ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə4/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   2   3   4   5   6   7   8   9   ...   100

 

13 


yazılı  ədəbiyyatdan  məlum  olan,  ancaq  şifahiləşmiş  mərsiyə 

də  söylənir.  Bəzi  bölgələrdə  bayatıya  mani  deyildiyi  ilə  də 

qarşılaşdıq. Fürsət düşmüşkən demək lazımdır ki, folklor bəzi 

alimlərin  yazdığı  kimi  dəyişməyən  bir  şey  deyildir.  Folklo-



run  özəlliyi  onun  dəyişməsində,  yenilənməsində,  çeşidlilik 

göstərməsindədir.  Toplama  zamanı  3,  5,  6  misradan  ibarət 

bayatıların  olduğunu  gördüyümüz  kimi  heca  ölçüsü  klassik 

bayatı  şəklinə  uymayan  nümunələrlə  də  rastlaşdıq.  Bunları 

olduğu kimi, mətnə müdaxilə etmədən, yaşlı folklorçuların 

dediyi  kimi  söyləyicinin  naşılığı,  savadsızlığı  kimi  deyil, 

sözlü  ədəbiyyatın  özəlliyi  kimi  verdik.

 

Bundan  başqa 



kitabda  sağımla  bağlı  (bir  nümunə),  bir  zamanlar  özəlliklə 

əsgər  məktublarının  sonlarında  verilən  şeir  parçalarından  (iki 

nümunə)  ibarət  mətnləri  də  bayatı  bölümündə  verdik.  Oxucu 

bu  kitabda  bayatıların  hər  zaman  “Əzizinəm”,  “Mən  aşiq”, 

“Aşiqəm”  kimi  şablon  ifadələrlə  başlamadığını,  hər  zaman 

dörd misradan ibarət olmadığını da görəcəkdir. 

Masallıda  bəzi  deyim  və  ifadələrin  özəl  anlamı  vardır. 

Türk təsəvvüf tarixində gəzərgi dərviş zümrəsi olan abdallarla 

bağlı izlər bayatıda:  

 

Mən aşiq, abdal olubdur,  



Yığmamışam, abdal olubdur.  

Gündə oxuyan bülbül  

Bu sabah lal olubdur –  

 

şəklində qalmışdır.  



Bu  bölgənin  əhalisinin  qızılbaş  olduğu,  qızılbaşlığın 

əsilzadəlik olduğunu toy adətlərindən öyrənmiş oluruq. 

 

 



 

14 


Ey gülü xaş-xaşdı gəlin, 

Əsil qızılbaşdı gəlin. 

Evlisən, ev halı bil, 

Ev sənə peşkəşdi, gəlin. 

 

Masallı  bölgəsində  din  böyüklərinin,  seyidlərin,  müqəd-



dəslərin ziyarət  yerlərinə ocaq deyilir. Pir sözü bu bölgədə  yay-

qın  deyildir.  Bəzən  türbə  kəlməsi  də  işlədilir,  ancaq  daha  çox 

ocaq termini ilə qarşılaşılır. Bir az fərqli baxıldıqda ocaq haqqın-

da kəramətlər anlatılan şəxsin  yaşadığı yerə, türbə isə bu şəxsin 

məzari  üzərində  tikilən  günbəz  tipli  məzara  deyilir.  Ancaq  daş 

yığını, ayaq izlərindən ibarət ocaqlar olduğu kimi, bəzi məzarlar 

da ocaq adlanır. Ocaq və türbələrin zənginliyi və bölgə insanla-

rının  bu  müqəddəs  yerlərə  diqqəti  və  hörməti,  xalq  arasında 

seyidlərin  böyük  sayğıya  sahib  olması  övliya  mənkabələrinin, 

başqa sözlə dini rəvayətlərin də zəngin olduğundan xəbər verir.  

Masallının Muğan adlanan hissəsində danışıq dili qismən 

də  olsa  ədəbi  dilə  yaxındır,  özəl  ləhcə  özəlliyi  yoxdur.  Ancaq 

toplanan  materialların  təbiiliyini,  şirinliyini  və  ən  əsası  da  da-

nışıq  dilinin  etnoqrafiyasını  qorumaq  üçün  yazıldığı  kimi  də 

verdik. Bəzən söyləyicilər rusca – uje, qde-to, voobşe, samal-

yot,  otpuska,  rak,  ispisəlni,  abrabotka,  imenni  və  s.  kimi 

danışıqda çox işlənən sözlərdən istifadə edirlər. Biz bunları da 

olduğu kimi saxladıq. Yaşadığımız tarix, dilimizin kirlənməsi, 

insanlarımızın savadsız nitqi baxımından bu mühüm məsələdir. 

Masallı folklorunun bəzi nümunələrini nəşr olunan kitablardan 

götürdük.  Bunların  dili  üzərində  müəlliflər  düzəlişlər 

etdiklərindən oxucu bu mətnlərdə deyim və ifadə tərzinin fərqli 

olduğunu  anlayacaqdır.  Nə  etmək  olar,  folklor  materiallarının 

dilini, üslubunu dəyişdirmək bizdə bir xəstəlik halını alıb. 



 

15 


Söyləyicinin  söylədiyi  mətnə  müdaxiləsini,  verdiyi  əla-

və məlumatları, aydınlaşdırıcı izahatları bir zamanlar əsl folk-

lor mətninə dəxli olmayan şeylər kimi mətndən çıxarılmışdır. 

Biz  bunları  mətnin  içində,  mötərizədə  verdik.  Bu,  söyləyici-

nin  psixologiyasını,  dövrə,  siyasi  və  iqtisadi  quruluşa  müna-

sibətini açmaqda əsas elementdir. 

Masallıda  dülgərlik,  dulusçuluq,  dəmirçilik,  xalçaçılıq 

kimi  sənətlərlə  bərabər  bəzi  nadir  sənət  növlərinin  də  inkişaf 

etdiyini  söyləmək  lazımdır.  Həsirçilik,  zənbilçilik,  sandıqçı-

lıq,  kənəfçilik,  camçılıq  və  s.  buna  misal  ola  bilər.  Toplama 

zamanı bunlar haqqında da məlumat aldıq.  

Folklor  ekspedisiyası  zamanı  Masallı  bölgəsi  folkloru 

haqqında aşağıdakı qənaətlərə gəldik. 

1.  Sahə  araşdırması  (toplama)  zamanı  məlum  oldu  ki, 

folklor  az-çox  oxumuş,  savadlı  insanların  yaddaşında  daha 

yaxşı  mühafizə  olunmuşdur.  Sürətlə  dəyişən  sosial-mədəni 

dünyada  yaşlı  nəsil  ki,  folklor  daşıyıcıları  əslində  onlar  ol-

malıydı, çox təəssüf ki, bu  yaşlı nəslin çoxu müasir texnoloji 

inkişafla  bağlı  olaraq  söyləmə  auditoriyasını  itirdiklərindən, 

yaddaşlarında  olan  folklor  materiallarını  təkrarlamadıqların-

dan  folklor  onların  şüuraltına  keçmişdir  və  bu  adamların  bir 

şeylər  xatırlaması  indilik  mümkün  kimi  görünmür.  Yaddaşın 

yenidən işə salınması üçün uzun bir vaxt lazımdır.  

2. Bir zamanlar nağılları, məsəlləri, lətifələri, bəzəmələ-

ri ilə məşhur olan Masallıda indi nağıl bilən, hər hadisəyə bir 

məsəl çəkən söyləyici tapmaq hardasa imkansızdır. Hər halda 

toplamanın  şərtlərindən  biri  olan  uzun  müddətli  müşahidə, 

uzun  müddətli  ezamiyyət  imkanı  olmadığından  bu  təsbitləri 

yüzdə  yüz  doğru  kimi  də  qəbul  etmək  olmaz.  Ancaq  ilkin 

müşahidələr bu yöndədir. 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə