D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   4   5   6   7   8   9   10   11   ...   93

24
DƏDƏ QORQUD ARAŞDIRMALARI
yanı  onun  görünən,  maddi,  hissi  tərəflərindən  qavrayır.  Saylar  da 
həmin ilkin qavrama çevrəsinə daxil olan ünsürlərdəndir. Əşyaların 
sayılması  insan  təfəkkürünün  inkişafında  çox  böyük  rol  oynamış, 
onu irəli aparmışdır. 
Mifologiyada saylar dünyanın yalnız kəmiyyət baxımından qav-
ranma vasitəsi deyildir. Mifoloji çağ insanı dünyanı rəqəmlər vasitəsi 
ilə yalnız dərk etməmiş, həm də təsvir edərək «modelləşdirmişdir». 
Başqa sözlə, rəqəmlərin mifoloji dünya modelinin qurulmasında son 
dərəcə böyük və müstəsna rolu olmuşdur.  
Kəmiyyət  (say)  insanın  dünya  anlamında  faydalandığı  vacib 
abstrakt anlayışlardan biridir. Rəqəmlərin sakrallaşdırılması yaranış-
ların mifoloji dərkolunmasında xüsusi əhəmiyyət kəsb etmiş, əmək 
alətlərinin,  istehsal  vasitələrinin,  məişət  əşyalarının,  ailə  və  icma 
münasibətlərinin, sənət və peşələrin, xalq bədii təfəkkürünün, poe-
ziyanın, epik ənənənin meydana gəlməsində böyük rol oynamışdır. 
Say – mifoloji sistemlərdə ən geniş yayılmış işarələr toplusudur və 
keyfiyyət-kəmiyyət, zaman-məkan-miqdar daşıyıcısı kimi çıxış edir. 
İnsan özü də işarə-təsvir üsullarından biri kimi xüsusi say kodunun 
ən  mühüm  elementinə  çevrilir.  Başqa  sözlə,  mifoloji  modellərdə 
bəşər övladının dünyaya gəlməsi başqa dünya elementləri ilə müqa-
yisədə müxtəlif rəqəmlərlə qeyd edilir. Məsələn, «Avesta»da bütün 
canlıların altıncısı insandır, deməli, atəşpərəstlik inancında insanın 
sakral say işarəsi «6»-dır. Çin mifologiyasında isə insan «3»–lə do-
ğulur və dünya modeli bütövləşir.
Öncə gözlə gördüklərini, sonra isə düşündüklərini cütləşdirməsi-
ni bəşər övladının ilk ən böyük elmi kəşfi hesab etmək olar. Günəş 
- gündüz bir idi, o, ay - gecə ilə qoşalaşdırıldı və ikini (birin əksini) 
meydana gətirdi. Yaz girəndən payızın ortalarınadək olan dövr biri – 
tanrının insanlara göndərdiyi xoş çağları anladırdı, qış isə onun tərsi, 
ikiləşməsi, cütləşməsi idi. Xeyir-şər əkizliyinin bünövrəsi məhz iki 
rəqəminin  kəşfi  ilə  qoyulmuşdur. Və  hər  şeyin  doğuşu  varlıqların 


25
əkizləşməsinin, ikiləşməsinin, əksliklərin qarşılaşdırılmasının nəti-
cəsində  baş  vermişdir. Yer  -  kişi  (Heb,  Zevs)  göy  -  qadınla  (Nut, 
Hera), hava-kişi (Şu) su-qadınla (Tefnut) evlənməklə başqa varlıqla-
rı dünyaya gətirmişdir. Sayların təbii sıralanması dilin dərin qatların-
da indi təsəvvür etdiyimiz şəkildə deyildi, tamamilə başqa ardıcıllıq 
və anlamda idi. Saylar keyfiyyətcə müxtəlifcinsli düşünülür, onla-
rın fövqəltəbii gücə malikliyi müəyyən vasitələrlə təsdiqə çalışılır, 
bəzilərinə tam üstünlük verilirdi. Bu mənada dünya xalqlarının hər 
birini fərqləndirib əsas, vacib saydığı saylar mövcuddur. Rəqəmlə-
rin sakral funksiyasını müəyyənləşdirmək üçün ulu əcdadın dünya 
haqqındakı ibtidai təsəvvürlərinə diqqət yetirmək kifayətdir. Çünki 
dünyanın  mifoloji  mənzərəsinin  əsas  cəhətləri  çoxsaylı  variantlar 
şəklində əksər xalqlarda özünü biruzə verir. Dünyayaratmada elə pa-
rametrlərdən bəhs açılır ki, bütün hallarda say etibarı ilə sabitliyini 
qoruyub saxlayır. Mifik dünya modelinin müxtəlif strukturlarını öy-
rənəndə görürük ki, ilk əvvəl o iki hissəyə bölünür – gerçək dünya 
və xarüqüladə dünya. 
Dünya şaquli xətt üzrə ən azı üç hissəyə, üfüqi xətt iləsə mərkəzi 
dayaq nöqtəsi qatılmaqla dörd istiqamətə ayrılır: şərq, qərb, şimal, 
cənub. 
Dünyanın  əsas  ölçülərinin  cəmi  yeddidir:  4  (yer  üzü-
nün  dörd  istiqaməti)  +  1  (mərkəz)  +  1  (yuxarı)  +  1  (aşağı).  
«Yeddi» sayının geniş yayılmasının səbəbini məhz dünyanın struk-
turunun parametrləri ilə əlaqələndirirlər. Bəs yerdə qalan saylar necə 
olsun? Qeyd etmək lazımdır ki, mifik dünya modelində onların hər  
birinin öz yeri və məna tutumu var: iki – yaşadığımız dünya və o biri 
dünyadır (yerüstü, yeraltı dünyalar). Üç – göy (kosmos) + yerüstü 
dünya (gerçək dünya) və yeraltı dünyadır (ölülər aləmi). Dörd – yer 
üzünün tərəfləridir. Çinlilər dünyanı çox hallarda iki rəqəmlə – «beş» 
və  «altı»  ilə  müəyyənləşdirirdilər.  «Beş»  deyəndə,  mərkəzi  dayaq 
nöqtəsi  və  yer  üzünün  dörd  tərəfi;  «altı»  -  yer  üzünün  dörd  tərəfi 
Folklor, mifologiya, etnoqrafiya


26
+ aşağı + yuxarı. «Altı»nın sistemində istiqamət bildirən anlamlar 
olduğu  kimi  qəbul  edilsə  də,  tənzimləyici  funksiyasını  «mərkəz» 
əvəzinə «yuxarı» və «aşağı» hissələr öz üzərinə götürür. Beş və altı 
rəqəmlərinin sakrallığını əyaniləşdirən sxemlərə nəzər salaq:
İnsan təbiətdə baş verən hadisələrin arxasında magik qüvvənin 
dayandığını  zənn  etməklə  yanaşı,  bir  sıra  rəqəmlərin  də  fövqəltə-
biiliyinə inanmış və onları iki qismə ayırmışdır: uğurlu və uğursuz 
rəqəmlər. Mifoloji təsəvvürlərdə hər ikisi qeyri-adi işlərin törədici-
sidir. Dünya mifik sistemlərində, xüsusilə xristianlıqda üç dəfə altı 
rəqəminin təkrarı (666) iblisin gəlişini, üç dəfə səkkizin yanaşı iş-
lənməsi  (888)  İsus  Xristosun  yenidən  doğuşunu  bildirir.  Eləcə  də 
iyirmilik  say  sisteminə  daxil  olan  13  nəhs  rəqəm  hesab  edilir. Ay 
təqvimində bir neçə rəqəm - 10, 13, 16, 25 bədbəxtlik, 29 isə uğur-
suzluq gətirən gündür, qalan hallarda 13 rəqəminin nəhsliyi deyil, 
iki müqəddəsliyi – 1-i (tanrı) və 3-ü (dünyalar) özündə əks etdirən 
şöhrət rəmzi olmasından bəhs açılır. 
Göy cisimləri ilə bağlı mifoloji təsəvvürlərdə (astral mifologiya-
da) sakral rəqəmlər planetlər və rənglər göy cisimləri ilə əlaqələn-
“5” SAYININ SAKRALLIĞI “7” SAYININ SAKRALLIĞI
1 - Dünyanın
mərkəzi
2 - Şimal
3 - Şərq
4 - Cənub
5 - Qərb
6 - Yuxarı
7 - Aşağı
2 - Şimal
3 - Şərq
4 - Cənub
5 - Qərb
1 - Dünyanın
mərkəzi
DƏDƏ QORQUD ARAŞDIRMALARI


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə