ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə3/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   2   3   4   5   6   7   8   9   ...   100

 

toy bayatıları  yaxın  tarixdə baş  vermiş əhvalatlar üzərinə dü-



şür.  Dini  əfsanələri  söyləyənlərin  çoxu  ya  hal-hazırda  molla-

lıq edənlərdir, ya da namazını, orucunu heç vaxt tərk etməmiş 

möminlərdir.  Bununla  bərabər  ali  təhsilli  insanların  da  çox 

sayda  dini  əfsanə  danışdığını  gördük.  Dini  əfsanələrin  nisbə-

tən  yaxşı  qorunmasının  tək  səbəbi  icra  ortamının  olması  və 

onların bu sosial çevrədə  təkrar-təkrar söylənməsidir. Bayatı-

lar  qısa,  lakonik,  əzbərdə  qalması  asan  olan  janr  olduğundan 

yaşlı qadınlar bir neçə bayatı xatırlaya bilirlər.  

O  ki  qaldı  yaxın  tarixdə  baş  vermiş  əhvalatların  xatırlan-

masına, bunun da təbii  səbəbləri  vardır. Hər şeydən öncə  insan 

yaddaşı  yaxın 100-150 ilin hadisələrini  yaddaşında canlı olaraq 

qoruya bilir. Bu əhvalatlar kənd və ya qəsəbə camaatı tərəfindən 

tez-tez xatırlanır. Yaxın tarixdə baş vermiş əhvalatlara gəldikdə 

bunlar o  yerin baməzə insanı, qaçağı, qoçusu, nakam sevgililəri 

haqqında  ola bilər. Məsələn, Xoççabanlıda Qaçaq Mozu, Hacı-

təpədə  Qaçaq  İbad,  Xırmandalıda  Qara  Paşa,  İslam  haqqında 

olan  əhvalatlar  buna  misal  ola  bilər.  Yaxın  tarix  adı  altında 

topladığımız  materiallar  folklorda  tarix  və  ya  çox  dəbdə 

olan  Dədə  Qorqud,  Koroğlu  dastan

(

d

-

(

ol

o

or

!

(

e

 



 

10 


(mənim bir məqaləmi və dərs kitabımdakı müvafiq yerləri nə-

zərə almasaq) tarixlə bağlı danışılan əhvalatları “Yaxın tarix” 

başlığı altında topladım.  

Masallı  məzəli  əhvalatları,  bəzəmələri  ilə  də  diqqət  çə-

kən  yerdir.  Toplama  zamanı  lətifələrin,  məzəli  əhvalatların 

çoxluğu diqqət  çəkməklə bərabər, bu bölgə insanlarının opti-

mist düşüncələrini də ortaya çıxartdı.  

Ancaq  bu  bölgədə  ən  çox  yayqın  olan  halaydır  ki,  araş-

dırma halayın artıq toylarda çox az icra edildiyini göstərdi. Ha-

lay təşkil edilmiş, xorla oxunan və oynanan folklor örnəyi kimi 

yalnız  Mahmudavar  kəndində  qalmışdır.  Masallı  bölgəsinin 

əhalisi  yalnız  Azərbaycan  türklərindən  ibarət  olan  və  Muğan 

adlanan hissəsində isə halay çox az halda yaşlı qadınların yad-

daşında  qalmışdır. Halay  bir  sıra  bayramlarda,  çəltik  əkinində 

və biçimində oxunsa da, onun əsl oxunma yeri xınayaxdı (Ma-

sallı bölgəsində qızbaşı) və toylardır. Son zamanlara qədər qız-

ların,  qadınların  xına  gecələrində  xüsusi  avazla  oxuduqları 

mahnı olmuşdur ki, hələ də bəzi uçqar kəndlərdə saxlanılır

Və  bu  xınayaxdılarda,  toylarda  halay  olmazsa  olmazlardan-

dır.  Halay  əsasən,  halayı  çox  yaxşı  bilən  bir  və  ya  iki  nəfər 

tərəfindən  idarə  edilir,  üçdən  az  olmamaqla  iki qrup  qarşılıqlı 

şəkildə  mahnılaşmağa  başlayırlar.  Hər  dəstədə  üçdən  tutmuş 

ona  qədər  adam  ola  bilər.  “Halay  nədir”  sualına  söyləycilər 

“Halay – dəstə, yığıncaq, deməkdir” cavabını verdilər. Halayın 

başlanğıc hissəsi olan lolo, yenə də söyləyicilərin dediyinə görə 

yelləncək, beşik anlamına gələn sözdür. Az-çox Şərəfədə, Kö-

çəklidə, Xalıcallıda, Həsənlidə, Xırmandalıda,  Alışanlıda  yad-

daşlarda qalan halay aşağıdakı hissələrdən ibarətdir: 

1-ci, lolo 

2-ci, uca dağlardan səslərəm səni. 



 

11 


3-cü, yeri ha yeri 

4-cü, yar əli yar düymələri mərcan. 

5-ci, sunalar. 

6-cı, dəst eylər gül eylər. Yəni gülü dəstəliyər. 

7-ci, aman mələk. 

8-ci, basma, basma tağları. 

9-cu, ay yordu, yordu 

10-cu, aman aman. 

Ancaq  əhalisi  əsasən  talışlardan  ibarət  olan  Mahmuda-

var kənd mədəniyyət evinin müdiri, veteranlar qrupunun rəh-

bərinin fikrinə görə “Halay – səslənmə, çoxluq deməkdir. Ha-

lay həm də bayatı söyləməkdir.” Halayın başlanğıcı olan “Lo-

lu  isə  haraydır,  nənələrin  çağırışıdır.”  Söyləyicinin  dediyinə 

görə  halay  əsasən,  xına  gecələrində,  çəltik  biçimində  oxun-

muşdur. Halayda hamının iştirakı vacıbdır. Hətta bunun üçün  

 

Çəkin halay düzülsün, 



Xumar gözlər süzülsün, 

Kim halaya gəlməsə,  

Əli yardan üzülsün –  

 

şəklində bayatı-qarğış da söylənir. 



Halayda  əsas  olan  nəqarətdır.  Bayatı  söyləyənlər  bəzən 

eyni bayatını müxtəlif nəqarətlarla oxuyub yallı gedirlər: 

 

Oğlan adun Yağubdu. 



Gün dağlara doğubdu. 

Sən aldığın üzüklər. 

Barmağımı boğubdu. 

Basma basma tağları 

Saraldı yarpağları. 



 

12 


Oğlan adun Yağubdu 

Gün dağlara doğubdu 

Sən aldığın üzüklər, 

Barmağımı boğubdu. 

Canı mələk, mələk 

Aman mələk, mələk. 

 

Masallı toy adətlərinin qədimliyi  və orijinallığı ilə seçi-



lən  bölgədir.  Halay  da  toy  şənliklərinin  tərkib  hissəsi  olmuş-

dur.  Toyla  bağlı  qarşılaşılan  orijinal  durumlardan  biri  də  ata 

evindən ər evinə köçən gəlinə verilən nəsihət zamanı  

 

Əylən gəlin, əylən gəlin. 



Bizim dil farsi dilidir  

Öyrən gəlin, öyrən gəlin –  

 

şəklindəki bayatıdır. Bu ifadə daha çox Masallının türklər ya-



şayan  yerlərində  işlədilir.  Burada  ata  evindən  ər  evinə  gedən 

qıza  yeni evin adət-ənənəsinə, tərzinə uyması  məsləhət görü-

lür.  Söyləyici  (Həcər  Həsənova,  1950,  orta  təhsilli,  Şərəfə 

kəndi)  özü  bunun  mənasını  belə  açır:  “Bunun  mənası  var  e, 

biz  fars  deyilik  ki,  bəs  niyə  belə  deyürük.  Yəni  bizim  evin 

xasiyyəti sizin kimi deyil, evin adətini öyrən, gəlin.” Və ya  

 

İstəkanı nəlbəkiyə qoy, gəlin, 



Evdəki dilləri yerə qoy, gəlin –  

 

şəklindəki  mahnı  da  əskidən  qızların  getdikləri  yeni  ocağa 



alışmaq məqsədi ilə söylənmişdir. 

Masallıda bayatı şəklində söylənən ağılara oxşama deyi-

lir. Ağı sözü bu bölgədə anlaşılsa da daha çox oxşama termini 

işlədilir. Bununla bərabər camaatı ağlatmaq üçün ölü üzərində 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə