ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə2/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   2   3   4   5   6   7   8   9   ...   100

 

ləşməsi  deməkdir.  Regional  özünəməxsusluq  isə  hər  hansı  bir 



bölgədə  bu  və  ya  digər  folklor  nümunələrinin  işlənmə  tez-

liyində özünü göstərir. Bu özünəməxsusluq coğrafi-təbii şərait-

dən, ictimai yaşayışın formasından, təsərrüfatın maldarlıq və ya 

əkinçilik üzərində qurulmasından, mədəniyyətin digər ünsürlə-

rindən  (məsələn,  klassik  musiqi,  aşıq  yaradıcılığı,  yazılı  ədə-

biyyat,  əl  sənətləri)  asılıdır.  Yuxarıda  sadalanan  özəlliklər  et-

nik-mədəni  mühitin  regional  fərqliləşməsini  şərtləndirir.  Re-

gional  folklorun  biçimlənməsində  kənd,  qəsəbə,  şəhər  kimi 

məhəlli bölgələrdə söylənən örnəklər mühüm rol oynayır.  

Təbii ki, regional şəraitdə  yaranan folklorun məhəlli sə-

ciyyəsi elmi-nəzəri baxımdan aktuallıq kəsb edir. Bu aktuallıq 

folklor  mətnlərinin  yayılma  dərəcəsini,  söyləyici  özəlliyini, 

milli-etnik  kontekstdə  öyrənməklə  şərtlənir.  Regional  folklo-

run  yaranmasında  tarixi-mədəni,  iqtisadi-siyasi,  sosial-ideo-

loji dönəmlərdə toplumun keçirdiyi dəyişik inkişaf yolu,  coğ-

rafi  şərait,  təsərrüfat  tipi,  etnik  qarışım,  qonşu  xalqların  so-

sial-psixoloji  yaşamı  da  əsaslı  rol  oynamışdır.  Nəticədə  bir 

millətin  həyatı  folklor  aynasında  rəngarəng  çalarları  ilə  əks 

olunmuşdur ki, buna regional folklor mətnləri deyilir.  

Hər bölgənin özünəməxsus folklor örnəkləri dedikdə da-

ha çox folklor koloritini şəkilləndirən şivə özəllikləri, danışıq 

dili  nəzərdə  tutulur.  Bəzi  bölgələrdə  (məsələn,  Qazax,  Şəki, 

Qarabağ  və  s.)  şivə  özəllikləri  qabarıq  olduğu  halda,  bəzilə-

rində  isə  ədəbi  dilə  yaxınlıq  hiss  edilir.  Masallı  bölgəsinin  el 

arasında Muğan deyilən hissəsində əsaslı şivə özəlliyi yoxdur. 

Buna  baxmayaraq  Muğan  adlanan  yerlərin  ümumişlək  olma-

yan  dialekt  sözləri  vardır.  Muğan  bölgəsinin  hətta  kəndləri 

arasında da bu baxımdan müəyyən fərqlər vardır.  




 

Sözlü  ədəbiyyat  bölgədən-bölgəyə  özünəməxsusluq 



göstərsə də, həm Azərbaycanda, həm də Türkiyədə folklor de-

dikdə  insanlar  tarix  anlayırlar.  Bunun  əsas  səbəbi  folklorun 

xalqın sözlü tarixi olmasıdır.  Ancaq digər  tərəfdən xalq folk-

lorun  özünəməxsusluğunu,  mənəviyyatımızın  önəmli  bir  par-

çası  olduğunu  yaxşı  anlamadığından  folkloru  tarix,  folklor 

toplayıcısını da jurnalist kimi başa düşün.  

Ümumilikdə  Cənub,  özəldə  Masallı  bölgəsinin  tarixi-

coğrafi  özünəməxsusluğu,  etnik  tərkibi,  dini  inancları  folklor 

mətnlərinin səciyyəsini müəyyənləşdirməkdə başlıca rol oyna-

yır. Sovet dövründə və xüsusən də son əlli ildə Masallı dedikdə 

Azərbaycanın  digər  bölgələrinə  nisbətdə  qızların  az  oxuduğu, 

saz-söz  dünyasının  az  inkişaf  etdiyi,  dövlət  xadimlərinin  çıx-

madığı  yer  anlaşılmışdr.  Buna  baxmayaraq  Masallıdan  gör-

kəmli alimlər çıxdığı kimi, gözəl şair və yazıçılar, müxtəlif və-

zifələrdə işləyən dövlət adamları, generallar da çıxmışdır.  

Əski türk dünyası üçün spesifik olan tayfa və tirələrə bö-

lünmə, qəbilə strukturunu saxlama, adət-ənənəyə bağlılıq ümu-

milikdə  cənub  bölgəsində,  xüsusilə  də  Masallıda  daha  yaxşı 

qorunmuşdur.  Bölgənin  İrana  yaxınlığı,  əhalisinin  tamamının 

şiə olması, ciddi yasaqların hökm sürdüyü zamanlarda belə Mə-

hərrəmlik  ayının  keçirildiyini,  Şəbih  tamaşalarının  göstərildi-

yini, orucun, namazın tərk edilmədiyini nəzərə alsaq Masallının 

dini baxımdan özəl yer halına gəldiyini qəbul etməmiz lazımdır. 

Masallının  təbii  gözəlliyi,  torpağının  münbitliyi  insanlarının 

qonaqpərvər,  zəhmətsevər,  səmimi  olmasını  şərtləndirmişdir. 

Masallı  əhalisinin  böyük  əksəriyyətinin  türklərdən  ibarət  olan 

bölgə olması, Şah İsmayılın, Şah Abbasın Mahmudavarda, Qı-

zılağacda, Şeyx  Səfi quyusunun Ərkivanda olması  kimi faktlar 

da  bu  yerlərin  dövlətçilik  tariximizdə  mühüm  rol  oynadığına 



 

sübutdur. Bir sözlə uzun illər folklor toplayıcılarının, araşdırma-



çılarının  diqqətindən  kənarda  qalmış  Masallı  respublikanın 

daha  çox  tərəvəz  zonası  kimi  xatırlanmışdır.  Ona  görə  də 

Cənub  bölgəsi  folklorunun  toplanması  üçün  həyəcan  siqnalı 

çalınmasının  zamanı  artıq  gəlib  keçməkdədir.  Hər  şeyin  yox 

olduğunu gözləmədən Masallı, Cəlilabad, Yardımlı, Lerik, Lən-

kəran, Astara kimi yerlərin folklorunu toplamaq lazımdır.  

Folklor  yaşamını  təkrarlarla  sürdürür.  Hər  hansı  bir 

mətn söyləmirsə, hər hansı bir ritual icra olunmursa, hər hansı 

ir tamaşa göstərilmirsə zamanla unudulmağa məhkumdur. El-

mi  ictimaiyyətin  diqqətindən  uzaq  bu  bölgədə  radio-tele-

vizorun da  mənfi təsiri ilə sözlü  yaşam dünyası  yerini passiv 

seyrə tərk etmişdir. Getdiyimiz kəndlərdə, qəsəbələrdə insan-

ların bayatı söyləmədiyi, nağıl danışmadığı, əhvalat anlatma-

dığı və ya bunlara maraq göstərmədiyi müşahidənin ilk və gö-

zə  çarpan  tərəfi  olmuşdur.  Söylənib  dinlənməyən  mətn  yad-

daşlarda  uzun  müddət  qala  bilməz.  Bir  zamanlar  nağılları, 

məsəlləri,  mahnıları  ilə  məşhur  olan  Masallı  artıq  folklor  ya-

şamını  başa  vurmaqdadır.  Yenə  də  klassik  folklor  tam  öl-

mədən bəzi şeyləri lentə almaq mümkündür.  

Masallı folklorun bütün janrlarının icra olunduğu bölgə-

dir. Burada xalq deyimləri, əfsanələr, rəvayətlər, məzəli əhva-

latlar, bayatı və nəğmələr, məsəllər, atalar sözləri, halay, mən-

kabələr,  memoratlar  (başa  gələn  əhvalatlar),  bir  sözlə  insanı 

sədaqətə, vətən sevgisinə, dost yolunda ölümə, böyüyə, kiçiyə 

hörmətə  səsləyən  hər  şey  vardır.  Buna  baxmayaraq  Masallı 

folklor  örnəklərinin  ağırlıq  mərkəzi  daha  çox  dini  əfsanələr, 

təriqət  böyüklərinin,  seyidlərin  kəramətlərini  anlatan  mənka-

bələr,  memoratlar  (adamların  başından  keçənləri  ikinci  və  ya 

üçüncü şəxsin şahidliyi kimi anlatması), bayatılar, xüsusən də 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə