D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə5/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   2   3   4   5   6   7   8   9   ...   84

16
DƏDƏ QORQUD ARAŞDIRMALARI
qanad artıq işığa və göylə yerin birliyinə (Göy tanrı və Ana torpa-
ğa) inamdan üz döndərmək istəyir. Diqqət etdikdə, müharibənin 
toxumlarının içəridən səpildiyi aydınlaşır. Qardaş qırğınına səbəb 
dədə-baba  adətlərinin  pozulması  göstərilsə  də,  tamamilə  özgə 
zəmin üzərində baş verir. Doğrudür, boyun əvvəlində ozanlar qar-
şıdurmanın toxumlarının Qazanın evinin talan edilməsi törənində 
Dış oğuzluların iştirak etməməsi ilə səpildiyini bildirirlər və epo-
sa həsr olunan əksər tədqiqat əsərlərində Qazanın qoyduğu yeni 
ənənənin böyük əhəmiyyətindən, qeyri-adiliyindən bəhs açırlar. 
Əslində isə «evin talanması»nda heç bir qeyri-adilik yoxdur və 
Bayandır  xanın  idarəçiliyində  sınaqdan  çıxarılmış  elin  ildə  bir 
kərə məclis düzənləməsi, bəylərin orada gördüyü işlərə görə yer 
və pay alması adətini daha qədimlərdə tətbiq edilən «evi yağma-
latma» ilə əvəzləmək ancaq uğursuzluq gətirir, Qalın oğuzun birli-
yini laxladır. Bu,  daha mütəşəkkil dünyagörüşündən üz döndərib 
primitiv, daha doğrusu, barbar inama qayıtmaq meyli idi. Təzə ti-
kilmiş sarayın taxtalarını köhnə mıxla pərçimləməyə bənzəyirdi. 
Müqayisə edək: Bayandır xan ildə bir dəfə qalın oğuz bəylərini 
məclisinə çağırırdı. Burada hərənin öz yeri vardı və o yeri öz işi 
və əməli ilə qazanmışdı. «Uluş qoca oğlu Səyrək boyu»nda bir 
epizoda diqqət yetirək: «Xanım, yenə Əyrək bəyləri qoyub yu-
xarı başa keçəndə Tərsuzamış deyilən bir oquz igidi dedi: «Ay 
Uşun qocanın oğlu, bu oturan bəylər hər biri oturduğu yeri qı-
lıncı ilə, çörəyi ilə alıblar. Əyə, sən başmı kəsdin, qanmı tökdün, 
acmı doydurdun, yalın adammı geyindirdin?» (Kitabi-Dədə Qor-
qud, s. 208). Oğuz elində ad-san qazanmaq üçün iki şərt vacib 
sayılırdı: torpağı yadlardan qorumağı bacarmaq və kimsəsizlərə, 
köməksizlərə əl tutmaq.
Burada  Əyrək,  ilk  növbədə,  ona  etiraz  etməli  idi  ki, 
Tərsuzamış  onun  adını  çəkmirdi,  hərəkətlərinə  Uşun  qocaya 
görə göz yumulduğunu bildirirdi. İkincisi, məhz Bayandır xanın 


17
Folklor, Mifologiya, Etnoqrafiya
hakimiyyət  strukturunda  ancaq  iki  cəhətə  görə  başa  keçmək  – 
vəzifə almaq mümkün idi: düşməni məhv etməklə və kasıblara 
səxavət göstərməklə. Bəs hakimiyyət Qazan bəyə çatandan sonra 
o, Qalın oğuzu hansı prinsiplərlə idarə etməyə başlayır? Qazan 
bəy Bayandır xanın yolunu davam etdirmir, onun idarəçilikdəki 
uğurlu prinsiplərindən üz döndərir. İlk baxışda orijinal görünən, 
ancaq barbar bir adətlə öz xanlığını təsdiqləməyə çalışır. «Üç ox 
və Boz ox tayfaları bir yerə toplaşanda Qazan adət üzrə evini ta-
lan elətdirər, şey-şüyünü bölüşdürərdi» (Kitabi-Dədə Qorqud, s. 
221). 
Epos boyu İç oğuz və Dış oğuz adıyla işlənən tayfa birliyinin 
mifik bölgü ilə verilməsi (Üç ox və Boz ox) göstərir ki, «yağ-
malanma» adətini Qazan bəy «icad» etməmişdi, qədim dövrlərdə 
daha çox ömrünü at üstündə keçirən, yurddan-yurda yürüşlər edən 
köçəri türklərin başçıları topladıqları qənimətlər yığılan çadırı ta-
lan etdirməklə, döyüşçülərini özlərinə bağlayar, gələcək yürüşlərə 
ruhlandırardılar. Lakin oturaq həyata keçəndən sonra ocağın, evin 
hər daşı türk üçün müqəddəs sayılmış və bu halda Bayandır xa-
nın məclis çağırması, hərəyə bir il ərzində ölkənin tərəqqisi üçün 
gördüyü işlərə görə mükafatlar verməsi yeni idarəçilik üsuluna 
keçiddən xəbər verirdi.
Deyilənlərdən belə nəticə çıxır ki, sonuncu boyda Bayandır 
xan  dünyadan  köçmüşdü.  Onun  yerini  tutmağa  çalışan  Qazan 
bəy igidliyi ilə ad-san qazansa da, Qalın oğuz elinin bir qanadı-
nın qanını bədənində daşısa da, siyasətdə hələ naşı idi. Bayan-
dır  xanın  qoyduğu  prinsipləri  uğurla  davam  etdirmək  əvəzinə, 
təkcə  ətrafındakılara  –  yaxınlarına  yarınmaqla  köhnə  ənənəyə 
qayıtmağa  can  atırdı.  Divanına  Dədə  Qorqud  sayaq  müdrikləri 
toplamaqdansa, oda su töküb söndürənləri deyil, bir az da qala-
yanları çağırır və İç oğuz bəyləri ilə Dış oğuz bəyləri arasında 
ayrı-seçkilik  yaranmasına  şərait  yaradır.  Hakimiyyətdə  həmişə 


18
DƏDƏ QORQUD ARAŞDIRMALARI
ağlına, bacarığına və igidliyinə görə öz yanında yer verən Bayan-
dır xanın əksinə olaraq, o, böyür-başındakı kütbeyinlərin təkidi 
ilə “evinin talanması”nı Dış oğuz bəyləri olmayan vaxtda keçirir. 
Doğrudur, boyda Qazanın bir dəfə də olsun xan kimi təqdiminə 
rast gəlmirik. Əksinə, talanma adəti təsvir olunan epizodlarda o, 
heç bəy kimi də təqdim edilmir, sadəcə, Qazan adıyla hadisələrin 
mərkəzində durur. Xanlar xanı Bayandır isə heç bir boyda «xan-
sız» nəzərə çatdırılmır. Ola bilsin ki, hələ Qalın oğuz elinin qu-
rultayında onun varisliyi (Bayandır xanın oğlu olmadığına görə el 
ağsaqqallarının razılığı ilə hakimiyyətə kürəkəni keçə bilərdi) – 
xanlığı təsdiqlənməmişdi. Ona görə də «doqquz tayfanın başçısı» 
Alp Aruzun da iştahından hakimiyyəti ələ almaq keçirdi. Əvvəlki 
boylara görə, bu vəzifəni tutmağa daha çox Qazanın mənəvi haq-
qı çatır. Ona görə ki, Bayandır xanın yeganə övladı – varisi  Bur-
la xatunla ailə qurmuşdu, döyüş uğurları ilə də bütün bəylərdən 
seçilmişdi.  Lakin  oğuzlarda  hakimiyyətin  atadan  oğula,  yaxud 
qıza keçməsi şərti xarakter daşıyırdı. Əsas o idi ki, varis övlad 
qabiliyyəti, ədaləti və ağlı ilə həmin vəzifəni tutmağa layiq ol-
sun. Qazan özü də bunu yaxşı bilirdi. Bu səbəbdən də boyların 
birində oğlunun yetkinlik yaşına çatmasına baxmayaraq, şücaət 
göstərməməsindən bərk narahatçılıq keçirirdi: «Sabahkı gün vaxt 
gələr, mən ölüb sən qalanda taxt-tacımı birdən sənə verməzlər,- 
deyə sonumu andım, oğul! - deyirdi». (Kitabi-Dədə Qorqud, s. 
167). 
Bütün bunlar onun sərkərdəliyindən irəli gəlirdi. Qazan bəy, 
ilk növbədə, döyüşçü – düşmən başı kəsən, yağı qanı tökən, qa-
lalar alan strateq idi. O, düşməni yerdən qalxan tozdan tanıyırdı. 
Lakin  dövlət  idarəçiliyində  döyüş  meydanlarında  olduğu  qədər 
usta deyildi.
 İkincisi, sual doğur: İç oğuza «talanda iştirak etmədikləri» 
üçün Dış oğuz dönük çıxanda Dədə Qorqud hardaydı? Oğuzun ən 


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə