D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə3/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   2   3   4   5   6   7   8   9   ...   84

8
FOLKLOR, 
ETNOQRAFIYA VƏ 
MIFOLOGIYA 


9
Folklor, Mifologiya, Etnoqrafiya
«Dədə  Qorqud»  eposunda  Qaf-
qaz  türklərinin  vahid  dövlət  yarat-
maq  arzuları,  onlara  məxsus  əraziləri 
düşmən  basqınlarından  qorumaları,  öz 
içərilərində yetişən xəbis, şər adamların 
hiyləsinə uymamaları ayrı-ayrı boyların 
ana xəttində durur və ulu babalarımızın 
idarəçilik  sisteminin  strukturları  bütün 
atributları  ilə  göstərilir.  Bu  sistemdə 
çox  qədim  dövrlərdən  miras  qalan 
hakimiyyətin  nəsildən-nəslə  keçməsi 
prinsipinə  də  (lakin  dünya  tarixində 
mövcud  olan  ümumi  monarxiya  üsul-
idarəsindən  tamamilə  fərqli  formada), 
kollektiv idarəçiliyə də rast gəlirik. Bir 
cəhət heyrət doğurur: mədəni ölkələrdə 
bu  gün  uğurlu  sayılan  prezident  üsul-
idarəsinə  oxşar  dövlət  quruluşunun 
eposda,  demək  olar  ki,  əsas  amilləri 
özünə yer tapır. Şumer, misir, yunan və 
roma  xalqlarının  eposlaşmış  mifoloji 
mətnlərində  dövlətin  yaranması,  quru-
luşu  geniş  şərh  olunsa  da,  idarəçiliyin 
əsası  tanrılarla  əlaqələndirilir.  Bu 
Ramazan Qafarlı,
filologiya üzrə elmlər doktoru, professor
İÇ OĞUZLA DIŞ (DAŞ) OĞUZUN 
SAVAŞININ SƏBƏBİ


10
DƏDƏ QORQUD ARAŞDIRMALARI
səbəbdən də iqtidar rolunda yarımallah - yarıminsan tək dünyaya 
gələn mədəni qəhrəmanlar və onun nəslinin nümayəndələri çıxış 
edirlər. Xalq isə təbiətdəki başqa canlılardan biri kimi xarakterizə 
olunur. Kütlələr dövlətin yaranması və inkişafında, qorunmasın-
da fəal rola malik göstərilmirlər. Hakimiyyətin pilləvari qurulu-
şunun ən yüksək qatında tanrılar tərəfindən «seçilən», insanların 
(ümumiyyətlə, bütün canlıların) birliyini təşkil etməyi bacaran, 
təbii  fəlakətlərə,  şər  qüvvələrə  qarşı  mübarizənin  təşkilatçısına 
çevrilən və qara camaatı Yaradıcının xidmətində durmağa çağıran 
fövqəltəbii gücə malik məxluqlar əyləşirlər. 
«Dədə  Qorqud»da  isə  tamamilə  başqa  mənzərənin  şahidi 
oluruq. 24 tayfanın (eposun «Qazlıq Qoca oğlu Yeynək boyu»nda 
Bayandır  xanın  əmrində  deyilir:  «İyirmi  dörd  vilayətin  bəyləri 
gəlsin!» - Bax: Kitabi-Dədə Qorqud, Bakı, 1988, s. 193. Yaxud 
«Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy»da ozan Dəli 
Dondazın 24 oğuz boyunu tərif edib oxşaması barədə məlumat 
verilir, - Yenə orada. s. 175) birliyindən yaranan qalın oğuz elində 
xanlar  xanı  Bayandır  xan  sabitliyin  qarantı  funksiyasını  daşısa 
da, hər vilayətin özünün bəyi və xüsusi idarəçilik sistemi nəzərə 
çarpdırılır.
Bir cəhət maraqlıdır ki, eposda ölkə iki qanada - İç oğuza 
(Üç ox) və Dış/Daş (Boz ox) oğuza bölünür. Lakin hakimiyyət 
bölgüsü ümumoğuz mifoloji təsəvvüründəki kosmoloji struktur-
dan fərqli şəkildə aparılır. Yəni, idarəçilik Boz oxların deyil, Üç 
oxların (Oğuzun adadakı ağac koğuşunda rastlaşdığı gözəl qadın-
dan dünyaya gələn oğlanları – Göy xan, Dəniz xan və Dağ xa-
nın törəmələrinin) əlindədir. Oğuzun oğlanları Gün xan, Ay xan 
və Ulduz xan göy işıq zolağı ilə göydən enən qadının bətnində 
yetişirlər. Atalarının vəsiyyətinə görə, bu üç qardaşın tapdığı qızıl 
yay aralarında üç hissəyə bölünür, ona görə də onların nəslinin 
davamçılarına pozuq/ bozuq/ boz oxlar deyirlər. 


11
Folklor, Mifologiya, Etnoqrafiya
Əsatirə  əsasən,  bölünmüş  yayın  hissələri  bir-birinə 
birləşməklə sehirli gücünü əldə edir və oxların sərrast atılması-
na  şərait  yaranır.  Bu  mənada  bozoxlar  hakimiyyət  strukturun-
da üçoxlardan üstün göstərilir. Ümumilikdə götürdükdə bu ona 
işarədir ki, qardaşlar heç zaman bir-birindən ayrı düşməməli, par-
çalanmamalıdırlar. Əks halda güclərini itirib düşmən tərəfindən 
yeniləcəklər (Sxemə bax). 
Kişi 
başlanğıc
↔ qadın 
başlanğıc və 
əlaqə

törəyiş
→ 
hədiyyə
→ 
əməl
→ 
qazanc
↔ 
birlik
OĞUZ XAN
GÖY
QADINI
Gün, 
Ay, 
Ulduz
Qızıl yay Bolün-
məzlik
Hakimiy-
yət və 
dövlət
QALIN 
OĞUZ 
ELİ
OĞUZ XAN
YER
QADINI 
Göy,
Dağ,
Dəniz
Üç qızıl 
ox
Ayrıl-
mazlıq
Müdrik-
lik və 
sərkərdəlik
QALIN 
OĞUZ 
ELİ
Eposda  türkün  ilkin  kosmoloji  bölgüsünün  yerdəyişmə 
şəklində  təqdimi  tarixi  gerçəkliklə  üst-üstə  düşür.  Çünki 
Azərbaycan  türklərinin  etnik  tərkibində  üçoxlar  (bayandır,  ba-
yat, salur və s.) üstünlük təşkil etdiyindən idarəçiliyi öz əllərində 
cəmləşdirmiş (məsələn, məşhur Ağqoyunlu hökmdarı Uzun Həsən 
Bayandır soyundan idi), şifahi və yazılı oğuznamələrdə dəyişiklik 
etməklə ilkin kosmoloji dünya modelini oğuzların Qafqazdakı və 
Yaxın Şərqdəki durumuna uyğunlaşdırmışdılar. Bu hal getdikcə 
«Dədə Qorqud»da mətn strukturunun daxili qanunauyğunluğuna 
çevrilib boyları digər oğuznamələrdən əsaslı şəkildə ayırmışdır.
Hiss  olunur  ki,  Bayandır  xan  oğuzun  iki  qolu  arasındakı 
fərqlərdən doğa biləcək ölkədaxili çəkişmələrin aradan qaldırıl-
masında Dədə Qorqud, Qazlıq Qoca kimi bilicilərin köməyinə ar-
OĞUZ 
XAN
QALIN 
OĞUZ 
ELİ


12
DƏDƏ QORQUD ARAŞDIRMALARI
xalanır və hakimiyyəti müddətində 
böyük uğurlar qazanır. 
Ola  bilsin  ki,  Bayandır  xanın 
təşəbbüsü  ilə  İç  oğuzlu  Ulaş  xan 
(Salur  Qazanın  atası)  Dış  oğuz-
lu  «doqquz  tayfanın  başçısı»  Alp 
Aruzun bacısı ilə evlənmişdi, eləcə 
də  Dədə  Qorqudun  elçiliyi  ilə  İç 
oğuzlu Bamsı Beyrək Dış oğuzun 
sayılan  bəyi  Baybicanın  qızını  al-
mışdı. Lakin ozanlar bu qohumluq-
ların  sürüşkənliyinə  də  boylarda 
işarə edirlər. 
Dış  oğuzlular  bəzən  başqa 
əqidəli  (xristian,  yaxud  bütpərəst)  
qonşu  soydaşları  ilə  (əsasən,  qıp-
çaqlarla)  gizlin  danışıqlar  aparır-
dılar.  Məsələn,  Baybican  Bamsı 
Beyrəklə göbəkkəsmə nişanlanmış 
qızı Banu Çiçəyi Bayburd hakiminə 
ərə  vermək  niyyətini  gizlətmirdi. 
İki  gəncin  saf  məhəbbətinə  həsr 
olunan boyda açıq-aydın göstərilir 
ki,  «oğuz  zamanında  evlənən  hər 
igid  ox  atardı.  Oxu  düşən  yerdə 
gəlin otağı qurardı. Beyrək xan da 
oxunu atdı, oxu sancılan yerdə ota-
ğını  qurdurdu…Yarımasın  kafirin 
cəsusu,  bunları  görüb,  getdi  Bay-
burd hasarının bəyinə xəbər verdi. 
Dedi:  «Nə  oturmusan,  sultanım, 
Ağ çadır ə
işıq – od – günəş – kişi –
əbədi yaşarlıq
Yuxarı qat
Qırmızı çadır B ± 
Torpaq – yer-su – məkan – 
yurd – qadın -örən 
Orta qat
Qara çadır V ◙ 
Cəhənnəm –zülmət – yoxluq – 
ölüm – şər
Aşağı qat


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə