D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   2   3   4   5   6   7   8   9   ...   93

15
mu dərin qatlarda qalır. Halbuki zamana aid iki baxışdan biri digəri-
nin əksini təşkil edir, arxaik eposun başlanğıcı mifik ilkin yaranışlar 
dövrünün mənzərəsini yaratdığı halda tarixi qəhrəmanlıq dastanları 
elə hadisələrə üz tutur ki, dinləyicilərə baş verməsi bəlli olsun. Ta-
rix faktının tam mənzərəsini yaratmaq məqsədi daşımır, sadəcə üzdə 
olan bir-iki əlaməti (hadisənin baş verdiyi yeri, tayfa adlarını, tarixi 
şəxsiyyətləri və s), ya da son nəticəni mətnə daxil etməklə xalqın ta-
rixi-qəhrəmanlıq salnaməsini yaradırdılar. Məsələn, nağıl və dastan-
larda hadisələr allahdan başqa heç kəs olmayan zamanla əlaqələnib 
naməlum padşahla, naməlum ölkə, şəhər – məkanla, sehirli, qeyri-a-
di varlıqların iştirakı ilə inkişaf etdirilir və möcüzənin köməyi ilə 
çalınan qələbə ilə yekunlaşır. Digər tərəfdən, əgər eposda hadisənin 
çıxışı hamının tanıdığı Dəmirqapı Dərbənddə, Göyçədə, Trabzonda, 
Tiflisdə, Bağdadda, Qarsda, Əlincə qalasında və b. yerlərdə məlum 
zamanda  (Məhəmməd  peyğənbərin  yaşadığı  dövrdə,  Osman  qazi-
nin hakimiyyəti çağında və s.) başlanırsa, sonrakı döyüşlərin də ger-
çəkliyinə şübhə ilə baxılmır. Və «Dədə Qorqud» ona görə spesifik 
xüsusiyyətli dastandır ki, onda zaman və məkan anlayışının hər iki 
çıxış-başlanğıc formasından istifadə olunur. Lakin elə boylar var ki
A) Zaman mifik anlamdadır: 
«Duxa qoca oğlı Dəli Domrul boyu», «Basat Dəpəgözi öldürdigi 
boy», «Dirsə xan oğlı Buğac boyı», «Salur Qazan tutsaq olub oğlı 
Uruz çıqardığı boy». 
B) Emprik-tarixi zamanla başlanan boylar daha çoxdur: 
«Salur  Qazanın  evinin  yağmalandığı  boy»,  «Qambörənin  oğlı 
Bamsı  Beyrək  boyu»,  «Qazan  bəg  oğlı  Uruz  bəgin  tutsaq  oldığı 
boy»,  «Qanlı  qoca  oğlı  Qanturalı  boyu»,  «Qazılıq  qoca  oğlı Yey-
nək  boyı»,  «Bəkil  oğlı  Əmranın  boyu»,  «Uşun  qoca  oğlu  Səgrək 
boyu»,  «İç  Oğuza Taş  Oğuz  asi  olub  Beyrək  öldügi  boy». Ancaq 
hadisələrin çıxışı emprik xarakterdə olsa da, süjet xəttinin inkişafı 
prosesində çox hallarda başqa axara düşür. Diqqət çəkicidir ki, Dədə 
Folklor, mifologiya, etnoqrafiya


16
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Qorqud obrazının özü mifik mədəni qəhrəman səviyyəsindədir, onda 
ilkinliklə  bağlı  əlamətlərin  qalıqları  bir  neçə  boyda  hiss  olunacaq 
dərəcədədir.  Eləcə  də  onun  ad  qoyma  xüsusiyyəti,  əksər  boylarda 
xatırlanır. Bütövlükdə götürəndə epos Dədə Qorqudun dünyaya real 
gəlişi ilə başlanır, ilk baxışda elə təsir oyanır ki, mifik zaman arxada 
qoyulmuş, tarixə bəlli hadisə ön plana çəkilmişdir. Əslində isə «Ki-
tabi-Dədə Qorqud» adı altında müxtəlif dünyagörüşlərinin (zaman 
etibarı ilə bir-birindən bəzən min il məsafəsi qədər ayrılan) məhsulu 
olan, yazıya alındığı dövrdə ad və məkan ümumiliyi əsas götürülüb 
bir-biri ilə əlaqələndirilmişdir. 
Eposun «uzunluq toposları»
Eposun  «uzunluq  toposları»nı,  yaxud  xronotopları  müəyyən-
ləşdirilərkən onun yarandığı dövrə aid əlamətlər – dünyagörüşü sis-
temləri, adət-ənənələr, tarixi şərait nəzərə alınmalıdır. Ümumiyyətlə, 
tədqiqatçılar epik ənənədə, xüsusilə eposlarda işlənən zaman uzun-
luğunu  –  hadisələr  başlayıb  bitənədək  olan  dövrü  «topos»,  yaxud 
«xronoakt» (vaxt ardıcıllığı aktı) adlandırırlar. 
Mifoloji-arxaik  qəhrəmanlıq  dastanlarında  bədii  təsvirin  əhatə 
dairəsinin spesifikliyini göstərən amillərdən biri – hadisə və hərəkət-
lərin  mübaliğəli  şəkildə  həddindən  artıq  uzadılmasıdır.  Təsvirdə 
özünü  biruzə  verən  bu  hala  elmi  ədəbiyyatda  «uzunluq  toposu», 
yaxud «xronoakt» deyirlər. Azərbaycan eposlarında bir qayda olaraq 
uzunluq toposları bir-birinə oxşardır, ənənəvi xarakterdədir. 
Bütövlükdə götürdükdə, dünya xalqlarının epos yaradıcılığında 
uzunluq toposlarının ümumi məzmunu belədir: 
a)  qəhrəmanın təkbaşına mübarizəsi; bir neçə mərhələdən (çox 
hallarda üç) ibarət olur, zaman adi qaydada təsvir edilir, gecə gün-
düzə çevrilir, üç gün, üç gecə keçir, lakin bu adiliyin içərisində elə 
bir sirli aləm gizlənir ki, onu tam dərk etmək üçün əsrləri adlayıb 


17
ilkinliyə  baş  vurmaq  lazım  gəlir;  b)  mənzil  başına  çatmaq  üçün 
qət edilən yol; qəhrəman sehirli əşya və tapşırıq ardınca gedir, illər 
bir-birini əvəzləyir, ancaq ona elə gəlir ki, sanki zaman preslənib, 
mübarizə aparan bəzən «kosmik sürətlə» hərəkət edir, «uçur», bir 
aylıq işini bir saata yerinə yetirir, lakin vaxt dəyişmələrini hiss etmə-
dən bir sirli məkandan digərinə çatır, təbii əlamətlərin belə başqalaş-
ması (gecənin gündüzlə, qışın yazla əvəzlənməsi) bir göz qırpımında 
baş verdiyindən zaman uzunluğu duyulmur.
Zaman uzunluğu toposunun bu iki forması epik ənənədə əsərdən 
əsərə müxtəlif poetik və fuksional xüsusiyyətlər kəsb edir. Məsələn:
– Elə mifoloji epos və nağıllar var ki, orada hadisələrin zaman ar-
dıcıllığı və uzunluğu ilin dörd fəsli ilə müəyyənləşir, biri ilə başlayıb 
digərlərini adlamaqla sonuncuda tamamlanır;
–  Başqa  funksiyada  hadisələr  bir  fəsil  (payız,  yaxud  qış,  yaz, 
yay) çərçivəsindən kənara çıxmır;
–  Bəzən  zaman  hər  hansı  bir  məkanın  təbii  şəraitinə  uyğun 
əlamətlə  müəyyənləşir;  qızılgüllər  açır,  ağaclar  yarpaqlayır  (baha-
ra işarədir), şimşək çaxır, bağlar bar verir (payıza işarədir). «Dədə 
Qorqud» da suların coşub daşması, dağların ucalığı məkanla zama-
nı şərtləndirən əsas əlamətlərdən biridir. Belə ki, Oğuz bəyləri uzaq 
yerdən vətənə qayıdanda ilk olaraq təbiət varlıqlarına üz tuturlar:
...Qarşu yatan qara dağdan aşub gəldügində-keçdügində
Beyrək adlu bir yigidə bulaşmadınmı?
Taşqun-taşqun suları aşub gəldügində-keçdügində
Beyrək adlu bir yigidə bulaşdınmı?..» [10, 61]
Yaxud:
«Arğab-arğab qara tağın yıxılmışdı, ucaldı axır!..
Qanlu-qanlu suların sovulmuşdı, çağladı axır!..» [10, 66]
Folklor, mifologiya, etnoqrafiya


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə