ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə14/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   10   11   12   13   14   15   16   17   ...   100

 

53 


Bir anbar xurma 

 

Peyğəmbər  zamanı bir şəxs  var idi.  Tacir idi. O dünya-



dan gedənnən sonra bir anbar xurması qalır. Oğul atanın qırxı 

çıxannan sonra gedib peyğəmbərə dedi: 

–  Ya  Peyğəmbər,  sənə  fəda  olsun.  Mənim  atamın  bir 

anbar  xurması  qalıb.  Siftə  sənin  əlinlə  onu  payliyak  yetimə, 

fağıra, fuğariyə. 

Dedi:  


– Oğul, getginən gələrəm, amma orda yeyənləri yox, ye-

məyənləri, kasıbları, yoxsulları yığ oraya. Sonra mən gələrəm 

paylıyaruq.  

Peyğəmbər  gəldi  ora.  Gəldi  və  bir  anbar  xurmanı  pay-

ladı. Axırda gördü kisənin dibində bir xurma düşüb qalıb. Hə-

mişə dibdə olan xurma qurddu olar. Götürdü əlinə, gördü əli-

nin üstündə qurd gəzir. Dedi:  

– Oğul, bura gəl. Bir anbar xurmanın savabın sənlə mən 

qazandım. Bunun savabı atuva getmədi. Çünki atun özü öz əli 

ilə eysan etmədi. Bu qurddu xurmanı özü öz əli ilə eysan elə-

səydi,  yaxşı olardı. Bir  yetimin,  sağırın ağzın şirin eyləsəydi, 

o bir anbar xurmanın savabın qazanardı. (Gərək biz öz əlimiz-

nən  qazanağ  savabı.  Sağ  əl  verəni  sol  əl  bilməsin.  Yoxsa 

burdan  eylan  eylədün.  Sənin  verdiğün  hədər  getdi.  Ona  görə 

verdiğivi heç kəsə deməyəsən.) 

 

Alicənab kişi 

 

Peyğəmbər vaxtı bir alicənab şəxs var idi. Onun üç oğlu 



var idi. Qızı yox idi. Helə arvad onnan deyinərdi:  

– Ay kişi, sən aldığuvu neynəyirsən? Dal günümüzə bir 

şey yığmuruq. Hara qoyursan, hara xərcləyirsən?  



 

54 


Kişi dedi:  

– Ay arvad, olanım budur.  

Arvadı bir söz demədi. Deyillər uşaq evdə nə görsə, onu 

da götürər. Kişi çox oturub fikirləşdi. Gərək mən oğlanlarımı 

belə  başa  salam.  Mənim  gərək  oğlanlarım  mən  gedən  yolu 

getsinlər.  Məsələn,  onun  getdiyi  yol  nə  idi?  Kişi  o  qədər 

fağur-fuğaraya,  o  qədər  sağur-suğura,  o  qədər  başsızlara  əl 

tutmuşdu ki, heç kəs bilməzdi. Evdə nə arvad, nə gəlin, nə də 

uşaq  bilərdi.  Heç  nə  deməzdi  oğlannarına.  Bir  gün  bir  şəxs 

dünyadan gedəndə kişi birinci oğluna dedi:  

–  Bu  gün  özümü  elə  pis  hiss  edirəm  ki,  get  mərasimə 

gör nə danışırlar, nə deyirlər? Məndən sonra siz gedəcəksiniz.  

Getdi oğul, qayıtdı. Adətən, bir şəxsi qəbrə qoyanda ha-

mı  deyər,  sənə  Allah  rəhmət  eləsün.  Yaxşı  insan  idi,  gözəl 

insan idi.  

Dedi:  


–  Atacan  heç  kəs,  heç  nə  demədi.  Dəfn  elədilər.  Hamı 

başın aşağı saldı. Üz alıb getdi.  

Ata dedi:  

– Oğul, gördün? 

İkinci  şəxs  dünyadan  gedəndə  kişi  ortancıl  oğulu 

göndərdi.  

Dedi:  

– Oğul, dəfn edəndə nə dedilər. Gedəndə mərhumlarçin 



söz diyirlər axır. Dedi:  

–  Ata,  onu  torpağa  qoyanda,  dəfn  eliyəndə,  heç  kim 

onun üstünə bir ovuc torpağ atmadı. Hamı çıxa-çıxa dedi:  

– Şükür sənə, canımız bundan qurtardı.  

– Oğul, belə dedilər?  

Dedi:  



 

55 


– Bəli. 

Bir  şəxs  dünyadan  gedəndə  ora  kiçik  oğlunu  göndərdi. 

Gələndə kiçik oğuldan soruşdu:  

– Oğul, getdün nə gördün, nə dedilər?  

–  Ata  necə  gözəl  insan  imiş.  Necə  alicənab  insan  imiş. 

Biri üzün torpağa qoyub ağlıyırdı. Biri deyirdi, torpağıva qur-

ban olum. Biri deyirdi,  yataq  yerinə qurban olum. Biri deyir-

di, çörəyimi kəsdün. Biri deyirdi, əlini üzdüm hər şeydən. Ha-

mının köməyi idi.  

Oğul, get qardaşlaruvu çagır. Oğlannarın üçün də əyləş-

dirdi.  Arvaddar bilmir, ana bilmir. Tək özü oldu. Üç oğul ol-

du. Dedi:  

–  Oğul,  birincini  dəfn  edəndə  gördüz.  O  adam  o  qədər 

mamiləyə  pul  verərdi  ki!  O  qədər  borc  əvəzinə  puli  artığına 

verərdi.  Biz  mamilə  deyürük.  O  qədər  özü  üçün  günah  qa-

zandı ki, hamı küskün çıxdı. Gördüz. 

Dedilər:  

– Bəli, ata.  

 İkincisi hamını şeytan eyləmişdi. Hamının evini yıxırdı. 

Hamının dalincan danışırdı. Ona görə də hamı şükür deyir ki, 

ondan  canımız  qurtardı.  Üçüncü  şəxs  o  qədər  alicənab  idi,  o 

qədər  yetim,  sagır,  fağır,  kasıb  sevindirib  ki,  onun  böyük-

lüyün heç kim bilmədi.  

– Hansı atanın evladdarı başın aşagı dikmişdı?  

Dedi:  

–  İki  nəfərin  evladdarı  başın  aşagı  dikmişdi.  Dedi, 



axrincnının evladdarı dik tutmuşdu başını.  

Dedi:  


–  Mən  də  ogul,  sizün  başıvuzi  dik  eləmişəm.  Hec  vaxtı, 

mən  bu  yaşa  dolmuşam,  ölümümə  az  qalıb,  bilmərəm  havaxt 




 

56 


ölerəm.  Mən  neyləmişəm,  özum  eləmişəm.  Evdə  mənim  ar-

vadım da bilmiyib, siz oglanlarım da bilmiyibsuz, gəlinlərim də 

bilmiyib. Niyə görə biləsüz?! Sabah o şəxsin arvadı bir məclisdə 

əyləşib təzə paltar geyəndə, bir kəlmə söz diyəndə mənim arva-

dım  diyər  ki,  buna  bax,  mənim 

"



 

57 


dənə  süpürgə  verir.  Biz  can  verəndə  bizim  başımızı  kəsillər 

axı. Qaynana can  verəndə gəlin  məlaykə idi  axı. Gedir durur 

kənarda, əri görub qeyzlənir. Sora mafa gedende malaykə gö-

rür, biz görmürüy axı. Görür qara cölməynən süpürgə cala-ca-

la gedir. Gəlin şakqanaq cəkib gülür. Əri dilin-agzın ceyniyir 

ki, bu niyə gülür?! Ananı məzara qoyaram, bu  arvadnan baş-

lıyaram. Ogul gəlib arvadın cagırır. Diyir:  

– Neynirsən?  

Diyir ki, bura gel, bura! Mənim anam can verirdi, ebele 

ehali oturmuşdu sən niyə şakqanaq çəkib gülürdün?!  

Dedi:  

– Soruşma, peşmanciliyin çəkərsən.  



Onda  diyir  yaxşı,  mafa  gedendə  niyə  şakqanaq  çəkib 

gülürdün?! Dedi:  

– Soruşma, peşman olarsan.  

Oğul bir də soruşdu. Gəlin dedi:  

–  Yaxşı,  anan  can  verəndə  munun  başın  kəsdilər.  Ca-

maahat hamı otdi qanın icində, mən onda oturmadım, getdim 

oturdum  qıragda.  İkinci  mafa  gedəndə  sənin  anan  dünyada 

hec  yaxşılıq eləmib, bir qara cölməy, bir də qara süpürgə ve-

rib qonşuluğda. Onnar mafanın arxasınca gedirdi. Mən də ona 

gülürüm. Bunu deyib gəlin gözdən itdi. Malaykə idi də. Oğul 

başinə, qıçinə döydü. Arvat da əldən getdi, ana da getdi. 

 

Naxələf oğul 

 

Bir  arvad,  bir  kişi  olur.  Buların  heç  evladı  olmur.  Əlin 



açır Allah dərgahına. Degir, Ya Rəbbim Allah, bizə bir evlad 

verginən.  Yeddi  qurban  kəsərəm.  Allah-tala  bulara  bir  oğul 

payı verir. 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə