D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə9/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   5   6   7   8   9   10   11   12   ...   84

30
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Bizə görə isə eşqin növləri belədir:  
1. İnsanın insana  olan eşqi; 
2. İlahi varlığa olan eşq; 
3. Əqidə, məslək eşqi; 
4. Eşqdə fanatiklik; 
5. Elmə, kitaba olan eşq
6. Peyğəmbərə olan eşq; 
7. İmamlara olan eşq və s. 
Yuxarıda dediyimiz kimi hər nəyəsə olan eşq tanrı sevgisindən 
keçib. Eşqi biz də növlərə ayırdıq. Eşqin növləri sadalanmaqla 
bitən deyil. Onu növlərə ayırmaq da düzgün deyil “Dünya eşq 
üzərində  fırlanır”,  “hər    kəsin  bir  şeyə  qızğın  eşqi  var”  (Niza-
mi  Gəncəvi).  Yer  üzərində  hər  nə  var  eşqdən  yaranıb.  Yunus 
İmrənin “Məcnunluğu” Leyliyə deyil,  ilahi varlığadır. Bu aşiq-
lik məsafəsi, eşq vücudunun mühərriki olan ürəkdən  - ürəyədir.  
Yanan hər nə varsa, o, ətrafa səs salır. Kiçik əşya belə, hətta so-
bada yananda – “çırt-çırt” səslənir. Yunus İmrənin ilahi varlığa, 
tanrıya  olan  eşq  yanğısı  bütün  dünyaya  səs  salıb.  İlahi  varlığa 
olan bu  eşq o qədər böyük,  o qədər möhtəşəmdir ki, Yunus İmrə 
bu hicranda həm şamdır, həm pərvanə. İnsan “O zərrə bir Tanrı 
əmanətidir ki, “can içində oturub ilahi nuruyla dolu dərviş könlü-
nü ərş eyləyən dostdan gəlir”. Yaradılmışı yaradandan ötəri sevən 
Yunus həmin “zərrə”nin bütünü olana – Allaha aşiqdir. Bir kö-
nül əri olan Yunus İmrənin bu ilahi sevgisinin Tanrısız fəlsəfədən 
qaynaqlanan fəlsəfi humanizm Allahsız bir sevgi olaraq düşünülə 
bilməsi əsla mümkün deyil. Mütəsəvviflərə görə iki elm var. Biri 
əsasında ağıl dayanan zahir elmi (və ya şəriət) dir. Onun da məkanı 
mədrəsələrdir. İkincisi - İlhama söykənən həqiqət elmidir – kö-
nül elmidir. Sufilərə görə bu “irfan” elmidir. Allah elmdən çox 
irfanla bəyan olunur. Bu da o deməkdir ki, hər gözə, hər könülə 
görünməyən Tanrı yalnız eşq yolu ilə gedilən irfanla bilinir. “Bü-


31
Folklor, Mifologiya, Etnoqrafiya
tün türk ədəbiyyatı mənşəindən bu günə qədər ondan daha böyük 
bir mütəssəvif  şair yetirə bilməmişdir” (F.Köprülü). “Yunus İmrə 
milli dühadır”, “möhtəşəmdir”. 
“Eşqin ülviliyi və sirr dolu mahiyyətindən danışan dərviş Yu-
nus  gözləri  həmişə  mənəvi  aləmin  dərinliklərinə  dikili  olduğu-
na görədir ki, hətta təbiət lövhələrindən bəhs eləyən zaman bu 
lövhələri vicdani rənglərlə boyayır. Onlara əxlaqi, hikmətamiz bir 
məzmun verir. Hər biri min naz ilə həqqi vəsf eyləyən çiçəklərdən 
Tanrının ətrini alan Yunus  ilahi eşqin qüdrətli tərənnümçüsüdür” 
(Cəlal Bəydili (Məmmədov).
“Divan”ında ali hisslərdən danışan şairin eşq fəlsəfəsinə görə 
eşqsiz insan həyatda yoxdur. Əgər bir şeyə sevgisi olarsa, o, aşiq-
dir. Aşiqdirsə demək o, həyatda var, yaşayır.
Eşqsüz adəm dünyədə bəllü bilin ki, yoqdur,
Hər birisi bir nəsnəyə sevgisi var, aşiqdür.
Böyük Nizami demişdir:
Eşqsiz bir adam bir neydir – qırıq,
Yüz canı olsa da ölüdür artıq.
Tanrının  evində  olan  yüz  bir  bəzəkli  sevgidən  şair  aşiqə 
könlünə yaxın olanını, layiq bildiyini seçməyi məsləhət görür:
Çələbün dünyəsində yüz bin dürlü sevgi var,
Qəbul et kəndözünə, gör qanğısı layiqdür.    
 “Ancaq eşqlə könülləri fəth etmək olar”, “Əgər eşqi sevərsən, 
can  olasın,  könüllər  təxtinə  sultan  olasın”-  deyən,  şair  varlığın 
özünə  bağlanmağın  fəlsəfi  dərkindən  keçir.  Yerin,  göyün,  bü-
  
  


32
DƏDƏ QORQUD ARAŞDIRMALARI
tün varlıqların eşqdən yarandığını və eşqin tarixinin olmadığını 
söyləyir.
Əvvəl yer-gög yoğ ikən var idi eşq bünyadı,
Eşq qədimdür, əzəli eşq gətürdü nə varın .
Əvvəl əzəl bəzmində kim dost yüzin gördisə,
Anın canıdır aşiq, sor ondan eşq xəbərin 
Eşqi heç bir nəsnəyə məsəl bağlasan olmaz
Dünyədə, axirətdə nə dutisar eşq yerin?!
Bu dünya da, o dünya da  axirət də eşqdən yaranıb. Hər iki 
dünyada eşq elə  bir anlamdadır ki, o, heç nə ilə müqayisə olun-
madığı kimi əvəz də oluna bilməz. Onun yerini heç nə tutmaz. 
Bu eşqin Yunus İmrə tərifidir. Ondan əvvəl yaşamış Azərbaycan 
mütəfəkkiri,  filosof,  şair  Nizami  Gəncəvi  də  eşqin  tərifini  ver-
mişdir:  Eşqsiz  həyatın  boş,  mənasız  olduğunu,  bütün  cahanın 
eşqdən yarandığını, ancaq eşq yolunun doğru, düzgün olduğunu 
göstərmişdir:
Eşqdir mehrabı uca göylərin
Eşqsiz ey dünya, nədir dəyərin?!
Eşqin qulu ol  ki, doğru yol budur,
Ariflər yanında, bil eşq uludur, 
Eşq olmasaydı xilqətin canı,
Dirilik sarmazdı böyük cahanı.
Eşq düşsə daşın da qəlbinə əgər
Gövhərdən özünə məşuq düzəldər.
Maqnit olmasaydı eşqin əsiri
Çəkməzdi özünə dəmir zənciri...
Yunis İmrə şeirlərində aşiqi, ona sevinc, xoşbəxtlik gətirməyən 


33
Folklor, Mifologiya, Etnoqrafiya
eşqin ağırlıqlarından xəbərdar edir, aşiqlərin eşq evində gecəsi-
gündüzü olmadığını,  eşqin acı şərbətini içən aşiqlərin gününün 
ah-vayla, eşq fəryadlarıyla keçdiyini söyləyir:
Xocam, aşiq olanların işi ah ilə zar olur
Həsrətindən ol məşuqun göz yaşı binar olur –
Yunus İmrədən II əsr əvvəl yaşamış böyük Xaqani demişdir: 
Yazıqlar, vay o  qəlbi yanmış aşiqlərə ki,
Bir  nəfəs çəkməmişdir qeyri-sənin havandan.
Onun görən olmadı şad gününü biz əsla
Sevinc yeli əsmədi dalısınca heç zaman.
Eşqin  acı  şərbətini  böyük  Füzuli  də  içib.  Onun  nə  kimi 
ağırlıqları var, fəryadları var onunla dost olub.  Çəkdikləri belə 
ona azlıq edib. Tanrıdan eşqin bəlalarından daha betərini, daha 
müsibətini diləyib:         
     
Ya rəbb,  bəlayi-eşq ilə qıl aşina məni!
Bir dəm bəlayi-eşqdən etmə cüda məni!
Az eyləmə inayətini əhli-dərddən,
Yəni ki, çox bəlalara qıl mübtəla məni.
Şah İsmayıl Xətai də eşqin bəlalarından xəbərdardır. Çəkdiyi 
acılara baxmayaraq ona iztirablar verən  eşqindən şaddır. Onunla 
qürurlanır. Eşqinə sadiqdir. Canansız, eşqsiz yaşamaq istəmir. Bu 
eşq yaralarını sağaldacaq “dərman”dan da imtina edir.
Ya ilahi, sən məni bieşqi-canan eyləmə,
Eşq ilə şadəm dəxi dərdimə dərman eyləmə.


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə