Д варианты тест 80



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə1/10
tarix11.05.2022
ölçüsü0,64 Mb.
#86620
  1   2   3   4   5   6   7   8   9   10
II Qarabağ müharibəsi qəbul 2022 Vüsət Əzizov



TƏLƏBƏ QƏBULU – 2022 

 

 

86

 

/ №2


 

                        

 

ABİTURİYENTLƏR ÜÇÜN  

ELMİ-METODİKİ MƏQALƏ 

 

TARİX 

 



 tarix üzrə fəlsəfə doktoru, dosent K.H.Məmmədov, 

A.C.Bayramov, R.E.Qulusoy 

                         



 

 

QARABAĞ UĞRUNDA  

VƏTƏN MÜHARİBƏSİ  

(İKİNCİ QARABAĞ MÜHARİBƏSİ) 

 

XX yüzillikdə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti milyonlarla azərbaycanlının taleyinə 

ciddi  təsir  göstərib.  Ermənistanın  Azərbaycanın  tarixi  torpaqlarına  açıq  formada  ərazi  iddiaları  və 

etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə 

nəticələnib. Ermənistan SSR-də yaşayan azərbaycanlılar öz tarixi torpaqlarından dəfələrlə qəddarlıqla 

deportasiya  edilib.  Nəticədə  yüz  minlərlə  azərbaycanlı  öz  doğma  torpaqlarından  çıxarılıb,  qətlə 

yetirilib,  yaralanıb.  Onlar  erməni  zorakılığı  qarşısında  öz  həyatlarını  xilas  etmək  üçün  Azərbaycana 

sığınmaq məcburiyyətində qalıblar. 

Ermənistan  ərazisində  azərbaycanlılar  1988-ci  ilə  qədər  kompakt  şəkildə  yaşayıblar.  Lakin  sovet 

hakimiyyəti  Qarabağın  dağlıq  hissəsində  1828-ci  ildən  sonra  məskunlaşdırılmış  ermənilərdən  fərqli 

olaraq,  azərbaycanlıların  tarixən  yaşadıqları  ərazilərə  Ermənistan  SSR  daxilində  muxtar  status 

verməyib. 

Sovet  İttifaqı  rəhbərliyində  təmsil  olunan  ermənilər,  Ermənistan  SSR-in  rəhbərliyi  və  xaricdəki 

erməni  diasporu  1980-ci  illərin  sonlarında  SSRİ-nin  mərkəzi  hakimiyyətinin  zəifləməsindən  istifadə 

edərək  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin  (DQMV-nin)  Ermənistan  SSR-ə  birləşdirilməsi  üçün 

məqsədyönlü  hərəkətə  başladılar.  1988-ci  ilin  əvvəlində  DQMV-nin  mərkəzi  Xankəndi  (ovaxtkı 

Stepanakert)  şəhərində  ermənilərin  mitinq  və  nümayişləri  keçirildi.  Bundan  sonra  vilayətin 

Azərbaycandan  qoparılması  yönündə  ardıcıl  addımlar  atıldı:  DQMV  Xalq  Deputatları  Sovetinin 

erməni  əsilli  deputatları  vilayətin  Ermənistan  SSR-ə  birləşdirilməsi  təklifinin  lehinə  səs  verdilər 

(azərbaycanlı və  digər millətlərdən olan deputatlar iclasda iştirak etməyiblər),  Qarabağı  Ermənistana 

birləşdirməyi qarşısına məqsəd qoyan erməni təşkilatları maneəsiz şəkildə Yerevanda və Xankəndində 

fəaliyyətə  başladı,  Ermənistan  SSR  Ali  Soveti  DQMV-nin  Ermənistan  SSR-in  tərkibinə  “daxil 

edilməsi”  və  “Ermənistan  SSR-in  və  Dağlıq  Qarabağın  birləşməsi  haqqında”  qərarlar  qəbul  etdi, 

1991-ci  ilin  sentyabrında  isə  DQMV  və  Goranboy  rayonunun  bir  hissəsini  əhatə  edən  ərazidə 

qondarma “Dağlıq Qarabağ Respublikası” elan edildi. Ermənistan, SSRİ-nin dağılması perspektivini 

nəzərə alaraq, guya özünü münaqişə tərəfi kimi qələmə verməmək üçün strategiyanı dəyişib belə bir 

plan  cızmışdı.  Buna  cavab  tədbiri  kimi,  1991-ci  ilin  noyabrında  Azərbaycan  Respublikasının  Ali 

Soveti vilayətin muxtariyyət statusunu ləğv etdi. 

SSRİ-nin  ümumi  dövlət strukturu zəiflədikcə bölgədə vəziyyət  daha da pisləşirdi.  Ermənistandan 

göndərilən  silahlı  qruplar  və  terrorçular  öz  cinayətkar  fəaliyyətini  genişləndirirdilər.  Əsassız  ərazi 

iddiaları irəli sürən Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlara başladı. 

Bununla  da,  münaqişə  yeni  “qaynar  mərhələ”yə  keçdi.  Müharibə  dövründə  Ermənistan  silahlı 

qüvvələri hərbi və mülki  şəxslər arasında heç bir fərq qoymadan işğal  etdikləri rayon və şəhərlərdə 

dinc  azərbaycanlı  əhalini  amansızlıqla  qətlə  yetirdi.  Müharibə  nəticəsində  Azərbaycan  Respublikası 

öz  torpaqlarının  beşdə  birini  itirdi,  bir  milyondan  çox  azərbaycanlı  öz  yurdundan  didərgin  düşdü. 

Vusat Azizov



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə