D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   5   6   7   8   9   10   11   12   ...   93

27
dirilir: bir Günəşin rəmzidir - yaradıcıdır, kişidir, işığın, odun təm-
silçisidir;  iki Aydır  -  qaranlıq,  soyuqluqdur,  dağıdıcıdır,  qadındır; 
üç Yupiterdir  -  ucalıq,  böyüklük  deməkdir;  dörd  Urandır  -  ağılın, 
müdrikliyin yayıcısıdır; beş Merkuridir - dövlət simvoludur, sərvət 
gətirəndir; altı Veneradır - məhəbbətin və gözəlliyin qoruyucusudur; 
yeddi və səkkiz ayrılıqda hər hansı bir planetlə bağlanmır; doqquz 
Marsdır – müharibələrin hamisidir. 
Müqəddəs rəqəmləri Azərbaycanda ilk araşdıran Y.V.Çəmənzə-
minlidir. O, 3, 7, 9, 40 rəqəmlərinin mənşəyi məsələsinə toxunmuş 
və  «Məlikməmməd»  nağılından  bəhs  açanda  onların  sakrallığına 
xüsusi  diqqət  yetirmişdir.  Padşahın  üç  oğlunun  dünyaya  gəlməsi, 
quyuda üç mağarada üç divin  yanlarında üç qız saxlaması, Məlik-
məmmədin divlərlə 40 gün, 40 gecə güləşməsi, Zümrüd quşunun 40 
şaqqa ət, 40 tuluq su götürməsi, 40 gün, 40 gecə toy olması epizodla-
rını mifoloji düşüncənin məhsulları saymışdır. Y.V.Çəmənzəminliyə 
görə, yeddi sayı o səbəbə müqəddəsdir ki, onda insanın yaşaması 
üçün zəruri olan və Zərdüşt fəlsəfəsində materialist əsaslarla məna-
landırılan, yerə məxsus dörd (torpaq, su, hava, od) və göyə məxsus 
üç (günəş, ay, ulduz) ən əsas şey birləşmişdir (4+3=7). Rəqəmlərin 
sakrallaşmasını mifoloji görüşlərlə bağlayan ədib bəzən ziddiyyətli, 
mübahisəli  qənaətlər  irəli  sürsə  də,  ümumilikdə  problemə  düzgün 
yanaşmışdır. «Türküstanda və türk-tatarların təsiri olaraq rus nağıl-
larında  rast  gəldiyimiz  9  rəqəmini  bizdə  görmürük»  hökmü  onun 
folklor materialları ilə hərtərəfli tanış olmaq imkanı tapmaması ilə 
və xalqımızın ilkin dünyagörüşünün təkcə atəşpərəstliyə köklənmə-
si ideyasını əsaslandırmağa çalışması ilə bağlamaq olar. Türklüyün 
Azərbaycanda ancaq dil faktoru tək yaşadığını, özbək və qazaxlarda 
isə həm də kökdən gələn adət-ənənə şəklində qaldığını göstərən qə-
naətləri zərdüştlüyün türk inancına zidd tərəfləri ilə əlaqədar idi, o, 
məhz bu mənada yazırdı ki, «zərdüşti fəlsəfi və etiqadlardan doğan 
nağıllarımız yalnız dil etibarilə türkləşmişlər. İrqi rəqəmini nağıllar-
Folklor, mifologiya, etnoqrafiya


28
DƏDƏ QORQUD ARAŞDIRMALARI
da işlədən Orta Asiya yalnız dilcə deyil, məzmunca da nağıllara təsir 
etmişdir...» [4, 50]. «Azərbaycan nağıllarının əhvali-ruhiyyəsi» adlı 
məqaləsində  isə  türklüyü  həm  də  ruh,  adət-ənənə  baxımından  lap 
qədimlərdən özümüzdə daşıdığımız qənaəti irəli sürülür və bildiri-
lir ki, «Hər bir irqin özünə məxsus rəqəmi var: türkün 9» [28, 46]. 
Alim burada özünün əvvəlki hökmünün əksinə çıxaraq təsdiqləyir 
ki, Azərbaycan türkləri də 9 rəqəmini müqəddəs hesab etmiş və folk-
lorunda geniş işlətmişdir. 
Ümummiyyətlə,  kəmiyyət  anlayışlarının  meydana  gəlməsi  ilə 
bağlı təsəvvürlərə görə, bir kiloqram pambıqla, bir kiloqram dəmi-
rin  çəkisinin  eyniliyi  körpə  uşağın  ağlına  çətin  yerləşir.  O  səbəbə 
ki, pambıqla dəmirin həcminin onun gözündə tamam əks formada 
görünməsi iki varlığın çəkisinin bərabərliyini anlamağa maneçilik 
törədir. Bəşər övladının şüurunun oyandığı ilkin çağlarda da belə ol-
muşdur. Məsələ təkcə onda deyildi ki, başlanğıcda ulu əcdad əqli 
inkişafı ilə uşaqdan fərqlənmirdi, həm də sadəcə olaraq bütün topla-
dığı təcrübə, düşüncəsinin istiqaməti, dünyanı dərketmə qabiliyyəti 
də  analoji  cəhətdən  uşağınkılarla  eyni  idi.  Deməli,  insan  saymağı 
öyrənəndə üzərində hesablama apardığı konkret əşyanı nəzərdə tutsa 
da, rəqəmlərin dəyişməsinə deyil, sayılan varlıqların həcminin artma-
sına diqqət yetirmişdir. Ona elə gəlmişdi ki, rəqəmlər çoxalıb-azal-
dıqca varlıqlar da başqa keyfiyyətə, yaxud hala keçir. Digər tərəfdən, 
əşyaların sayının və çəkisinin eyniyyəti zamanı zahiri görünüşündə 
ciddi fərqlər nəzərə çarpırdı. Məsələn, yüz ədəd doğranmış odunla 
yüz oxun yer tutumunda böyük fərq vardı. Şüuru hələ tam inkişaf et-
məmiş körpə uşağa desən ki, bu əşyaların sayı bərabərdir, inanmaz. 
Yaxud  beş  atla,  beş  toyuğun  yerləşməsi  üçün  hazırlanan  tövlə  və 
hin bir-birindən tamamilə seçilir. Burada «sakinlərin» sayı eyni olsa 
da, tutumu, növü, xarakteri, çəkisi, funksiyaları tamamilə başqadır. 
Deyilənləri daha aydın başa düşmək üçün təbiət hadisələrinin sayı-
nın eyniliyində onların formasındakı fərqlərin mövcudluğuna nəzər 


29
Folklor, mifologiya, etnoqrafiya
salmaq kifayətdir. Azərbaycan xalqının mifoloji təsvirlərində tez-tez 
işlənən bir cümləyə diqqət yetirməklə aydınlıq gətirək: «Üç gün, üç 
gecə yol getdilər». Burada «üç» bir-birinə əks məfhumların (gün və 
gecənin) miqdarının eyniliyi bildirilir, lakin fikirdə say tam oxşar şə-
kildə nəzərə çatdırılsa da (3=3), zaman bölgüsünün tam bərabərliyi 
ilə rastlaşmırıq. Əslində 24 saatlıq bütöv gün fikirdə qoyulduğu şə-
kildə üç dəfə eyni formada təkrarlanmır: günlərin tərkibindəki «bir-
lər» «ikilər»lə zəncirvarı halda qarşı-qarşıya durmaqla (gün-gecə //
gün-gecə //gün-gecə) cütləşir. Başqa sözlə, gün tam şəkildə deyil, 
bərabər hissələrə – gecəyə və gündüzə bölünərək sıralanır: 
BİR GÜN - BİR GECƏ + BİR GÜN - BİR GECƏ + BİR GÜN - 
BİR GECƏ = ÜÇ GÜN - ÜÇ GECƏ. 
Kəmiyyəti zamana deyil, konkret əşyaya və insana aid edəndə 
isə fikir dəqiq ifadə olunur. Məsələn, «Çadırda üç qız  və üç oğlan 
oturmuşdu», yaxud «Özü ilə üç oxla üç xəncər götürdü» cümlələrinə 
diqqət yetirək. Birincidə canlı varlığın cins üzrə bərabər bölünmə-
sindən, ikincidə isə silahların sayının eyniliyindən bəhs açılır. De-
yilənləri sxemdə daha aydın görmək mümkündür. 
Bu cümlədəki iki «üç»ün mütləq bərabərliyi, eyniliyi nəzəri əsas-
la özünü doğrultsa da, praktik cəhətdən mümkünləşə bilmir. Başqa 
sözlə, üç gün dalbadal gündüz, ardınca da üç gün gecə baş verə bil-
məz. Çünki gecədən sonra mütləq gündüz gəlir və gecə qaranlıqsız 
1
G
ÜN
1
G
ec
ə
1
G
ÜN
 
1
G
ec
ə
 
1
G
ÜN
 
1
G
ec
ə
 
 
I
II
III
ÜÇ GÜN
Ü
Ç GECƏ
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə