D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya


Folklor örnəkləri: Ağdam folkloru



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə84/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   76   77   78   79   80   81   82   83   84

295
Folklor örnəkləri: Ağdam folkloru
O qədər oynamışlar,
Xurdu-xəşil olmuşlar. (Qar)
Əlamət, ay əlamət,
İşi tamam qiyamət.
Əli yox şəkil çəkir,
Dişi yoxdu dişdəyir. (Şaxta)
Ay atım, əyri atım,
Qayadan qorxmaz atım.
Yük yüklərəm aparmaz,
Alınmaz pula satım. (Koramal)
Kolları gəzər pusa-pusa,
Qıçları uzun, qolu qısa. 
 
 
(Dovşan)
Əkdim palıd,
Çıxdı şabalıd.
Ortasından bir zoğ çıxdı.
Nə palıddı, nə şabalıd. 
 
 
(Qağıdalı)
Gödəcık kişi, 
Patavamnan var işi. (Biz)
O nədi ki, şəni qıfıllı siyahkar,
Yağar cisminnən yaz, 
yayı, qışı qar. (Ələk)
Maral-maral inəyim,
Qarnı xaral inəyim,
Su içməz, ot otlamaz,
Çəpər yaran inəyim. (İlan)
Gejə-gündüz işlər,
Dişlərini dişlər. (Saat)
Ağaşa çıxar,
Ağzına tıxar.
Hər kəsə dəysə,
Evini yıxar. (Tüfəng) 
Şəhrəbanı gəzər obanı,
Altı ayağı, iki dabanı (Tərəzi)
Sarıdı zəfəran deyil,
Girdədir, girdəkan deyil,
Yazılıdır quran deyil.
                       (İmperial, qızıl pul)
Mücürü, ay mücürü,
İlişdirdi ucunu.
Yeddi qatar nər gərək,
Çəkə onun gücünü. (Kotan)
Suda balıx,
Quyruğu yanıx. (Piltə)
Uzaqdan baxırsan qaracadı.
Yaxına gəlirsən ölücədi,
Barmax sox gözünə diricədi.
                              (Qayçı)
Altı taxta, üstü taxta,
Ortasında dəmir balta.
                         (Xəncər)
Həpdi-həpə,
Qızıl günə,
Dövran ötər,
Çiçək səpər. (Təndir və çörək) 
Həri-həri həridən,
Hikmət gördüm dəridən,
Ağzı var irəlidən,
Buynuzları geridən. (Çəyirtkə)
Çullaram çulum salar (Sac)
O nədir ki, hər yana işıq salar,
Öz dibinə yox. (Çıraq)
O nədir ki, 
gejə-gündüz yol gedir. (Saat)
Söylədi: Ağdam rayonu Ağdamkənd 
kənd sakini, 1939-cu il təvəllüdlü 
Əliyeva Solmaz Mirdənə qızı


296
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Laylalar 
Layla deyim ucadan, 
Səsim gəlsin bacadan,
Xuda səni saxlasın,
Çiçəkdən, qızılcadan.
Layla gülüm, a layla, 
Qızılgülüm, a layla.
Layla deyərəm həmişə,
Səsim gedər yenişə
1
.
Yasdığında gül bitsin,
Yorğanında bənövşə.
Layla gülüm, a layla, 
Qızılgülüm, a layla. 
Layla deyərəm, su gəlsin, 
Balamın yuxusu gəlsin,
Uzax-uzax ellərdən,
Balamın atası gəlsin.
Layla gülüm, a layla, 
Qızılgülüm, a layla. 
Layla dedim, yat dedim
Yastığa baş at, dedim,
Ayla, günlə demirəm,
Saatla boy at, dedim.
Laylay, laylay, a laylay,
Körpə balam, a laylay.
Layla dedim, yatasan,
Qızılgülə batasan.
Qızılgül kölgəsində, 
Şirin yuxu tapasan.
Laylay, laylay, a laylay,
Körpə balam, a laylay. 
Layla dedim asına
2
Həm özünə, həm asına
Balamın toy xəbəri
Gələydi anasına.
Laylay, laylay, a laylay,
Körpə balam, a laylay.
Layla dedim yat,
Şirin yuxu tap.
Anan boyuna qurban
Tez böyü, boy at.
Layla balam, a layla,
Şirin balam, a layla.
Atalar sözləri və məsəllər   
-Adın nədir?
-Muzdur.
-Yerində düz dur.
-Adın nədir?
-Nökər.
-Niyə durmusan bekar?
Aç qapını, ört qapını.
Bu dünyadan xəbəri yox,
O dünyadan danışır.
Ayran ver ayransıza,
Qalmaz bu dövran sizə.
Vaxt olar ayran olar,
Verməzlər ayran sizə.
1. 
Enişə, aşağıya.
2.
Boy-buxun.


297
Folklor örnəkləri: Ağdam folkloru
Evsizə qız verməzlər.
Evlənən göz qulaqda olar.
İlan çıxdığı qapını tanıyır.
Getməsin o yaman ki, yerinə yaxşı gəlməyəcək.
Gec danışsan, kəlamın gül olar.
Gedər bağlar qorası,
Qalar üzlər qarası.
İki düşün, bir danış.
İlanı Seyid Əhməd əli ilə tutur.
İgid yüz yaşar, fürsət bir düşər.
İmam şaftalı ağacı deyil ki, hər yerdə bitə.
İlkin var—mülkün var.
İllər qocaltmaz insanı, qüssə qocaldır. 
İstəyirsən qocalıqda hörmətin olsun,
Cavanlıqda qocalara hörmət elə.
İrz (ismət) insanın qanbahasıdır.
“İstəmirəm” deyəndən qorx.
İt sümüyü ölçüb udar.
Yabıya rəhm etməyən yabısız qalar.  
Söylədi: Ağdam rayon sakini, 1944-cü il təvəllüdlü 
Qirayət Cavad qızı Məhərrəmova


298
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Yağla yovşan da yeyirlər.
Yad gəlib qohum olunca, qohum yad olar.
Getdin adına, tüpürdüm dadına.
Yağışda düşmənin qoyunu, dostun atı satılsın.
Yalançının adına inanma.
Yuxu ölümün qardaşıdır.
Payız suyu kasıbın bogazına təngdir.
Pay bölənə pay qalmaz.
Gəlin atda, qisməti yadda.
Sözün bilməyən ağız başa toxmaq vurdurar.
Gəlindən qız olmaz.
Padşahın da rəiyyətə işi düşər.
Paxılın gözü doymaz.
Leylək günün tak-takla keçirər.
Leş görəndə quzguna dönər.
Uzunluq nə bilir,
Çərşənbə, cümə.
Köhnə qurd yolunu azmaz.
Kömürçünün evinə girən üzü qara çıxar.
Hürüşün bilməyən it,
həsinə (sahibinə) qonax gətirər. 
On iki imama yalvarınca,
Bir Allaha yalvar.
Kasıbdan Allahın da zəhləsi gedir.


299
Folklor örnəkləri: Ağdam folkloru
Tısbağa çanağından çıxıb çanağın bəyənmir.
Kasıbın heç nəyi olmasa da uşağı çox olar.
Könlü yemiş istəyən dolanar tağ başına.
Oba yiyəsiz qalanda donuz təpəyə çıxar.
Varlının xoruzu da yumurtlar.
Şir qocalanda özünə gülməyi gəlir.
Cücə ağgünlü olsaydı, toyuq əmcəkli olardı.
Paltarı təzəliyində,
namusu gəncliyində qoru.
El gözündən düşən boy atmaz.
Özünə qıymadınmı, özgəyə qıyma.
Yayda çuxanı götür,
Qışda özün bilərsən.
Ala qarğa çoxbilmişliyindən uzağa düşər.
Xəsisə zəhər versən, pulsuzdur deyə içər.
Xəsisdən qışda buz almaq olmaz.
Elm ağlın çırağıdır.
Səbir eyləyən çox yaşar.
Söz üçün usta, iş üçün xəstə.
Söz insanın vuran əlidir.
Ağlınla gör, qəlbinlə eşit.


300
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Lətifələr
  
Ana qarğa balasına öyüd verir:
-Elə ki, gördün adam yerə əyildi, tez qaç.
-Niyə ki, bəlkə o, daşı cibində gətirir, - deyə, bala cavab verdi.
***
Bir məmləkətin vəziri şaha bir gün deyir: 
-Şah sağ olsun, eşitmişəm ki, bu yaxınlarda sular quruyacaq, güclü 
yağış yağacaq və bütün məmləkət əhli yağış suyundan içib dəli olacaq.
-Bəs sən nə tədbir tökmüsən, vəzir?
-Şah sağ olsun, mən su ehtiyatı götürmüşəm.
Vəzirin dediyi gün gəlib çatır. Bütün camaat yağış suyu içib dəli 
olurlar. Şahla vəzir isə saxladıqları sudan içirlər. Camaat şahla vəzirin 
onlar kimi hərəkət etmədiklərinə təəccüblənirlər və onları “dəli” adlan-
dıraraq daş-qalaq edib öldürürlər. 
***
Kişi saja çörək salan arvadına deyir:
-İnək almaq isdiyirəm nə təər olar? 
Arvad: 
-Lap yaxşı, a kişi, buzoyunu bax ora bağlıyarıx, - deyə, oxloyu yan 
tərəfə uzadır.
Kişi: 
-Ay arvad yavaş, buzoyun gözün töhdün.
***
Meşə heyvannarı bir yerə yığışıb çayı keşmək üçün körpu tihməh 
ətrafında məsləhət edirlər. Onlar çox danışıllar, məşvərət edirlər. Uzun-
qulaq kənarda dayanıb bütün bunnara göz qoyurdu. O birdən:
-Siz mana deyin görüm bu körpünü çayın uzununa tikirsiniz, yoxsa 
eninə? - deyə, dostlarından soruçur.
***
Bir evə qonax gəlir. Qonaxla ata söhbət edir, oğul isə kənarda da-
yanıb qulax asır. 
Bir  azdan  oğul:  -Ata,  icazə  ver  bir  söz  deyim,  -  deyə  atasından 


301
Folklor örnəkləri: Ağdam folkloru
icazə istəyir. 
Ata: -Bala, həmişə danışanda sözü ağzında bişir, sonra çıxart. 
Bir az keçir, oğul yenə: -Ata, izn ver, bir söz deyim.
Ata:  -Bala,  danışmazdan  əvvəl  həmişə  sözü  ağzında  bişir,  sonra 
çıxart. 
Bir azda keçir, oğul yenə söz demək üçün atasından izn istəyir.
 Ata: -Bala, de, amma fikirləş sonra.
Oğul: -Ata, bizim qonağımızın başı lap itimizin başına oxşayır.
***
Bir gün taxıl zəmisinə böyük bir öküz girir. Bütün camaat yığı-
şır  ki,  “bəs  bu  öküzü  nətər  çıxardaq  ki,  zəmini  çox  xarab  etməsin?” 
Çox fikirləşirlər, məşvərət eliyirllər, ağsaqqal gəlsin, qarasaqqal gəlsin, 
görək neyləyirik. Ağsaqqal gəlir və öz ağıllı məsləhətini verir:
-Yıxın sürüyün!
***
Bir gün ana, yumurta bişirən qızından soruçur:
-Qızım, neçə dəqiqədir yumurtanı qaynadırsan?
-Doqquz dəqiqə.
-Sənə demədim üç dəqiqə qaynat!
-Ana, axı üç yumurtadır.
***
Yoldan keçən bir padşah saçları ağappaq, saqqalı isə qapqara bir  
kəndlidən soruşdu:
-Niyə başının tükü ağ, saqqalın isə qaradır?
-Çünki başım saqalımdan iyirmi il böyükdür.
***
Gözləmə otağına daxil olan tibb bacısı bildirir:
-Dokturun qəbul vaxtı saat dördə kimidir.
O daha heç kəsi qəbul etməyəcək.
Gözləyənlərdən biri narazılıqla dillənir:
-Onda zəhmət çəkib bu elanı itə də bildirin ki, ayağımı beşin yarı-
sında tutmasın.
***
Bir qoja qaça-qaça vağzala gəlir və soruçur:


302
DƏDƏ QORQUD ARAŞDIRMALARI
-Qatar çoxdan gedib?
-Yox, beş dəqiqə olar.
-Allaha çox şükür, dedim, bəs çox gecikmişəm,- deyə, qoja arxayın 
olur.
***
Ermənini suya - dənizə atmax isdiyirlər. Bu zaman bir balıx başını  
sudan çıxarıb yalvarır: 
-Amandı, onu suya atmayın, sabah bütün balıxları yurd-yuvasından 
çıxarıb deyəcək: “Bu dəniz də bizimdir ”.
***
Çox çirkin bir qadın faytona minərkən faytonçudan soruçur:
-Sizin atlar ürkək deyil ki?
Faytonçu deyir:
-Narahat olmayın, əyləşin, onlar dönüb dala baxmırlar. 
***
Kəndli şəhərə gəlir və ət dükanına girib satıcıdan soruşur:
-Sizdə donuz piyi var? 
Dükançı kəndlini ələ salmaq niyyəti ilə:
-Ay kişi, biz burada piy yox, axmaqları satırıq.
-Kəndli özünü itirməyib cavab verir:
-Görürəm, maşallah, alveriniz yaxşı gedir, səndən savayı dükanda 
bir şey qalmayıf. 
***
Oğru birinin üzümlüyünə girir. Keçir bağbanın əlinə. Bağban oğ-
rudan soruçur. 
-Sən burada nə edirsən?
Oğru deyir:
-Mən gəlmişəm ki, tənəklərə dərman çiləyim.
Bağ sahibi təəccüblənir:
-Ay kişi, heş indi dərman çiləmək vaxtıdır?
-Görmürsən, mən hələ bağın üzümünü dərməmişəm?
Oğru deyir:
-Bəlkə sən ölənəcən bağının üzümünü dərməyəcəksən, məgər mən  


303
Folklor örnəkləri: Ağdam folkloru
öz işimdən qalacağam?
***
Biri o birisindən soruçur:
-Elə təsvir elə ki, dənizdəsən, birdən qayığın bir tərəfi qırıldı, nə 
edərsən?
-Tez o biri tərəfini də deşərəm ki, su axıb tökülsün.
***
  Müəllim:
-Suda - quruda yaşayanlara aid kim misal göstərə bilər?
  Şagird:
-Matroslar.
***
Oğul ataya: -Ata, yatmısan?
-Yox.
-Onda mənə 3 manat pul ver.
-Bala, yatmışam, məni narahat eləmə.
İnam və etiqadlar
Qapının dabanında oturmazlar, bu qaramatlıq əlamətidir.
Təndirə kündə yapanda gərək yanında oğlan uşağı durmasın, yox-
sa kündələr küt gedər.
Şər vaxtı adama qarğış eləməzlər, o vaxt elənən qarğış adamı tez 
tutar.
Adna axşamı hana toxumazlar, həmin axşam pərilər su daşıyırlar, 
iplər ayağına dolaşıb onları yıxar.
Atasına oxşayan qız xoşbəxt olar.
Atı satanda yüyənlə yəhərini verməzlər.
Qabında xörək saxlayanın nişanlısı çirkin olar.
Qaranquş yuva quran həyətdə həmişə şadlıq olar.
Axır  çərşənbə  gecəsində  pis  danışmaq,  kefsiz  olmaq,  nalayiq 
hərəkət etmək olmaz. Deyirlər ki, insanın çərşənbə axşamı hər əməli, 


304
DƏDƏ QORQUD ARAŞDIRMALARI
istəyi, fikri,  davranışı təzələnir.
Axır  çərşənbə  gecəsində  təbiətdə  hər  nə  varsa,  hamısı  təzələnir-
deyərlər.
İlin payız fəsli, yazın əvvəlki ayları yağmurlu keçərsə, - deyərlər 
məhsul bol  olacaq.  
Odun üstünə su tökməzlər, od sönsə, ocaq sönər.
Səpin vaxtı buğda qovursan məhsul az, yarma bişirsən bol olar.
Gejə  vaxtı  qonşuya  qatıx,  un,  duz,  pul  verməzlər,  yoxsa  evin 
bərəkəti  gedər.
Dilinə düyün düşəndə yanımdakı adamı üç dəfə deməlisən: “dilimə 
düyün  düşüb”.  Yanındakı  da  sənə  üç  dəfə  təkrar  eləməlidir:  “Tüpür 
yerə,düşsün!”. Onda düyün dilindən düşər. 
Ocaxda gülün titrəməsini görsələr, od xeyrə oynayır,-- deyərlər.
Dağdağan ağacını kəsmək xeyir verməz.
Əldə qayçı oynadanda dava düşər.
Nişan üzüyünü girov qoymazlar.
Ərə  verilən  qızı  ocağın  başına  dolandırıb:  “Qoy  odlu-ocaxlı  ol-
sun!” - deyərlər. 
  Vəfat  etmiş  əziz  adamdan  söhbət  düşən  vaxtı  yanındakılar-
dan  kimsə  qəflətən  asqırsa,  onun  paltarının  ətəyindən  üç  dəfə  dartıb 
deməlisən: “Bizimsən, bizimsən, bizimsən!”
Körpəni güzgü qabağına tutmazlar, yoxsa uşaq güzgüyə baxsa, gec 
dil çar.
Bıçax yerə ağzı üstə düşəndə “ət kəsmək istəyir,” – deyərlər.
Uşaq gec dil açanda axura saman töküb at yüyənini uşağın boynu-
na  keçirib, sonra onu axura aparıb deyirlər: “Adamsan adam ol, hey-
vansan heyvan ol, ye bu samanı!” Belə edilsə, uşaq dil açar. Soğan və 
sarımsaq qabığını oda atmazlar, yoxsa qış soyuq olar.
Xalı çox olan adamın qəbri işixlı olar, deyərlər. 
Ölən adamın hər xalı bir   ulduza dönər.
Qaranquş civildəyərsə, qış tez gələcək.
Payızda toz ağacının yarpaxları yuxarıdan saralsa, o biri yaz tez 
gələjək, aşağıdakı saralsa, gej.


305
Folklor örnəkləri: Ağdam folkloru
Qəbirstanlığın başına dolanmazlar.
Şər vaxtı ev, həyət süpürməzlər, kasıblıx olar, - deyirlər.
Məhrum  adamın  keçmiş  hərəkətlərindən  danışanda  “iraq 
indisindən,” - deyərlər.
Şər vaxtı yerə qaynar su tökməzlər.
Söylədi: Ağdam rayonu Ağdamkənd  kənd sakini, 1931-cı il təvəllüdlü 
Əliyeva Müzəyyəm İskəndər qızı. 
Qarğışlar 
Gözünü ilan tas-tas eləsin işıxlıya həsrət qal.
Allah-taala ağlını alsın, qal ağ, göy, qırmızı deyə-deyə.
Günün qara olsun!
Başın yerdə qalsın!
Səni görüm gorbagor olasan.
Səni görüm elə dərdə düşəsən ki, dərdinə dəva tapılmasın.
Azar gözündən alsın!
Səni hal aparsan!
Səni yer gizləsin!
Gözünə mıx batsın!
Səni qara geyin, göyə çalxan!
Səni tey-tey ol, əllərdə get!
Səni mimar qal.
Səni görüm hal qulaxlarından tutsun bir aşağı çəksin, bir yuxarı 
çəksin.
Səni diri-diri doğran.
Səni od itirsin.
Gününü Allah qara qoysun!
Yediyin burnunun iki deşiyindən gəlsin, piltə-piltə tökülsün.
Adın qara mərmərlərə yazılsın! 


306
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Səsin qara yerdən gəlsin!
Səni görüm elə it-bata düş ki, izin-tozun da ələ gəlməsin!
Səni görüm həmişə əlin quru yerə dəysin.
Səni qanına qəltan ol, get dərədə mundar ol.
Azar ürəyini para-para eləsin!
Səni acından köpük quş, it kimi gəbər!
Niyyətin öz başını yesin, pisniyyət başın yerdə qalsın.
Səni nə qədər bilirsən, o qədər də bəla çəkən görüm!.
Yediyin gözünə dursun, səni mimar

eləsin. 
Səni heç tutduğun işdən yarıma
2
.
Səni görüm qələmə ağacı kimi dik quru, dərdinə dəva tapılmasın!
Səni görüm el içində böüzm

ol. 
Səni görüm əlin əllərə çatmasın, ahun, fəğanın əskik olmasın!
Anadan  əmdiyin  süd  haramın  olsun,  burnundan  gəlsin,  səni  kor 
eləsin! 
Səni görüm diri-diri qurdalayıb inilən!
                   
Alqışlar  
Allah qardaşlarının canın sağ eləsin, gözünə çırax eləsin!
Süfrəniz açıx, üzünüz ağ, kefiniz kök olsun!
Qazancın ana südü kimi halal olsun!
Sizi görüm qoşa qarıyın, can deyin, can eşidin!
Allah fəryadına çatsın, səni muradına yetirsin!
Xudayə Xudavəndi Kərim Allah kölgənizi üstümüzdən əskik elə-
məsin, sizi min qol, min budax eləsin!
İşıgınız gur, eviniz abad, kefiniz kök, damağınız çağ olsun!
Əli belini qurşasın, dadına yetsin, səni naümüd qoymasın!
1.
Kor
2.
Xəcalətli
3.
Xeyir görmə.


307
Folklor örnəkləri: Ağdam folkloru
Eviniz axarlı-baxarlı, gəlimli-gedimli, qonaxlı-qaralı olsun!
Həmişə xoş sədanız gəlib könülləri şad eləsin! 
Yolunuz işıqlı, səfəriniz uğurlu, könlünüz xoş olsun!
Yastığınız yüngül, qəmdən, azardan, dərddən uzax olasınız!
Allah işinizi həmişə rast salsın!
Rastınıza həmişə yaxşı çıxsın!
Allah üzünüzü ağ eləsin!
Söylədi: Ağdam rayonu Ağdamkənd  kənd sakini, 1940-cı il təvəllüdlü 
Novruzova Minayə Novruz qızı. Hazırda Ağdamın Quzanlı kəndində yaşayır. 
        


308
DƏDƏ QORQUD ARAŞDIRMALARI
K İ TA B I N   İ Ç İ N D Ə K İ L Ə R
Redaktordan (R.Qafarlı) 
 
 
 
 
3
Folklor, Mifologiya, Etnoqrafiya
Ramazan Qafarlı. İç Oğuzla Dış (Daş) Oğuzun 
 
savaşının səbəbi 
 
 
 
 
9
Pərixanım Soltanqızı. Y.İmrənin yaradıcılığında 
 
xalq sufizmi   
 
 
 
 
26
Xoşbəxt Əliyeva. C.Rumi yaradıcılığında folklor 
 
ənənələri 
 
 
 
 
 
55
Gülnar Əkbərova. Epik ənənədə möcüzəli doğuş 
motivinin irfani mahiyyəti   
 
 
 
81
Leyla Hüseyinova. Qəhrəmanlıq dastanında sədaqətli 
 
at obrazı 
 
 
 
 
 
88
Onomastika, Dialektologiya, Etimologiya
Əzizxan Tanrıverdi. “Dədə Qorqud kitabı”nda 
 
at adları 
 
 
 
 
 
96
Aynurə Əliyeva. Orxon-Yenisey abidələrində işlənmiş 
 
onomastik vahidlər   
 
 
 
119
Bəhram Məmmədov. Orxon-Yenisey yazılı 
 
abidələri və dialektlərimiz   
 
 
167
Əlvan Cəfərov. Orxon-Yenisey yazılı abidələrinin lüğət 
 
tərkibində köməkçi nitq hissələri 
 
 
196
Pedaqogika, Fəlsəfə, Psixologiya
Mehriban Sərdarova. Orxon-Yenisey yazılı 
 
abidələrində vətənpərvərlik tərbiyəsi  
 
216


309
Mündəricat
Səlimə Məmmədova. Orxon-Yenisey türk yazılı abidələrində 
 
davranış tərbiyəsi 
 
 
 
 
241
Tərlan Əsgərova. Orxon-Yenisey yazılı abidələrində 
 
mənəvi tərbiyə məsələri 
 
 
 
263
Roza Qələndərova. XIX əsrin II yarısında Qərbi Azərbaycan
 
pedaqoji fikrinin görkəmli nümayəndələri   
281
Folklor örnəkləri
Ağdamda belə söyləyirlər 
 
 
 
 
289
Bayatılar 
 
 
 
 
 
 
289
Tapmacalar   
 
 
 
 
 
293
Laylalar 
 
 
 
 
 
 
296
Atalar sözü və məsəllər 
 
 
 
 
296
Lətifələr 
 
 
 
 
 
 
300
İnam və etiqadlar 
 
 
 
 
 
303
Qarğışlar 
 
 
 
 
 
 
305
Alqışlar 
 
 
 
 
 
 
306


DƏDƏ QORQUD ARAŞDIRMALARI
1-ci kitab
«Qafqaz+» MMC-də hazırlanmışdır.
Bədii dizayneri 
Xəyyam Əliyev
Texniki redaktorları 
Ramin Abduxalıqov,
Ləman Qafarova
Çapa imzalanmış 27.11.2012. Kağız formatı 84x108 1/32. 
Həcmi 25,31. Tirajı 300. Sifariş 031.
Qiyməti müqavilə ilə.
 
Nəşrə məsul: prof. Ramazan Qafarlı
Kitab ADPU-nun mətbəəsində
hazır diapozitivlərdən çap edilmişdir.

Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə