D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə7/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   2   3   4   5   6   7   8   9   10   ...   84

22
DƏDƏ QORQUD ARAŞDIRMALARI
qarışmasını  istəmirdi?  Ona  görə  ki,  düşmənçiliyin  toxumunu 
özü səpmişdi, onda üstünə su töküb kök atdırmaq lazım gəlirdi. 
Qaragünə  təsadüfi  olaraq  «bir  yigid  sənin  ucından  aramızdan 
əksildi» ittihamını irəli sürmür. Çünki onun Beyrəyin ölümündə 
ağası  Qazanı  günahlandırmağa  mənəvi  haqqı  çatmırdı  (böyük 
qardaş atanı əvəzləyirdi). Məhz Qılbaşın üzünə demək istəyirdi 
ki, aranı qızışdırıb Beyrəyin ölümünə bais olduğun işi axıra çat-
dır. Qaragünənin acı istehzasını duyduğundan Qılbaş da etirazını 
bildirib «qarındaşısan, sən var!» deyir. Ən acınacaqlısı o idi ki, 
Qılbaş  bir  el  arasında  düşmənçilik  toxumu  səpmək  funksiyası-
nı yerinə yetirib yoxa çıxır. O, sanki aşağı qaranlıq qara aləmin 
funksiyasını yerinə yetirir. Ozanlar süjetdə məsələni elə incəliklə 
vermişlər ki, heç kəs Qılbaşa bəraət qazandıra bilməz. Sonuncu 
döyüşdə Dış oğuzun bəyləri İç oğuzdan özlərinə tay olan igidlə 
qarşı-qaşıya gəlib vuruşurlar:
ÜÇ OXLULAR    
↔ 
 
BOZ OXLULAR
Qazan    
 
← 
 
Alp Aruz.
Qaragünə  
 
→ 
 
Alp Aruz.
Tərsuzamış  
 
← 
 
Əmən.
Ənsə qoca oğlu Oxcu   ←  
 
Alp Rüstəm.
Eposda oxuyuruq: «Üç oq, Boz oq qarşulaşdılar. Aruz aydır: 
«Mənim İç Oğuzda qırımım Qazan olsun!» Əmən aydır: «Mənim 
qırımım Tərsuzamış olsun!» Alp Rüstəm Aydır: «Mənim qırımım 
Ənsə qoca oğlı Oqcı olsun!» – dedi. Hər biri bir qırım gözətdi». 
(Kitabi-Dədə Qorqud, s. 126).
Xatırladaq ki, qarşıdurmanın başlanğıcında əks cütləşmənin 
sayı bir idi: 
Qazan ↔ Alp Aruz. 
Sonra artaraq 


23
Folklor, Mifologiya, Etnoqrafiya
Qılbaş ↔ Alp Aruz, 
Qılbaş → Boz oxlar
Qazan ↔ Boz oxlar, 
Bamsı Beyrək ← Boz oxlar toqquşmasına çevrilir, qarşılıq-
lı güzəştlər edilmədiyindən Beyrək qətlə yetirilir və düşmənçilik 
toxumları cücərib Üçoxlar ← Boz oxlar qarşıdurması şəklinə ça-
tır. Və nədənsə, əvvəlki hadisələrin mərkəzində duran Qılbaş son 
həlledici döyüşdə görünmür və bir daha xatırlanmır. Qarşıdurma-
nın kulminasiyasınadək aktiv təsvir edilən müəmmalı şəxsin son 
məqamda passivləşməsinin, daha dəqiq desək, ozanlar tərəfindən 
üstündən xətt çəkilməsinin səbəbi nədədir? Bu, onün qabaqcadan 
düşündüyü xəyanətinin nəticəsi kimi izah oluna bilər.
Alp Aruzu enib yerə sərən Qazan da bu səbəbdən qılverəni 
Qılbaşa deyil, qardaşı Qaragünəyə işarət edir ki: «Başını kəs!».
Qalın oğuzu içəridən dağıdan şəxs, nədənsə, əvvəlki boylar-
da igidliyi və mərdliyi ilə hamıdan seçilən Alp Aruz hesab edilir. 
O, cəzalanmaqla da şər aradan qalxır. Belə çıxır ki, bütün günah-
lar oğuza kənar dünyadan gəlib nə yollasa başa keçən «qara ça-
dırın sakini»  Qılbaşda deyilmiş, onun hiylələrinə uyub Beyrəyin 
qanını tökən Aruzda imiş. Məsələ onda idi ki, Dış oğuzun doq-
quz bəyinin başçısı üzdə ulu əcdadı Oğuzun vəsiyyətini yerinə 
yetirməyə  çalışmaqla  ancaq  öz  şəxsi  marağını  güdmüş,  qardaş 
qanı tökməklə də olsa, taxt-taca sahib durmaq istəmişdi. Əslində, 
o, Oğuzun tövsiyələrinə əməl etməmiş, elin birliyini pozmağa can 
atmışdı. Daha dəqiq desək, Boz oxların əvvəlki nüfuzunu qaytar-
maq  üçün  oğuz  soylarını  birləşdirməyə  deyil,  parçalamağa  səy 
göstərmişdi.
Beləliklə, Oğuzun özü tərəfindən vəsiyyət edilən hakimiyyət 
bölgüsünün  pozulması  və  bərpası  uğrunda  mübarizə  kimi 
bünövrəsi  qoyulan  motiv  sonrakı  çağlarda  «paybölüşdürmə»də 
iştirak etməməyə görə asi düşmə şəklinə salınmış, tanrı qarşısın-


24
DƏDƏ QORQUD ARAŞDIRMALARI
da içilən andı pozanın cəzalandırılması (Bamsı Beyrək əsirlikdə 
bakirə bəy qızı qarşısında and içir ki, əgər gəlib səni halallıqla 
almasam, qılıncıma doğranım, oxuma sancılım, torpaq yarılsın, 
içinə girim… lakin o, andına əməl etmir. Buna görə də tanrının 
qəzəbinə  gəlib  cəzalandırılır,  andında  dediyi  şəkildə  öz  elinin 
qılıncı ilə doğranır) motivinin nəticə hissəsi də sonuncu boyun 
içərisində əridilmişdir, daha doğrusu, ictimai don geyindirilərək 
təqdim edilmişdi.
Dədə  Qorqudun  dərslərini,  tövsiyələrini  və  vəsiyyətini 
bu  gün  də,  sabah  da  sırğa  edib  qulaqlardan  asmalıyıq.  Yoxsa 
içimizdən  yeyiləcək,  parçalana-parçalana,  bölgələşə-bölgələşə 
torpaqlarımızı ata-babalarımızın qəbri ilə birlikdə düşmən tapda-
ğına çevirəcəyik. Ulu əcdad yaxşı bilirdi ki, dünya malı qardaşı 
qardaşa qarşı qoymağa qadirdir, ona görə də soydaşlarını inam-
dan dönməməyə – kökdən ayrılıb uzaq düşməməyə çağırırdı:
Allah səni namərdə möhtac etməsin!
Əvvəl - axır uzun ömrün sonu ölümdür!
Ölüm gəldikdə 
Allah sizi təmiz inamdan ayırmasın!


25
Folklor, Mifologiya, Etnoqrafiya
Резюме
Рамазан Кафарлы,
доктор филологических наук, профессор
Причина войны между племенами Ич (внутренний) 
Огуза и Дыш (внешний) Огуза
В статье анализируется древне государственной строй 
писанной тюркского эпоса «Деде Коркут». Исторические 
факты сопастовляются с традициями современного 
правления. В эпосе раскрываются отношении двух Огузских 
крыльях – Ич (внутренний) Огуз и Дыш (внешний) Огуз. 
Проявляется причина войны между этими племенами. 
Summary 
Ramazan Qafarlı,
doktor of Sciences on fhilology, professor
The reason of the fight with in Oghuz and out Oghuz
In this article is analyzed the structures of govemance system 
oescribing in the epos “Dede Korkut” of ancient Turks, in compa-
rison whit traditions of modern statehood. In this epos it is explai-
ned from different peculiarity the two women of the country, all re-


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə