D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə2/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   2   3   4   5   6   7   8   9   ...   84

5
və  türk  deyilmişdir.  «Oğuz»  sözü  dastanlarda  xatirəsi  yaşadılan 
əcdadlarının  adı  kimi  xalq  arasında  uzun  müddət  işlədilmişdir. 
Oğuzlar  orta  çağlarda  dünya  tarixində  böyük  rolu  olan  səlcuq, 
atabəylər, qaraxanilər, osmanlı, ağqoyunlu və səfəvi kimi qüdrətli 
imperiyalar yaratmışlar. Lakin «Dədə Qorqud» dastanını  oğuz-
larla  məhdudlaşdırmaq  düz  deyil.  Başqa  sözlə,  «oğuz»  adının 
tarix  meydanında  göründüyü  əsrlərlə  –  VI  –VII  yüzilliklərdə 
durğunlaşdırmaq  onu  Qafqaz,  Azərbaycan  mühitindən  ayırmaq 
təşəbbüsündən başqa bir şey deyil. Əslində oğuzların ulu baba-
larının – hunların, saka türklərinin, massagetlərin, albanların ta-
rixin müxtəlif aşırımlarında doğma ellərindən uzaqlaşıb yenidən 
geri  dönmələri  ilə  gen  yaddaşında  yaşatdıqları  dastanlaşmış 
tarixlərinin məhz yarandığı məkanda orta çağlarda yazıya alın-
masıdır. 
Faktlar onu göstərir ki, Qafqazda və Yaxın Şərqdə yaşayan 
türklərin  yazısı  və  ana  dilli  ədəbiyyatı  çox  qədim  zamanlardan 
mövcud olmuşdur. Belə ki, XIV yüzillikdə Misirdə yaşamış, turk-
səlcuq mənşəli Əbu-Bəkr ibn Abdullah ibn Aybək əd-Davadarinin 
məlumatından aydın olur ki, oğuzların erkən orta əsrlərə aid ya-
zılı abidələri var idi. O, 1309-cu ildə tamamladığı «Dürər-ət ti-
can  və  təvarix  qürar  əz-zaman»,  yəni  «Şöhrətlilərin  tarixindən 
mirvarilər» adlı ərəb dilində yazılmış kiçik həcmli xronikasında 
göstərir  ki,  Əbu  Müslüm  Xorasaninin  (755-ci  ildə  öldürülmüş-
dür) xəzinəsindən bir kitab tapılmışdır. Orta fars dilində yazılan 
bu kitab Ənuşirəvan Sasaninin (531-579-cu illərdə hakimiyyətdə 
olmuşdur)  məşhur  vəziri  mərvli  Buzurq  Mihr  Baxtxana  məxsus 
imiş. Türk dilindən tərcümə olunan kitab «Ulu xan ata Bitigçi» ad-
lanırdı. Harun-ər Rəşidin hakimiyyəti illərində (763-809) suriyalı 
Cəbrayıl Bəhtaşi tərəfindən ərəb dilinə çevrilmişdi. S.Əlizadənin 
qənaətinə  görə,  «VIII  əsrdə  ərəb  dilinə  tərcümə  edilən  bu  əsər 
ağızlarda dolaşan şifahi ədəbiyyat - folklor dilindən tərcümə edilə 
Redaktordan


6
DƏDƏ QORQUD ARAŞDIRMALARI
bilməzdi. O, yazılı bir əsər olmalı idi. Deməli, hələ o vaxt «Dədə 
Qorqud  kitabı»nın  müəyyən  hissələri  mövcud  imiş...»    Bunu 
«Dədə  Qorqud»un  hissələri  kimi  qələmə  vermək  həqiqətdən 
uzaq olsa da, onun variantı, yaxud müəyyən boylarla səsləşən 
müstəqil oğuznamələr olması şübhəsiz idi.
“Dədə  Qorqud”  elmi-tədqiqat  mərkəzi  (laboratoriya-
sı)  ümummilli  liderimiz  Heydər  Əliyevin  təşəbbüsü  ilə  məhz 
“Kitabi-Dədə  Qorqud”  dastanının  1300  illiyi  ərəfəsində  ya-
radılmışdır.  1997-ci  il  20  aprel  tarixli  Prezident  fərmanından 
sonra respublikanın hər yerində olduğu kimi, universitetimizdə 
də yubileyə hazırlıq işləri başlanmış və ali təhsil ocaqları ara-
sında ilk irimiqyaslı elmi konfrans məhz ADPU-da təşkil olun-
muşdur. Bütün fakultələrdə “Dədə Qorqud” dərsləri keçilmiş, 
elmi məcmuələr, toplular çap edilmişdir. Görülən tədbirlərin ən 
mühümü  isə  2000-ci  ilin  dekabr  ayında  “Dədə  Qorqud  elmi-
tədqiqat mərkəzi”nin (laboratoriyası) yaradılması olmuşdur. 
İctimai elmlər sahəsi üzrə uzun illər fəaliyyət göstərən üç 
problem laboratoriyasının bazası əsasında təşkil edilən “Dədə 
Qorqud  elmi-tədqiqat  mərkəzi”nin  ilk  rəhbəri  prof.  Bulud-
xan Xəlilov olmuşdur. Həmin çağdan başlayaraq universitetdə 
“Dədə Qorqud” məcmuəsi nəşrə başlamış və bu günədək 28 bu-
raxılışı işıq üzü görmüşdür. 
2011-ci  ilin  oktyabrından  mərkəzə  prof.  Ramazan  Qafar-
lı  rəhbərlik  edir.  Bu  ildən  kollektiv  dərginin  adını  dəyişmək 
məcburiyyətində qaldı. Ona görə ki, AMEA-nın Folklor İnstitu-
tunda fəaliyyət göstərən “Dədə Qorqud” şöbəsinin nəşr etdirdi-
yi toplu da “Dədə Qorqud” adlanırdı.
“Dədə  Qorqud  elmi-tədqiqat  mərkəzi”ndə  dünya 
mədəniyyətinin  şah  əsərlərindən  sayılan  “Kitabi-Dədə  Qor-
qud”  eposu,  qədim  türk  yazılı  abidələri  və  folkloru  bir  neçə 
istiqamətdə hərtərəfli araşdırılır. 


7
Redaktordan
Mərkəz müvafiq olaraq üç bölməyə ayrılır. “Onamastika, di-
alektologiya, etimalogiya” bölməsinə  uzun illər AMEA-nın müx-
bir üzvi, prof. A.Qurbanov rəhbərlik etmişdir. Hazırda bölmədə 
dörd elmi işçi (A.Əliyeva, B.Məmmədov, M.Seyidov, Ə.Cəfərov) 
və iki böyük laborant (G.Balayeva, M.Əliyeva) çalışırlar. 1990-
cı ildə R.Qafarlının rəhbərliyi ilə yaradılmış “Folklorşünaslıq” 
problem  laboratoriyasının  bazası  əsasında  1997-ci ildə “Folk-
lor,  etnoqrafiya,  mifologiya”  bölməsi  təşkil  edildi.  Bölməyə 
əvvəl prof. M.Həkimov, sonra isə prof. P.Əfəndiyev rəhbərlik et-
mişdir.  Bölmədə  iki  böyük  elmi  işçi  (P.Hüseynova,  X.Əliyeva), 
iki    kiçik  elmi  işçi  (Ş.Allahverdiyeva,  S.Babayeva),  bir  bö-
yük  laborant  (Ü.İsmayılova)  işləyir.  Pedaqogika,  psixologi-
ya,  fəlsəfə” bölməsinə son illərədək prof. F.Rüstəmov rəhbərlik 
etmişdir.  Bölmədə  bir  baş  elmi  işçi  (Oqtay  Pza),  üç  kiçik  elmi 
işçi (T.Əsgərova, M.Sərdarova, S.Məmmədova), beş böyük labo-
rant (S.Muradova, N.İsmayılova, N.Qurbanova M.Abdullayeva, 
G.Mehdizadə) fəaliyyət göstərirlər. Son iki ildə bölmə əməkdaşları 
“Dədə Qorqud” dastanında tərbiyə məsələlərini araşdırırlar. 
Mərkəzin əməkdaşları ümumilikdə 400 ç/v həcmində elmi-
tədqiqat  işi  yazmış,  40  adda  kitab,  kitabça,  metodik  göstəriş, 
məqalə və tezis çap etdirmişdir.
“Dədə  Qorqud”  elmi-tədqiqat  mərkəzinin  təşəbbüsü  ilə 
2001-ci ildə I Türkoloji qurultayın 75 illik yubileyi Respublika 
səviyyəsində keçirilmişdir. Mərkəzin əməkdaşları beynəlxalq elmi 
konfranslarda məruzələr oxumuş, onların məqalələri respublika-
mızda və xarici ölkələrdəki elmi dərgilərdə dərc olunmuşdur. 


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə