Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə10/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   6   7   8   9   10   11   12   13   ...   106

39 

 

Naxçıvan  Muxtar  Respublikası  ərazisində  kəşfiyyat  işləri 



aparmışdır (Hüseynov, Cəfərov, 1986). 

Kiçik  Qafqaz  ərazisində  karst  mağaralarının  yayıldığı 

rayonlardan  biri  də  Naxçıvan  Muxtar  Respublikasının  ərazisidir. 

Aparılan  araşdırmalar  zamanı  məlum  olmuşdur  ki,  bu  ərazi  öz 

təbii  coğrafi  şəraitinə  görə  respublikamızın  başqa  yerlərindən 

kəskin  surətdə  fərqlənir.  Bu  fərq  özünü  karst  relyef  formasında 

göstərir.  Ərazidə  qeydə  alınan  karst  mağaraları  müasir  təbii 

coğrafi şəraitin deyil, vaxtilə burada mövcud olmuş əlverişli iqlim 

şəraitinin 

təsiri 


nəticəsində 

formalaşmışdır. 

Aparılan 

paleogeomorfoloji  və paleogeoloji elmi  tədqiqatlar zamanı  məlum 

olmuşdur ki, Naxçıvan Muxtar  Respublikasının ərazisi III  geoloji 

dövrünün  sonlarından  başlayaraq,  intensiv  tektonik  qalxma 

hərəkətlərinə  və  dağəmələgəlmə  prosesinə  məruz  qalıb,  miosenin 

axırlarından  isə  birdəfəlik  dəniz  sularından  azad  olmuşdur.  Bu 

dövrdən  başlayaraq,  başqa  ekzogen  relyef  əmələgətirici 

proseslərlə  yanaşı,  karst  prosesləri  də  əlverişli  iqlim  şəraitində 

inkişaf etmişdir (Antonov, 1973; Məmmədov,1998).  

Naxçıvan  ərazisində  karstlaşma  üçün  əlverişli  süxurlar, 

əsasən  perm  (Paleozoy)  yaşlı  əhəngdaşı  və  tabaşirə  (mezozoy) 

məxsus  dolomit  və  dolomitləşmış  əhəngdaşılarından  ibarətdir. 

Lakin  Naxçıvan  Muxtar  Respublikasının  ərazisində  elə  sahələr 

vardır ki, orada karstlaşma prosesi olmamışdır (Antonov, 1973).  




40 

 

1983-cü  ilin  yayında  Paleolit  arxeoloji  ekspedisiyasının 



Naxçıvanın  Ordubad  və  Şərur  rayonları  ərazisində  apardığı 

kəşfiyyat işləri zamanı bir neçə mağara qeydə alınmışdır (Cəfərov, 

1990). Ordubad rayonu ərazisində aparılan kəşfiyyat  işləri  zamanı 

Araz  çayının  sol  sahilində  Kilit  mağarası  qeydə  alınmışdır. 

Mağaranın  içərisi  torpaq  çöküntüsü  ilə  doludur  (Cəfərov,1990, 

1994). 


1983-cü  ildə  Şərur  rayonu  ərazisində  aparılan  arxeoloji 

kəşfiyyat  işləri  zamanı Qazma dərəsində daş dövrünə aid düşərgə 

qeydə  alınmışdır.  Düşərgəyə  Qazma  adı  verilmiş  və  orada  ilkin 

axtarış  qazıntısı  aparılmışdır.  Qazma  mağarası  Şərur  rayonu 

ərazisində  olub,  Tənənəm  kəndindən  3  km  şimal-şərq  hissədə, 

Araz  çayından 17 km aralıda, Arpaçaydan  isə 14,5 km uzaqlıqda, 

dəniz  səviyyəsindən  1450  m  yüksəklikdə  yerləşir.  İlkin  kəşfiyyat 

qazıntısı  zamanı  Qazma  mağarasının  çöküntülərində  4  mədəni 

təbəqə  qeydə  alınmışdır.  I  və  II  təbəqələrdə  aparılan  arxeoloji 

qazıntılar  zamanı  Orta  əsrlər,  Tunc  və  Eneolit  dövrlərinə  aid  gil 

qablar,  III-IV təbəqələrdən  isə daş  məmulatı  və ovlanmış  heyvan 

sümükləri tapılmışdır. Qazma  mağara düşərgəsindən 1983-cü  ildə 

tapılmış  daş  məmulatının  texniki  və  tipoloji  tədqiqi  zamanı 

onların  Mustye  mədəniyyəti  dövründə  hazırlandıqları  müəyyən 

edilmişdir. 



41 

 

1987-1990-cı  illərdə  Ə.Q.Cəfərovun  rəhbərliyi  altında 



Paleolit  arxeoloji  ekspedisiyası  Qazma  mağara  düşərgəsində 

arxeoloji  qazıntılar  aparmışdır.  Aparılan  arxeoloji  qazıntılar 

zamanı  Qazma  mağara  düşərgəsinin  çöküntülərində  altı    təbəqə 

qeydə alınmışdır. I və II təbəqələrində aparılan arxeoloji qazıntılar 

zamanı  Orta  əsrlər,  Tunc  və  Eneolit  dövrlərinə  aid  gil  qab 

qırıqları,  III  təbəqədən  ovlanmış  heyvan  sümükləri  tapılmışdır. 

Düşərgənin  IV-VI  təbəqələrində  aparılan  arxeoloji  qazıntılar 

zamanı  isə  minlərlə  ovlanmış  heyvan  sümükləri  və  yüzlərlə  daş 

məmulatı  aşkar  edilmişdir.  Daş  məmulatı  içərisində  levallua 

itiucluları, bir  işlək ağızlı qaşovlar, bıçaqlar və digər alətlər qeydə 

alınmışdır.  Qazma  mağara  düşərgəsindən  1987-1990-cı  illərdə 

tapılmış  daş  məmulatının  texniki  və  tipoloji  tədqiqi  zamanı 

müəyyən  edilmişdir  ki,  düşərgə  sakinləri  alətləri  Mustye 

mədəniyyəti  dövründə  hazırlamış  və  burada  məskunlaşmışlar 

(Cəfərov, 1992, 1999, 2004). 

Qazax  arxeoloji  ekspedisiyası  1982,  1985  və  1987-ci 

illərdə  F.M.Muradovanın  rəhbərliyi  altında  Qazax  və  Ağstafa 

rayonları  ərazilərində  arxeoloji  tədqiqatlar  aparmışdır.  Aparılan 

arxeoloji  axtarışlar  zamanı  Molla  Nağı  təpəsini  qeydə  alaraq, 

orada arxeoloji qazıntılar aparmışdır (Rüstəmov, 1997). 

Molla  Nağı  təpəsi  Ağstafa  rayonu  ərazisində  olub, 

Köçəsgər  kəndindən  şərqdə,  Haçadağından  cənub-şərq  tərəfdə,  




42 

 

Bakı-Tbilisi  şose  yolunun  keçdiyi  körpüdən  1000-1500  m  şimal-



qərbdə,    Acıdərədən  isə  50-60  m  şimalda  yerləşir  (Rüstəmov, 

1997).  Molla  Nağı  təpəsi  Köçəsgər  kəndinin  üzüm  plantasiyaları 

arsında  olub,  diametri  60  m,  hündürlüyü  2  m  olan  təpədən 

ibarətdir.  Molla  Nağı  təpəsində  aparılan  arxeoloji  tədqiqatlar 

zamanı  307  ədəd  daş  məmulatı  tapılmışdır.  Onlardan  123  ədədi 

təpənin  üstündə  açılmış  qazıntıdan,  184  ədədi  isə  təpənin  şimal-

şərq  ətəyində  üzə  çıxmış  açıq  düşərgə  qalığından  tapılmışdır. 

Həmin daş məmulatını tədqiq edən C.N.Rüstəmov onları iki qrupa 

bölür:  birinci  qrupa  təpənin  üstündən  tapılmış  123  ədəd  daş 

məmulatını,  ikinci  qrupa  isə  təpənin  şimal-şərq  tərəfində  qeydə 

alınmış 184 ədəd daş məmulatını daxil edir (Rüstəmov, 1997). 

C.N.Rüstəmov birinci qrupa daxil edilmiş daş məmulatının 

texniki  və  tipoloji  xüsusiyyətlərinə  görə  şərti  olaraq  Neolit 

mədəniyyətinin  sonu  və  Eneolit  mədəniyyətinin  əvvəllərinə  aid 

edir (Rüstəmov, 1997). C.N.Rüstəmov Molla Nağı təpəsinin ikinci 

qrup  daş  məmulatını  isə  üst  Paleolit  mədəniyyətinin  əvvəllərinə 

aid  edir  (Rüstəmov,  1997).  Molla  Nağı  təpəsinin  ikinci  qrup  daş 

məmulatı  çaxmaq  (31  ədəd),  andezit  (80  ədəd)  və  digər 

çaydaşılarından  hazırlanmışdır.  Həmin  daş  məmulatı  içərisində 

nüvələr,  qaşov  tipli  alətlər,  bıçaqlar,  kəsici  alətlər,  biz  və  digər 

alətlər qeydə alınmışdır (Rüstəmiov, 1997). 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə