D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə6/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   2   3   4   5   6   7   8   9   ...   84

19
Folklor, Mifologiya, Etnoqrafiya
ağır çağlarında meydana atılıb ağlın köməyi ilə yardım edən Dədə 
Qorquddamı dünyadan köçmüşdü? Ancaq onun boyun sonunda 
gəlib hadisələrə boy bağlaması adamda çaş-başlıq yaradır. Bura-
da iki hal ola bilər. Birinci, hər boyun sonunda görünüb boy boy-
layan, soy soylayan Dədə Qorqudla dastanda igidlərə ad qoyan, 
Beyrəyə elçilik edən, Təpəgözlə danışıqlar aparan qeyri-adi obraz 
eyni  deyil.  Ola  bilsin  ki,  mifik  mədəni  qəhrəman  kimi  tanınan 
Qorqudla  bir  sırada  oğuzlar  arasında  Məhəmməd  peyğəmbərin 
dövründə həmin adı özünə götürən məşhur bir ozan yaşayıb və 
qədim xalq söyləmələri əsasında oğuznamələr yaradıb. Sonralar 
katiblər  onları  şifahi  nitqdən  toplayıb  yazıya  alanda  oğuznamə 
söyləyicisi ilə eposun mifoloji qəhrəmanını eyniləşdirmişlər. Əgər 
bu fərziyyəyə inansaq, deməli, dar gündə oğuzun yol göstərəni 
Dədə Qorqud da sonuncu boyda ya dünyasını dəyişmiş, ya da Qa-
zanın yeni idarəçiliyindən incik düşmüşdü. Əksinə, yəni boyun 
sonunda  boy  boylayan  Dədə  Qorqudla  dastanın  personajı  kimi 
çıxış edən Dədə Qorqudun eyni olduğunu zənn etsək, belə çıxır 
ki, o, Qazan tərəfindən sayılmadığından idarəçilikdə məsləhətçi 
funksiyasını itirib kənarlaşmışdır. Sözün kəsəri, qiyməti olmayan 
məmləkətdə, əlbəttə, Dədə Qorqudlara da yer yox idi. 
Üçüncüsü,  bəs  ən  ağır  çağlarında  ərinin  qəzəbini  soyu-
dan, oda su tökən tədbirli qadınlar (elə götürək Burla xatunu) nə 
səbəbə bu boyda işə qarışıb qan tökülməsinin qarşısını almırlar? 
Çünki  Qazan  üçün  öz  anasından  başqa  yerdə  qalan  arvadların 
dəyəri  yox  idi.  O,  Burla  xatunu  atasının  sağlığında  Dirsə  xan 
və  Bəkil  kimi  «başım  baxtı,  evim  taxtı»  saysa  da,  hakimiyyəti 
ələ keçirəndən sonra «arvad sözü ilə oturub-durmağı» igidliyinə 
sığışdırmamışdı. Təsadüfi deyil ki, Qazan ikinci boyda asanlıq-
la anasından başqa hər şeyinin (hətta arvadının və oğlunun da) 
düşmən əlinə keçməsi ilə razılaşır. Bu halda o, türkün ilkin kos-
moloji təsəvvüründəki mifik dünya modelinin iki qatından (oğul-


20
DƏDƏ QORQUD ARAŞDIRMALARI
lu – ağ – yuxarı və qadınlı, qırmızı - orta) imtina etmiş və bununla 
kökdən ayrılmaq təşəbbüsünü göstərmiş olurdu. Deməli, o, Burla 
xatunun da məsləhətinə ehtiyac duymadığından arvadının dövlət 
işlərinə qarışmasına yasaq qoymuşdu.
Dördüncüsü,  Bayandır  xanın  sağlığında  Qazanın  sağında 
həmişə qardaşı Qaragünə oturardı. O, dar ayaqda ona üz tutardı, 
sözünü,  təklifini  dinlərdi.  Qazan      kürəkəni  Qarabudağın,  oğlu 
Uruzun da sözündən çıxmazdı. Ötən çağlarda Qazanın ətrafında 
soyunun ən seçmə bəyləri toplaşardı. Bəs Qazan «evini yağma-
ladandan»  -  pay  bölüşdürəndən  sonra  kimlərin  təsiri  altınday-
dı  və  dövlət  idarəçiliyində  hansı  nöqsanlara  yol  vermişdi?  Dış 
oğuz  bəylərinin  onun  divanına  gəlmədiyini  gördükdə  əvvəlki 
kimi  nə  arvadı  Burla  xatuna,  nə  də  qardaşı  Qaragünəyə  üz  tu-
tur. Oğuzda «Qılbaş deərlər bir kişi vardı. Qazan aydır: «Mərə 
Qılbaş, bu Taş Oğuz bəgləri daim (xanım) bilə gəlürlərdi. Şimdi 
neçün  gəlmədilər?»  –  dedi.  Qılbaş  aydır:  «Bilməzmisən  neçün 
gəlmədilər?  Evin  yığmalatdığın  dəm Taş  Oğuz  bilə  bulınmadı, 
səbəb  odur»,  -  dedi.  Qazan  aydır:  «Ədavət  bağladılar,  həmi?» 
–  dedi.  Qılbaş  aydır:  «Xanım,  mən  varayın,  onların  dostlığın 
-düşmənligin biləyin», - dedi. Qazan aydır: «Sən bilürsən, var!» 
– dedi» (Kitabi-Dədə Qorqud, s. 123).
Bu dialoqla mənzərə tam aydınlaşır. Birincisi, demə, Qazan 
son boyadək nəsli-kökü bəlli olmayan bir kişinin məsləhətləri ilə 
durub-otururmuş. İkincisi, dayısının narazı qaldığını hiss edəndə 
Alp Apuza tay adamı – Qaragünəni, yaxud oğlu Uruzu minnətə 
göndərməyi  ağlına  belə  gətirmir.  Əksinə,  hər  işdə  təmkinli, 
səbirli  olan  Qazan  burada  baş  verənlərin  səbəbini  öyrənmədən 
barmaq  hədəsinə  keçir,  Qılbaşın  gedib  yerində  nə  olduğunu 
bilmək təklifini də əhəmiyyətsiz sayır, «özün bilərsən» deyir, yəni 
istəyirsən get, istəmirsən getmə. Dövlət başçısı ölkənin bir qana-
dının incik düşməsinə belə laqeyd yanaşmamalıydı.


21
Folklor, Mifologiya, Etnoqrafiya
Və  Qılbaş  incikliyi  aradan  qaldırmaq  əvəzinə  bir  qədər 
də  dərinləşdirir,  sanki  iki  qardaş  tayfa  arasında  nifaq  salmaq 
tədbirlərini məharətlə həyata keçirir. Əvvəl hiylə işlədərək (yalan 
danışaraq) Alp Aruzu Qazanın yardıma çağırdığını bildirir. Guya 
onun evini kafirlər çapıb-talamışlar, qız-gəlinləri əsir aparmışlar. 
Bunun hiylə olduğunu duyduğu üçün Alp Aruz sərt cavab verir: 
«Biz  Qazana  düşmənik!»  İlk  baxışda  bacısı  oğlunun  dar  ayaq-
da ondan kömək istəməsini etirazla qarşılaması təəccüb doğurur. 
Lakin Alp Aruz Qazanı hamıdan yaxşı tanıyırdı. O, anlayırdı ki, 
başında bəla olanda belə heç kəsdən kömək ummayıb təkbaşına 
həll edən Qazan onu ələ salırdı? Bir tərəfdən pay bölüşdürəndə 
saya salmayıb, o biri tərəfdən də taxt-taca sahib duran kimi Oğu-
zun ən müqəddəs adətlərinə arxa çevirirdi – elini, gününü düşmən 
əlinə verib imdad diləyirdi. Bax, bu idi Alp Aruzu qəzəbləndirən 
və Qılbaşa sərt cavab verməyə vadar edən. 
Hadisələrin  gedişində  Qılbaşın  qızışdırıcılıq  rolunu 
təsdiqləyən  bir  epizodu  görməmək  mümkün  deyil.  Bamsı 
Beyrəyin ölümündən sonra otağına çəkilib divana çıxmayan Qa-
zanı  qardaşı  Qaragünə    əvvəl  oyatmağa  cəsarət  etmir.  «Bəglər 
yığıldı, divana gəldi. Qazanın qardaşı Qaragünə aydır: «Qılbaş, 
var, ayıt, ağam Qazan gəlsün-çıqsun, bir yigid sənin ucından ara-
mızdan əksildi. Həm vəsiyyət eyləmiş, «Mənim qanım qoyma-
yasan, alasan» demiş. Varalım, düşməni haqlıyalüm, di!» – dedi. 
Qılbaş aydır: «Sən qarındaşısan, sən var!» – dedi. Əlhasil, ikisi 
bilə vardılar. Qazanın odasına girdilər.” (Kitabi-Dədə Qorqud, s. 
125-126). 
Maraqlıdır,  Alp  Aruzun  yanına  getməyə  sözsüz  hazır  ol-
duğunu  nümayiş  etdirən  Qılbaş  burada  Qaragünəyə  etirazını 
bildirir.  Bəhanəsi  də  o  olur  ki,  sən  qardaşısan,  özün  get.  Sual 
doğur: bəs nə səbəbə Qılbaş dayı – bacı oğlu arasında qarşıdur-
manın  toxumları  səpiləndə  indikindən  də  ağır  işə  Qaragünənin 


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə