ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə6/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   2   3   4   5   6   7   8   9   ...   100

 

20 


*  *  * 

Göydə  hər  kəsənin  bir  ulduzu  var.  Səyyarə  də  ulduzdu, 

Şövkət  də  ulduzdu,  Ülkər  də  ulduzdu.  Ulduzlar  səmada  olan 

cisimlərdir.  Allah-tala  oları  elə  yaradıbdır  ki,  göynən  yerin 

arasındadır. 

 

*  *  * 



Küləy əsəndə namaz qılırığ iki rukət.  

 

*  *  * 



Yağış yağması üçün əlimizi qaldırarığ Allaha, deyirik 

İlahi, rəhm eylə. 

 

*  *  * 


  Məsələn deyərlər ki, qırx günlük çiləsi çıxmamış körpə 

uşağın başının altına çörək qoymasan, su qoymasan, pis olar. 

Uşağı  qırxı  çıxmadan  ağacın  altınnan  keçirtməzlər.  Ağacın 

altınnan  keçirdəndə  o  qorxar.  O  qorxar,  beyni  tərpənər,  his-

siyatı  azalar.  Körpə  anadan  olanda  qırx  gün  qonşudan,  dualı 

adamdan onun evinə gedə bilməz. Əgər dua üstündə o, uşağın 

üstünə  getsə,  o  uşağ  tələf  olar.  Qırx  gün  çilədən  gərək  uşağı 

qoruyasan.  Gələn  adamların  hamısını  elə  çöldə  saxlayırsan, 

içəri  qoymursan.  Uşağı  çıxardırsan,  qapının  üstünə  tutursan, 

həmin adam altdan keçər. Onda körpə çiləyə düşməz. Çiləyə 

düşəndə  uşağ  qıçını-qıçının  üstünə  keçirəcək.  Sora  arığlıyar, 

eybəcər fason olar. Biz uşağlarımızı belə qorumuşuq. Bunnan 

qabağ qırx gün  yatardılar. İndi elə deyil axı. Bir dənə şişi ba-

şına  keçirib  fırrıyardılar  arvadın,  həmin  gəlinin  –  doğanın 

dörd tərəfinə. Üç dəfə o durannan sora edərdilər. Onu götürüb 

atardılar çölə. 




 

21 


*  *  * 

  Mis çalırlar Ay tutulanda. 

 

*  *  * 


Keçmişdə Ay tutulanda, Gün tutulanda mis çalarmışlar.  

 

Göz dəymə 

 

Uşağlara  göz  dəyəndə  qızdırma  –  zad  gəlirdi.  Uzərrigi, 



pambığı,  duzu  –  bu  üçünü  də  qoyardılar  bi  qaba,  yandırard-

ılar. Onun tüstüsünü evin dört bi  yanına verərdilər, uşağın da 

başına  fırradardılar. Evin, uşağın azar-bezarı ücün eliyirdilər. 

Kecmişdə günortadan sora evə süpürgə vurmazdılar ki, süpür-

gə axşamın mal ayağında evə vurulanda, onun düşər-düşməzi 

olur. Evin bərəkəti qacar. 

  

Məsumlar 

 

Kim  ki  deyir,  ibadətkaram  mən,  günahkar  deyiləm,  gü-



nahım  yoxdur, inanma. Hamımızın günahı  var.  124 min pey-

ğəmbəri  Allah-taala  bəxş  eliyib  dünyaya,  onnarın  da  günahı 

var.  Təkcə 14  məsum  və məsumə günahkar deyıl. Pak  və tə-

mizdir.  Bu  da  peyğəmbər,  Əli  Əleyissalamdır.  On  bir  övladı 

ilə xanım Fatimeyi-Zəhradı. Dünyaya pak gəlib, pak gedirlər. 

Yəni oların nə sorğusu var, nə günahı, nə də əzabları.  



 

Şükür etmək 

 

Allah-taala nə qədər əzab verseydi o peyğəmbərə, başın 



qaldırıb  ötəndən  sora,  deyərdi,  İlahi,  çox  şükür  sənə,  dərga-

hıva, çox şükür sənin böyüklüyüvə. 




 

22 


Başına  daş  vururdular,  ağacla  vururdular,  üzünə  tüpü-

rürdülər.  Biri  dəli  deyirdi,  biri  səfil  deyirdi.  Hamı  deyirdi, 

onun  başı  xarabdı.  Amma  ona  nə  qədər  zülm  elədilərsə  də, 

həmişə deyərdi, çox şükür sənə, Ya Rəbb, hər kim ki nə qədər 

şükür eləsə, o, Allahın dostudur.  

   

*  *  * 


Səhər  tezdən  durursan,  axşam  məsəl  üçün  görürsən  ki, 

Ay çıxıb. Deyirsən: 

– Allahun məssəlli əla Muhəmmədin və ali Muhəmməd. 

Günəşi də görəndə deyirsən, Ayı da görəndə. 



  

*  *  * 


Toyunda  yağış  yağanda,  qar  yağanda  deyirsən,  qazan 

dibi yemisən a. 

  

*  *  * 



Cənamaz  isladırdığ,  yağış  yağsın.  Əkin  qalıb  axı,  yağış 

yağsın. Qabağdakı “Ərrəhman” oxuyurdu, ruzi oxuyurdu. Ge-

də-gedə,  biz  də  onun  dalınca.  Yağış  çox  yağanda  su  basırdı 

ölkəni Dayansın deyə onda çıxırdı camaat müsəlliyə.  



 

*  *  * 


Uşağın dişi çıxanda qoyun baş-ayağı qatırdığ, bişirirdik.  

 

*  *  * 



Uşağ  gəzmiyəndə,  gec  gəzəndə  aparırdılar,  qoyurdular 

zənbilə.  Öybəöy  gəzdirirdilər. Yağ  verən  verirdi,  yumurta  ve-

rən verirdi. Öy yiyəsi onu bişirərdi, paylıyırdı qohum-qonşuya.  

 



 

23 


*  *  * 

  Dil  açmıyan  uşağa  da  dua  yazdırırdılar.  Aparırdılar 

molla  yanına.  Qəbirsanlığa  aparırdılar,  yeddi  qəbrə  atırdılar 

uşağı. Uşağ qışqırırdı. Gedirdilər, götürürdülər. 



  

*  *  * 


Çiləyə  düşən  uşağı,  gec  danışan  uşağı  atırdılar  qəbrə. 

Özləri  çəkilirdi  dala.  Uşağ  nənə  görmüyəndə  qışqırır  axı. 

Uşağ qışqırırdı, tez qaçıb götürürdülər. 

 

*  *  * 



Yuxu  belədi,  ayın  iyirmi  ikisindən  sonra  nə  yuxu  gör-

sön, o, düz olar. Ancax müsəlman ayında. And belədi birinin 

belə səhvi var,  ya boşuyur arvadın,  ya evdə davası düşür,  ya-

lannan and içir, Allah keçər.  



  

*  *  * 


Gecə güzgüyə baxarsan, şeytan səni azdırar, dəli olarsan. 

 

*  *  * 



Gecə incil altından keçmək olmaz.  

 

*  *  * 



Haran ağrıyır, hərəkətin yoxdu, get göy söyüdü qucağla 

denən  ki,  düzgünnüyümü  verirəm  sənə,  düzgünnüyüvü  ver 

mənə. Üç dəfə o söyüd yanacağ, sən diriləcəysən. 

  

*  *  * 

Qabağ oğlan uşağını ocağa tos tutarmışlar, ya səkiyə bir 

belə  üstünə  su  səpirsən.  Yeyərdilər,  düyünü  bir  qırağa  tökər-



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə