D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   10   11   12   13   14   15   16   17   ...   93

42
DƏDƏ QORQUD ARAŞDIRMALARI
hava) cəmi kimi başa düşmüşlər. Eləcə də həftənin günlərini «yed-
di»nin mənşəyində duran vasitə sanmışlar. Belə bir izahat da irəli 
sürülmüşdür ki, «yeddi» - hüdud bildirən rəqəmdir, insanın çoxsaylı 
əşyaları, varlıqları eyni anda qavraması həddini andırır. «Yeddi»nin 
mənşəyi haqqındakı son qənaətlərdən biri də Nuhun tufanı barədəki 
məşhur mifdə, gəminin quruya çatmasından sonra bişirilən xörək-
lə  əlaqələndirilməsidir.  Nuh  dünyadakı  bütün  xeyirli  bitkilərdən 
istifadə edərək hazırladığı yeməyi «yeddiünsürlü» (yəni çoxünsür-
lü) adlandırmışdı. Bu baxışın izləri Azərbaycan xalqının məişət və 
inanclarında indiyədək qorunub saxlanmışdır: «yeddilöyün» xörək, 
yeddiqat tuman, yeddinövlü xonça, yeddirəngli günbəz, yeddi gözəl 
və s.
Sakral «Yeddi» rəqəminin sakrallaşması ulu əcdadlarımızın ilkin 
astral  anlayışlarından  irəli  gəlmişdir.  Qədim  türk  mifologiyasında 
əcdada - ataya kult kimi yanaşırdılar. Ola bilsin ki, onlar ulu baba-
larını göy cisimləri ilə əlaqələndirirdilər. Çünki, Böyük Ayı bürcü 
ilə bağlı yaranan əsatirlər əcdadlarımızın gündəlik həyatını, məişəti-
ni əks etdirirdi. Mahmud Kaşqarlının «Divani-lüğəti-türk» (XI əsr) 
əsərində «Yetaqan» (Böyük ayı bürcü») sözü «Göyün yeddinci qatı» 
demək idi. Sözün həmin mifik-astral obrazdan yarandığı göz qaba-
ğındadır. Azərbaycan folklorunda «yeddi» obrazların (yeddi qardaş, 
yeddi igid, yeddi köməkçi, yeddi quldur, yeddi pəri və s.), əşyala-
rın (yeddi hədiyyə, yeddi qoğal, yeddi qızılgül), eləcə də zamanın 
(yeddi gün, yeddi gecə, yeddi il), məkanın (yeddi iqlim padşahlığı), 
göy  cisimlərinin,  yeraltı  mağaraların  sayını  bildirir.  Epik  ənənədə 
üçdən sonra süjetqurmada mühüm mifopoetik obraz kimi çıxış edən 
ikinci  rəqəm  «yeddi»dir.  Mürəkkəb  strukturlu  əsərlər  düzüb-qo-
şarkən  xalq,  ilk  növbədə,  «yeddi»  rəqəminin  bədii  imkanlarından 
bəhrələnmişdir:  yeddi  elçi,  yeddi  cadugər,  yeddi  axmaq,  yeddiatlı 
araba, yeddibaşlı dev və s. obrazlar nağıl və epos süjetlərini daha 
da rövnəqləndirirdi. Nizami «Yeddi gözəl» əsərində süjet içərisin-
də yeddi müstəqil hekayət yerləşdirib hər birini bir rəng, bir planet, 


43
Folklor, Mifologiya, Etnoqrafiya
bir iqlim ölkəsi ilə əlaqələndirmişdir. B.A.Frolov yazırdı ki, «Sehirli 
yeddi» rəqəmi qədim insanın Ay təqviminə, yeddi iqlim ölkələrinə, 
ulduzlar sisteminə, böyük Ayı bürcünə mifik inamından yaranmışdır 
[30, 192]. Ay təqvimində həftənin günləri - «yeddi» rəqəminin mifo-
loji sistemlərdəki funksiyasına uyğunlaşdırılmışdır. Hələ eramızdan 
əvvəl Babilistanda yeddi künbəzin olması haqqındakı qeydlərə təsa-
düf olunur. Qədim və orta əsrlərdə (xüsusilə Nizami yaradıcılığında) 
yeddi iqlimin astronomik elmi təsviri verilir. Təsadüfi deyil ki, müa-
sir Azərbaycan türklərinin dilində geniş işlənən «Yüz ölç, bir biç» 
məsəli əski çağlarda «Yeddi dəfə ölç, bir dəfə biç» şəklində meydana 
gəlmişdir. Eləcə də ilin axır çərşənbəsində bişirilən xörəklər «yed-
diləvin» adlanırdı. Həmin gün üçün mütləq şəkildə yeddi növ yeyin-
ti məhsulları alınırdı, çərşənbə gününün axşamı ailənin qabağında 
yeddi şam yandırılırdı, yumurtalar yeddi rəngə boyanırdı.
Ümumiyyətlə, rənglər rəmzi mənalar daşıyarkən hansısa dünya-
baxışına, mifoloji təsəvvürlərə əsaslanır. Qamlara görə, səmanın göy 
rəngi ilə əlaqələnən varlıqları ona görə fetişləşdirilir ki, Göy Tanrı-
nın ən mühüm əlamətini özündə əks etdirir və bu səbəbdən də göy 
rəng bolluğun nişanı sayılır. Qanın  qırmızılığını görən ulu əcdad 
qırmızı rəngi  müharibənin əsas əlaməti kimi götürmüşdü. Sarı rəng 
quraqlıqla bağlanmış (hava isti, quraqlıq keçəndə yaşıl otlar quruyub 
saralır, torpaqdan seçilmir) və qəhətlik, aclıq kimi mənalandırılmış-
dı. Onlar sakrallaşdırdıqları göy qurşağının  yeddi rəngini üzə çıxar-
maqla – tanrının nişanələrini müəyyənləşdirdiklərini zənn etmişdilər.  
Çünki Göy qurşağı Göy Tanrının belinə dolanırdı. Bəzi tayfalar hətta 
ona ayrılıqda tanrı kimi stayiş edirdi. Təbiidir ki, bu inama əsasən, 
göy qurşağında iştirak edən rənglərin hamısı magik gücə malik he-
sab edilməli idi. T.Xalisbəyli Nizaminin astroloji strukturlu «Yeddi 
gözəl» əsərində özünə geniş yer alan yeddi rəngin düzümünün, ardı-
cıllığının qanunauyğunluğunu  müəyyənləşdirməyə təşəbbüs etmiş-
dir: qara, sarı, yaşıl, qırmızı, füruzə, səndəli və ağ. «Rənglərin sıra-
lanması qara rənglə başlayıb ağ rənglə tamamlanır» qənaətinə gələn 


44
DƏDƏ QORQUD ARAŞDIRMALARI
alim həmin düzüm ardıcıllığının «Yeddiləvin» adlı milli xörəkdə də 
özünü göstərdiyini vurğulayır: «Qara rəngdə - xurma, innab, qoz, 
iydə, fındıq, tut qurusu; ağ rəngdə - şirni. İndi də yaşamaqda olan 
«Yeddiləvin»in sıralanması qara xurma ilə başlayıb ağ rəngli şirni 
ilə başa çatır» [9, 112]. Beləliklə, rənglərin də xalq arasında müxtəlif 
məqsədlərlə geniş işlənilməsinin kökü miflərə bağlanır və hər rəngin 
müxtəlif inanc sistemlərində öz yozumu mövcuddur. İslam təsəvvür-
lərinə görə, Allah əvvəl gecəni, dünyanın qara üzünü – cəhənnəmi 
yaratmışdır. Atəşpərəstlikdə isə başlanğıcda qaranlıq (Anqro-Man-
yu) dünyanın sahibkarı funksiyasında çıxış etmək istəmişdi. Hər iki 
din sisteminin görüşlərində qara şərlə əlaqələnir, ona görə də ölüm, 
fəlakət, gecənin soyuqluğu və bədbəxtliklər şəklində anlaşılır.
Doqquz. Əski inanclara görə, Gülüstani-İran bağına düşən mifik 
mədəni qəhrəman göydən enən gözəl pəri qıza rast gəlir. O, doqquz 
saç hörüyü ilə təsvir olunur və elə parlaq, cazibəli idi ki, üzü hörük-
lərin arxasından bərq vururdu. Mifoloji anlamda üzün çox hörüklə 
örtülməsi  Günəşin  gözqamaşdırıcı  şüalarına  işarədir,  günəş  qədər 
uzaqlığı, əlçatmazlığı bildirir. Bəs nə üçün hörüklərin sayı doqquz-
dur?  Çünki  Günəş  həmişə  doqquz  dağın  arxasından  çıxır,  doqquz 
göyün üstündə gəzirdi. Bəzi nağıllarda «doqquz dağ aşdı», «doqquz 
zirvəli dağa rast gəldi» ifadələri işlənir. Bu yüksəklik, uzaqlıq, əlçat-
mazlıq mənasını verir. Günəşə çatmaq mümkün olmadığı üçün bü-
tün əlçatmaz, ün yetməz məsafələri doqquzla (günəşin doqquz göy-
dən keçib yerə çatan şüaları ilə) ifadə edirdilər: «Doqquz günlük yol 
qət etdi», «Doqquzotaqlı, doqquzmərtəbəli evə rast gəldi», «Doqquz 
il keçdi»,  «Doqquz ölkə gəzdi» kimi cümlələr də günəş məsafəsi, 
çoxluğa işarədir.
Müqəddəs doqquz rəqəmi qədim türk tayfalarının poetik düşün-
cəsində mühüm amil kimi özünü göstərir. Toy mərasimləri çox hal-
larda doqquz gün, doqquz gecə davam edirdi. Ona görə ki, doqquz 
xoşbəxtlik, uğur, xeyirxahlıq rəmzi sayılırdı. Yalnız doqquzuncu gecə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə