara bağlar. (9)

Divan haqqa da baxar, nahaqqa da. (1)

Divan ilə divanlıq eləmək olmaz. (1)

Divana çəkən qarışqa fildən güjdüdü. (9)

Divanə yalquz gedipdür. (49)

Divanəyə qələm yoqdur3. (75)

Divanxana qapısı, girəndə darvaza olar, çıxanda iynə gö­zü. (1)

Divanxana qapusu girəndə darvazadı, çıxanda ignə gözü. (83)

Divar binadan qayim olur4. (49)

Divar əyilən tərəfə yıxılur. (49)

Divar qulaqlı olar. (83)

Divarı nəm yıxar, insanı qəm5. (1)

Divarın dalı da qürbətdi. (1)

Divarın iki üzün yıxmazlar. (1)

Divarların qulağı, qapıların gözü var. (57)

Diyən Xalıx döyül, didirən Xalıxdı. (10)

Diz ağrısını can çəkər. (1)

Dodağın qalınlığına baxma, sözün zərifliyinə bax. (1)

Dodurlu eşşək də ərik gətirərdi. (18)

Dodurlu hara, Bodurlu hara. (40)

Dodurlu qaxac yeyər, qaxınc yox. (40)

Dodurlu öyülər, söyülməz. (40)

Dodurlunun hənəyi kələk kəsər. (40)

Dodurlunun dediyini Bodurlu deyə bilməz. (40)

Dodurlunun səpdiyi toxum şörəkətdə olar. (40)

Dodurlunun uğuru ör olar, sonu dör olar. (40)

Doğa doqqaza, xaşıl Xaşmaza, yayma yaylağa. (18)

Doğa doqqazacan, qatıqlı aş darvazayacan1. (83)

Doğan tavuq doğmaz övrətdən yaxşıdır2. (44)

Doğrı bax, doğrı al. (49)

Doğrı deyənün yeri olmaz. (49)

Doğrı deyəni yeddi kənddən qovarlar. (85)

Doğrı gedən yol azmaz. (49)

Doğrı söz açı olur3. (49)

Doğrıluq şah qapusı. (49)

Doğru büdrər, amma yıxılmaz. (1)

Doğru danışanın papağı yırtıq olar. (83)

Doğru deyən olsaydı, yalançı usanardı. Avara qalanlar dəxi bir söz də qanardı. (1)

Doğru dikəlincən yalan dünyanı udar. (18)

Doğru dil daş yarar. (12)

Doğru diyənin başı keçəl olur4. (5)

Doğru dostluq qərəzsiz olur. (28)

Doğru elə bilər, hamı doğrudu, əyri elə bilər, hamı əyridi. (1)

Doğru qapıdan gələndə, yalan bacadan qaçar. (14)

Doğru ol, asan yol ilə get. (1)

Doğru sarsılar, amma yıхılmaz. (14)

Doğru söylə, at min, çap. (1)

Doğru söz dostluğu pozar. (1)

Doğru söz etiraz götürməz. (1)

Doğru sözdə boynum qıldan incədi. (54)

Doğru sözü zarafata salıb deyərlər. (1)

Doğru tutulmayınca oğru tutulmaz. (1)

Doğru yalanı qovar. (1)

Doğru yolu görürkən, əyri yoldan gəlmiyəlim. (3)

Doğru yolda yıxılan tez qalxar1. (1)

Doğruluq dost qapısı, oğruluq düşmən çatısı. (18)

Doğruluq ən böyük oğruluqdu. (83)

Doğruluq insanı heç vaxt utandırmaz. (1)

Doğruluqla dost qapısını dolan, gəz, öz evindi. (1)

Doğruya zaval yoxdu, çəksələr min divana2. (1)

Dolan qoyunum, dolan, borc verən gələr, ya səni aparar, ya məni. (1)

Dolanmağa yad ölkə, ölməyə vətən yaxşı. (1)

Dolaşan qurd ac qalmaz. (1)

Dolu civdənsə, dolu baş yaxşıdı. (9)

Dolu çanağı boş çanağa urmaq olmaz. (49)

Dolu dəryaya yağar. (1)

Dolu quyuya it düşməz. (1)

Dolu tüfəng birni qorхudar, boş iksini3. (5)

Dolunu yeyib, boşa təpik atır4. (83)

Don dedi: - Mən gedirdim, məni yamaq saxladı. (1)

Don hər kimin əndamına gərək. (49)

Don tapmaq asandı, dost tapmaq çətin. (1)

Donqanın donqasını qəbir düzəldər. (55)

Donmuş eşşəgi basmaq olmaz. (83)

Donuz xort-xortunu böyügündən ögrənər. (83)

Donuzdan toğlu doğulmaz. (1)

Donuzun başı ağır olsa da, leşi çəkər. (1)

Doqquz döşəkli baba, axırı quru yerdə can verir5. (83)

Doqquz gün əcirə on gün sadağa lazımdı. (1)

Doqquzu verən onu da verər. (1)

Doqquzun yeri göynüyür. (9)

Doqquzunda nə isə doxsanında da odu. (1)

Dorbiye girən donquz yabanı qəbul edər. (37)

Dost ağlar, düşmən gülər. (1)

Dost arası pak gərək. (1)

Dost arası sözsüz olmaz. (1)

Dost-aşna çoх olar, düşərgə bir olar. (12)

Dost başa baqar, düşmən ayağa baqar1. (75)

Dost bir, düşmən on bir. (1)

Dost dar gündə tanınar. (1)

Dost – dost, müamilə rast. (75)

Dost dosta arxa olar. (1)

Dost dosta tən gərək, tən olmasa gen gərək. (1)

Dost dostdan kənar olmaz, aralıqda mərdimazar olmasa. (1)

Dost dostın əksiginə qalmaz. (49)

Dost dostun aynasıdı. (İrəvan)

Dost dostun eyibini üzünə deyər. (1)

Dost dostun sağlığın istər. (49)

Dost dostunun malını yeyər. (55)

Dost evin sil-süpür, amma düşmən evinə getmə. (9)

Dost əskiyicək Tanrı yenisin verür. (75)

Dost gələr, düşmən gedər. (1)

Dost gəlişi bayram olar. (1)

Dost gəlməyincə yaramaza satılma. (75)

Dost haqqını tapdalamazlar. Tapdalayan pis adam olar. (38a)

Dost ilən bazar, dostluğu pozar. (49)

Dost qazan, düşməni nənəm də doğar. (1)

Dost məni ansın bir çürük ceviz ilə2. (2)

Dost məni bir qoz ilən ansun, o da puç. (49)

Dost məni yad eyləsin bir gülöyşə nar ilə. (1)

Dost min olar, candan dost olan bir. (1)

Dost olan eyib görməz. (49)

Dost öyündə baş yuyallar, düşmən öyündə dırnaq kəsəllər. (18)

Dost sevinər, düşmənin gözü çıxar. (1)

Dost sirrini dost bilir1. (2)

Dost üzdən bəlli olar, düşmən - gözdən. (1)

Dost yolunda boran olar, qar olar. (1)

Dost yolunda əzaba düşənin el içində üzü ağ olar. (1)

Dost ziyankar olmaz. (1)

Dost zülümkar olmaz, ziyankarlardan dost olmaz. (18)

Dosta alqış, düşmənə qarğış. (1).

Dosta borc pul vermə, hər ikisi əldən gedər. (1)

Dosta dost, düşmənə düşmən kimi bax. (1)

Dostam səninlə, pulun qurtaranacan! (1)

Dostdan gələn ziyanı, düşmənin sərinə yazarlar. (18)

Dostdan belə sirrini saxla. (1)

Dostdan özünü qoru, düşmənlə hesablaşmağa nə var?! (1)

Dostdan yaman gəlməz2. (49)

Dostla dağı tez aşmaq olar. (1)

Dostluğa dağlar da, dənizlər də mane ola bilməz. (1)

Dostluğa min adam azdur, düşmənligə bir adam çox3. (49)

Dostluğu birdən pozma, bəlkə bir də dost oldun. (1)

Dostluğun telini kobudluqla qırma, bir də bağlasan düyünü qalar. (1)

Dostluq düzlükdədi. (1)

Dostluq göstərməklə düşmən əzilməz. (1)

Dostluq həmişə qalib gələr. (1)

Dostluq həyat vəsiqəsidi. (1)

Dostluq savaşmayınca bərkişəməz. (75)

Dostluq üç almadı: gah ikisi səndə, biri məndə, gah ikisi məndə, biri səndə1. (83)

Dostluq varduğunca bərkişür, məgər içində çürüklüki ola. (75)

Dostluqla tutub, düşmənliklə yıxar. (1)

Dostsuz insan – qanadsız quş. (1)

Dostu düşünməyən, düşmənə dönər. (12)

Dostu el olanın, dövləti bol olar. (12)

Dostu yatanda, düşməni satanda sına. (18)

Dostuq, cibimiz ayrı. (1)

Dostun atdığı daş baş yarmaz2. (1)

Dostun dost olsun, hesabın dürüst. (1)

Dostun əskisinə, һəmmamın əskisinə, sücinin əskisinə nəs­nə irməz. (75)

Dostun ilə ye-iç, satu-bazar eyləmə3. (75)

Dostun önündən, düşmənin ardından. (49)

Dostun rizqin düşman kibi ye. (75)

Dostun üzünü evində gör. (1)

Dostun versə qum, sən onu ovcunda yum. (1)

Dostun yoxsa axtar, tapdın – qoru. (1)

Dostuna borclu olma. (1)

Dostuna ödənç aqça vermə, istədügün vaqt məһəbbət miq­rasla kəsilir. (75)

Dostunu ağladıb, düşmənini güldürmə. (1)

Dostunu mənə de, deyim sən kimsən. (1)

Dostunun dostu sənin də dostundu. (1)

“Dov” deməgə tovdaq gərək. (75)

Dovşan balasına üçcə gün süd verər. (14)

Dovşan dağda, suyu ocaqda. (1)

Dovşan dağdan küsmüş, dağın xəbəri yox. (1)

Dovşan dərisi bir təpügə dözər. (49)

Dovşan feyz alanda kənd qırağında gəzər. (1)

Dovşan kiçik, qulağı böyük. (1)

Dovşan nə anasını əmip, nə də gözü yoldadı. (18)

Dovşan nə qədər qaçarsa, o qədər də yatar. (1)

Dovşan öz yatağında ovlanar. (1)

Dovşan yatduqca səgrədür. (49)

Dovşana deyir, qaç, tazıya deyir, tut. (1)

Dovşanı qova-qova ayının üstünə çıxartma. (9)

Dovşanı tutunca tazıya «atam» deyərlər. (1)

Dovşanın gümanı ayaqlarına gələr. (1)

Dozanqurdu ol, gözə gir1. (55)

Dozanqurdunun da balası özü üçün əzizdi. (1)

Dögmə kimsənün qapusın, dögməsinlər qapunı2. (49)

Dögülən öz kisəsindən dökülər. (83)

Döldə çıxan, ildə çıxmaz. (9)

Döləngicə kündə taqsan toğan olmaz. (75)

Dönən övrət, sapan keçi. (75)

Dönmüş eşşəgi basmaq olmaz3. (81)

Dörd göz bir övlad üçündü. (1)

Dörd məzһəb, beşinci kötək. (75)

Dört divarı yoq, qoz ağacından qapusı var. (75)

Dövlət adama ayağı ilə gəlməz. (1)

Dövlət ağıllının nökəridi, axmağın ağası. (1)

Dövlət başa bəladı. (1)

Dövlət başa, quzğun leşə qonar4. (83)

Dövlət başçısı sayıx olmalıdı. (9)

Dövlət bir il gedər, töhmət min il. (55)

Dövlət degilmi qarıya – yigit yanınca yürüyə? (75)

Dövlət dəniz suyu kimidi, içdikcə susadır. (1)

Dövlət əl kiridi, yusan gedər, yumasan getməz. (9)

Dövlət gəldi yat, dövlət getdi yat! (49)

Dövlət haqq canibindəndür. (49)

Dövlət istirsən, arxa ver arxa, bir olur astana, bir baba. (49)

Dövlət kimə yar olsa durur. (75)

Dövlət qəza yanındadır. (75)

Dövlət qulluğu göyərçinə bənzər, qonar, uçar. (1)

Dövlət malı nə odda yanar, nə suda batar. (1)

Dövlət sirrini dövlət bilər. (1)

Dövlət yegdir əqldən-usdan dəxi, dövlətə görə bitər bağla bustan dəxi. (75)

Dövlətdə dəvə, övlatda nəvə1. (83)

Dövlətə bel bağlama. (1)

Dövləti abıra çəpər edərlər. (1)

Dövlətin də düşər-düşməzi olar. (1)

Dövlətin ən yaxşısı ağıldı. (1)

Dövlətli kasıb olsa qırq il iyi gitməz, Kasıb da dövlətli ol­sa qırq il iyi gitməz2. (83)

Dövlətli oğul qopsa – ocağının közüdür, dövlətsiz oğul qopsa – ocağının külidir.(3)

Dövlətli öldü - hamı bildi, kasıf öldü – heç kəs. (12)

Dövlətli yanını qaşıyanda kasıb eylə bilər pul verir3. (83)

Dövlətlidən xeyir, kordan mazarat. (83)

Dövlətlinin balası un dəyirmanından gələni gözlər; kasıbın balası çörəyin təndirdən çıхmağını gözləməz. (16)

Dövlətlinin dili uzun olar. (1)

Dövlətlinin iti yatmaz. (1)

Dövlətliyə bəli, kasıba dəli deyirlər4. (44)

Dövlətliyə saxsı lazım olsa, kasıb kasasını sındırar. (1)

Dövlətlü evin tütüni əksik olmaz. (75)

Dövlətlü evin qonuğı-qoyuluşı gəlür. (75)

Dövlətlü kişinin övrəti ölur, dövlətsiz kişinin əyrəti ölür, bəlkə kəndü ölür. (75)

Dövlətlüdən dövlət gördün, məzərrat1! (49)

Dövlətlüdən yatluluq gəlməz. (75)

Dövlətlünün evi tütünundən bəllüdur. (75)

Dövlətlüyə nə mal, bidövlətə nə mal! (49)

Dövlətsizə kəndü bəlası yetər. (75)

Dövlətsizə kimsə dövlət olmaz. (75)

Dövlətsizin oğlı olmaqdan dövlətlünün qulı olmaq yegdir2. (75)

Dövranı sürən sürsün, hər kəsin macalı var3. (83)

Döy qurbağaya aşıq olar. (55)

Döyən qalır qıraqda, döyülən tutulur. (1)

Döyən, söyən ərim yox, yel aparan unum var. (1)

Döyəni ağac ilən götürürlər. (49)

Döyər, söyər - yetimi ağlamağa da qoymaz. (9)

Döylətdi dağda da qərif döy. (9)

Döyməni xanım yeyər, kəpəyi yetim. (1)

Döymür, tozunu çırpır. (1)

Döyükmək xofluluq əlamətidi. (40)

Döyülən ilə deyən bir deyil. (1)

Döyülənin cibindən gedər. (1)

Döyülməmiş düyüdən aş olmaz4. (83)

Döyülməmiş soyulmaq bir sulu namazdı5. (2)

Dua oxumaqla donuz darıdan çıxmaz. (1)

Duaçıdan duayı armağan um. (75)

Duanı biz eləmişik, yağış gör hara yağır? (1)

Dul arvad ağ kalağayıdı, toxunma, ləkə düşər. (1)

Dul arvad evdə oturmaz. (1)

Dul arvad kişiyə gedəndə gecəyarısı peşman olar6. (46)

Dul arvad yetim saxlar, naxırçıya minnət qoyar7. (83)

Dul arvad yuxuda ikinci ərini görər. (1)

Dul arvaddı, amma yetimlərə atadı2. (83)

Dul arvadı qız adına almazlar. (1)

Dul arvadın boxçası qoltuğunda olar. (1)

Dul arvadın divarı alçaq olar. (1)

Duman alçaqdan qalxar, ucanı gözlər3. (49)

Dumanlı gözə hər şey bulanıq görünər. (1)

Dumansız çən olmaz. (1)

Dumbul görər oynar, mehrab görər ağlar. (1)

Dumbulla gələn zurna ilə gedər. (1)

Duran öküz yatan öküzün başına batırar. (1)

Duran yatanın payını yeyər. (1)

Durna görsən qış, leylək görsən yaz gələr. (16)

Durnanın başçısını vurarlar. (1)

Durub getdik qışlağa, ümid qaldı yaylağa. (1)

Duz-çörək itməz. (1)

Duz-çörəyin qədrini bilmək gərək. (1)

Duz kimi hər aşa girər. (1)

Duz yerinə buz yalama4. (54)

Duzdan ləziz, sudan əziz bir şey yoxdu. (1)

Duzu yeyib, duz qabını sındırma5. (83)

Duzunu gimrik eyləyən çörəyini də fətir eylər. (1)

Dügün aşı borcdur. (75)

Dügün domrovsuz olmaz. (75)

Dügün issi iyüməz, dügünci eyür. (75)

Dügündə devlət keçər, bayramda yügrək keçər. (75)

Dükançının saqqalı özünə əngəldi. (1)

Dün ğəribindir. (75)

Dün ilə yürüyən sabaһ sevinür. (75)

Dün uzunun pasiban bilür. (75)

Dünən yediyini bu gün yadından çıxarıb. (1)

Dünən yumurtadan çıxıb, bu gün bizə cip-cip öyrədir. (1)

Dünən yumurtadan çıxıb, bu gün qabığını bəyənmir. (1)

Dünəni demə, bu günü de. (1)

Dünənki işinə sağ ol, bu günkü işindən danış. (1)

Dünənki məzənnəyə yoldaşım da hazırdı. (1)

Dünya - qazan, biz - çömçə. (1)

Dünya axirət məzrəsidür. (49)

Dünya arsızındı, dodağı barsızındı. (55)

Dünya bala dönsə də, ala qarğa öz yeməyin bilər. (1)

Dünya beş gündü, beşi də qara. (1)

Dünya bir qərarda qalmaz. (49)

Dünya bir nərdivandı, biri çıxar, biri düşər. (1)

Dünya bir pəncərədi, hər gələn baxar, gedər. (1)

Dünya bir yağlı quyruqdu, yeyə bilənə nuş olsun. (1)

Dünya bir yorğun oydür, hər gələn bir dəm oylar1. (5)

Dünya bunyat olanı, qazı sünnət olanı. (83)

Dünya çalışanların əlindədi. (1)

Dünya dediyin bir bağdı, hər gələn bir ağac əkib gedər. (1)

Dünya gedib ucu qalıb, adamların bici qalıb2. (83)

Dünya girsə araya, qul qaçan tapuya yaraya? (75)

Dünya gör-götür dünyasıdı. (1)

Dünya xali degildi. (83)

Dünya işinin madarı yoxdu, heç kimsəyə etibarı yoxdu. (1)

Dünya quyruğı uzundur. (49)

Dünya malı dünyada qalur3. (49)

Dünya tükənər, düşmən tükənməz. (1)

Dünya üç gündür: bir anadan olan günü, biri oturan günü, biri də ölən günü. (83)

Dünya varına güvənmə. (1)

Dünya yansa, bir tükü də yanmaz. (1)

Dünya yaz ikən qış tədarükünə bax. (1)

Dünya yeyənə quyruqdu. (83)

Dünya yeyənindür. (49)

Dünyanın bir üzü gecədi, bir üzü gündüz. (39a)

Dünyaca gözəlliyin olunca, zərrəcə bəxtin olsun. (1)

Dünyada bir pislik qalar, bir də yaxşılıq. (1)

Dünyada ən zor iş anlamaza söz anlatmaqdı. (1)

Dünyada hər an mərdə arxalan. (1)

Dünyada hər işə qarşı sayıx olanın başı uca olar. (9)

Dünyada hər kəs öz haqqına razı olsa, dava olmaz. (1)

Dünyada hər şey satılıb-alınır, bir namusdan başqa. (1)

Dünyada hər zaman mərdə arхalan. (14)

Dünyada iki şəxs heç vaxt dost olmaz: biri qanan, biri qanmaz. (1)

Dünyada oğul toyundan şirin heç nə ola bilməz. (1)

Dünyada ölüm olmasa, adam adam ətin yerdi. (75)

Dünyada pulsuz – axirətdə imansız. (1)

Dünyada üç şey gördüm: oldum, evləndim, öldüm1. (83)

Dünyadan kam almaq olmaz. (49)

Dünyadı, hancarı dutsan keçər. (83)

Dünyanın ən bəxtiyar insanı kimsəyə möhtac olmayandı. (1)

Dünyanın ən böyük neməti can sağlığındadı. (1)

Dünyanın işin hər tür dutsan, öylə gedər2. (83)

Dünyaya dayanma, varına inanma. (1)

Dünyaya kimsə qalmaz. (49)

Dünyaya mərhəmət paylananda köpəyi uğuz yuxsu basar. (18)

Dürlü yalanın adını eşq qomışlar, eşqi çəkən kişilər dostu xəlvət bulmuşlar. (75)

Düşdə dögür//dügür ağırdur. (75)

Düşi görəndə degil, yorandadır. (75)

Düşman çox olanda qaçmaq da mərdlikdi1. (83)

Düşman gözi kor olur. (75)

Düşman zəif olsa da, ehtiyatı əldən buraqma2. (83)

Düşmana quyu qazınca dosta ev tikərəm3. (83)

Düşmanı kənarda gəzmə, düşman evin içindədi. (9)

Düşmanın beləsinnən isə dostun silləsi yaxşıdı. (83)

Düşmən adama «qadan alım» deməz. (1)

Düşmən düşmənə qəzəl oxumaz. (1)

Düşmən düşmənin halına qalmaz. (1)

Düşmən ətək altından çıxar. (1)

Düşmən qaçarkən qarğalar cürətlənər. (1)

Düşmən qarışqa da olsa, sən onu fil say4. (1)

Düşmən səni daş ilə, sən düşməni aş ilə5. (2)

Düşmən yaxandan tutanda it ətəyindən tutar. (1)

Düşməndən dostlıq ummaq, od ilən suyı bir yerə yığmaq­dur. (50)

Düşmənə fürsət verən kəmfürsət olar. (40)

Düşmənə qalib gəlmək üçün onun gözlərinə dik baxmaq lazımdı. (18)

Düşmənə sahib çıxan düşmən sayılır. (1)

Düşmənə varanda ürəyində nifrət, əlində tüfəng, dosta varanda ürəyində məhəbbət, əlində çörək. (1)

Düşməni bas, hər yol ilə bassan, bas! (1)

Düşməni elə vur ki, bir də özünə gəlməsin. (1)

Düşməni həqir sayma. (49)

Düşməni ocaq başında tanı. (14)

Düşməni yumşaqlıqla dost edən ağıllıdı. (1)

Düşmənin güni sağışlu olsun. (75)

Düşmənin işi başlanmasun, başlanıcaq tez təmam olur. (75)

Düşmənin ömri qar ömri kibi ola. (75)

Düşmənün dost olmağı bir fürsət buluncadur. (50)

Düşmənün kiçigi bəlanun böyügidür. (49)

Düşmənün qarınca isə, xar bilmə. (49)

Düşünən baş boş qalmaz. (40)

Dünya boynu yoğunundu. (1)

Düyümüz olseydı, qonşudan yağ da alıf aş bişirərdox. (10)

Düz adam düzdə qalar. (14)

Düz ağacı ocağa qoymazlar. (1)

Düz danışanı utandırmaq olmaz. (1)

Düz danışanın dostu az olar. (12)

Düz danışanın papağının yanı yırtıq olar1. (83)

Düz danışanla dost ol, səni tərifləyənlə yox. (1)

Düz dərindən buz yalar. (50)

Düz divar uçmaz. (12)

Düz gəlmisən – düz get, qız gəlmisən – qız get. (1)

Düz oldu – ox, əyri oldu – yay. (1)

Düz söz acı olar. (1)

Düz söz daşdan da keçər. (12)

Düz söz poladı kəsər. (12)

Düz tanımayınca əyri tanımaz. (1)

Düz yerdə gəzə bilmir, şumda şıllaq atar2. (2)

Düz yol gedən yorulmaz3. (2)

Düz yolun yolçusu azmaz. (1)

Düzəldi əysik gərəyimiz, qaldı saqqal darağımız. (9)

Düzəndə min, enişdə yedəyin çək, dikdə qabaq sal, yeri­məsə, mən zamin4. (1)

Düzənlik qanda isə, bərəkət andadır. (75)

Düzgün iş daşı dələr. (9)

Düzlük haqq qapısıdı, düz dur, düz otur. (18)

Düzlük uzanar, qırılmaz. (1)




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə