D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə8/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   4   5   6   7   8   9   10   11   ...   84

26
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Salam  olsun  həqq  şairinə,  eşq 
nəğməkarına,  ulu  aşiqə!  Salam    olsun 
mərifət sahibinə, Yunus İmrə qələminə!
Salam olsun  həqiqət şairinə!
Salam  olsun  ümumtürk  dünyasında 
coğrafi  sərhəd  tanımayan  səyyah  –  dərviş 
qoca şairə!
Salam  olsun  insanlığın  abidəsini  ucal-
dan türk şairinə!
Salam  olsun  bu  gəlimli-gedimli  dün-
yanın  min  bir  sirrini,  mənalarını  anladan, 
həqqdən nura boyanmış,  böyük mütəfəkkir, 
filosof Yunus İmrəyə!
“Salam  olsun  Anadolunun  orta 
göbəyindən, türk xalqının bağrından dünya-
ya səs salmış olan Yunus İmrəyə”;
Xalqı sevən, xalqın sevgilisi olmuş Yu-
nus İmrəyə!
Xalqın  ağzından  danışmış  və  xalqı  öz 
ağzı ilə danışdırmış Yunus İmrəyə!
Salam olsun türkcə, insanca  və Yunus-
ca olmağın sirrini, yəni gerçək şeirin sirrini 
Pərixanım Soltanqızı,
           filologiya üzrə fəlsəfə doktoru
YUNİS İMRƏNİN YARADICILIĞINDA 
XALQ SUFİZMİ


27
Folklor, Mifologiya, Etnoqrafiya
kəşf etmiş olan Yunus İmrəyə!
Sevgini,  insanlığı  ucaldan,  tanrılaşdıran,  tanrını  “fağır 
könüllərə”, insanlığa; sevgiyə endirən Yunus İmrəyə salam olsun!
Salam olsun insanları birliyə, diriliyə, doğruluğa, barışa çağı-
ran, yaşamağı sevən, amma ölümdən qorxmayan Yunus İmrəyə!
Özünü, çevrəsini, çağını, dinini keçib, kiçik qayğılardan qur-
tulub özünü böyük qayğılara yönəltməyi bacaran şairlər şairi, in-
sanlar insanı, qəriblər qəribi, dostlar dostu, türkmən qocası Yunus 
İmrəyə salam olsun!” 
(Səbahəddin  Eyyuboğlu.  “Yunus  İmrə”.  CEM    yayın  evi  – 
nəşriyyat, 1976-cı il). 
     SALAM OLSUN
                                         
                             Biz dünyadan gedər olduq,
                             Qalanlara salam olsun!
                             Bizim üçün xeyir-dua
                             Qılanlara salam olsun!
                             
                             Əcəl bükə belimizi,
                             Söylətməyə dilimizi,
                             Xəstə ikən halımızı
                             Soranlara salam olsun!
                                         
                            Tənim ortaya açıla,
                            Yaxasız köynək biçilə...
                            Bizi asan bir vəch ilə
                            Yuyanlara salam olsun!...
                                         
                            Kimsə durmaz qəsdimizə,
                            Gedər olduq dostumuza.


28
DƏDƏ QORQUD ARAŞDIRMALARI
                            Namaz üçün üstümüzə,
                            Duranlara salam olsun!
                             Bir qaydadı, gələn gedər,
                             Əcəl ki, var bizi güdər,
                             Bizim hamımızdan xəbər
                             Soranlara salam olsun!.
                             Dərviş Yunus söylər sözü,
                             Yaş doludur iki gözü,
                             Bilməyən nə bilsin bizi?!
                             Bilənlərə salam olsun!
Eşq atəşindən başqa dünyada yaxşı nə var? 
Onsuz nə gül güldü, nə bulud ağladı.
                                                     Nizami Gəncəvi
Böyük türk şairi Yunus İmrənin doğulduğu və dəfn olunduğu 
məkan indiyədək mübahisəli olaraq qalır. Səyyah dərvişlik həyatı 
yaşayan şairin Azərbaycanda da, hətta  məzarının da bu məkanda 
olması ehtimal olunur. Elmi mənbələrdə onun, əsasən, Qaxda ol-
ması göstərilir. Hətta burada dəfn olunması fərziyyəsi də var. Yu-
nus İmrə hansı məkanda doğulursa-doğulsun, dəfn olunsun fərqi 
yox. Ora onun vətənidir. O, tək türk xalqının deyil, Azərbaycan 
xalqının da şairidir. O,  ümumtürk xalqına məxsusdur.
Aşıqlik, eşq bəşəri mövzudur. Məhz buna görə də o, həm də 
bəşəri şairdir. Sevgilərlə dünyaya gəlib, yaşayıb-yaradıb, aşiqliyi, 
eşqi təlqin edib. Sevənlərinin də əhatəsində haqq dünyasına qo-
vuşub. Rahat-rahat uyuyur.
Elmi  ədəbiyyatda  şairin  heca  və  əruz  vəznində  “Divan”ı, 


29
Folklor, Mifologiya, Etnoqrafiya
məsnəvi formasında yazdığı “Risalətün-nüshiyyə” (Nəsihətnamə) 
əsərləri  məlumdur.  Bundan  başqa,  şairin  haqqında  yazılmış 
rəvayətlərə  söykənən  2  min  şeirinin  itdiyi,  1000  şeirinin  xalqa 
çatdırılması söylənilir “Guya 3 min  şeirdən ibarət dəftər Molla 
Qasım adlı bir nəfərin əlinə düşür, şeirləri oxumağa başlayan bu 
şəxs başqa əqidə sahibi olduğu üçün şeirləri bəyənməyərək 1000 
şeiri yandırır, 1000 şeiri isə suya atır. Növbəti şeirlərin birində 
Molla Qasım öz adını görür, yandırdığı və suya atdığı şeirlərin 
aqibəti ilə əlaqədar Yunus İmrənin qabaqcadan verdiyi məlimata 
rast gələrək etdiyi əməldən peşiman olur, qalan 1000 şeirə toxun-
mur” (Elman Quliyev. Türk xalqları ədəbiyyatı, Bakı, Conatant 
Empary”, 2011)
Yunis İmrənin şeirləri eşqdən doğulub. Eşq fədakarlıq istər. 
Yunus İmrə də özünü bu yolda fəda edib, ömrünün sonuna kimi 
qətrə-qətrə əriyib. 
Şərq  mütəfəkkirlərindən  hind  loğmanı  Vatsyayan  eşqin  bir 
neçə təsnifatını verib: 
1)Daimi vərdişlərdən yaranan eşq. 
2) Xəyalla meydana gələn eşq. 
3) Özünə və başqasına inamdan yaranan eşq. 
4) Zahiri obyektləri qavramaqla formalaşan eşq (“Kama Sut-
ra” kitabı). 
Özbək həkimi İbn-Sina eşqi 3 növə ayırmışdır: 
1) Qidadan alınan güc,   
2) Boyatma gücü, 
3) Çoxaltma gücü. 
Alimlər eşqi bir neçə təsnifata ayırarkən onların sırasında ilahi 
varlığa, “tanrıya” olan eşqdən söz açmasalar da həmin bölgülərdə 
göstərilən obyekt ilahi varlığın yaratdığı “zərrin”  eşqi onun var-
lıqlarınadır. Bu eşq də tanrı sevgisindən yaranmışdı. Çünki hər 
nəyəsə olan eşq tanrı sevgisindən keçir.


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə