D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   2   3   4   5   6   7   8   9   ...   93

9
runub saxlanmışdır – Qorqud ata gələcəkdən xəbərlər verir, Allah 
onun könlünü ilhamlandırır. 
«Dədə  Qorqud»  oğuznamələrinin  spesifikliyini  şərtləndirən 
amillər əsas hadisələrə – boylara keçməzdən əvvəl özünü göstərir. 
Ancaq bu təkcə arxaikliklə (mifikliklə) tarixiliyin eyniləşdirilməsi 
ilə bağlı deyildi. Əslində mifik zamanı emprik zamanın içərisində 
əridən ozanlar türkün tarixinin uzaqlığını, ilkinliyini təsdiqləyirdilər. 
Dədə Qorqudun eposda zamanın özünü – hadisələrin yekununu, nə-
ticəsini müəyyənləşdirən şəxs kimi təqdimi göstərir ki, ilk cümlədə 
onu konkret dövrlə bağlamaq olduqca şərti xarakter daşıyır. Çünki 
belə edilməsəydi, onun zamanı qabaqlayan kəlamlarına inam azalar-
dı: «Qorqud ata ayıtdı: «Axır zamanda xanlıq gerü – Qayıya dəgə, 
kimsənə əllərindən almıya. Axır zəman olıb qiyamət qopınca bu di-
digi Osman nəslidir. İşdə sürilib gidəyürir...» [10, 31] Yazıya alındı-
ğı (ya da üzünün köçürüldüyü) dövrdə oğuznamələrin müqəddimə-
sində katiblər tərəfindən Osmanlı sarayının xeyrinə xeyli dəyişiklik 
edildiyi göz qabağındadır. Birincisi, «Kitab»ın adında və boylarda 
«Dədə» kimi təsdiqlənən Qorqud burada «ata» şəklindədir. İkincisi, 
səlcuqların  tarix  səhnəsindən  çıxarıldığı  ərəfədə  türkün  başqa  qo-
lunun dirçəlməsi ideyasının məhz gerçəklik kimi formalaşdırılması 
müəyyən dövrün möhürünün sonradan vurulması deməkdir. 
Başlanğıcda  üç  dəfə  «ata»  kimi  verilən  Qorqud  müdrikliyini, 
ululuğunu təsdiqləyən kəlamlara keçiləndə «dədə»ləşir, əslində öz 
adına  qaytarılır.  Çünki  artıq  katiblər  məqsədlərini  həyata  keçirib 
türkün səlcuqlarla bitib-tükənmədiyini çatdırmışdılar. Bu, çox incə 
məsələdir.  Ancaq  faktdır:  müqəddimədə  də  dörd  abzasdan  üçün-
də ata (Kiçik Asiya türklərinin tələffüzünə uyğun) kimi çıxış edən 
Qorqud dördüncü və əsas hissədə (ona görə əsas hissədir ki, əvvəl-
ki  abzaslarda  onun  haqqında  qısa  məlumat  verildiyi  halda  burada 
yaratdıqlarına  üz  tutulur)  «Dədə»  şəklində  təqdim  olunur:  «Dədə 
Qorqut soylamış...» [10, 32]. 
Folklor, mifologiya, etnoqrafiya


10
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Bu hal təsadüfi xarakter daşısaydı, müqəddimə mətnində Qorqu-
dun sonrakı təqdimlərində bir yerdə də olsa, təzədən «ata»ya qayıdış 
nəzərə çarpardı. Halbuki bir daha onun bu tələffüzü yada düşmür. 
Özü  də  S.Əlizadənin  müşahidəsinə  görə,  Drezden  nüsxəsində  bu 
sözlər hər dəfə qalın hərflərlə yazılıb nəzərə çarpdırılmışdır: «Dədə 
Qorqut bir dəxi soylamış». Yaxud: «Dədə Qorqut soylamış, görəlim, 
xanım,  nə  söylamış»  [10,  32].  Dədə  Qorqudun  dilindən  söylənən 
aforizmlər əslində katiblər tərəfindən onun xalq arasında gəzib-dola-
şan əsl müdrik kəlamlarına uyğunlaşdırılaraq yazılmış, mətnə əlavə 
edilmişdir. Burada məqsəd İslam mühitində eposun yazılı mətninin 
geniş yayılmasına şərait yaratmaq idi. Lakin əvvəlki üç abzasdakı fi-
kirlərin aşılanmasındakı qayə ilə heç bir əlaqəsi olmadığı üçün «ata» 
kimi deyil, əslində olduğu şəkildə saxlanılmışdır.
Eposun  müqəddiməsinin  sonunda  qadınlarla  bağlı  Ozanın  qə-
naətləri müstəqil əsər, yaxud mətn təsiri bağışlayır. Çünki orada söy-
lənən fikirlərin nə Dədə Qorquda aid aforizmlərlə, nə oğuz-səlcuk, 
nə oğuz-osmanlı adətləri ilə, nə də boylarla səsləşməsi var. Zaman 
və məkan baxımından da olduqca fərqli detallar nəzərə çarpır. Elə-
cə də ayrı-ayrı boylarda emprik zaman kimi götürülən epik təsvirdə 
bəzən konkret məkan göstərilir: «Bir gün Qam ğan oğlı xan Bayındır 
yerindən turmışdı. Şami günligi yer yüzünə dikditrmişdi. Ala seyvanı 
göy yüzinə aşanmışdı. Bin yerdə ipək xalça döşənmişdi». [10, 34] 
Həmin təsvir tarixi zaman və məkan baxımından məlum dövrlə 
səsləşir. Oğuzların başçısı ildə bir dəfə böyük bir məclis düzəldib 
görülən işləri yekunlaşdırar, bəyləri xidmətlərinə görə mükafatlan-
dırar, gələn il üçün tədbirlərini söyləyər, təklifləri dinləyib müzakirə 
edərdi. 
Türk tarixində «toy», «qurultay» adı ilə tanınan məclis idarəçi-
likdə  ilk  demokratik  institutlardan  biri  idi.  Dastanda  həmin  tarixi 
mərhələ  ümumiləşdirilir,  bədii  formaya  salınıb  aşağıdakı  mətndə 
emprik zamanın illə müəyyənləşən kiçik dövrünə  aid (il ərzində bir 


11
dəfə təkrarlanan) hal kimi təqdim olunur: «Xanlar xanı xan Bayındır 
yildə bir kərə toy edib, Oğuz bəglərini qonaqlardı. Genə toy edib, 
atdan ayğır, dəvədən buğra, qoyundan qoç qırdırmışdı». 
Öncə məkanın təsvirinin konkretləşməyə doğru meyilli olduğu 
müşahidə  olunur.  Lakin  arxaik  qəhrəmanlıq  eposlarında    olduğu 
kimi,  burada da zaman üç çadır şəkilli mifik dünya modelinin təsvi-
ri ilə yekunlaşır. Ona görə də xan məclislərini tarixiliyin əlamətitək 
götürüb  oğuzların  Azərbaycanda  oturaq  həyata  başladıqları  çağla 
əlaqələndirmək mümkün olmur. Mənbələrdə də bu hal daha əvvəlki 
çağlarla əlaqələndirilir. 
Herodot skiflərdən danışanda onların bir adətinin təsvirini verir 
ki, eposdakı Bayındır xanın məclisini xatırladır. Belə bir sual doğur: 
mətndə hadisələr ilin hansı mərhələsində başlayır? Axı, tarixi-qəh-
rəmanlıq eposlarında zaman bəzən ən kiçik hissəsinə qədər (saatla, 
günlə, ayla, fəsillə, bədii dilin imkanlarından istifadə edildikdə isə 
«yellər əsəndə, gün doğanda» şəklində) konkret göstərilir. «Dirsə xan 
oğlu Buğac...» boyunda hadisələrin zamanı poetik fiqurların mətnə 
ustalıqla daxil edilməsi ilə müəyyənləşir. Belə ki, toy məclisinə çağ-
rılan Dirsə xan səhər tezdən – «alar sabah qalqubanı yerindən uru 
turıb, qırq yigidi boyına alıb Bayındır xanın söhbətinə gəlir». 
Bu epizodun məhz yaz girən ərəfədə baş verdiyi isə dolayı şəkil-
də təqdim olunur:
«Salqum-salqum tan yelləri əsdigində,
Saqallu boz ac turğay sayradıqda,
Saqalı uzın tat əri banladıqda,
Bədəvi atlar issini görüb oğradıqda,
Aqlı, qaralı seçən çağda,
Köksi gözəl qaya tağlara gün dəgəndə,
Bəg yigitlər cılasınlar bir-birinə 
 
 
qoyulan çağda» [10, 34]
Folklor, mifologiya, etnoqrafiya


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə