ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ



Yüklə 3,93 Mb.
səhifə6/24
tarix13.11.2017
ölçüsü3,93 Mb.
#10291
1   2   3   4   5   6   7   8   9   ...   24

F

Fağırı kim оlsa, döyər. (12)

Fağırlara verənə Allah verər. (28)

Fağırların düzgünü, bez geyinər qış günü. (10)

Fal yоx, yumurta da yоx. (1)

Fala inanma, falsız da qalma2. (49)

Falçı fala baхar, canını оda yaхar. (12)

Falçı falçıya fənd vurmaz. (83)

Farsın qəzəli, türkün məsəli. (1)

Fayda, zərər hesab başında məlum оlar. (1)

Fayda zərərin qardaşıdı. (1)

Faydasız qоhumdan faydalı yad yaxşıdı. (1)

Fələgin bir tabaq çörəgi var, hər zaman birinün başuna qoyar. (49)

Fələk birin qurar, birini dağıdar. (1)

Fələk güclü, mən gücsüz. (1)

Fələk heç kimin rəyincə getrməz. (49)

Fələk kiminə təbil çaldırır, kiminə dümbələk. (33)

Fələk yıхmıyanı kələk yıхar. (13)

Fələyə şıllax atır. (18)

Fələyin beylə-beylə işləri çоx, aslanı ac gəzdirər, tülkünü tоx. (1)

Fələyin çərxi dönər. (1)

Fələyin gözü kоrdu. (13)

Fələyin işinə bax, ayıya qaval çaldırır. (1)

Fələyin qaydasıdı, dağı dağ üstündən çəkər. (1)

Fələyin zоruna heç nə kar etməz. (1)

Felilə qövlü bir deyil. (83)

Fənada bəqa olmaz. (49)

Fənd edən yolda qalar. (28)

Fənd fəndi kəsər, Allah hər ikisini1. (2)

Fənd nə bilir, fel ilə fənddə nə var?! (1)

Fəqir əlinə baxırsa, sən cibinə bax. (1)

Fəqirə axmaq deyərlər, kasıba gic. (1)

Fəqirə həmdəm gəlməz, gələr baş ağrısı2. (83)

Fəqirin cibi bоş, qəlbi dоludu. (1)

Fəqirin təsəllisi – ölümdü. (1)

Fərə çıxdığı qabığı tanıyır. (1)

Fərəsətdi оğulun papağı şiş durar. (14)

Fərhad başına gəldügün külüng yaxşı bilür. (49)

Fərhad ölüb, gülüngünün səsi gəlür. (49)

Fərib yemək nadanluqdur. (49)

Fərli cücə yumurtadan cikkildər3. (14)

Fərsiz oğul atasının gözünü çıxartdı ki, adına Koroğlu desinlər, amma kor kişinin oğlu dedilər. (6)

Fərsiz oğuldan bir qara daş əfzəldi4. (83)

Fərsiz övlad altıncı barmaq kimidi, kəsərsən ağrıdar, saxlarsan – eybəcər göstərər. (1)

Fərz gəldi, sünnəti basdı. (49)

Fərz sünnətdən illərüdür. (75)

Fərzəndsüz adam – şaxsuz budaqdır. (49)

Fəsada övrət tez quşanır ərdən. (75)

Fındıxnan qоz, ixtilatı pоz. (18)

Fışdırıxnan dоnquz darıdan çıxmaz, gülləynən vurasan gə­rək. (18)

Fikir adamı sərgərdan eylər. (49)

Fikirsiz söz danışma. (61)

Fikri nəysə, zikri də оdu. (1)

Filin gücü xоrtumundadı, dəvənin gücü dizində1. (1)

Fitnəlikdə malını saxla, salamatlıqda başını2. (2)

Fitnəyə çuğlaşan peşimanluq çəkər. (49)

Fürsət əldə ikən yaxşılıq eylə. (1)

Fürsət fot eyləməz, aqil məgər nadan ola3. (83)

Fürsət ğənimətdür. (49)

Fürsət hər zaman ələ düşməz. (1)

Fürsət qanadlı bir quşdu, əldən qaçırtmaq оlmaz. (1)

Fürsəti fövt eyləyüb qoma bugüni yarına, dünyanın yoqdur vəfası, baqma şimdi varına. (75)

Füzulu atdılar cəhənnəmə, dedi: - Оdunu yaşdı! (1)
G

Gah kəndir qurşax olursan, gah tirmə qurşax. (10)

Gah qovurt, gah qovurğa, keçirtdik ömrü belə. (1)

Gah qul olar satılar, gah çıxar taxta kosa. (1)

Gah nala döyür, gah mıxa. (33)

Gamış ola, qamış ola, otdanmamış ola?! (39)

Gamuşın balasının quyruğu ağ olar. (5)

Gavur çörəyi yiyən qovur için qılınc çalar. (83)

Gec danışsan, kəlamın gül olar. (1)

Gec-gec görünən tez sevilər. (83)

Gec gəldi, tez öyrəndi. (1)

Gec gələn qonaq olduğundan yeyər. (1)

Gec gələr, ağır gələr. (83)

Gec gəlib tez ögrənib. (83)

Gec kəsir, karlı kəsir, məzlumun ahı səni1! (1)

Gec olar, güc olar2. (13)

Gecə dərd artıran olur. (14)

Gecə gedər, gündüz gələr. (1)

Gecə gəl, vecə gəl. (1)

Gecə qara, cücə qara. (1)

Gecə pişik samura oxşar. (1)

Gecə sol yatan səhər sağ oyanar. (1)

Gecənin ərzəsini Həzrəti Süleyman oxumayıb. (1)

Gecənin xeyrindən gündüzün şəri yaxşıdı. (1)

Gecəsi qarğanın bayquşa gündür, eşəgin ölüsü itə dügün­dür. (75)

Gecişməyən yerdən qan çıхardır. (5)

Gedəcəh qonağın getməsi yaxşıdı, dirilmiyəcəh xəstənin ölməsi. (35)

Gedən gedər, oturan yol gözlər. (1)

Gedən gələr, soruşan qalar. (83)

Gedəni saxlamaq olmaz. (1)

Gedənin dalısınca danışmazdar. (12)

Gedər aclıq, gələr bolluq, bizə qalar kömbə yanığı. (1)

Gedər qılınc yarası, getməz dil yarası. (83)

Gedirdim moruğa, düşdüm qoruğa. (9)

Gejdən durmağnan döyül, Allah vermağnandır. (11)

Gejdənnən çıxan gün göömə, bulut altınnan çıxan gün oğ­lu­ma dəysin. (18)

Gejə bir, oğru bir. (9)

Gejə otağa, gündüz yatağa3. (9)

Gejənin işi ələ tüşməz. (9)

Gen qaz, dərin qaz, özün düşərsən4. (5)

Gendən baxana döyüş asan gələr. (31)

Geniş ev könülaçan olar. (9)

Gerçək sözün ardı tükənməz. (54)

Get çanağım, gəl çanağım, ortalıqda sın çanağım. (1)

Get naхıra, gəl aхıra. (14)

Get özünə dost qazan, düşmən ocaq başındadı1. (2)

Getdim adına, tüpürdüm dadına. (1)

Getdim dərdli yanına, o məndən narın ağladı. (1)

Getdim gəzdim İranı, cənnət gördüm Turanı2. (83)

Getdim savab edəm, günaha batdım. (1)

Getdin gördün gözü qıpıq, sən də ol gözü qıpıq. (77)

Getmə gözümdən, gedərəm özümdən. (1)

Getməsin o yaman ki, yerinə yaxşı gələr3. (2)

Getmişdi kabab iyinə, gördü ki, eşşək dağlayırlar. (1)

Geyinərsən adın olar, yeyərsən dadın olar, yeməzsən yadın olar. (9)

Gədadan ağa, küllükdən təpə olmaz4. (2)

Gədadan borc alma, ya toyda istəyər, ya bayramda, ya da yasda5. (1)

Gədə qızdan gəlin olmaz, küldən təpəcik6. (55)

Gədədən bəy olmaz, dəlidən darğa. (14)

Gəl bir addım, gəlim iki addım . (1)

Gəl deməsi yaxşıdı, get deməsi pis. (1)

Gəldi hayım, getdi payım. (9)

Gəldi xəzri, ver nəzri, gəldi gilavar, onda nə var? (1)

Gəldi qaşın qayırsın, vurdu gözün çıxartdı. (1)

Gəldi-gedərdi, saqlamaq olmaz, ağzı güdəkdi, bağlamaq olmaz7. (83)

Gəldünsə gerü var, hər nəsnənin yeri var. (75)

Gələcək nəsnə gəlür çarü naçar, gərək könlüni sən gen dut, gərək tar. (75)

Gələcəki gəlmiş bil. (75)

Gələcəyə umudla baхallar. (12)

Gələcəyi varsa, görəcəyi də var. (1)

Gələn gedənə rəhmət oxudar. (1)

Gələn gətirər, gedən aparar. (18)

Gələn qismətini yeyər. (1)

Gələndə el götürər, yel götürər, sel götürər. (55)

Gələnə «gəlmə» deməzlər. (1)

Gələnə «xoş gəldin», gedənə «yaxşı yol» deyərlər. (1)

Gələnə yoldaş olur, gedənə qardaş. (46)

Gələnin qisməti özündən qabaq gələr. (1)

Gələr qatıq yeyərik, gəlməz süd. (83)

Gəlhagəlin gəthagedi də var. (18)

Gəlimli-gedimli dünya! Son ucu ölümlü dünya! (3)

Gəlin anasına həm ağlar, həm də «gedirəm» deyər. (1)

Gəlin aş bişirdi, gözündə yaş bişirdi, səhərdən axşamacan o da sıyık bişirdi1. (46)

Gəlin atda, qisməti yadda. (1)

Gəlin atlandı, gör kimə düşdü2? (46)

Gəlin ayağa durdu, başdı başını saxlasın3. (9)

Gəlin bəzənənəcən toy sovuşdu4. (6)

Gəlin bir il aya, bir il göyə, bir il də öyə baxar. (18)

Gəlin deyəndə quçmağım gəlir, axça diyəndə qaçmağım5. (46)

Gəlin evin yaraşığıdı, cəlalıdı, bəzəyidi. (1)

Gəlin gəlin deyil, gəldiyi yer gəlindi6. (1)

Gəlin getdik, ün gətirdik, umu-küsülü gün gətirdik. (9)

Gəlin qızıl taxd gətirip, çıxıp üstündə oturup. (18)

Gəlin məndən yaşınır, səsi dağlar aşırır. (8)

Gəlin ocağa gələr1. (46)

Gəlin sındıran qavın səsi çıxmaz2. (9)

Gəlin var bir ildə, gəlin var üç ildə, gəlin var ömründə gəlin olmaz. (18)

Gəlin var gələr gətirir, gəlin var gedər itirər. (1)

Gəlin var ər ucaldar, gəlin var ər qocaldar. (23)

Gəlindən qız olmaz. (1)

Gəlinə çömçüyü yalama deyir, özü qaymağı yeyir. (9)

Gəlini evdən qoruyarsan, oğru olar. (12)

Gəlini pərdədə, uşağı bələkdə. (83)

Gəlinin dili yox, qaynanənin imanı3. (2)

Gəlinin yelkəni əyilib. (1)

Gəlirinə bax, xərc eylə. (1)

Gəlmək qonaqdan, yola salmaq ev yiyəsindən4. (1)

Gəlməkdən əvvəl gedəcəyini də düşün. (1)

Gəlmisən ayran içməyə, gəlməmisən ara açmağa5. (33)

Gəlmişdi bay olmağa, yan quyruğunu da qırхdılar, day oldu. (14)

Gəmidə oturuf gəmiçiynən savaşır6. (5)

Gəmik yeyən ət yer, ət yeyən qarnın toyurar. (75)

Gəmini qurtaran pişgahdı. (1)

Gəminin assı tapuğadəkdir, ziyanı boğazadəkdir. (75)

Gəmisini batıran çarığını axtarmaz. (1)

Gəmiyə gilə ilə verər, mövt ilə alur. (75)

Gəmiyə girməyən kişi Tanrı qorqusın bilməz. (75)

Gənc alan aldanmaz. (75)

Gənc viranədə olur. (49)

Gəncədən kişmiş gəlir, əppəyi pişmiş gəlir. (9)

Gənclik gözəllik deməkdi. (1)

Gənclik ömrün baharıdı. (1)

Gənclik sultanlıqdı. (12)

Gənclik təzə paltar kimi gözəldi. (12)

Gənclikdə qocalığa ömür saxla. (1)

Gəncliyin yükünü gənclikdə çəkərlər. (1)

Gəncüni qarıya dəgişmə. (75)

Gənə udan sınaxlı olar. (9)

Gənəşəkli don gen olar1. (1)

Gənşdiyində daş daşı, qocalıхda ye aşı. (15)

Gər dilər çanağından, yürügün də nəsibi vardır. (75)

Gərək gərəklə iş keçməz. (1)

Gərək saatla yox, vicdanla işləyəsən. (1)

Gərəkli malı gərəksiz gündə al2. (55)

Gərəkməzi saxla, bir gün gərək olar. (1)

Gərəyi əkiblər, bitməyib. (1)

Gərəyi əkiblər, quluncan göyərib. (1)

Gətirəndə: - El gətirər, yel gətirər, sel gətirər. Aparanda: -El aparar, yel aparar, sel aparar3(1)

Gəvəzə adam ağzının sözünü bilməz. (12)

Gəzəcəgin min yerdə olsa, yatacağın bir yerdə olsun. (83)

Gəzəgən gəzə bilməz, gəzməsə dözə bilməz4. (83)

Gəzəgən iki evi viran edər. (75)

Gəzən ayağa daş dəgər5. (44)

Gəzən əv olsaydı, oturanın bağrı çatdardı. (22)

Gəzənin qarnı şişər, oturanın başı. (83)

Gəzənin ya başına, ya baldırına. (83)

Gəzərdə qoyun əti, onun da boyun əti. (1)

Gəzərsən xırda-xırda, bir gün uğrarsan qurda1. (9)

Gic doğrudan bic oğru yaxşıdı. (83)

Gic toyuq yumurta aparar. (1)

Gicin buynuzu olmaz. (1)

Gicişmiyən yerdən qan çıxardır. (83)

Gidənə yoldaş, gələnə qardaş2. (83)

Gidər bostan qarası, qalar üzün qarası. Gidər bağlar qorası, qalar üzlər qarası3. (83)

Gilas bağın olsa, bilərsən sığırçın necə quşdur4. (55)

Gilavar, get, xəzri gəl. (1)

Girdiyin yer qaranlıqsa, sən də gözünü yum. (1)

Girərin çoğ eşitdügün yerə səpədi küçük görür. (75)

Girmə tülkü kölgəsinə, qoy yesin aslan səni5. (28)

Gizli düşmən ilan kimidi, sürünə-sürünə səssiz gələr. (1)

Gomuşnan gəzən dananı qurt yiyər. (83)

Gopla plov bişsə, dəniz qədər yağı məndə. (15)

Gorda yatan gecəsi evdə yatmaq olmaz6. (49)

Goru var ki, kəfəni də olsun7?! (1)

Göç gələndə dad bacadan çıxar. (83)

Gödək adam gündə üç dəfə padşahlıq iddiasında olar. (1)

Gödək adam filman olar. (40)

Gödək adamın könlünnən üç dəfə koхalıq keçər. (12)

Gödək fitnəkar olar. (55)

Gög gurlamayınca yağmur yağmaz. (75)

Gögdən nə yağdı ki, yer anı yutmadı8. (75)

Gögə dirək yoq. (75)

Gökdən dört kitab endi, beşinci kötək. (75)

Göl yerində su əksik olmaz. (75)

Gölməçəyə su gəlincə qurbağanın gözləri bərələr1. (1)

Gölü qamış bəzəyər. (12)

Gönü suya vermə, verdin heyfslənmə. (1)

Gönünü dabbaqxanada tanıyırlar. (1)

Gör sənün içün, dilə bənüm içün al. (75)

Gördü hənək, görmədi gerçək2. (1)

Gördügünü qoyub, görəcəgə getmə3. (2)

Gördün ərin ər deyil, tərkin qılmaq ar deyil. (1)

Gördün ki, qəssab keçi verir, sən də keçi ver. (75)

Gördün ki, zaman sana uymadı, sən zəmanəyə uy. (75)

Gördün kim, buçuq mövt, bəla gəlür; sən bir mövt olup, qarşu var. (75)

Gördün yemək, daha nə demək4. (44)

Gördüyün küllü kömbədi, bazara çıxıb qoğal olub. (1)

Gördüyündən göz kirayəsi istəyir. (1)

Gördüyünlə nə işin var, sən bildiyindən danış. (1)

Gördüyünü qoyub, eşitdiyinə inanma. (1)

Görək lələ şələni basacaq, yoхsa şələ lələni. (14)

Görən atla, görən adama yaxın düşmə. (83)

Görən gözə yasaq olmaz. (1)

Görən gözün haqqı var, görən görüb götürər. (1)

Görər gözə kül anma5. (75)

Görklü zadı görkməz gündə al. (54)

Görmədiyin yükün altına girmə. (1)

Görmədügə küpə tan gəlür. (75)

Görməklə toymaq olmaz. (75)

Görməmiş görsə, ağıldan çıxar. (1)

Görməmişə at versən, çapıb-çapıb öldürər. (10)

Görməmişin oğlu oldu, vurdu gözün çıxartdı. (1)

Görməyə gözü var, eşitməyə qulağı. (1)

Görülmüş işdən gül iyi gəlir. (1)

Görünən dağ uzaq deyil. (1)

Görünən dağa bələdçi lazım deyil1. (48)

Götür əzizini, gətir əzizimi. (18)

Götürən peşiman, götürməyən də. (1)

Götürümdən aqsaq yegdir. (75)

Gövdəsi gözəli ortaya-döşəgə sor, surəti gözəli Rumdan Şama sor. (75)

Göy ağlamıyınca, yer gülməz. (15)

Göy muncuq kimdədi, mənim gözüm ondadı2. (46)

Göy üzünə bulud gəldi, vay sarının halına. (14)

Göyçək arvadlı ilə, yorğa atlıya yoldaş olma. (1)

Göydə axtarırdım, yerdə əlimə düşüb. (1)

Göydə duğu, yerdədü. (83)

Göydən bəla ensə, vay təkin halına. (12)

Göydən nə yağsa, yer onu qəbul edər3. (55)

Göydən yağmasa, yerdə bitməz. (1)

Göyə tüpürmə, üzünə tökülər. (1)

Göyənlər xardan xurma yedilər, qoruqdan səbr ilə xalva yedilər. (75)

Göynən gedən, eldən olar. (18)

Göyülsüz verilən aş, ya qarın ağrıdar, ya baş. (26)

Göz baxmaq üçündü, cibə qoymaq üçün yox. (18)

Göz bir pəncərədi, könülə baxar. (1)

Göz çıхaran tikanı məhv edəllər. (12)

Göz gördü, könül sevdi, daha mənim nə günahım4. (1)

Göz gördüyün danmaz. (1)

Göz gördüyündən qorxar. (1)

Göz gördüyünə inanar. (1)

Göz gördüyünü sevər. (12)

Göz görmək üçündür1. (12)

Göz görməsə, könül sevməz2. (2)

Göz görməyincə könül qatlanur. (75)

Göz görməz, könül bulanmaz3. (81)

Göz görməz, üz utanmaz4. (44)

Göz görür, könül istir. (49)

Göz gözə alışanda ayrılıq çətin olar. (1)

Göz istədiyi gözələ baxar. (1)

Göz qənimini tanır5. (2)

Göz qulaqdan irəlidi. (1)

Göz nə qədər uzağı görsə, ağıl qədər görə bilməz. (12)

Göz sevəni könül də sevər. (26a)

Göz tərazudur. (75)

Göz ürəyin elçisidi. (9)

Göz var görmək için, əqil var bilmək için. (83)

Göz yumulub açılınca fürsət əldən gedər. (1)

Gözdə olan, könüldə olar6. (5)

Gözün qaralığı naxışdı, üzün qaralığı qaxıncdı. (40)

Gözdən iraq olan könüldən də uzaq olar. Haqqı ki doğru sözdü, məhəbbət nəzərdə olar7. (83)

Gözə görünməyən oğru xandan, bəydən doğru. (55)

Gözəl – göz üçün, ağıllı – könül üçün8. (1)

Gözəl ağa gözəl idi, vurdu çiçək çıxartdı9. (2)

Gözəl arvad şıltaq olar. (1)

Gözəl eyibsiz olmaz1. (5)

Gözəl görmək səvabdı2. (83)

Gözəl görünər, çirkin bürünər. (1)

Gözəl gözəl deyil, könül sevən gözəldi. (1)

Gözəl güzgüdən doymaz. (18)

Gözəl kamallı gərək. (1)

Gözəl nazlu gərək. (75)

Gözəl övrətdən çirkin ər yegdir. (75)

Gözəl sevməgə tövbə olmaz. (75)

Gözəl söz dövlətdən artıqdır. (68)

Gözəldə etibar olmaz. (1)

Gözəldən göz ağrısı, çirkindən dərdi-bəla. (1)

Gözələ baxmağın könül səfası var. (1)

Gözələ baxmaq göz qaydasıdı. (1)

Gözələ göz dəyər, qəlbə söz. (1)

Gözəli səhər yuxudan duran vaxt seçmək olar. (18)

Gözəlin dərdinə az inanan olar. (9)

Gözəllər çox iş görərlər, soyarlar adamı, dərviş edərlər. (1)

Gözəllik aхşama kimi, yaхşılıq ölənə kimi. (12)

Gözəllik baş tacıdı, hər adama qismət olmaz. (1)

Gözəllik ondu, doqquzu dondu. (1)

Gözəllik toy-düyündə gərək olur. (12)

Gözəllik vardan olar, olmasa hardan olar?! (1)

Gözəllikdə tayı yox, adamlıxda payı yox. (10)

Gözəlün müştərisi çoğ olur. (75)

Gözi ancaq topraq toyurar. (75)

Gözləmədiyin yerdən dovşan çıхar. (5)

Gözsizi dəvə dəpsə, sum ilə urdılar sanur. (75)

Gözsüz quşun yuvasını Allah öz əlilə tikər. (55)

Gözsüz yaşamaq olar, vətənsiz yox. (1)

Gözsüznən çörək yeyəndə Tanrını arada gör. (54)

Gözsüzün gözi dəgənəkdür. (75)

Gözü ilə görən Tanrıdan yaxşı bilər. (1)

Gözü ilə görür, dili ilə istəyir. (1)

Gözü tox olanın könlü də tox olar. (1)

Gözümü sənə verdim ki, dünyaya baxasan, vermədim ki, yaşını sıxasan. (9)

Gözümün ağıcan olsun, özümün olsun. (1)

Gözümüz yollarda, qulağımız səsdə. (1)

Gözün ağını başa qaхarlar. (14)

Gözün alışmadığı işə girişmə. (10)

Gözün görür, ağlın kəsir. (9)

Gözünün qabağına baxmayanın ayağına daş dəyər. (1)

Gur gələn sel bənd uçurar. (10)

Guruldadığı qədər yağmır. (48)

Guş daşı yerdə qalmaz. (1)

Guşə dutmaq ariflıgdur. (49)

Güc birlikdədi. (1)

Güc doğana düşər. (83)

Güc gücə köti qaradır. (75)

Güc ilə qoyuna varan köpək xeyir etməz. (75)

Güc yiyəsi haqlı deyil, düz yiyəsi haqlıdı. (12)

Güclə iş olmaz. (75)

Güclü əli öp, qoy gözünün üstünə. (12)

Güclü gücsüzdən qisas almaz. (1)

Güclü günahkar olmaz. (1)

Güclü yanında gücsüz günahkardır1. (56)

Gücü çatana donuz güddürər2. (1)

Gücü gücümdən çox, ağlı ağlımdan az. (1)

Gücü var, təpəri yox. (1)

Gücün çatmayan daşı qaldırma, zərbə düşərsən. (1)

Gücün yetdüginə güc eylə. (75)

Gücün yetmədüginə toğan olma. (75)

Gücünə bax, şələni bağla1. (77)

Güjsüzü Allah vuruf, sən nəyini vurursan? (9)

Gül ağacınnan odun olmaz. (9)

Gül bülbüldən, insan əlindən çəkər. (1)

Gül dikənsiz olmaz. (75)

Gül əzizdirsə, gülşən ondan əzizdi. (1)

Gül getdi, xar qaldı, güldən yadigar qaldı. (1)

Gül istəyən səbr edər. (83)

Gül istəyən tikanını da istəmək gərək2. (30)

Gül xarsız, gözəl nazsız olmaz3. (2)

Gül o qədər bitib, reyhan arada itib. (1)

Gül olmayan yerdə, böyürtkən özünü gül sanar. (1)

Gül qönçədə qalmaz, söz qəlbdə. (1)

Gül solanda bülbül ağlar. (1)

Gül tikansız, dərə ilansız, səfa cəfasız olmaz4. (1)

Gül zivillikdə də bitər. (12)

Güldən gül iyi gələr. (1)

Güldən motal təpilməz. (9)

Gülə ki ölçəm oldı, bir pul bəһasıdır. (75)

Gülər üz, dadlı dil ilanı yuvadan çıxardar. (1)

Gülər yüzə bara baq. (75)

Güllə bir adamı, söz isə yüz adamı öldürər. (36)

Güllə mənnən süyüşdü, ya yoldaşıma dəydi, ya saman çu­valına5. (5)

Güllüyün gülü beş günlükdü. (1)

Gülmə gülünc olana, xəmiri linc olana, özün gülünc olarsan, xəmiri linc olarsan. (1)

Gülmə gülünc olana, aşı linc olana, gülürsən gülginən qu­la­ğı dinc olana. (83)

Gülmə qonşuna, gələr başına6. (5)

Gülmək ağlamaqla əkizdi. (1)

Gülü açan bülbüldü, ətrini özgə bildi. (18)

Gülü get güllükdən gətir. (1)

Gülü yad etdikcə bülbülün fəryadı artar. (1)

Gülün qədrini bülbül bilər2. (44)

Gülüncə güləllər. (9)

Gülünə bax, qönçəsini dər. (1)

Gülüş sağlamlıqdı. (12)

Gümüş kəmər beldə gəzər, ismətli övrət dildə. (33)

Güman gəlməyən yerdən tülkü çıxar. (1)

Gün altdan qaçmaq olmaz. (49)

Gün altında yatmayan kölgənin qədrini bilməz. (1)

Gün çıxdı, kosanı aldatmaq olmaz3. (1)

Gün doğuşundan bəllidi. (1)

Gün girən evə həkim girməz, gün girməyən evə həkim gi­rər. (1)

Gün görən başdan görər. (18)

Gün görməyən günü gördü, durdu çıraq yandırdı. (1)

Gün keçər, qəza keçməz. (1)

Gün keçir, ömür gedir, dəli bəzənir ki, bayram gəlir4. (1)

Gün qarası gedər, söz yarası getməz. (9)

Gün o gün deyil, dünya o dünyadı. (1)

Gün öz işığını heç nədən əsirgəməz5. (83)

Gün vаr аyı bəslər, ay vаr günü bəslər. (38)

Gün var il dolandırar. (12)

Gün var keçib gedər, gün var yadda qalar. (1)

Günah heç yerdə yox idi, ancaq şeytan hər yerdə söylü­yürdü. (47)

Günahı olanın yuхusu olmaz. (12)

Günahkar qorxulu olur. (49)

Günahkar oldu lələ, saqqalın verdi yelə1. (83)

Günahkarın dili qısa olar. (12)

Günahkarın qırx köynəyi olar, hərəsini birinə geydirər. (79)

Günahsız adam yoхdu. (12)

Günbəz görər, elə bilər içində imamzadə var2. (1)

Günbəzdə qoz qalmaz, səfehdə söz. (6)

Gündə bir dona girir, ana da deyir qızım var. (1)

Gündə bir söz eşitməsəm, qulaqlarım tutular3. (1)

Gündə gedən kül üstə, ayda gedən gül üstə. (14)

Gündə iki pul girə evə, ol ev yoxsulluq görməz. (75)

Gündən-günə dügün olsa, gün aşırı bayram olsa!. (75).

Gündə qazan, gündə ye. (1)

Gündoğan salamatdı, günbatan məlamətdi4. (83)

Gündüz çıraq yandıran, axşam qaranlıqda qalar. (1)

Gündüz gedər dar-dar eylər, gecə gələr yer dar eylər5. (39)

Gündüz gəzər ovanı, gecə sızıldar dabanı6. (55)

Gündüz şam yandıran gecə şamsız yatar. (1)

Gündüz yarasaya gecədir. (75)

Gündüzlər qarğa qovluyur, gejələr çarıx yamıyır7. (9)

Günəbaxan günə baxar. (1)

Günəş çıxar, aləm görər8. (73)

Günəş balçığ ilə tutulmaz. (75)

Günəş havanı isidər, dostluq qəlbi. (12)

Günəş istiləşəndə yağış gətirər, qadın istiləşəndə qarğış. (8)

Günəşə tərəf getmək üçün axşamı gözlə. (39a)

Günəşin paxıllığını bulut çəkər. (18)

Günəşin üzünü örtmək olmaz. (39a)

Günəşsiz kainat zülmətdi. (12)

Günlən yatan, günlən çıxar. (83)

Günortadan sonra bal axşamacan1. (83)

Günortadan sonra dükan açan nə qazanar? (1)

Günsüzə gün olmaz, Ərdəbildə yer olmaz. (10)

Günü gündən günü əsirgər. (1)

Günü günə satmazlar. (1)

Günü gününün ölümünü istər. (1)

Günü ilə gün yoxdu. (1)

Günülüyə, yanı qoduqluya ruzigar haramdı. (1)

Günüm yoxdu, günüm var. (1)

Gününə görə kürkin gey. (75)

Güvəc daşa toxunsa, vay güvəcin halına, daş güvəcə to­xun­sa, vay güvəcin halına! (1)

Güvəc qazana dedi: - Üzün qaradı! (1)

Güvəc yumbalanar qapağın tapar2. (54)

Güvəcə verə-verə çıxar qazan bahası. (1)

Güvəci ya sındır, ya dağdan yuvarlat. (1)

Güvəclə qazanın nə aşnalığı?! (1)

Güvəndügüm qara dağ, sənə dəxi qar yağdı! (49)

Güvənmə varlığa, düşərsən darlığa3. (1)

Güyəgü eşək qoduğu kibi sevgilücə olur. (75)

Güyəgü qayınata toprağındandır. (75)

Güyəgü oğul olmaz. (75)

Güzgü əyri olsa, əksi əyri göstərər. (1)

Güzgüyə baxan öz camalını görər. (1)

Güzgüyə baxan özgəsini görməz. (1)


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə