D ö V l ə t və h ü q u q q a n u n ( ), 201 7



Yüklə 123,68 Kb.

tarix08.09.2018
ölçüsü123,68 Kb.


D Ö V L Ə T   VƏ H Ü Q U Q

Q A N U N   04  ( 2 7 0 ) ,   201 7

Hüseynov  Əbülfəz İb ra h im   oğlu,



hüquq  üzrə elmlər doktoru

,

Bakı Dövlət  Universitetinin  “Əmək və 

ekologiya hüququ ” kafedrasının dosenti

U O T 3 4 :  340.111



HÜQUQUN TƏFSİRİ

Açar sözlər: hüquq,  təfsir,  hüquq norması, 

təfsir prosesi,  təfsirin  növləri,  təfsirin funk­

siyaları,  təfsirin prinsipləri.

Ключевые  слова:  право,  толкование, 

нормы  права,  процесс  толкования,  виды 

толкования,  функции  толкования,  прин­

ципы толкования.

Keywords:  law,  interpretation,  rules  o f 

law,  interpretation process,  types o f interpre­

tation, function  o f interpretation principles.

H

üququn  təfsiri  (şərhi)  problemi 



tarixi baxımdan qədimdir.  Belə ki, 

hələ  antik  dövlət  qaydalarına  və 

hüquqi  mətnlərinə  marağın  artdığı  XI-XI1 

əsrlərdə İtaliyada qlossatorlar Roma hüququ­

nu təfsir edirdilər.  Qlossatorlar, hətta son orta 

əsrlər  dövründə belə  əsasını  İmerin  qoyduğu 

filoloji  təfsir  əsasında  hüquqi  m ətnlərdə 

aydın  olmayan  halları  və  ziddiyyətləri  başa 

düşməyə  çalışırdılar və  şərh  edirdilər.  Y. An- 

ners hesab  edirdi ki,  təfsir vasitəsi  ilə qlossa­

torlar terminlərin vahidliyinə nail ola biliblər, 

onlar  “mətnləri  tərtib  edən  Roma  hüquqşü- 

naslamdan  daha çox uğurlar əldə  etdilər”  [1, 

162].  Qeyd edək ki, qlossatorlar filoloji təhlil 

apararaq,  roma  hüquqi  mətnlərinin  məzmu­

nunu  təsfir  etmir,  hətta  bunu  məqsədəuyğun 

hesab  etmirlər  [2,  236].  Bununla belə,  hüqu­

qun  təfsiri  Avropada  uzun  müddət  nəinki 

vacib  hesab  edilməmiş,  hətta  ziyanlı  iş  kimi 

qəbul  edilmiş  və  hesab  edilmişdir  ki,  bu 

fəaliyyət  hüquqi  m ətnin  ilkin  m ənasının 

itirilm əsinə  və  tə h rif  olunm asına  gətirib 

çıxarır.  Məsələn,  Bavariyada Cinayət Məcəl­

ləsi  qəbul  edilərkən  (1813)  Kral  hər hansısa

bir təfsirin yazılmasını qadağan edib [6, 699]. 

Napoleon  Mülki  Məcəlləyə  Kommentariya- 

nın  dərc  edilm əsini  eşitdikdə  demişdir: 

“Mənim  Məcəlləm  itdi”  [5,  245].  Belə  ki,  o 

vaxt  hesab  olunurdu  ki,  hüquqi  aktlar  aydın 

tərzdə  yazılır  və  bu  baxımdan  onların  başa 

düşülməsi  asandır.  Hətta  XVIII  əsrdə  Avro­

pada  təfsiri  qadağan  edən  hüquqi  aktlar  da 

qəbul  edilmişdir (Prussiya, Avstriya və  s . ).

Sovet  hüquq  doktrinasında  hüququn 

təfsirindən  fəal  istifadə  edilmişdir.  Həm 

sovet,  həm də  hazırkı dövrdə hüququn təfsiri 

sahəsində araşdırmalar davam etmişdir.  A. V. 

Venqerova  görə  hüquq  normalarının  təfsiri 

norm aların  m əzm un  və  m ənasının  başa 

düşülməsinin  iki  mərhələsini  müəyyən  edir: 

“daxili”  (“özün  üçün”)  və  “xarici”  təfsir 

(“digərləri  üçün”)  [3,  452].  E.  V.  Vaskovski 

təfsir  haqqında  təlimi  hermenevtikanın,  o 

cümlədən yuridik hermenevtikanın bir xüsusi 

istiqaməti kimi  müəyyən edirdi  [2,  8].

Hüquq normalarının  şərhi  dedikdə,  hüquq 

norm asının  m ənasının  izah  edilm əsi  və 

aydınlaşdırılması  başa  düşülür.  Başqa  sözlə, 

hüququn  şərhi  dedikdə,  dövlət  orqanlarının, 

m üxtəlif təşkilatların,  fiziki  şəxslərin hüquq 

normasında  qanunvericinin  iradəsinin  məna­

sının  başa  düşülməsinə  yönəlmiş  fəaliyyəti 

başa düşülür.

Hüquq  yaradıcılığı  və  hüququn  tətbiqii 

prosesində  hüquq  normalarının  məzmunuun 

düzğün başa  düşülməsi  baxımından  çətinlik­

lər ortaya çıxır.  Hüquq normalarının şərhinin 

məqsədi qanunun düzgün, eyni və dəqiq başa 

düşülməsi,  qanunvericinin  müəyyən  etdiyi 

və  işarəvi  sim volla  ifadə  etm ək  istədiyi 

niyyətin  dərkidir.  Hüquq  normaları,  adətən,



Q A N U N   04  (270),  2017

mücərrəd  və  ümumi  xarakter  daşıyır,  lakin 

hüquq  münasibəti 

subyekinin  hərəkəti 

konkretdir.

Yeni  normativ-hüquqi  aktların  işlənilib 

hazırlanması  qüvvədə  olan normativ  aktların 

şərhini,  onların  mənasının,  şərh olunan  akt­

ların  fəaliyyətinin  nəticələrinin  aydınlaş- 

dırılmasım  zəruri  edir.

Hüquq  normalarının  şərhi  zamanı  hüqu­

qun  tipik  xüsusiyyətləri,  qanunvericinin  ira­

dəsi,  onun  qəbul  edilməsinin  məqsədləri  və 

sosial vəzifələri  müəyyən edilir.  Başqa  sözlə 

desək,  hüququn  şərhi  prosesi  özündə  hüquq 

şərhedicisinin  bütöv  bir  zehni-iradəvi  fəaliy­

yətini  əhatə edir və subyektin hüquqi  şüurun­

da əks olunur.  Sərhetmənin obyekti qismində 

normativ aktın mətni  və norma çıxış  edir.

Şərhetmə  prosesinin  məqsədi  normativ 

göstərişin  mənasının  müəyyən  olunmasıdır. 

Bu, adətən, daha çox hüquqtətbiqetmə prose­

sində  özünü  təzahür  etdirir.  Bunun  üçün 

hüquq  normasının  şərhinin  iki  aspektindən 

istifadə  olunur:  hüquq  normasının  aydınlaş­

dırılması və hüquq normasının izah edilməsi. 

Hüququn  aydınlaşdırılması  dedikdə,  onun 

məzmununun  subyektin  özü  tərəfindən  başa 

düşülməsi  deməkdir.  Hüquq normasının  izah 

edilməsi  isə  onun  mənasının  hansısa  bir 

mənbədə,  yəni  yazılı  aktda,  başqaları,  m əsə­

lən,  fiziki  şəxs,  təşkilat,  vətəndaş cəmiyyəti 

birlikləri  və  b.  tərəfindən  ifadə  edilməsi 

deməkdir.

Hüquq  normalarının  şərhi  həm  də  onunla 

bağlıdır  ki,  onlar  heç  də  həmişə  normativ 

aktlarda  dəqiq  və  aydın  ifadə  olunmurlar, 

bəzən  isə  digər  normalarla  ziddiyyətdə  olur­

lar.  Bəzi  hallarda isə  fəaliyyətdə  olan  norma 

ilə  gerçəklik  arasında  uyğunsuzluq  da  hüqu­

qun  şərh  edilməsini  və  nəticədə  bu  uyğun­

luğu təmin etməyi tələb edir.  Bir sıra hallarda 

isə  hüquq  norm asının  aydın  olm am ası 

üzündən səlahiyyətli  şəxslər,  dövlət və qeyri- 

dövlət  orqanları  onu  m üxtəlif  mənalarda  və 

formalarda tətbiq edirlər.

Hər bir  subyekt  hüquq təhsilinin  olmasın­

dan  asılı  olmayaraq  hüquq  normasını  şərh 

edə  bilər.  Şübhəsiz  ki,  şərhetmə  subyektiv

amillə,  fərdin  hüquqi  şüuru  ilə,  onun  peşə­

karlıq  səviyyəsi  ilə,  işlədilən termin  və  anla­

yışların  səlisliyi  və  aydınlığı  ilə,  dilin  xüsu­

siyyətləri  ilə bağlıdır.

Hüquqi  şərhin məqsədləri normanın vətən­

daşlar,  dövlət  və  qeyri-dövlət  orqanlarının 

vəzifəli  şəxsləri,  təşkilatlar  və  m üxtəlif icti­

mai birliklər tərəfindən  dərk edilməsi,  konk­

ret  halların  araşdırılması,  başa  salınması  və 

tətbiq edilməsi  məqsədi ilə həyata keçirilir.

Hüquq  normasının  məzmununun  aydın­

laşdırılması  özündə  aşağıda  göstərilən  bir 

sıra  mərhələləri  birləşdirir:  aydınlaşdırılan 

normativ-hüquqi  aktın  həqiqiliyi  və  səhihli­

yinin  müəyyən  edilməsi;  normativ-hüquqi 

aktın mətninin, başqa sözlə, “hərfinin” aydın­

laşdırılması;  mətndə  olan hüquqi  müddəala­

rın  əsasında  hüquq normasının məntiq  struk­

turunun  üzə  çıxarılması;  hüquq  yaradıcısının 

mətndə  ifadə  edilmiş  iradəsinin,  başqa  sözlə 

mətin“ruhunun” aşkar edilməsi.

Şərhetmə  prosesi  normativ-hüquqi  aktın 

mətninin  aydınlaşdırılması  ilə  başlanır.  Bu 

başlanğıc,  adətən,  hüquqi  mətnin  “hərfən” 

aydınlaşdırılm ası  adlanır.  N əzərə  almaq 

lazımdır ki, mətnin hərfi mənası heç də həmi­

şə qanunvericinin iradəsi, yəni mətnin “ruhu” 

ilə üst-üstə düşmür.  Şərhetmə prosesi norma­

nın məzmuunun bütün elementləri, yəni onun 

“hərfi”,  “ruh”,  məntiq,  iradə,  bilik,  peşə­

karlıq və  s.  elementləri  ilə vəhdətdə üzə çıxa­

rılması  ilə  başa  çatır.  Hüquq  normasının 

şərhi,  bütövlükdə  mürəkkəb  dərketmə prose­

sindən  ibarətdir.

Hüquq  norm alarının  şərh  edilm əsinin 

dinamik  və  statik  aspektləri  vardır.  Hüquq 

normasının  dinamikliyi  onun  konkret  iqtisa­

di,  sosial,  siyasi,  mədəni  və  psixoloji  ger­

çəkliyiyə  münasibətdə  uyğunsuzluğunu  və 

nəticə  etibarilə  bu  normaların  dəyişilməsinin 

zəruriliyini  göstərir.  Statik  yanaşma  hüquq 

normalarının  təsbit  edildiyi  andan  onun  sta- 

billiyini,  m üəyənliyini  və  sosaial  həyata 

münasibətdə  dəyişilməyə  ehiyacm  olmadığı­

nı  əks  etdirir.

Hüquq normasının şərhi anlayışı ilə hüquq 

normasının  konkretləşdirilməsi  anlayışlarını




Q A N U N   04  (270),  2017

fərqləndirmək  lazımdır.  Hüquq  normasının 

konkretləşdirilməsi  ilə  xüsusi  səlahiyyətli 

dövlət orqanları,  yəni hüquqyaradıcı orqanlar 

məşğul olurlar və bu zaman mövcud normanı 

dəqiqləşdirən  yeni  norma  yaradılır. 

Lakin 

şərhetmə  zamanı  isə  yeni  hüquq  norması 



yaradılmır.

Hüququn  şərh  olunması  və  ya  izan  edil­

məsi  aşağıdakı  iki  formada  həyata  keçirilir: 

rəsmi  şərhetmə  və  qeyri-rəsmi  şərhetmə. 

Bundan  başqa,  qanunun  mükəmməl  olmadı­

ğı,  qanunvericinin iradəsinin ifadə edilməsin­

də  çatışmazlıqlar  olduğu  hallarda,  yəni  qa­

nunvericinin iradəsi ilə hüquq normasında bu 

iradənin  ifadəsi  arasında  uyğunsuzluq  zama­

nı  həcm üzrə  şərhetmədən istifadə  olunur.

Beləliklə,  hüquq  normalarının  şərh  edil­

məsi  dedikdə,  normativ-hüquqi  aktda  ifadə 

olunmuş  hüquq  normalarının  məzmununu 

müəyyən  etmək  məqsədilə  həyata  keçirilən 

dərketmə prosesi  başa düşülür.

Hüquq 


norm asının 

aydınlaşdırılm ası 

müəyyən  üsulların  vasitəsilə  həyata  keçirilir. 

Bu üsullar məcmu halında hüquq  normasının 

m əzm ununu  və  qanunvericinin  iradəsini 

müəyyən  edirlər.  Bu  zaman  hüquq  norması­

nın mənası və  məzmunu,  onun  digər  ictimai 

hadisələrlə bağlılığı, normanın öz elementləri 

və  müddəaları  ilə  əlaqəsi  öyrənilir.

Hüquq  ədəbiyyatında  hüquq  normalarının 

şərhinin aşağıdakı üsulları və ya  metodlarını 

ayırırlar:  qramatik  şərh,  məntiqi  şərh,  siste­

matik şərh,  siyasi-tarixi  şərh,  xüsusi-yuridik 

şərh,  teleoloji  şərh,  fmksional  şərh.

Qramatik  və  ya  fıloloji  (mətni)  şərhetmə 

hüquq  normasının  ifadə  edildiyi  dil  baxımın­

dan  şərhi  deməkdir.  Bu  şərhdən  istifadə 

etməklə  normanın  qramatikasım,  sintaksisi- 

ni,  sözlərin və  söz birləşmələrinin mənasını, 

onların  stilını  öyrənirlər.  Burada  birləşdirici 

və  ayırıcı  söz bağlayıcılarımn,  durğu  işarələ­

rinin,  fel və feli sifətlərin mükəmməl və qey­

ri-mükəmməl  formalarının  müəyyən  edilmə­

si  xüsusi  əhəmiyyət daşıyr.  Məsələn,  məlum 

“öldürmək  olmaz  əfv  etmək”  cümləsində 

vergülün  harada  qoyulmasının  əhəmiyyəti 

böyükdür.  Belə  şərhetmə  normativ  aktm mü­

vafiq  mətninin  dərk  edilməsi  ilə  başlayır. 

Ayrı-ayrı  sözlərin  mənasının,  bu  kontekstdə 

onların  məna  yükünün,  qrammatik  forması­

nın,  yəni  hal  şəkilçi,  say,  cins  və  s.  aydınlaş­

dırılması  zəruridir.  Əgər normativ  aktda  ter­

min  anlayışı  yoxdursa,  ona  ümumi  istifadə 

edilən  ədəbiyyat  əhəmiyyəti  verilir.  Beynəl­

miləl  və  xarici  sözlərin  şərhi  zamanı  ona  qa­

nunverici üçün doğma olan dildə (milli) daşı­

dığı  əhəmiyyət verilir.

Tarixi-siyasi  şərh  zamanı  normanın  ölkə­

nin  müəyyən  tarixi  və  siyasi  şəraitdə,  bu  və 

ya digər orqan və ya təşkilat tərəfindən qəbul 

edilməsi  və  onun  müasir şəraitə uyğunluluğu 

imkanları  öyrənilir.  Hüquq  münasibətlərinin 

hərtərəfli  dərk  edilməsində  onun  əsasını  təş­

kil  edən  sosial-hüquqi  faktların  müəyyən 

edilməsi çox vacibdir.  Hər bir dövrün özünə­

məxsus  sosial  faktları  və  halları  vardır. 

Məsələn,  XX  əsrin  50-60  -cı  illərində  SSRİ 

cinayət  qanunvericiliyi  üzrə  tut  ağacını  kəs­

mək,  qanunla qadağan idi.  Tarixi-siyasi  şərh- 

etmənin mənası, məhz mövcud konkret sosial 

şəraitlə  hüquq  normasının  əlaqəsini  öyrən­

məkdən  ibarətdir.

Normanın  sosial  mahiyyətinin,  məqsədi­

nin,  qanunvericinin  niyyətinin,  onun  qəbul 

edilməsini  şərtləndirən  ictimai-siyasi  şəraitin 

təhlili  konkret şərhin  məzmununu  təşkil  edir. 

Belə  şərhetmə  formal  baxımdan  xitam  edil­

məyən,  lakin  faktiki  olaraq  öz  əhəmiyyətini 

itirən  normanın  üzə  çıxarılması  və  tapılma­

sına kömək edir.  Münasib şəraitin artıq olma­

dığını  və  ya  öz  əhəmiyyətini  itirdiyi  aydın 

olduğu halda tətbiq edilmiş norma da artıq öz 

qüvvəsini  itirir və  artıq  tarixi  fakta çevrilir.

Sistematik  şərheetmənin  mənası  ondan 

ibarətdir  ki,  hər  bir  hüquq  norması  hüquq 

sisteminin  bir  tərkib  hissəsidir  və  bu  baxım­

dan hüquq normaları  sıx  əlaqədədirlər.  Məhz 

buna  görə  hüquq  normasının  mənası  onun 

hüququn  institutları  və  sahələrini  təşkil  edən 

digər  normalarla,  eyni  zamanda  ona  məz­

munca yaxın normalarla qarşılıqlı münasibət­

də aydınlaşır.  Eyni zamanda, ümumi hissə ilə 

xüsusi  hissənin  normaları  arasında  əlaqə 

aydınlaşdırılır.  Belə  şərhetmədə  tətbiq  edilən




Q A N U N   04  (270),  2017

hüquq  normasının  yeri  və  əhəmiyyəti,  onun 

fəaliyyət  sahəsi,  subyektlərin  dairəsi  öyrəni­

lir,  qanunvericilikdə  ziddiyyətlər  və  kollizi­

yalar üzə  çıxarılır və  aradan qaldırılır.

Məntiqi  şərhetmə  zamanı  bir  hüquq  nor­

ması  digər  bir  hüquq  normasının  mövqeyin­

dən çıxış edilməklə,  hüquq normalarının bir- 

birləri  ilə  qarşılıqlı  əlaqəsi  şəklində öyrənilir. 

Bu  zaman  formal  və  dialektik  məntiqin  qa­

nunları əsas götürülür.  Belə ki, hüquq norma­

sı  hüquq  sisteminin  (ayrılıqda  və  ümumi 

formasında) tərkib hissəsidir və digər norma­

larla  qarşılıqlı  bağlıdır.  Odur  ki,  hüquq  nor­

masının  məzmununun  açılması  və  təhlili 

onun  bütün  digər  sosial  normalarla  hüquqi 

əlaqələrinin  aşkar  olunmasına  gətirib  çıxarır. 

Konkret  normanın  mahiyyətini  ona  yaxın 

olan  normanı  dəqiqləşdirən,  inkişaf etdirən, 

aktda tutduğu yeri və rolu müəyyən edə bilən 

digər normaların təhlilindən sonra şərh etmək 

mümkündür.  Məsələn,  xüsusi-hüquqi  şərhet­

mə  metodu  qanunvericilikdə  mövcud  olan 

xüsusi  terminlərin  aydınlaşdırılması  və  izah 

edilməsi ilə əlaqədardır.  Bu, şərhetmənin tex­

niki üsulu ilə bağlıdır.  Burada hüquqi termin­

lər,  anlayışlar,  müddəalar  vasitəsi  ilə  hüquq 

şərh  olunur.

Hüquq normalarının şərh edilməsinin tele- 

oloji  metodu bu və ya  digər normativ-hüquqi 

aktın  və  ya  hüquq  normasının  qəbul  edilmə­

sinin  məqsədləri  ilə  əlaqədardır.  Belə  ki, 

normativ-hüquqi  aktların  qəbul  edilməsinin 

məqsədlərinin  müəyyən  edilməsi  onun  m a­

hiyyəti  və məzmununun  şərh  edilməsi prose­

sini  də  asanlaşdırır.

Hüququn  fınksional  şərhi  hüquqi  aktın  və 

hüquq  normasının  ictimai  m ünasibətlərin 

tənzimlənməsi  sahəsində vəzifələrinin müəy- 

yənləşdirilməsinə yönəlib.

Hüquq  normalarının  izah  edilməsi  onları 

qəbul  edən  subyektlərdən və hüquqi  əhəmiy­

yətindən  asılı  olaraq  fərqləndirilir.  Belə  ki, 

bu  baxımdan  hüquq  normalarının  şərhini 

aşağıdakı  kimi  təsnifləşdirmək  olar:  rəsmi 

şərhetmə,  qeyri-rəsmi şərhetmə.

Rəsmi  şərhetmə  konkret  normanı  necə 

düzgün başa düşmək haqqında rəsmi göstəriş­

dir.  Rəsmi  şərhetmə  bilavasitə  hüquqi  əhə­

miyyətli nəticələr törədir və hüquq normasının 

hamı tərəfindən eyni qaydada dərk edilməsinə 

yönəlir.  Rəsmi  şərhetmə  səlahiyyətli  dövlət 

orqanları  və  vəzifəli  şəxslər  tərəfindən  verilir 

xüsusi aktlarda ifadə olunur,  digər subyekt­

lər üçün məcburi xarakter daşıyır.

Rəsmi  şərhetmə  aktları  aşağıdakılara 

ayrılır:  qanunverici  hakimiyyətinin  şərhetmə 

aktları,  məhkəmə  orqanlarının şərhetmə  akt­

ları,  icra  hakimiyyəti  orqanlarının  şərhetmə 

aktları.


Hər  bir  şərhetmə  aktı  zəruri  rekvizitlərə 

malik  olur:  aktı  verən  orqanın  adı,  aktın  qə­

bul  edilməsi  tarixi,  aktın  qəbul  nömrəsi,  ak­

tın dərc  edildiyi  mənbənin  adı.

Qeyri-rəsmi  şərhetmə  hüquqi  nəticələrə 

gətirib  çıxarmır.  Belə  ki,  belə  şərhetmə  rəs­

mi  statusu  olmayan  və  hüquq  normalarını 

rəsmi  şərh  etmək  səlahiyyətinə  malik  olma­

yan  subyektlər tərəfindən  aparılır.

Qeyri-rəsmi  şərhetmə  özü  də  aşağıdakıla­

ra bölünür:  doktrinal şərhetmə,  adi şərhetmə, 

peşəkar şərhetmə.

Burada  doktrinal  şərhetmə  və  ya  aparıcı 

hüquqşünas-alimlərin  əsərləri  xüsusilə  ayrı­

lır.  Bır  sıra  ölkələrdə  doktrinal  şərhetmə  hü­

ququn  mənbəyi  hesab  olunur  (məsələn, 

xüsusən  müsəlman  hüquq  sistemində  və  s.  ). 

Roman-gennan hüquq  sistemi  tipli  ölkələrdə 

doktrinal  şərhetmə m üxtəlif hüquq sahələrin­

də, məsələn, konstitusiya, mülki, əmək,  cina­

yət  və  s.,  bir  qayda  olaraq,  kommentariyalar 

formasında özünü göstərir.  Bununla birlikdə, 

qeyri-rəsmi  şərhetmə rəylər, tövsiyələr,  məs­

ləhətlər  və  s.  formasında  ictimai  təşkilatlar, 

elm  və  tədris  müəssisələri,  praktik  və  digər 

işçilər tərəfindən verilir ki,  bunlar da hüquqi 

nəticələr  törətmir.  Bu  növ  şərhetm ələr 

məcburi xarakter daşımır, çünki  onun verdiyi 

tövsiyələr  formal-hüquqi  nəticələrə  gətirib 

çıxarmır.

Doktrinal və ya elmi şərhetmə xüsusi elmi 

tədqiqat  müəssisələri,  alimlər  və  yaxud  bir 

qrup  alimlər  tərəfindən  məqalələrdə,  şərh­

lərdə,  monoqrafiyalarda  əks  etdirilir.  Onun 

qüvvəsi  formal  məcburilikdə  deyil,  inandır­



Q A N U N   04  (27 0 ),  2017

maqdadır,  başqa  sözlə  desək,  şərh  etmə 

prosesini  həyata  keçirən  səlahiyyətli  fiziki 

şəxsin  və  təşkilatın  nüfuzundadır.  Belə  ki, 

praktika  ilə  əlaqəli  şəkildə  belə  şərhetmə 

qanunun  olduğu  kimi  tətbiqinə,  hüquqi 

göstərişlərin  realizə  edilməsinə,  qanunçulu- 

ğun və hüquq qaydasının möhkəmləndirilmə­

sinə gətirib  çıxarır.

Adi  şərhetmə  vətəndaşlar  tərəfindən  adi, 

gündəlik  həyatda  qanunvericiliyin  müzaki­

rəsi zamanı  həyata keçirilə bilər.  Burada əsas 

məsələ vətəndaşların hüquqi  şüurunun  səviy­

yəsi və hüquqi  aktın qiymətləndirilməsi üçün 

hüquqi  təbliğatın  aparılmasından asılıdır.

Peşəkar  şərhetmə  peşəkar  və  yaxud  səla­

hiyyətli  şəxslər  tərəfindən  verilən  şərhetmə- 

dir.  Belə ki,  belə  şərhetmə,  məsələn,  vəkil, 

hüquq məsləhətçisi,  notarius,  prokuror və b. 

tərəfindən  hər hansısa  bir  qanunun,  qərarın, 

fərmanın,  sərəncamın,  göstərişin  izahı  və  s. 

formasında həyata keçirilir.  Bu,  əsasən, prak­

tikada  çalışan  səlahiyyətli  işçilər  tərəfindən 

həyata keçirilən şərhetmədir.

Qeyri-rəsmi  şərhetməyə müzakirə material­

ları  və  qanun  layihəsinin  qəbulu,  məsələn, 

məruzə  qeydləri,  qanun  layihəsinin  müzaki­

rəsi üçün məruzə,  protokollar və s.  də aiddir.

Qeyri-rəsmi  şərhetmə  həm  şifahi,  həm  də 

yazılı  ola bilər.

İctimai  münasibətləri  əhatə  etməsinə  görə 

aşağıdakı  şərhetmə  növləri  vardır:  normativ 

şərhetmə,  kazual  şərhetmə.  Bunlar  həm  də 

rəsmi  şərhetmənin növləridirlər.

Normativ  şərhetmə  şərh  edən  orqana  tabe 

olan  bütün  rəsmi  orqanlar  və  şəxslər  üçün 

məcburi  olan  rəsmi  izahatdır.  Bu  şərh  izahı 

verilən  normanın  əhatə  etdiyi  bütün  hallara 

aiddir,  bu  isə özlüyündə vahidliyi  və norma­

nın düzgün tətbiqini təmin edir.  Onun fəaliy­

yəti  belə  izahat  verən  orqanın  səlahiyyətlə­

rindən,  ifadə edildiyi hüquqi  aktın qüvvəsin­

dən  asılıdır.  Bəzi  hallarda  praktikada  aydın 

olmayan  və  ya  ziddiyyətli  tətbiq  edilən  nor­

mativ  aktı  onu  qəbul  edən  orqanın  özü 

normativ  (autentik  şərh)  şərh  yolu  ilə  izah 

edir.  Rəsmi normativ şərhetmə təlimat şəklin­

də daimi və ya birdəfəlik xüsusi səlahiyyətlər 

verilən  orqanlar  tərəfindən  (leqal  şərhetmə) 

də verilə bilər.

Deməli,  normativ  şərhetmə  autentik  və 

leqal  şərhetmə  növlərinə  ayrılır.  Daha  ətraflı 

ifadə  etsək  autentik  şərhetmənin  aşağıdakı 

xüsusiyyətlərini  də  ayırmaq  olar:

-  müəllifi  aktı  qəbul  edən orqandır;

-   hüquqyaradıcı  orqanlar  tərəfindən  ver­

ilir;

-   müvafiq  orqan  ancaq  öz  aktına  şərh 



verir;

-   qanunverici  bütün  aktlara  şərh  verə 

bilər;

-   icra  hakimiyyəti  ancaq  özünün  qəbul 



etdiyi  aktı  şərh edə bilər;

-   qanunverici  icra  hakimiyyətinə  aktın 

şərhini tapşıra bilər (bu  leqal  şərh  olacaq).

N orm ativ  şərhetməyə,  m əsələn,  A zər­

baycan Respublikasının Konstitusiya Məhkə­

məsinin  ümumi  xarakterli  və  m üxtəlif məsə­

lələr  üzrə  qəbul  etdiyi  qərarlarım  aid  etmək 

olar.


Leqal  şərhetmə,  yuxarıda  qeyd  etdiyimiz 

kimi,  qanunverici  orqanın  səlahiyyət  verdiyi 

orqan və  aktı  qəbul  edən  orqanın tapşırığı  ilə 

həyata  keçirilir.  Məsələn,  AR  Konstitusiya 

Məhkəməsinin  AR  Konstitusiyası  ilə  bağlı 

şərh verməsi.  Digər halda, AR Ali Məhkəmə­

si  hər  hansısa  iş  üzrə  ümumiləşdirilmiş  şərh 

verir  ki,  bu  da  bütün  m əhkəm ələr  üçün 

məcburi  xarakter daşıyır.

Kauzal şərhetmə, dedikdə,  konkret bir işin 

həlli  ilə  bağlı  olaraq  məhkəmə  orqanları  və 

digər səlahiyyətli  orqanlar tərəfindən,  yalnız 

formal  olaraq  bu  iş  üçün  məcburi  olan  nor­

manın  mənasının  rəsmi  izahı  başa  düşülür. 

Belə  şərhin  məqsədi  bu  və  ya  digər  işin 

düzgün həlli ilə əlaqədardır.  Belə şərh hüquq 

tətbiqedicilik  fəaliyyətində hər hansısa xüsu­

si  bir  normanın  izahına  zəruriyyət  yarandıq­

da,  məsələn,  qanuna müvafiq olmayan qəra­

rın yuxarı  məhkəmə  orqanları  tərəfindən iza­

hı zəruri olduqda mümkün olur.  Kauzal şərh­

etmə  həm  məhkəmə  şərhi,  həm  də  hüququn 

tətbiqi  prosesində  digər  müvafiq  orqanlar 

tərəfindən  inzibati  şərh  formasında  həyata 

keçirilir.  Belə  şərhetmə,  məsələn,  AR Ali



Q A N U N   04  (270),  2017

Məhkəməsinin Rəyasət Heyətinin,  məhkəmə 

kollegiyalarının  qərarlarında ifadə  olunur.

Bu  baxımdan  hüquqi  şərhetmənin  aşağı­

dakı  növləri  ayrılır:  məhkəmə  şərhi,  inzibati 

şərh.


Beləliklə,  şərhetmənin nəticəsində norma­

nın  ruhu  ilə  onun  hərfi  arasında  uyğunluq 

yaranır,  norma və  ya  mətn  aydınlaşdırılır ki, 

bu,  da,  öz  növbəsində,  onun  birmənalı  başa 

düşülməsinə  gətirib  çıxarır.

Bu  baxımdan  hüquq  normasının  həcmə 

görə  şərhinin  aşağıdakı  növləri  fərqləndirilir. 

Başqa  sözlə,  şərhetmənin  nəticələri  aşağıda­

kılardan  ibarətdir:  hərfi,  genişləndirici,  məh­

dudlaşdırım.

Hərfi  şərhetmə  zamanı  hüquq  normasının 

mənası  normativ  aktın mətninə  uyğun  olaraq 

dəqiq  başa  salınır.  Bu  isə  ölkədə  hüquq  qay­

dasının  və  qanunçuluğun  möhkəmləndiril­

məsinə  gətirib  çıxarır.  Məsələn,  AR Konsti­

tusiya Məhkəməsi  Plenumunun “Azərbaycan 

Respublikası  Cinayət Məcəlləsinin  72,  73  və 

74-cü  maddələrində  nəzərədə  tutulmuş  “ilk 

dəfə  böyük  ictimai  təhlükə  törətməyən  cina­

yət  törətmiş  şəxs”  anlayışının  şərh  edilmə­

sinə  dair 25  dekabr 2009-cu  il tarixli  qərarını 

buna misal  göstərmək olar.

Genişləndirici  (yayıcı)  şərhetmə  zamanı 

normativ-hüquqi  aktın  hərfi  mətni  ilə  müqa­

yisədə hüquq norması daha geniş izah olunur. 

Məsələn,  Azərbaycan Respublikasının Əmək 

M əcəlləsində  əmək  hüququnun  mənbələri 

qismində  “Azərbaycan  Respublikasının  m ü­

vafiq  qanunları”  qeyd  edilir  (maddə  1).  Bu­

raya,  göründüyü kimi,  həm Azərbaycan Res­

publikasının  Konstitusiyası,  digər  qanunlar 

və həm də qanun  qüvvəli  aktlar daxildir.

M əhdudlaşdırıcı  şərhetm ədə  norm anın 

mənası  onun mətndə  hərfi  ifadə  edildiyindən 

də  məhdud  şəkildə  izah  olunur.  Buna  misal 

olaraq  aşağıdakıları  göstərmək  olar:  Azər­

baycan  Respublikasının  CM-də  cəzanı  ağır­

laşdıran hallar məhdud və ya hərfi  şərh edilir 

(maddə  61),  cəzanı  yüngülləşdirən  hallar

(maddə  59)  isə  əksinə,  genişləndirici  üsulla 

şərh  olunur.

Obyektə  görə  şərhetmənin  aşağıdakı  növ­

ləri  mövcuddur:  normativ-hüquqi  aktların 

şərhi  və müqavilələrin  şərhi.

Subyektə görə şərhetmənin aşağıdakı növ­

ləri  vardır:  autentik  və  qeyri-autentik  şərh­

etmə,  yəni  deleqasiya  olunmuş,  göndərici 

(nümayəndəli)  şərhetmə.

Autentik  şərh  normativ  aktı  qəbul  edən 

orqanın  özü tərəfindən  həyata  keçirilir.  Belə 

orqanın  şərhetmə  səlahiyyəti  vardır.

Qeyri-autentik  şərhetmə  xüsusi  səlahiyyət 

verilmiş  orqanlar  tərəfindən  həyata  keçirilir. 

AR  Konstitusiyasında  göstərilir  (maddə  130, 

IV hissə) ki,  AR Konstitusiya Məhkəməsi AR 

Konstitusiyası  və  qanunlarını  şərh  edir.  Bu 

baxımdan,  məsələn,  AR  Konstitusiya  Məh­

kəməsinin  “AR  Cinayət-Prosessual  Məcəl­

ləsinin  449.  2.  3-cü  maddəsinin  şərh  edilmə­

sinə  dair”qərarım  göstərmək  olar  (05  fevral 

2009).  AR  Konstitusiyasına  (maddə  131) 

görə  AR Ali  Məhkəməsi  məhkəmə  praktika­

sına  aid  məsələlər üzrə  izahatlar verir.  Buna 

misal kimi,  məsələn,  AR Ali  Məhkəməsinin 

“Mənəvi  zərərin  ödənilməsi  barədə  qanun­

vericiliyin  m əhkəm ələr  tərəfindən  tətbiqi 

təcrübəsi  haqqında”  qərarı  göstərmək  olar 

(03  noyabr 2008-ci  il).

Qeyri-autetik  şərhetmə  hüququna  seçki 

qaunvericiliyi  üzrə  Mərkəzi  Seçki  Komis­

siyası  da malikdir.

Hüquqi  aktların  və  ya  normaların  şərh 

olunması  onların  məzmununun  konkterləşdi- 

rilməsinə nail olmaq məqsədi ilə həyata keçi­

rilir.  Bu,  əsasən,  iki yolla həyata keçirilir:  qa­

nun  qüvvəli  aktların  vasitəsi  ilə  və  onların 

şərhi  yolu  ilə.

Hüququn  şərhetməsi  prosessual  hərəkət­

lərlə müşayiət olunur.  Bu baxımdan hüququn 

şərhinin  aşağıdakı  prosessual  mərhələlərini 

göstərmək olar:

-   hər  hansısa  hüquqi  aktın  qeyri-müəy- 

yənliliyinin aşkar edilməsi;

-   aktın  qeyri-müəyyənliyinin  aradan  qal­

dırılm ası  üçün  hazırlıq  işinin  aparılması



Q A N U N   04  (270),  2017

(məsələn,  ekspertizanın  aparılması, mütəxəs­

sislərin rəyinin alınması  və  s . );

-   aktın  (mətnin  və  ya  normanın)  məzmu­

nunun aydınlaşdırılması.

Hüququn  şərhinin  prosessuallığı  xüsusən, 

məsələn,  AR  Konstitusiya  Məhkəməsinin  və 

AR  Ali  Məhkəməsinin  qərarlarının  qəbul 

edilməsində  daha xarakterik ifadə olunur.

Hüquqi  aktın  mətninin  və  ya  normanın 

şərh  olunması  şərhetm ə  aktlarının  qəbul 

edilməsi  ilə  nəticələnir  ki,  bu  da  bir  sıra 

xüsusiyyətləri  özündə  əks  etdirir.  Belə  ki, 

şərhetmə  aktları  hüquqi  aktların  bir  növü 

kimi  qəbul  olunsa da yeni  qayda  yaratmır və 

şərh  olunan  aktdan  ayrıca  mövcud  deyil  və 

köməkçi xarakteri daşıyır. Bu aktlar müəyyən 

prosedur  və  prosessual  qaydada  yaradılır və 

m üvafiq  orqanın  izahedici  qərarını  əks 

etdirir.  Eyni  zamanda,  belə  şərhedici  aktlar 

norm ativ  və  fərdi  xarakterə  m alikdirlər. 

Bundan  başqa,  şərhedici  aktlar  məcburi 

xarakter daşıyırlar, hüquqi nəticələr törədirlər 

və  dövlət  tərəfindən  və  digər  hüquqi 

vasitələrlə  qorunurlar.

Hüququn  şərhi  aktı  özündə  yuxanda  gös­

tərilən  mühüm  xüsusiyyətlərə  malik  oldu­

ğundan aşağıdakı  kimi təsnifləşdirilir:  sahəvi 

xarakterinə  görə;  aktın  zahiri  görünüşünə 

görə;  şərhetmə aktının subyektinə görə;  aktın 

hüquqi  əhəmiyyətinə  əsasən;  aktın  hüquqi 

qüvvəsinə görə.

Sahəvi  xarakterinə  görə  şərhedici  aktlar 

ayrılır:  mülki-hüquqi akt,  cinayət hüquqi  akt, 

inzibati hüquqi akt, maliyyə hüquqi akt, vergi 

hüquqi  akt və s.

Şərhetmə  aktının  ifadə  formasına  görə 

yazılı və şifahi aktlar fərqləndirilir:  Bir qayda 

olaraq,  şərhedici  akt  şərh  olunan  akta 

müvafiq  olmalıdır.  Başqa  sözlə,  məsələn, 

şərh olunan qərardırsa, bu halda şərhedici  akt 

da  qərar  formasında  olacaqdır  və  s.  Eyni 

zamanda,  şərhedici  akt  müvafiq  rekvizitləri 

özündə  əks  etdirməlidir  (aktı  qəbul  edən 

orqan, aktın aid olduğu norma, aktın qüvvəyə 

minməsi  vaxtı və  s . ).

Şərhetmə aktının subyektinə görə aşağıda­

kı  növlər  ayrılır:  hüquqyaradıcı  orqanın  akt­

ları;  məhkəmə orqanlarının aktları;  icra haki­

miyyəti  orqanlarının aktları  və  s.

Hüquqi  qüvvəsinə  görə  şərhetmə  aktları 

aşağıdakılara  ayrılır:  konstitusiya  -  hüquqi 

aktlar, qanunlar, qanunqüvvəli aktlar,  mərkə­

zi  icra  hakimiyyəti  orqanlarının  qərarları, 

yerli  icra  hakimiyyət  orqanlarının  aktları, 

yerli  qeyri-dövlət orqanlarının aktları  və  s.

Hüquqi  əhəmiyyətinə  əsasən  şərhetmə 

aktları  aşağıdakılara  ayrılır:  normativ  şərhet­

mə aktları;  kazual  şərhetmə  aktları.

Hüquq  normalarının  təfsir  olunmasının 

aşağıdakı funksiyalarını göstərmək olar:  idra- 

ki,  hüquqtəminedici,  tənzimləyici,  konkret- 

ləşdirici, diqqətyönəldici.

İdraki  funksiya  vasitəsi  ilə  hüquq  norma­

larının məzmunu və mahiyyəti aydınlaşdırılır 

və subyekt tərəfindən başa düşülür.  Hüquqtə­

minedici  funksiyanın  məqsədi  hüquq  tətbiq- 

edicilik  praktikasında  vahidliyə  nail  olmaq­

dan  ibarətdir.  Tənzimləyici  funksiya  ictimai 

münasibətlərin  hüquqi  tənzimlənməsini  ta­

mamlayır.  Məsələn,  rəsmi  təfsir  nəticəsində 

təfsiretmə  aktı meydana gəlir (kommentariya 

və s.) və bu akt hüquqi  aktla yanaşı tənzimlə­

mə prosesində  iştirak edir.  Hüquq normaları­

nın  konkret hallara müvafiq  olaraq  dəqiqləş­

dirilməsi  məhz,  hüququn  təfsirinin  konkret­

ləşdirim  funksiyasının  əsas  məqsədidir.  Hü­

ququn  təfsiri  nəticəsində  hüquqi  aktm  yuri- 

dik-texniki  çatışmazlıqları  üzə  çıxır.  Hüqu­

qun  təfsirinin diqqətyönəldici funksiyası belə 

çatışmazlıqların  aradan  qaldırılması  sahəsin­

də  müvafiq  subyektlərin  qarşısında  vəzifələr 

qoyur.  Məsələn, eyni ictimai münasibət iki və 

daha  çox  normalarla  tənzimləndikdə  təfsir 

zamanı bu,  üzə  çıxır və aradan qaldırılır.

Hüquq  normalarının  təfsirinin  aşağıdakı 

prinsiplərini  göstərmək  olar:  hüquq norması­

nın  təfsiri  zamanı  hər  cür  şübhə  məhkumun 

xeyrinə  həll  edilməlidir;  məsuliyyəti  yüngül­

ləşdirən  normalar  genişləndirilmiş  təfsirin 

nəticəsi  olmalıdır;  məsuliyyəti  ağırlaşdıran 

norma  və  ümumi  qaydalardan  istifadə  məh­

dudlaşdırım  təfsirin nəticəsinin  ifadəsidir.



Q A N U N   04  (2 7 0 ),  2017

İstifadə edilmiş  mənbələr:

1.  Аннерс  Э.  История европейского  права.  M.,  1996

2.  Васковский  Е.В.  Руководство тольковашю и применению  законовъ.  М.,  1913

3.  Венгеров А.Б.  Теория  государства и права.  М.:  «Юриспруденция», 2009

4. Любашиц В.Я., Мордовцев А.  Ю.  Теория государства и права. М.:  «МарТ», 2003

5.  Сырых В.М.  Теория государства и права. М.:  «Юстицинформ»,  2002

6.  Хропанюк В.Н.  Теория государства и права.  Хрестоматия.  Учебное пособие. М.,  1998.

Гусейнов Абульфаз  Ибрагим оглу

ТОЛКОВАНИЕ  ПРАВА 

РЕЗЮМЕ

В  статье  отмечено,  что  в  процессе  правотворчества  и  правоприменении  норм  права  возникают труд­

ности с правильным пониманием их сущности и содержания.  Это связано с  тем,  что нормы права носят 

наиболее общий и абстрактный характер.  Нормы права не всегда четко излагаются.  Возникает и потреб­

ность привести действующие нормы права в соответствие к изменившимся условиям.  Иногда один и тот 

же вопрос решается различными судами.  В процессе толкования устанавливается смысл нормы права или 

нормативного предписания.  Толкование права -  это уяснение и разъяснение содержания норм  права.

Hüseynov Abulfaz İbrahim

INTERPRETATION OF LAW 

SUMMARY

The author notes that in the course of law-making and law enforcement o f the rules of law there are difficul­

ties  with  the exact  comprehension  o f their essence  and  contents.  It  is  connected  with  the  fact  that rules  of law 

have  the most common  and  abstract character.  Rules  of law  are not  always  legibly  commented.  There  is  also  a 

need  to  accommodate  existing  rules  o f  the  law  to  the  changed  conditions.  Sometimes  the  same  question  is 

resolved by various courts.  In the course of interpretation it is  established the sense o f rule of law or the norma­



tive instruction. Interpretation of the law is explanation of content of the rules of law.

Təqdim edən:  h.fi.e.d., prof. B.S.Zahidov 

Daxil olma tarixi:  26.01.2017 

Təkrar işlənmə tarixi:  göndərilməyib 

Çapa imzalanma tarixi:  03.04.2017



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə