D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   2   3   4   5   6   7   8   9   ...   93

18
DƏDƏ QORQUD ARAŞDIRMALARI

Qışla  yaz  antiteza şəklində  qoyulur;  uğursuz  hadisələr  qışla, 
qələbələr, yaranışlar yazla bağlanır.
İkinci misalda Beyrəyin vətəninə gəlib çatdığı, ata-anasına qo-
vuşduğu zaman və məkan «yıxılmış dağın təzədən ucalması», «qu-
rumuş suların coşub çağlaması» ilə əlaqələndirilir.

Zaman toposları epik ənənədə qəhrəmanın yaş mərhələləri əsa-
sında verilir;

Vaxt sürətli göstərilir; «Ay keçdi, il keçdi, on beş yaşında bir 
oğlan oldı» cümləsində böyük bir dövr sıxışdırılmış şəkildədir.

Zamanın  tərsinə  dönməsinə,  geri  qayıtmasına  –  qocanın  ca-
vanlaşması, ölənlərin dirilməsi halına da rast gəlirik.
Bu hallar bir məkan daxilində zaman uzunluğunun funksional və 
poetik əlamətləridir.
Epik qəhrəmanın səyahətləri və səfərləri bir məkanın dairəsindən 
çıxıb ölkələrlə, çaylarla, dənizlərlə, göllərlə, dağlarla, meşələrlə mü-
şayiət olunur. Bu halda zamanla məkan əlamətlərinin əlaqələnmə-
si, bağlılığı yaranır və «xronotop» (vaxt-yer) şəklində təsvir edilir. 
«Xronotoplar» eposun bədii sistemində xüsusi poetik funksiya da-
şımaqla yanaşı, hadisələrin zaman uzunluğu və məkan yerləşməsini 
abstarklıqdan konkretliyə doğru aparan əsas vasitələrdən biri kimi 
çıxış  edir.  M.M.Baxtin  «zaman-məkan  anlayışının  obrazlı  şəkildə 
və vasitələrlə ifadə edilməsi» şəklində ümumiləşdirərək göstərir ki, 
«Çox sulardan keçdilər, çox dağları aşdılar» - deyəndə vaxt məkan-
la qovuşuq haldadır və təsvirin «xronotop»luğunu şərtləndirir [22, 
132-134].
Epik ənənədə, faktiki olaraq, həm zaman, həm də məkan qəh-
rəmanın  şərlə  təkbaşına  mübarizəsinin  davamlılığına  yardım  edən 
vasitə rolunda çıxış edir. Ona görə ki, hər ikisi epik hərəkətin xa-
rakterini necə var, elə, daha doğrusu, əsər yaradanın nəzərdə tutdu-
ğu şəkildə göstərməklə daha fəal vəzifə daşıyıcısına çevrilir. Sanki 
qəhrəmanlıq  mübarizəsi  başlayandan  qurtaranadək  obrazla  məkan 


19
rollarını dəyişdirir. «Dağ yerindən oynayır», «nərildəyir», «buludlar 
kişnəyir». «Kitabi-Dədə Qorqud»da hətta qəhrəmanlar öz günahla-
rının səbəbini məkana aid amillərdə axtarırlar:
«Qazan bəg burada yurdlən xəbərləşmiş, görəlim, xanım, nə xə-
bərləşmiş; Qazan aydır:
Qum qumlamayım quma yurdum!
Qulanla sığın-keyikə qonşı yurdum!
Səni yağı nerədən darımış, gözəl yurdum!
Ağ ban evin dikiləndə yurdı qalmış… [11, 301]
Bu o səbəbdəndir ki, qədim zamanlarda yurd və döyüş yerləri 
uğuru, qələbəni təmin edən əsas vasitə kimi müqəddəsləşdirilir, yo-
lunda canından keçən igidlərdən çox həmin məkanlar xatırlanırdı. 
Görkəmli rus alimi M.M.Baxtin türk-monqol dastanı «Canqar»-
dan bəhs açanda başqa termin təklif edərək yazır ki, «zamanla mə-
kanın təsvirinin davamlılığında eyni funksiya daşıdığını nəzərə alıb, 
çox şərti olaraq, onların bağlılığını «xronoakt» (yəni «hərəkət zama-
nı») anlayışı ilə ifadə etmək məqsədəuyğundur» [23, 296]. Məsələyə 
bu cür yanaşanda zaman sadəcə davamlılıq, ölçü həddi kimi götürül-
mür, hərəkətin, hadisənin özünün qeyri-adiliyinin nəzərə çatdırılma-
sı, xüsusi yolla artırılması və bu an dinləyiciləri yormamaq məqsə-
dilə təsir gücünün genişləndirilməsi formasında qəbul edilir. 
Fərqli epik səpgiyə malik dastanlarda epik «xronoakt» yeganə 
ifadə formasıdır ki, bir janr daxilində haqqında ümumiləşdirilmiş şə-
kildə danışmaq mümkündür. «Xronoakt»ların müxtəlifliyi tarixi-po-
etik əlamət kimi daha böyük maraq doğurur.
Göründüyü kimi, tarixi qəhrəmanlıq dastanlarında zaman topos-
ları onunla xarakterizə olunur ki, arxaik epik ənənədən fərqli ola-
raq bir çox məsələlərdə cəmiyyətin inkişaf pillələrinə uyğun «yeni-
liklər» əks etdirilir. Bu yeniliklərdə bir-biri ilə əlaqələnən iki vacib 
Folklor, mifologiya, etnoqrafiya


20
DƏDƏ QORQUD ARAŞDIRMALARI
cəhət  ortaya  çıxır:  birinci,  zamanın  «bütövlüyü»  və  onun  ölçüləri 
haqqında  təsəvvürlər  əsaslı  şəkildə  dəyişir.  İkinci,  təsvirdə  zaman 
axınının ötürülməsi üsulları başqalaşır. Epik ənənədə tam zamanın 
təsviri  tərkib  hissələrinə,  mərhələlərə  ayrılaraq  həyata  keçirilir  və 
çoxsaylı zaman hədlərini iki bölmədə sistemləşdirmək məqsədə uy-
ğun sayılır: 
A. Sadə və qısa zaman həddi. 
Hadisənin baş vermə müddəti, davamlılığı uzun çəkmir. Qəhrə-
man üç, yaxud beş gün möhlət alır. Bu qrupda ən böyük hədd bir ilin 
tamamıdır. Ondan sonra gələn zaman bölgüləri bu qrupa aid deyil. 
Az vaxt həddi ilə tapşırığı yerinə yetirmək öhdəliyini götürən qəhrə-
man həmin müddətdən kənara çıxmamalıdır. Qısa zaman həddi çox 
hallarda epik ənənədə əsas şərt kimi meydana çıxır, pozulması şərin 
qələbəsini təmin edir, hər şeyi məhvə doğru aparır. 
B. Mürəkkəb və uzunmüddətli hədd. 
İnsan ömrünün əsas mərhələləri ilə (doğulub-evlənməsi, böyü-
yüb taxt-taca sahib olması, uşaqlığını, yaxud gəncliyini, cavanlığını, 
qocalığını başa çatdırması) ölçülərək illər ərzində davam edir. Epos-
larda bu vaxt bölgüsü bəzən, 25-30 il uzanır. D.S.Lixaçov düzgün 
olaraq bu nəticəyə gəlir ki, böyük zaman müddətləri – blinalarda bir, 
iki, otuz üç il şəklində o yerdə meydana çıxır ki, orada «hadisələr 
qırılır» [28, 53]. Qəhrəmanın hərəkətinin kəsilməsi səbəbi çox hal-
larda onun meydandan «kənarlaşdırılmasın»dan irəli gəlir. Məsələn, 
Bamsı Beyrək, epik əhvalatın tamamlanmaq ərəfəsində əsir alınıb 
Bayburd sultanının qalasında 16 il saxlanılır. Və hadisələrdə bir növ 
16 illik dövr sıxışdırılır, ya da tamamilə ötürülür. Daha doğrusu, qəh-
rəmanın  fəaliyyətinin  «dondurulduğu»  böyük  zaman  məsafəsində 
hadisələr dolu deyil, ötürmələrlə təsvir edilir.
Zaman bu qayda ilə «ötürülməsi» bir neçə səbəbdən baş verir:
1. Qəhrəman möcüzəli şəkildə doğulur. Onun yetkinlik yaşa çata-
nadək olan dövrü ötürülür. O, ayla, illə deyil, günlə, saatla böyüyür.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə