D ialoq nəticəsində elə təəssürat yarana bilər ki, gələcəkdə



Yüklə 36,76 Kb.
Pdf görüntüsü
tarix22.11.2017
ölçüsü36,76 Kb.
#11433


38  • 

/

  №37, 2011



D

ialoq  nəticəsində  elə  təəssürat 

yarana  bilər  ki,  gələcəkdə 

ciddi  cinayət  əməllərinin  ifşa 

edilməsinə  gətirib  çıxara  bilən  çox 

əhəmiyyətli  məlumat  MMX-yə  ona 

görə  təqdim  edilmir  ki,  məsul  şəxs  öz 

mövqeyini,  bankın  gələcəkdə  qarşılaşa 

biləcəyi  xoşagəlməz  nəticələri  qəti  və 

aydın şəkildə izah edə bilmir. Bu səbəb, 

əhəmiyyətli olsa da, əsas deyildir. Əsas 

olan  səbəb,  bankda  bu  cür  dialoqla-

rın aparılmasının normal praktika kimi 

qəbul edilməsidir.

Təcrübə  göstərir  ki,  bankda  belə 

söhbətlərin aparılmasına, ümumiyyətlə, 

şərait  yaradılmamalıdır.  Əməliyyatın 

şübhəli  olub-olmaması  barədə  qərar 

məsul  şəxs  tərəfindən  şəxsən  qəbul 

edilməlidir; bu cür məsələlər iki şəxsin 

şifahi  müzakirəsi  əsasında  həll  olun-

mamalıdır.  Bununla  yanaşı,  məsul  şəxs 

müvafiq  qərarın  qəbul  edilməsi  üçün 

məsəlini  kollegial  (İdarə  Heyətinin  və 

ya  Müşahidə  Şurasının)  müzakirəsinə 

çıxartmaq  hüququndan  da  məhrum 

edilməməlidir. Hər bir halda, banklarda 

bu  məqsədlər  üçün  müvafiq  prosedur-

lar  qabaqcadan  müəyyən  edilməlidir. 

Məlumatı  MMX-yə  təqdim  edib-

etməmək  barədə  tərəddüd  yarandıqda 

isə,  məsul  şəxs  hansı  addımı  atacağını 

konkret bilməlidir.

Əməliyyatın şübhəli olub-olmamasına 

dair  tərəddüdləri  minimuma  endirmək 

üçün,  bankda  artıq  aparılmış  olan 

bütün əməliyyatları ən azı iki əsas qrupa 

bölməkdə  fayda  vardır:  qeyri-adi  və 

şübhəli əməliyyatlar.

Məncə bu əməliyyat şübhəlidir...

  Bu məqalənin məqsədləri üçün, “şübhəli əməliyyat” dedikdə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın 



leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun yalnız 7.2.1-ci 

maddəsində nəzərdə tutulmuş “pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə 



bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar” ilə bağlı əməliyyatlar başa düşülməlidir.

2

   Bank əməliyyatçıları tərəfindən qeyri-adi əməliyyatların ifşa edilməsi üçün tələb olunan əlavə tədbirlər və səriştəyə dair bəzi mülahizələrə bax. 



“Banklar və Biznes” jurnalı, №5(36), 2011, s.30-33

əgər əməliyyat şübhəlidirsə

1

, Maliyyə Monitorinqi Xidmətinə (MMX) onun barəsində 



məlumatın təqdim edilməsinə dair tərəddüd yaranmır – məlumat təqdim edilir. əsas 

məsələ əməliyyatın şübhəli olub-olmadığının müəyyən edilməsi zamanı məsul şəxsin 

qərarvermə müstəqilliyinin təmin edilməsidir.

...


Məsul şəxs (M): 

Verməliyik! Axı bu hal şübhəlidir!

İdarə Heyətinin sədri (S): 

Konkret bu hal qanunvericiliyimizdə nəzərdə tutulubmu?

M: 

Konkret bu hal yoxdur, amma ...



S:  

Maliyyə Monitorinqi Xidmətinin təsdiq etdiyi “Xüsusi indikatorlar”da bu hal varmı?

M: 

Orada da yoxdur, buna baxmayaraq ...



S: 

 Elə isə, mən də bunu şübhəli hesab etmirəm. “Bank sirri” deyilən anlayışla tanışsan? Sən bilirsən ki, belə 

müştəriləri itirməklə, bankımız nələrdən məhrum olacaq. Yoxsa əmək haqqının və mükafatlarımızın hansı 

vəsaitlərdən formalaşdığından xəbərdar deyilsən?!

M:

 Aydındır ...



(Qərara alınır ki, sözügedən hal “şübhəli” deyil və bu barədə məlumat MMX-yə təqdim edilməməlidir.)

Məlumatı Maliyyə 

Monitorinqi Xidmətininə 

təqdim edib-etməmək 

barədə tərəddüd 

yarandıqda, məsul şəxs 

hansı addımı atacağını 

konkret bilməlidir



bankÇILIQ


№37, 2011  

/

•  39

Müştərinin qəribə və müəmmalı dav-

ranışı,  eləcə  də  normal  işgüzar  prak-

tikaya  və  ya  münasibətlərə  uyğun 

olmayan,  qeyri-tipik,  mürəkkəb,  irrasi-

onal və ya ağlabatan iqtisadi mahiyyəti 

olmayan  əməliyyatlar  qeyri-adi  kimi 

qəbul  edilməlidir.  Lakin  bütün  bu 

cür  əməliyyatlar  barədə  məlumatların 

MMX-yə təqdim edilməsinə nəinki ehti-

yac  yoxdur,  hətta,  belə  demək  olar  ki, 

onlar MMX-yə təqdim edilməməlidir.

Bütün  qeyri-adi  əməliyyatlar  ilk 

olaraq  bankın  qabaqcadan  hazırlan-

mış  prosedur  və  qaydalarına  uyğun 

olaraq  müəyyən  edilmiş  müva-

fiq  əməkdaşlarının  (xüsusilə,  məsul 

şəxsin)  “süzgəcindən”  keçirilməlidir. 

Əməliyyatın  “qeyri-adi”  kateqori-

yasından  “şübhəli”  kateqoriyasına 

keçirilməsinə dair qərar əlavə araşdırma 

(əlavə eyniləşdirmə) aparıldıqdan sonra 

verilir.  Belə  araşdırma  zamanı  bu  hal-

lar ortadan qalxdıqda, yəni əməliyyatın 

ağlabatanlığı  əsaslandırıldıqda  və  həmin 

əsaslar  təsdiqləndikdə  əməliyyat  “nor-

mal,  adi”  kimi  qəbul  edilir  və  onun 

barədə məlumat MMX-yə təqdim edil-

mir.  Əməliyyat  yalnız  o  halda  şübhəli 

hesab  olunur  ki,  araşdırma  nəticəsində 

onu  qeyri-adi  hesab  etməyə  əsas  verən 

hallar ortadan qalxmamış olsun. 

Müştərinin  müəmmalı  davranışının 

və  ya  birdəfəlik  əməliyyatların  qeyri-

adiliyinin  müəyyən  edilməsi  yalnız 

bank əməliyyatçılarının qabiliyyətindən 

asılı olacaq.

2

Digər  əməliyyatların  qeyri-adiliyi 



isə  qabaqcadan  təsbit  edilmiş  konkret 

meyarlar  əsasında  müəyyən  edilməlidir. 

Bu  meyarlar  hər  bir  bank  tərəfindən 

fərdi  təsbit  edilir.  Meyarların  sayı  və 

təfərrüatı  bankın  sərəncamında  olan 

resurslardan,  habelə  onun  məruz  qal-

dığı  nisbi  risk  səviyyəsindən  asılı  ola-

caqdır.  Nisbi  risk  səviyyəsi  bankın 

ölçüsündən  (ştat  və  filial  sayından), 

onun  təklif  etdiyi  xidmət  və  məhsulların 

həcm  və  çeşidindən,  habelə  müştəri 

kontingentindən  asılı  olaraq  müxtəlif 

ola bilər. Bu parametrlər nə qədər geniş 

olsa,  bankın  məruz  qaldığı  nisbi  risk 

səviyyəsi də bir o qədər yüksək olacaq. 

Bank  nə  qədər  çox  lazımi  resurs  və 

imkanlara  malik  olsa,  onun  məruz  qal-

dığı nisbi risk səviyyəsi nə qədər yüksək 

olsa müəyyən edilmiş meyarlar da bir o 

qədər daha təfərrüatlı, onların sayı daha 

çox və istifadə edilən limitləri daha aşağı 

olacaqdır. 

Eyni  zamanda,  belə  meyarlardan 

istifadə  etmək  üçün  bankın  bütün 

müştərilərini öncədən müəyyən edilmiş 

risk kateqoriyalarına bölmək lazım ola-

caqdır. Bununla bağlı üç əsas faktordan 

asılı  olaraq  ən  azı  üç  risk  kateqoriyası 

müəyyən edilməli olacaqdır.

3

Müştərilər  risk  kateqoriyaları-



na  görə  bölünərkən,  müştərilərin 

profillərinə xüsusi diqqət yetirilməlidir. 

Müştərilərin profilləri həm hər konkret 

müştəri  üçün,  həm  də  oxşar  fəaliyyət 

əsasında  formalaşan  müştəri  qrupları 

üçün müəyyən edilməlidir. Müştərilərin 

doğru  profillərinin  müəyyən  edilməsi 

isə  bank  əməliyyatçıları  tərəfindən 

eyniləşdirmə  tədbirlərinin  səriştəli 

yerinə yetirilməsindən asılı olacaqdır.

Profillər  hər  zaman  reallığı  əks 

etdirməli,  yəni  statik  deyil,  dinamik 

olmalıdır.  Müştərilərin  risk  dərəcələri, 

onların  hazırkı  reallığa  uyğunluğu 

mütəmadi  olaraq  yoxlanılmalı,  müştəri 

və  müştəri  qruplarının  profilləri  (onla-

rın  eyniləşdirmə  məlumatları)  vaxtı-

vaxtında yenilənməlidir.



Əməliyyatların qeyri-adiliyini ölçən 

konkret meyarlara misal olaraq, aşa-

ğıdakı indikatorları göstərmək olar:

–  bir  müştərinin  konkret  saydan  artıq 

sayda  benefisiarının,  kontragentinin 

və/və ya nümayəndəsinin olması;

–  müştərinin  və  ya  müştəri  qrupları-

nın  (o  cümlədən,  siyasi  xadimlərin) 

profillərini 

müəyyən 


edən 

əməliyyatların həcminin, sayının və/və 

ya növlərinin konkret göstəricilərdən 

fərqli olması;

–  MMX  tərəfindən  müəyyən  edilmiş 

dövlət  və  ərazilərdən  başqa  digər 

dövlət və ərazilərlə (o cümlədən, off-

şor  zonalarla)  bağlı  əməliyyatların 

aparılmış olması və onların sayının və/

və ya həcminin müəyyən göstəricidən 

artıq olması;

Eyni zamanda, qeyd olunmuş meyarlar 

müştərilərin  risk  kateqoriyalarına  görə 

bölgüsünü asanlaşdırır və ayrı-ayrılıqda 

proqram  alqoritmləri  kimi  qəbul  edilə 

bilər.  Bu  məqsədlə,  bank  daxilində 

müvafiq proqram təminatından istifadə 

edilməsi zərurəti yaranır.

Yalnız  müvafiq  proqram  təminatı  və 

risk-əsaslı yanaşma çərçivəsində bu kimi 

alqoritmlərdən istifadə edildikdə, habelə 

əməliyyatın “şübhəli əməliyyatlar” kate-

qoriyasına  aid  edilməsinə  dair  xüsusi 

prosedur  və  qaydalar  hazırlanıb  tətbiq 

olunduqda  banklar  tərəfindən  effektiv 

monitorinq

4

  (nəzarət)  tədbirlərinin 



aparıldığından  danışmaq  mümkün  ola-

caqdır.


Zaur N. HACILI

Maliyyə Monitorinqi Xidmətinin 

böyük mütəxəssisi, Azərbaycan Bank 

Tədris Mərkəzinin eksperti

3

   Risk kateqoriya və dərəcələri, habelə onların asılı olduqları faktorlar barədə daha ətraflı bax. Zaur Hacılı, Çirkli Pulların Yuyulmasına qarşı 



Mübarizə, “Abşeron” nəşri, 2010, s.113-120

4

   Burada “monitorinq” dedikdə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun 



maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində qeyd olunmuş tədbirlər nəzərdə tutulur.

Əməliyyat o halda şübhəli 

hesab olunur ki, araşdırma 

nəticəsində onu qeyri-adi 

hesab etməyə əsas verən 

hallar ortadan qalxmamış 



olsun

bankÇILIQ

Yüklə 36,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə