D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   2   3   4   5   6   7   8   9   ...   93

12
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Xronotopun  belə  geniş,  konkret  şəkildə  təsvirinə  ancaq  yazılı 
ədəbiyyatda rast gəlmək mümkündür. Şifahi epik ənənədə isə nadir 
hal kimi nəzərə çarpır. Doğrudur, birbaşa hansı zamandan bəhs açıl-
dığı qeyd edilmir. Lakin poetik ifadələrin arxasında gizlənən anlam-
lardan anlaşılır ki, yazın gəlişindən söhbət gedir. Çünki qışın soyuğu 
torpağın  üstündən  əlini  tamam  götürməmişdi,  «salxım-salxım  dan 
yelləri əsir», «boz torağaylar» ona görə ac ötürlər ki, hələ təbiətdə 
tam oyanma baş verməyib, bitkilər cücərməyib, yeməyə bir şey tap-
mırlar. «Bədəvi atların yiyəsini görüb kişnəməsi»nə də səbəb odur 
ki, artıq isti-soyuq yuvaları tərk etmək zamanı gəlib çatmışdır. Eləcə 
də Novruz yaxınlaşdığı üçün «saqqalı uzun tat kişilər azan çəkir»lər, 
Qalın Oğuzun «gəlini-qızı axır çərşənbədə bəzənib-düzənir», günün 
«ağlı», yəni işıqlı, gündüzlü və «qaralı», yəni gecəli, qaranlıq çağları 
bir-birindən seçilir. Nəhayət, yaz girəndə «köksü gözəl böyük dağla-
ra gün dəyir», igid bəylər, qəhrəmanlar meydanlara axışıb bir-biriləri 
ilə güləşir, döyüş sirlərini mənimsəyirlər.
Diqqət çəkici faktdır ki, boyda bir ilin dairəsindən çıxıb müxtə-
lif dövrlərə düşən başqa hadisələrin də çıxışı baharla əlaqələndirilir. 
Bayındır xanın maraqlı adətindən bəhs açılanda iki kiçik zaman mər-
hələsinə işarə olunur: onun əmri ilə «bir yazda, bir də payızda buğa 
ilə buğranı savaşdırardılar». Lakin ozanlar mətndə on beş il ötürül-
müş vaxtı (uşaq nəzir-niyazla dünyaya gələndən sonra on beş yaşına 
girənədək nə hadisə baş verdiyi buraxılır) boyun başladığı zaman və 
məkana uyğun şəkildə davam etdirirlər. Adama elə gəlir ki, bu elə 
Bayındır xanın toy qurdurub Qalın Oğuzun bütün bəylərini yanına 
topladığı həmin bahardır: bir yerdə ağ, bir yerdə qırmızı, bir yerdə də 
qara otaq qurulub... Çünki buraxılmış, «sıxışdırılmış zaman» ərzin-
də əslində ancaq bir şey dəyişmişdi. Dirsə xan tək deyildi, oğlu ilə 
birlikdə məclisə qədəm qoyurdu. Qalan məsələlər əvvəlki kimi qa-
lırdı. Yenidən əhatəli təsvirə yer verilir və hadisələr əfsanəvi məcra-
dan çıxarılıb (yəni Buğacın nəzir-niyaz, alqışla möcüzəli doğuşunun 


13
nəticəsi olaraq onun qeyri-adi varlıqlarla mücərrəd məkan və zaman 
çərçivəsində mübarizəsinə həsr olunmur), xalq adət-ənənələrinin fo-
nunda ailə-məişət səviyyəsinə endirilir.
Böyük  dövrün  sıxışdırılmasından  sonra  hadisənin  yenə  yazla 
başlaması zaman ardıcıllığı baxımından həm də boyun birtipliliyi-
ni təmin edən vasitədir. Struktur baxımından yazda əsası qoyulub 
düyünlənən hadisə bir növ həmin nöqtədən – yaz vaxtından da da-
vam etdirilir. Burada on beş illik fərq bir də ona görə hiss edilmir 
ki, zamanı öz arxasınca aparan əsas obraz meydana gətirilir və o, 
qəhrəmanlıqla ad-san qazanır: «Məgər, sultanım, genə yazın buğayı 
saraydan çıxardılar. Üç kişi sağ yanında, üç kişi sol yanında dəmür 
zəncirlə buğayı tutmışdılar. Gəlüb meydan ortasında qoyu verdilər. 
Məgər, sultanım, Dirsə xanın oğlancığı, üç dəxi ordı uşağı meydanda 
aşuq oynarlardı. Buğayı qoyu verdilər, oğlancıqlara «qaç» dedilər. 
Ol üç oğlan qaçdı, Dirsə xanın oğlancuğı qaçmadı. Ağ meydanın 
ortasında baxdı - turdı».
Boyda üçüncü mühüm hadisənin də çıxışı yazla əlaqələndirilir. 
Bunlar  təsadüfi  xarakter  daşıyırmı,  yoxsa  hansısa  sistemə,  inama 
bağlanır? 
Azərbaycan  türklərinin  məişətində  bahar  fəslinin  mühüm  əhə-
miyyət kəsb etməsi danılmazdır. Yazla hər şey təzələnir, xeyirliyə 
doğru atılacaq addımlar üçün zəmin hazırlanır. Hətta küsənlər ba-
rışırlar.  Eposda  ata-oğul  (şər-xeyir,  qış-yaz)  qarşılaşmasının,  daha 
doğrusu, toqquşmasının bünövrəsi ikincinin ad-san qazandığı gün-
dən qoyulur. Lakin birincinin tam şərləşməsi üçün növbəti yaza qə-
dər vaxt sərf olunur. Çünki şərxislətlilər qışın sazağını atanın ürəyinə 
ötürməli idilər. Yayda başlanan fitnə-fəsad yayda, payızda bəhrə verə 
bilməzdi. Bu halda Buğacın qayıdışı (ölümcül yaralanandan sonra 
Xızırın  yardımı  ilə  sağalması)  mümkün  deyildi.  Beləcə  il  ərzində 
Dirsə xanın nökərlərinin fitnəkar hərəkətlərinin təsvirindən sonra ov 
səhnəsi gəlir. 
Folklor, mifologiya, etnoqrafiya


14
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Ulu  babalarımız  oğuzlar  üçün  ov  və  döyüş  meydanı  həm  ad-
san qazanmaq, həm də dincəlmək, əylənmək yeri idi. Lakin boyda 
elin uğurunu təyin edən, bərəkətin, bolluğun təminatçısına çevrilən 
məkan (ov yeri) xəyanətkarlığa da şahid durur. Yenə də «alar sabah 
Dirsə xan yerindən uru turdı. Oğlancuğın yanına alıb, qırq yigidin 
boyuna saldı, ava çıqdı..» Bu səhər də eyni şəkildə Dirsə xanın on 
yeddi il qabaq Bayındır xanın məclisinə yollandığı və «qara otaqla» 
rastlaşdığı səhərin təsvirindəki misralarla təqdim olunur:  «Salqum-
salqum tan yelləri əsdigində…»
Boyda  eyni  nəzm  parçasının  olduğu  kimi  iki  dəfə  işlənməsi-
ni necə qiymətləndirək? Epik ənənədə qazax, özbək, xakas, qırqız 
türklərinin  bütövlükdə  nəzmlə  yaratdığı  eposlarda  poetik  məqam-
larda misra, beyt, bənd təkrarına rast gəlirik. Yazılı ədəbiyyatda da 
məsnəvilərdə bu haldan üslubi fiqur kimi faydalanırlar. Lakin təsvir 
hissəsi  nəsrdən  ibarət  «Kitabi-Dədə  Qorqud»  üçün,  ümumiyyətlə, 
xarakterik olmayan bir formanın mövcudluğu göstərir ki, epos arxa-
ik qatlarda tamam başqa qəlibdə yaranmış və birinci boydakı bütün 
hadisələrdə  zamanın  çıxışları  yazın  gəlişi  ilə  müəyyənləşdirilmiş-
dir. Oğuzlar uğur və uğursuzluqlarını ilaxır çərşənbələrdə təbiətdə 
özünü göstərən bəzi amillərlə – salxım-salxım dan yellərinin əsməsi 
(türklərin əski çağlarda Dan tanrısına inanaraq qurbanlar kəsmişlər), 
«köksü  gözəl  böyük  dağlara  gün  dəyməsi  (dastanda  dağ  kultuna 
inam da çox qüvvətlidir) və s. əlaqələndirmişlər. Bu ənənə sonrakı 
çağlarda poetik anlamda götürülmüş və əksər hadisələrin çıxışı yaza 
aid  edilmişdir.  Göründüyü  kimi,  hər  iki  zaman  anlayışının  bir-bi-
rindən fərqi göz qabağındadır. Əgər birincilər mifik «qızıl əsr»ə aid 
edilirsə, ikincilərdə dövr konkret tarixi əlamətlərlə elə əlaqələndirilir 
ki, gerçəklik, reallıq təsiri bağışlayır. Birinci dövrdə yaranan eposlar 
şifahi şəkildə ikinciyə keçəndə mifik strukturlar da gerçəklik pərdə-
sinə bürünür, tanrılar, ilahi qüvvələr insanlaşdırılır, qeyri-adi şəkildə 
təsəvvürə gətirilən varlıqlar təbii halına qaytarılır, ilkin məna tutu-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə