D Ö V L Ə T VƏ H Ü Q U Q
Q A N U N 04 ( 2 7 0 ) , 201 7
Hüseynov Əbülfəz İb ra h im oğlu,
hüquq üzrə elmlər doktoru
,
Bakı Dövlət Universitetinin “Əmək və
ekologiya hüququ ” kafedrasının dosenti
U O T 3 4 : 340.111
HÜQUQUN TƏFSİRİ
Açar sözlər: hüquq, təfsir, hüquq norması,
təfsir prosesi, təfsirin növləri, təfsirin funk
siyaları, təfsirin prinsipləri.
Ключевые слова: право, толкование,
нормы права, процесс толкования, виды
толкования, функции толкования, прин
ципы толкования.
Keywords: law, interpretation, rules o f
law, interpretation process, types o f interpre
tation, function o f interpretation principles.
H
üququn təfsiri (şərhi) problemi
tarixi baxımdan qədimdir. Belə ki,
hələ antik dövlət qaydalarına və
hüquqi mətnlərinə marağın artdığı XI-XI1
əsrlərdə İtaliyada qlossatorlar Roma hüququ
nu təfsir edirdilər. Qlossatorlar, hətta son orta
əsrlər dövründə belə əsasını İmerin qoyduğu
filoloji təfsir əsasında hüquqi m ətnlərdə
aydın olmayan halları və ziddiyyətləri başa
düşməyə çalışırdılar və şərh edirdilər. Y. An-
ners hesab edirdi ki, təfsir vasitəsi ilə qlossa
torlar terminlərin vahidliyinə nail ola biliblər,
onlar “mətnləri tərtib edən Roma hüquqşü-
naslamdan daha çox uğurlar əldə etdilər” [1,
162]. Qeyd edək ki, qlossatorlar filoloji təhlil
apararaq, roma hüquqi mətnlərinin məzmu
nunu təsfir etmir, hətta bunu məqsədəuyğun
hesab etmirlər [2, 236]. Bununla belə, hüqu
qun təfsiri Avropada uzun müddət nəinki
vacib hesab edilməmiş, hətta ziyanlı iş kimi
qəbul edilmiş və hesab edilmişdir ki, bu
fəaliyyət hüquqi m ətnin ilkin m ənasının
itirilm əsinə və tə h rif olunm asına gətirib
çıxarır. Məsələn, Bavariyada Cinayət Məcəl
ləsi qəbul edilərkən (1813) Kral hər hansısa
bir təfsirin yazılmasını qadağan edib [6, 699].
Napoleon Mülki Məcəlləyə Kommentariya-
nın dərc edilm əsini eşitdikdə demişdir:
“Mənim Məcəlləm itdi” [5, 245]. Belə ki, o
vaxt hesab olunurdu ki, hüquqi aktlar aydın
tərzdə yazılır və bu baxımdan onların başa
düşülməsi asandır. Hətta XVIII əsrdə Avro
pada təfsiri qadağan edən hüquqi aktlar da
qəbul edilmişdir (Prussiya, Avstriya və s . ).
Sovet hüquq doktrinasında hüququn
təfsirindən fəal istifadə edilmişdir. Həm
sovet, həm də hazırkı dövrdə hüququn təfsiri
sahəsində araşdırmalar davam etmişdir. A. V.
Venqerova görə hüquq normalarının təfsiri
norm aların m əzm un və m ənasının başa
düşülməsinin iki mərhələsini müəyyən edir:
“daxili” (“özün üçün”) və “xarici” təfsir
(“digərləri üçün”) [3, 452]. E. V. Vaskovski
təfsir haqqında təlimi hermenevtikanın, o
cümlədən yuridik hermenevtikanın bir xüsusi
istiqaməti kimi müəyyən edirdi [2, 8].
Hüquq normalarının şərhi dedikdə, hüquq
norm asının m ənasının izah edilm əsi və
aydınlaşdırılması başa düşülür. Başqa sözlə,
hüququn şərhi dedikdə, dövlət orqanlarının,
m üxtəlif təşkilatların, fiziki şəxslərin hüquq
normasında qanunvericinin iradəsinin məna
sının başa düşülməsinə yönəlmiş fəaliyyəti
başa düşülür.
Hüquq yaradıcılığı və hüququn tətbiqii
prosesində hüquq normalarının məzmunuun
düzğün başa düşülməsi baxımından çətinlik
lər ortaya çıxır. Hüquq normalarının şərhinin
məqsədi qanunun düzgün, eyni və dəqiq başa
düşülməsi, qanunvericinin müəyyən etdiyi
və işarəvi sim volla ifadə etm ək istədiyi
niyyətin dərkidir. Hüquq normaları, adətən,
Q A N U N 04 (270), 2017
mücərrəd və ümumi xarakter daşıyır, lakin
hüquq münasibəti
subyekinin hərəkəti
konkretdir.
Yeni normativ-hüquqi aktların işlənilib
hazırlanması qüvvədə olan normativ aktların
şərhini, onların mənasının, şərh olunan akt
ların fəaliyyətinin nəticələrinin aydınlaş-
dırılmasım zəruri edir.
Hüquq normalarının şərhi zamanı hüqu
qun tipik xüsusiyyətləri, qanunvericinin ira
dəsi, onun qəbul edilməsinin məqsədləri və
sosial vəzifələri müəyyən edilir. Başqa sözlə
desək, hüququn şərhi prosesi özündə hüquq
şərhedicisinin bütöv bir zehni-iradəvi fəaliy
yətini əhatə edir və subyektin hüquqi şüurun
da əks olunur. Sərhetmənin obyekti qismində
normativ aktın mətni və norma çıxış edir.
Şərhetmə prosesinin məqsədi normativ
göstərişin mənasının müəyyən olunmasıdır.
Bu, adətən, daha çox hüquqtətbiqetmə prose
sində özünü təzahür etdirir. Bunun üçün
hüquq normasının şərhinin iki aspektindən
istifadə olunur: hüquq normasının aydınlaş
dırılması və hüquq normasının izah edilməsi.
Hüququn aydınlaşdırılması dedikdə, onun
məzmununun subyektin özü tərəfindən başa
düşülməsi deməkdir. Hüquq normasının izah
edilməsi isə onun mənasının hansısa bir
mənbədə, yəni yazılı aktda, başqaları, m əsə
lən, fiziki şəxs, təşkilat, vətəndaş cəmiyyəti
birlikləri və b. tərəfindən ifadə edilməsi
deməkdir.
Hüquq normalarının şərhi həm də onunla
bağlıdır ki, onlar heç də həmişə normativ
aktlarda dəqiq və aydın ifadə olunmurlar,
bəzən isə digər normalarla ziddiyyətdə olur
lar. Bəzi hallarda isə fəaliyyətdə olan norma
ilə gerçəklik arasında uyğunsuzluq da hüqu
qun şərh edilməsini və nəticədə bu uyğun
luğu təmin etməyi tələb edir. Bir sıra hallarda
isə hüquq norm asının aydın olm am ası
üzündən səlahiyyətli şəxslər, dövlət və qeyri-
dövlət orqanları onu m üxtəlif mənalarda və
formalarda tətbiq edirlər.
Hər bir subyekt hüquq təhsilinin olmasın
dan asılı olmayaraq hüquq normasını şərh
edə bilər. Şübhəsiz ki, şərhetmə subyektiv
amillə, fərdin hüquqi şüuru ilə, onun peşə
karlıq səviyyəsi ilə, işlədilən termin və anla
yışların səlisliyi və aydınlığı ilə, dilin xüsu
siyyətləri ilə bağlıdır.
Hüquqi şərhin məqsədləri normanın vətən
daşlar, dövlət və qeyri-dövlət orqanlarının
vəzifəli şəxsləri, təşkilatlar və m üxtəlif icti
mai birliklər tərəfindən dərk edilməsi, konk
ret halların araşdırılması, başa salınması və
tətbiq edilməsi məqsədi ilə həyata keçirilir.
Hüquq normasının məzmununun aydın
laşdırılması özündə aşağıda göstərilən bir
sıra mərhələləri birləşdirir: aydınlaşdırılan
normativ-hüquqi aktın həqiqiliyi və səhihli
yinin müəyyən edilməsi; normativ-hüquqi
aktın mətninin, başqa sözlə, “hərfinin” aydın
laşdırılması; mətndə olan hüquqi müddəala
rın əsasında hüquq normasının məntiq struk
turunun üzə çıxarılması; hüquq yaradıcısının
mətndə ifadə edilmiş iradəsinin, başqa sözlə
mətin“ruhunun” aşkar edilməsi.
Şərhetmə prosesi normativ-hüquqi aktın
mətninin aydınlaşdırılması ilə başlanır. Bu
başlanğıc, adətən, hüquqi mətnin “hərfən”
aydınlaşdırılm ası adlanır. N əzərə almaq
lazımdır ki, mətnin hərfi mənası heç də həmi
şə qanunvericinin iradəsi, yəni mətnin “ruhu”
ilə üst-üstə düşmür. Şərhetmə prosesi norma
nın məzmuunun bütün elementləri, yəni onun
“hərfi”, “ruh”, məntiq, iradə, bilik, peşə
karlıq və s. elementləri ilə vəhdətdə üzə çıxa
rılması ilə başa çatır. Hüquq normasının
şərhi, bütövlükdə mürəkkəb dərketmə prose
sindən ibarətdir.
Hüquq norm alarının şərh edilm əsinin
dinamik və statik aspektləri vardır. Hüquq
normasının dinamikliyi onun konkret iqtisa
di, sosial, siyasi, mədəni və psixoloji ger
çəkliyiyə münasibətdə uyğunsuzluğunu və
nəticə etibarilə bu normaların dəyişilməsinin
zəruriliyini göstərir. Statik yanaşma hüquq
normalarının təsbit edildiyi andan onun sta-
billiyini, m üəyənliyini və sosaial həyata
münasibətdə dəyişilməyə ehiyacm olmadığı
nı əks etdirir.
Hüquq normasının şərhi anlayışı ilə hüquq
normasının konkretləşdirilməsi anlayışlarını
Q A N U N 04 (270), 2017
fərqləndirmək lazımdır. Hüquq normasının
konkretləşdirilməsi ilə xüsusi səlahiyyətli
dövlət orqanları, yəni hüquqyaradıcı orqanlar
məşğul olurlar və bu zaman mövcud normanı
dəqiqləşdirən yeni norma yaradılır.
Lakin
şərhetmə zamanı isə yeni hüquq norması
yaradılmır.
Hüququn şərh olunması və ya izan edil
məsi aşağıdakı iki formada həyata keçirilir:
rəsmi şərhetmə və qeyri-rəsmi şərhetmə.
Bundan başqa, qanunun mükəmməl olmadı
ğı, qanunvericinin iradəsinin ifadə edilməsin
də çatışmazlıqlar olduğu hallarda, yəni qa
nunvericinin iradəsi ilə hüquq normasında bu
iradənin ifadəsi arasında uyğunsuzluq zama
nı həcm üzrə şərhetmədən istifadə olunur.
Beləliklə, hüquq normalarının şərh edil
məsi dedikdə, normativ-hüquqi aktda ifadə
olunmuş hüquq normalarının məzmununu
müəyyən etmək məqsədilə həyata keçirilən
dərketmə prosesi başa düşülür.
Hüquq
norm asının
aydınlaşdırılm ası
müəyyən üsulların vasitəsilə həyata keçirilir.
Bu üsullar məcmu halında hüquq normasının
m əzm ununu və qanunvericinin iradəsini
müəyyən edirlər. Bu zaman hüquq norması
nın mənası və məzmunu, onun digər ictimai
hadisələrlə bağlılığı, normanın öz elementləri
və müddəaları ilə əlaqəsi öyrənilir.
Hüquq ədəbiyyatında hüquq normalarının
şərhinin aşağıdakı üsulları və ya metodlarını
ayırırlar: qramatik şərh, məntiqi şərh, siste
matik şərh, siyasi-tarixi şərh, xüsusi-yuridik
şərh, teleoloji şərh, fmksional şərh.
Qramatik və ya fıloloji (mətni) şərhetmə
hüquq normasının ifadə edildiyi dil baxımın
dan şərhi deməkdir. Bu şərhdən istifadə
etməklə normanın qramatikasım, sintaksisi-
ni, sözlərin və söz birləşmələrinin mənasını,
onların stilını öyrənirlər. Burada birləşdirici
və ayırıcı söz bağlayıcılarımn, durğu işarələ
rinin, fel və feli sifətlərin mükəmməl və qey
ri-mükəmməl formalarının müəyyən edilmə
si xüsusi əhəmiyyət daşıyr. Məsələn, məlum
“öldürmək olmaz əfv etmək” cümləsində
vergülün harada qoyulmasının əhəmiyyəti
böyükdür. Belə şərhetmə normativ aktm mü
vafiq mətninin dərk edilməsi ilə başlayır.
Ayrı-ayrı sözlərin mənasının, bu kontekstdə
onların məna yükünün, qrammatik forması
nın, yəni hal şəkilçi, say, cins və s. aydınlaş
dırılması zəruridir. Əgər normativ aktda ter
min anlayışı yoxdursa, ona ümumi istifadə
edilən ədəbiyyat əhəmiyyəti verilir. Beynəl
miləl və xarici sözlərin şərhi zamanı ona qa
nunverici üçün doğma olan dildə (milli) daşı
dığı əhəmiyyət verilir.
Tarixi-siyasi şərh zamanı normanın ölkə
nin müəyyən tarixi və siyasi şəraitdə, bu və
ya digər orqan və ya təşkilat tərəfindən qəbul
edilməsi və onun müasir şəraitə uyğunluluğu
imkanları öyrənilir. Hüquq münasibətlərinin
hərtərəfli dərk edilməsində onun əsasını təş
kil edən sosial-hüquqi faktların müəyyən
edilməsi çox vacibdir. Hər bir dövrün özünə
məxsus sosial faktları və halları vardır.
Məsələn, XX əsrin 50-60 -cı illərində SSRİ
cinayət qanunvericiliyi üzrə tut ağacını kəs
mək, qanunla qadağan idi. Tarixi-siyasi şərh-
etmənin mənası, məhz mövcud konkret sosial
şəraitlə hüquq normasının əlaqəsini öyrən
məkdən ibarətdir.
Normanın sosial mahiyyətinin, məqsədi
nin, qanunvericinin niyyətinin, onun qəbul
edilməsini şərtləndirən ictimai-siyasi şəraitin
təhlili konkret şərhin məzmununu təşkil edir.
Belə şərhetmə formal baxımdan xitam edil
məyən, lakin faktiki olaraq öz əhəmiyyətini
itirən normanın üzə çıxarılması və tapılma
sına kömək edir. Münasib şəraitin artıq olma
dığını və ya öz əhəmiyyətini itirdiyi aydın
olduğu halda tətbiq edilmiş norma da artıq öz
qüvvəsini itirir və artıq tarixi fakta çevrilir.
Sistematik şərheetmənin mənası ondan
ibarətdir ki, hər bir hüquq norması hüquq
sisteminin bir tərkib hissəsidir və bu baxım
dan hüquq normaları sıx əlaqədədirlər. Məhz
buna görə hüquq normasının mənası onun
hüququn institutları və sahələrini təşkil edən
digər normalarla, eyni zamanda ona məz
munca yaxın normalarla qarşılıqlı münasibət
də aydınlaşır. Eyni zamanda, ümumi hissə ilə
xüsusi hissənin normaları arasında əlaqə
aydınlaşdırılır. Belə şərhetmədə tətbiq edilən
Q A N U N 04 (270), 2017
hüquq normasının yeri və əhəmiyyəti, onun
fəaliyyət sahəsi, subyektlərin dairəsi öyrəni
lir, qanunvericilikdə ziddiyyətlər və kollizi
yalar üzə çıxarılır və aradan qaldırılır.
Məntiqi şərhetmə zamanı bir hüquq nor
ması digər bir hüquq normasının mövqeyin
dən çıxış edilməklə, hüquq normalarının bir-
birləri ilə qarşılıqlı əlaqəsi şəklində öyrənilir.
Bu zaman formal və dialektik məntiqin qa
nunları əsas götürülür. Belə ki, hüquq norma
sı hüquq sisteminin (ayrılıqda və ümumi
formasında) tərkib hissəsidir və digər norma
larla qarşılıqlı bağlıdır. Odur ki, hüquq nor
masının məzmununun açılması və təhlili
onun bütün digər sosial normalarla hüquqi
əlaqələrinin aşkar olunmasına gətirib çıxarır.
Konkret normanın mahiyyətini ona yaxın
olan normanı dəqiqləşdirən, inkişaf etdirən,
aktda tutduğu yeri və rolu müəyyən edə bilən
digər normaların təhlilindən sonra şərh etmək
mümkündür. Məsələn, xüsusi-hüquqi şərhet
mə metodu qanunvericilikdə mövcud olan
xüsusi terminlərin aydınlaşdırılması və izah
edilməsi ilə əlaqədardır. Bu, şərhetmənin tex
niki üsulu ilə bağlıdır. Burada hüquqi termin
lər, anlayışlar, müddəalar vasitəsi ilə hüquq
şərh olunur.
Hüquq normalarının şərh edilməsinin tele-
oloji metodu bu və ya digər normativ-hüquqi
aktın və ya hüquq normasının qəbul edilmə
sinin məqsədləri ilə əlaqədardır. Belə ki,
normativ-hüquqi aktların qəbul edilməsinin
məqsədlərinin müəyyən edilməsi onun m a
hiyyəti və məzmununun şərh edilməsi prose
sini də asanlaşdırır.
Hüququn fınksional şərhi hüquqi aktın və
hüquq normasının ictimai m ünasibətlərin
tənzimlənməsi sahəsində vəzifələrinin müəy-
yənləşdirilməsinə yönəlib.
Hüquq normalarının izah edilməsi onları
qəbul edən subyektlərdən və hüquqi əhəmiy
yətindən asılı olaraq fərqləndirilir. Belə ki,
bu baxımdan hüquq normalarının şərhini
aşağıdakı kimi təsnifləşdirmək olar: rəsmi
şərhetmə, qeyri-rəsmi şərhetmə.
Rəsmi şərhetmə konkret normanı necə
düzgün başa düşmək haqqında rəsmi göstəriş
dir. Rəsmi şərhetmə bilavasitə hüquqi əhə
miyyətli nəticələr törədir və hüquq normasının
hamı tərəfindən eyni qaydada dərk edilməsinə
yönəlir. Rəsmi şərhetmə səlahiyyətli dövlət
orqanları və vəzifəli şəxslər tərəfindən verilir
və xüsusi aktlarda ifadə olunur, digər subyekt
lər üçün məcburi xarakter daşıyır.
Rəsmi şərhetmə aktları aşağıdakılara
ayrılır: qanunverici hakimiyyətinin şərhetmə
aktları, məhkəmə orqanlarının şərhetmə akt
ları, icra hakimiyyəti orqanlarının şərhetmə
aktları.
Hər bir şərhetmə aktı zəruri rekvizitlərə
malik olur: aktı verən orqanın adı, aktın qə
bul edilməsi tarixi, aktın qəbul nömrəsi, ak
tın dərc edildiyi mənbənin adı.
Qeyri-rəsmi şərhetmə hüquqi nəticələrə
gətirib çıxarmır. Belə ki, belə şərhetmə rəs
mi statusu olmayan və hüquq normalarını
rəsmi şərh etmək səlahiyyətinə malik olma
yan subyektlər tərəfindən aparılır.
Qeyri-rəsmi şərhetmə özü də aşağıdakıla
ra bölünür: doktrinal şərhetmə, adi şərhetmə,
peşəkar şərhetmə.
Burada doktrinal şərhetmə və ya aparıcı
hüquqşünas-alimlərin əsərləri xüsusilə ayrı
lır. Bır sıra ölkələrdə doktrinal şərhetmə hü
ququn mənbəyi hesab olunur (məsələn,
xüsusən müsəlman hüquq sistemində və s. ).
Roman-gennan hüquq sistemi tipli ölkələrdə
doktrinal şərhetmə m üxtəlif hüquq sahələrin
də, məsələn, konstitusiya, mülki, əmək, cina
yət və s., bir qayda olaraq, kommentariyalar
formasında özünü göstərir. Bununla birlikdə,
qeyri-rəsmi şərhetmə rəylər, tövsiyələr, məs
ləhətlər və s. formasında ictimai təşkilatlar,
elm və tədris müəssisələri, praktik və digər
işçilər tərəfindən verilir ki, bunlar da hüquqi
nəticələr törətmir. Bu növ şərhetm ələr
məcburi xarakter daşımır, çünki onun verdiyi
tövsiyələr formal-hüquqi nəticələrə gətirib
çıxarmır.
Doktrinal və ya elmi şərhetmə xüsusi elmi
tədqiqat müəssisələri, alimlər və yaxud bir
qrup alimlər tərəfindən məqalələrdə, şərh
lərdə, monoqrafiyalarda əks etdirilir. Onun
qüvvəsi formal məcburilikdə deyil, inandır
Q A N U N 04 (27 0 ), 2017
maqdadır, başqa sözlə desək, şərh etmə
prosesini həyata keçirən səlahiyyətli fiziki
şəxsin və təşkilatın nüfuzundadır. Belə ki,
praktika ilə əlaqəli şəkildə belə şərhetmə
qanunun olduğu kimi tətbiqinə, hüquqi
göstərişlərin realizə edilməsinə, qanunçulu-
ğun və hüquq qaydasının möhkəmləndirilmə
sinə gətirib çıxarır.
Adi şərhetmə vətəndaşlar tərəfindən adi,
gündəlik həyatda qanunvericiliyin müzaki
rəsi zamanı həyata keçirilə bilər. Burada əsas
məsələ vətəndaşların hüquqi şüurunun səviy
yəsi və hüquqi aktın qiymətləndirilməsi üçün
hüquqi təbliğatın aparılmasından asılıdır.
Peşəkar şərhetmə peşəkar və yaxud səla
hiyyətli şəxslər tərəfindən verilən şərhetmə-
dir. Belə ki, belə şərhetmə, məsələn, vəkil,
hüquq məsləhətçisi, notarius, prokuror və b.
tərəfindən hər hansısa bir qanunun, qərarın,
fərmanın, sərəncamın, göstərişin izahı və s.
formasında həyata keçirilir. Bu, əsasən, prak
tikada çalışan səlahiyyətli işçilər tərəfindən
həyata keçirilən şərhetmədir.
Qeyri-rəsmi şərhetməyə müzakirə material
ları və qanun layihəsinin qəbulu, məsələn,
məruzə qeydləri, qanun layihəsinin müzaki
rəsi üçün məruzə, protokollar və s. də aiddir.
Qeyri-rəsmi şərhetmə həm şifahi, həm də
yazılı ola bilər.
İctimai münasibətləri əhatə etməsinə görə
aşağıdakı şərhetmə növləri vardır: normativ
şərhetmə, kazual şərhetmə. Bunlar həm də
rəsmi şərhetmənin növləridirlər.
Normativ şərhetmə şərh edən orqana tabe
olan bütün rəsmi orqanlar və şəxslər üçün
məcburi olan rəsmi izahatdır. Bu şərh izahı
verilən normanın əhatə etdiyi bütün hallara
aiddir, bu isə özlüyündə vahidliyi və norma
nın düzgün tətbiqini təmin edir. Onun fəaliy
yəti belə izahat verən orqanın səlahiyyətlə
rindən, ifadə edildiyi hüquqi aktın qüvvəsin
dən asılıdır. Bəzi hallarda praktikada aydın
olmayan və ya ziddiyyətli tətbiq edilən nor
mativ aktı onu qəbul edən orqanın özü
normativ (autentik şərh) şərh yolu ilə izah
edir. Rəsmi normativ şərhetmə təlimat şəklin
də daimi və ya birdəfəlik xüsusi səlahiyyətlər
verilən orqanlar tərəfindən (leqal şərhetmə)
də verilə bilər.
Deməli, normativ şərhetmə autentik və
leqal şərhetmə növlərinə ayrılır. Daha ətraflı
ifadə etsək autentik şərhetmənin aşağıdakı
xüsusiyyətlərini də ayırmaq olar:
- müəllifi aktı qəbul edən orqandır;
- hüquqyaradıcı orqanlar tərəfindən ver
ilir;
- müvafiq orqan ancaq öz aktına şərh
verir;
- qanunverici bütün aktlara şərh verə
bilər;
- icra hakimiyyəti ancaq özünün qəbul
etdiyi aktı şərh edə bilər;
- qanunverici icra hakimiyyətinə aktın
şərhini tapşıra bilər (bu leqal şərh olacaq).
N orm ativ şərhetməyə, m əsələn, A zər
baycan Respublikasının Konstitusiya Məhkə
məsinin ümumi xarakterli və m üxtəlif məsə
lələr üzrə qəbul etdiyi qərarlarım aid etmək
olar.
Leqal şərhetmə, yuxarıda qeyd etdiyimiz
kimi, qanunverici orqanın səlahiyyət verdiyi
orqan və aktı qəbul edən orqanın tapşırığı ilə
həyata keçirilir. Məsələn, AR Konstitusiya
Məhkəməsinin AR Konstitusiyası ilə bağlı
şərh verməsi. Digər halda, AR Ali Məhkəmə
si hər hansısa iş üzrə ümumiləşdirilmiş şərh
verir ki, bu da bütün m əhkəm ələr üçün
məcburi xarakter daşıyır.
Kauzal şərhetmə, dedikdə, konkret bir işin
həlli ilə bağlı olaraq məhkəmə orqanları və
digər səlahiyyətli orqanlar tərəfindən, yalnız
formal olaraq bu iş üçün məcburi olan nor
manın mənasının rəsmi izahı başa düşülür.
Belə şərhin məqsədi bu və ya digər işin
düzgün həlli ilə əlaqədardır. Belə şərh hüquq
tətbiqedicilik fəaliyyətində hər hansısa xüsu
si bir normanın izahına zəruriyyət yarandıq
da, məsələn, qanuna müvafiq olmayan qəra
rın yuxarı məhkəmə orqanları tərəfindən iza
hı zəruri olduqda mümkün olur. Kauzal şərh
etmə həm məhkəmə şərhi, həm də hüququn
tətbiqi prosesində digər müvafiq orqanlar
tərəfindən inzibati şərh formasında həyata
keçirilir. Belə şərhetmə, məsələn, AR Ali
Q A N U N 04 (270), 2017
Məhkəməsinin Rəyasət Heyətinin, məhkəmə
kollegiyalarının qərarlarında ifadə olunur.
Bu baxımdan hüquqi şərhetmənin aşağı
dakı növləri ayrılır: məhkəmə şərhi, inzibati
şərh.
Beləliklə, şərhetmənin nəticəsində norma
nın ruhu ilə onun hərfi arasında uyğunluq
yaranır, norma və ya mətn aydınlaşdırılır ki,
bu, da, öz növbəsində, onun birmənalı başa
düşülməsinə gətirib çıxarır.
Bu baxımdan hüquq normasının həcmə
görə şərhinin aşağıdakı növləri fərqləndirilir.
Başqa sözlə, şərhetmənin nəticələri aşağıda
kılardan ibarətdir: hərfi, genişləndirici, məh
dudlaşdırım.
Hərfi şərhetmə zamanı hüquq normasının
mənası normativ aktın mətninə uyğun olaraq
dəqiq başa salınır. Bu isə ölkədə hüquq qay
dasının və qanunçuluğun möhkəmləndiril
məsinə gətirib çıxarır. Məsələn, AR Konsti
tusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 72, 73 və
74-cü maddələrində nəzərədə tutulmuş “ilk
dəfə böyük ictimai təhlükə törətməyən cina
yət törətmiş şəxs” anlayışının şərh edilmə
sinə dair 25 dekabr 2009-cu il tarixli qərarını
buna misal göstərmək olar.
Genişləndirici (yayıcı) şərhetmə zamanı
normativ-hüquqi aktın hərfi mətni ilə müqa
yisədə hüquq norması daha geniş izah olunur.
Məsələn, Azərbaycan Respublikasının Əmək
M əcəlləsində əmək hüququnun mənbələri
qismində “Azərbaycan Respublikasının m ü
vafiq qanunları” qeyd edilir (maddə 1). Bu
raya, göründüyü kimi, həm Azərbaycan Res
publikasının Konstitusiyası, digər qanunlar
və həm də qanun qüvvəli aktlar daxildir.
M əhdudlaşdırıcı şərhetm ədə norm anın
mənası onun mətndə hərfi ifadə edildiyindən
də məhdud şəkildə izah olunur. Buna misal
olaraq aşağıdakıları göstərmək olar: Azər
baycan Respublikasının CM-də cəzanı ağır
laşdıran hallar məhdud və ya hərfi şərh edilir
(maddə 61), cəzanı yüngülləşdirən hallar
(maddə 59) isə əksinə, genişləndirici üsulla
şərh olunur.
Obyektə görə şərhetmənin aşağıdakı növ
ləri mövcuddur: normativ-hüquqi aktların
şərhi və müqavilələrin şərhi.
Subyektə görə şərhetmənin aşağıdakı növ
ləri vardır: autentik və qeyri-autentik şərh
etmə, yəni deleqasiya olunmuş, göndərici
(nümayəndəli) şərhetmə.
Autentik şərh normativ aktı qəbul edən
orqanın özü tərəfindən həyata keçirilir. Belə
orqanın şərhetmə səlahiyyəti vardır.
Qeyri-autentik şərhetmə xüsusi səlahiyyət
verilmiş orqanlar tərəfindən həyata keçirilir.
AR Konstitusiyasında göstərilir (maddə 130,
IV hissə) ki, AR Konstitusiya Məhkəməsi AR
Konstitusiyası və qanunlarını şərh edir. Bu
baxımdan, məsələn, AR Konstitusiya Məh
kəməsinin “AR Cinayət-Prosessual Məcəl
ləsinin 449. 2. 3-cü maddəsinin şərh edilmə
sinə dair”qərarım göstərmək olar (05 fevral
2009). AR Konstitusiyasına (maddə 131)
görə AR Ali Məhkəməsi məhkəmə praktika
sına aid məsələlər üzrə izahatlar verir. Buna
misal kimi, məsələn, AR Ali Məhkəməsinin
“Mənəvi zərərin ödənilməsi barədə qanun
vericiliyin m əhkəm ələr tərəfindən tətbiqi
təcrübəsi haqqında” qərarı göstərmək olar
(03 noyabr 2008-ci il).
Qeyri-autetik şərhetmə hüququna seçki
qaunvericiliyi üzrə Mərkəzi Seçki Komis
siyası da malikdir.
Hüquqi aktların və ya normaların şərh
olunması onların məzmununun konkterləşdi-
rilməsinə nail olmaq məqsədi ilə həyata keçi
rilir. Bu, əsasən, iki yolla həyata keçirilir: qa
nun qüvvəli aktların vasitəsi ilə və onların
şərhi yolu ilə.
Hüququn şərhetməsi prosessual hərəkət
lərlə müşayiət olunur. Bu baxımdan hüququn
şərhinin aşağıdakı prosessual mərhələlərini
göstərmək olar:
- hər hansısa hüquqi aktın qeyri-müəy-
yənliliyinin aşkar edilməsi;
- aktın qeyri-müəyyənliyinin aradan qal
dırılm ası üçün hazırlıq işinin aparılması
Q A N U N 04 (270), 2017
(məsələn, ekspertizanın aparılması, mütəxəs
sislərin rəyinin alınması və s . );
- aktın (mətnin və ya normanın) məzmu
nunun aydınlaşdırılması.
Hüququn şərhinin prosessuallığı xüsusən,
məsələn, AR Konstitusiya Məhkəməsinin və
AR Ali Məhkəməsinin qərarlarının qəbul
edilməsində daha xarakterik ifadə olunur.
Hüquqi aktın mətninin və ya normanın
şərh olunması şərhetm ə aktlarının qəbul
edilməsi ilə nəticələnir ki, bu da bir sıra
xüsusiyyətləri özündə əks etdirir. Belə ki,
şərhetmə aktları hüquqi aktların bir növü
kimi qəbul olunsa da yeni qayda yaratmır və
şərh olunan aktdan ayrıca mövcud deyil və
köməkçi xarakteri daşıyır. Bu aktlar müəyyən
prosedur və prosessual qaydada yaradılır və
m üvafiq orqanın izahedici qərarını əks
etdirir. Eyni zamanda, belə şərhedici aktlar
norm ativ və fərdi xarakterə m alikdirlər.
Bundan başqa, şərhedici aktlar məcburi
xarakter daşıyırlar, hüquqi nəticələr törədirlər
və dövlət tərəfindən və digər hüquqi
vasitələrlə qorunurlar.
Hüququn şərhi aktı özündə yuxanda gös
tərilən mühüm xüsusiyyətlərə malik oldu
ğundan aşağıdakı kimi təsnifləşdirilir: sahəvi
xarakterinə görə; aktın zahiri görünüşünə
görə; şərhetmə aktının subyektinə görə; aktın
hüquqi əhəmiyyətinə əsasən; aktın hüquqi
qüvvəsinə görə.
Sahəvi xarakterinə görə şərhedici aktlar
ayrılır: mülki-hüquqi akt, cinayət hüquqi akt,
inzibati hüquqi akt, maliyyə hüquqi akt, vergi
hüquqi akt və s.
Şərhetmə aktının ifadə formasına görə
yazılı və şifahi aktlar fərqləndirilir: Bir qayda
olaraq, şərhedici akt şərh olunan akta
müvafiq olmalıdır. Başqa sözlə, məsələn,
şərh olunan qərardırsa, bu halda şərhedici akt
da qərar formasında olacaqdır və s. Eyni
zamanda, şərhedici akt müvafiq rekvizitləri
özündə əks etdirməlidir (aktı qəbul edən
orqan, aktın aid olduğu norma, aktın qüvvəyə
minməsi vaxtı və s . ).
Şərhetmə aktının subyektinə görə aşağıda
kı növlər ayrılır: hüquqyaradıcı orqanın akt
ları; məhkəmə orqanlarının aktları; icra haki
miyyəti orqanlarının aktları və s.
Hüquqi qüvvəsinə görə şərhetmə aktları
aşağıdakılara ayrılır: konstitusiya - hüquqi
aktlar, qanunlar, qanunqüvvəli aktlar, mərkə
zi icra hakimiyyəti orqanlarının qərarları,
yerli icra hakimiyyət orqanlarının aktları,
yerli qeyri-dövlət orqanlarının aktları və s.
Hüquqi əhəmiyyətinə əsasən şərhetmə
aktları aşağıdakılara ayrılır: normativ şərhet
mə aktları; kazual şərhetmə aktları.
Hüquq normalarının təfsir olunmasının
aşağıdakı funksiyalarını göstərmək olar: idra-
ki, hüquqtəminedici, tənzimləyici, konkret-
ləşdirici, diqqətyönəldici.
İdraki funksiya vasitəsi ilə hüquq norma
larının məzmunu və mahiyyəti aydınlaşdırılır
və subyekt tərəfindən başa düşülür. Hüquqtə
minedici funksiyanın məqsədi hüquq tətbiq-
edicilik praktikasında vahidliyə nail olmaq
dan ibarətdir. Tənzimləyici funksiya ictimai
münasibətlərin hüquqi tənzimlənməsini ta
mamlayır. Məsələn, rəsmi təfsir nəticəsində
təfsiretmə aktı meydana gəlir (kommentariya
və s.) və bu akt hüquqi aktla yanaşı tənzimlə
mə prosesində iştirak edir. Hüquq normaları
nın konkret hallara müvafiq olaraq dəqiqləş
dirilməsi məhz, hüququn təfsirinin konkret
ləşdirim funksiyasının əsas məqsədidir. Hü
ququn təfsiri nəticəsində hüquqi aktm yuri-
dik-texniki çatışmazlıqları üzə çıxır. Hüqu
qun təfsirinin diqqətyönəldici funksiyası belə
çatışmazlıqların aradan qaldırılması sahəsin
də müvafiq subyektlərin qarşısında vəzifələr
qoyur. Məsələn, eyni ictimai münasibət iki və
daha çox normalarla tənzimləndikdə təfsir
zamanı bu, üzə çıxır və aradan qaldırılır.
Hüquq normalarının təfsirinin aşağıdakı
prinsiplərini göstərmək olar: hüquq norması
nın təfsiri zamanı hər cür şübhə məhkumun
xeyrinə həll edilməlidir; məsuliyyəti yüngül
ləşdirən normalar genişləndirilmiş təfsirin
nəticəsi olmalıdır; məsuliyyəti ağırlaşdıran
norma və ümumi qaydalardan istifadə məh
dudlaşdırım təfsirin nəticəsinin ifadəsidir.
Q A N U N 04 (2 7 0 ), 2017
İstifadə edilmiş mənbələr:
1. Аннерс Э. История европейского права. M., 1996
2. Васковский Е.В. Руководство тольковашю и применению законовъ. М., 1913
3. Венгеров А.Б. Теория государства и права. М.: «Юриспруденция», 2009
4. Любашиц В.Я., Мордовцев А. Ю. Теория государства и права. М.: «МарТ», 2003
5. Сырых В.М. Теория государства и права. М.: «Юстицинформ», 2002
6. Хропанюк В.Н. Теория государства и права. Хрестоматия. Учебное пособие. М., 1998.
Гусейнов Абульфаз Ибрагим оглу
ТОЛКОВАНИЕ ПРАВА
РЕЗЮМЕ
В статье отмечено, что в процессе правотворчества и правоприменении норм права возникают труд
ности с правильным пониманием их сущности и содержания. Это связано с тем, что нормы права носят
наиболее общий и абстрактный характер. Нормы права не всегда четко излагаются. Возникает и потреб
ность привести действующие нормы права в соответствие к изменившимся условиям. Иногда один и тот
же вопрос решается различными судами. В процессе толкования устанавливается смысл нормы права или
нормативного предписания. Толкование права - это уяснение и разъяснение содержания норм права.
Hüseynov Abulfaz İbrahim
INTERPRETATION OF LAW
SUMMARY
The author notes that in the course of law-making and law enforcement o f the rules of law there are difficul
ties with the exact comprehension o f their essence and contents. It is connected with the fact that rules of law
have the most common and abstract character. Rules of law are not always legibly commented. There is also a
need to accommodate existing rules o f the law to the changed conditions. Sometimes the same question is
resolved by various courts. In the course of interpretation it is established the sense o f rule of law or the norma
tive instruction. Interpretation of the law is explanation of content of the rules of law.
Təqdim edən: h.fi.e.d., prof. B.S.Zahidov
Daxil olma tarixi: 26.01.2017
Təkrar işlənmə tarixi: göndərilməyib
Çapa imzalanma tarixi: 03.04.2017
Dostları ilə paylaş: |