Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə100/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   96   97   98   99   100   101   102   103   ...   106

403 

 

ətrafında  qabanın  yaşaması  və  qidalanması  üçün  qamışlıqlar 



olmuş,  o  həmçinin  ərazidə    bitən  palıq  ağacının  dənələrindən  də 

yemək kimi istifadə etmişdir.  

       Şübhəsiz  ki,  qayalarda  çox  sayda  qayıq  təsvirlərinin 

düzəldilməsində  ərazidəki  ağac  gövdəsi,  qarğı  və  qamışdan 

istifadə olunmuşdur. 

     Qədim qobustanlıların bu ərazidə yaşamasını şərtləndirən 

başlıca səbəblərdən biri də bu ərazinin dəniz sahilində  yerləşməsi 

olmuşdur. 

    Qobustan 

sakinləri 

sahilində 

yaşadıqları  dənizin 

sərvətlərindən  bacarıqla  istifadə  etmişlər.  Onlar  balıqçılıqla 

məşğul olmuş,  xəşəm,  nərə, kütüm  balığı, suiti, dəniz  tısbağası  və 

s.  ovlamışlar.  Qobustanda  ən  qədim  qayıq  və  tor  təsvirlərinin 

yaranması daş  məmulatı bu  vasitələrdən  məhz dəniz balıqçılığının 

tələb  etdiyi  zərurətlə    bağlılığını  göstərir.  Qazıntılardan  tapılan 

qayıq,  real  balıq  təsvirləri  və  balıq  sümükləri,  balıqçılıq  alətləri 

qalıqları bunu sübut edir.  

    Qobustanda  həyatın  15-20  min  il  bundan  əvvəl 

başlanması  insanların  bu  cür  zəngin  və  yüksək  mədəniyyət 

yaratması  üçün  onların  yaşadığı  ərazinin  tam  əlverişli  coğrafi  

şəraitə  malik olması və insanların Qobustan ərazisində minilliklər 

boyu fasiləsiz yaşaması nəticəsində mümkün olmuşdur. 




404 

 

     Qobustanın  qayaüstü  təsvirləri  və  bu  ərazidə  cəmləşmiş 



çox  dövrlü  arxeoloji  abidələr  bu  yerlərin  qədim  sakinləri 

tərəfindən  yaradılmış,  onların  həyat  tərzi,  təsərrüfat  sahələri,  dini 

və  mənəvi  aləmi  və  onların  keçdiyi  inkişaf  yolları  barədə  biz, 

gələcək  nəsillər  üçün  yaradılıb  yadigar  qoyduğu  çox  yüksək 

dəyərli  məxəzlərdir.  Abşeronda-Binəqədidə  qurumuş  qır  gölündə 

aparılmış qazıntılar zamanı pleystosen (IV dövr) dövrünə aid (orta 

Paleolit – Mustye) çoxlu  fauna  və  flora qalıqları aşkar  edilmişdir. 

Burada  40  növ  məməli  heyvan,  110  növ  quş,  22  növ  bitki  qalığı 

qeydə  alınmışdır.  Bunlar  uzaq  keçmişdə  yaxın  qonşu  Qobustan 

ərazisində də həyat  üçün əlverişli şəraitin çox qədim  zamanlardan 

mövcud olduğunu göstərir.  

    Binəqədi  qır  yatağından  tapılmış  heyvan  sümükləri 

arasında  Qobustan  qayalarında  təsviri  olan,  “Məstənzadə  öküzü” 

adını  almış  ibtidai  öküzlərin  sümükləri  vardır.  Öküz  Qobustanda 

Mezolit-Neolit dövründə ən az ovlanan  heyvan  növüdür. Bu,  Daş 

dövründən  başlayaraq,  sonrakı  minilliklərdə  də  sakinlərin  sitayiş 

obyekti, totemi olmuşdur.  

     Tədqiqatçıların  fikrincə,  “Məstənzadə  öküzü”  buynuzlu 

heyvanların  əcdadı  olub,  əhliləşdirilmiş  bu  növ  heyvanların  da 

ondan  törəməsidir.  Qobustanda  Mezolitin  sonunda  əhliləşdirilmiş 

öküz  də,  yəqin  ki,  “Məstənzadə  öküzü”nün  ilk  əhliləşdirilmiş  

nümunəsidir.  




405 

 

     Qobustan  qayalarında  20-dən  artıq  yırtıcı  heyvan  təsviri 



qeydə  alınmışdır.  O nlardan  çoxu  şir  təsvirləridir.  Binəqədi  qır 

qəbiristanlığından  da  qədim  şir  sümüyü  tapılmışdır.  Paleontoloq 

N.K.Vereşaqin  bu  heyvanda  mağara  şiri,  həmçinin  də  pələngə 

məxsus  xüsusiyyətlərin olduğunu  nəzərə alaraq, onun  “Şirpələng” 

adlandırmışdır.  Qobustan  qayaüstü  təsvirlər  kolleksiyasındakı  şir 

təsvirlərinə  xüsusi diqqət  yetirdikdə onların  Binəqədi  “Şirpələng” 

oxşarı olduğunu görürük.  

   Qobustan qayalarında təsviri çəkilmiş və ovlanmış heyvan 

növlərinin zaman keçdikcə bəzilərinin bu gün də qalıb yaşadığının, 

bir  qisminin  orta  əsrlərdə  də  yaşadığını,  bəzilərinin  isə  iri 

buynuzlu  heyvan  nəslinin  bugünki  maldarlığın  əsasını  təşkil 

etdiyini görürük (öküz, keçi, at və s.). 

     Qədim  qobustanlılar  ən  çox  ovladığı  və  qayalarda 

şəkilləri  şəkilmiş  gur Azərbaycanda orta əsrlərə qədər  yaşamışdır. 

Bunu  dahi  Nizaminin  “Yeddi  gözəl”  poemasının  qəhrəmanı 

Bəhramın  gur  ovçusu  kimi  “Bəhram  gur”  adlandırması  daş 

məmulatı təsdiq edir.   

     Tədricən  gurlar  da  azalmışdır.    Hazırda  bu  ərazidə  gue 

yoxdur;  ya  onların  nəsli  kəsilmiş,  ya  da  sağ  qalanları  varsa, 

şəraitsizlik  üzündən  ərazini  tərk  etmişlər.    Hazırda  Xəzərin  şərq 

sahillərində,  orta  Asiyada  coğrafi  şəraitinə  görə  Qobustanı 



406 

 

xatırladan  ərazidə  gurlar  yaşayır.    Onların  qorunub  saxlanması, 



artırılması məqsədilə üç qoruq fəaliyyət göstərir. 

     Qobustanda  Böyükdaş  dağı  yuxarı  səkidə  “O vçular 

zağası”nda  qarşısındakı  46  №-li  daşda  atların  yay-oxlu  insanlar 

tərəfindən  ovlanması  səhnəsi  diqqət  cəlb  edir.  Qobustanda 

qayaaltı  düşərgələrinin  qazıntısından  tapılmış  heyvan  sümükləri 

arasında  vəhşi at sümüyü də  vardır.   Tədqiqatçıların  fikrincə, atın 

əhliləşdirilməsi  və  onların  ev  heyvanı  kimi  istifadə  edilməsi 

atların  vəhşi  növlərinin  yaşadığı  çox  böyük  ərazi  çərçivəsində 

eyni vaxtda baş vermişdir (Aslanov, Vahidov, İoni, 1959). 

     Qobustanın  qayaüstü  təsvirləri  arasında  at  təsvirlərinin 

çox olması,  Böyükdaş  yaşayış yerindən e.ə.  üçüncü  minilliyin son 

rübünə  aid  yaşayış  yerindən  tapılmış  heyvan  sümükləri  arasında 

əhliləşdirilmiş  at  sümüyünün  də  olması  qədim  qobustanlıların 

təsərrüfat  həyatında  atın  böyük  rol  oynadığı  barədə  söz  açmağa 

imkan  verir.    Qobustanın  at  təsvirləri  çox  vaxt  yəhərsiz  təsvir 

olunmuşdur.  Qobustanda at təsvirlərinin, onun əhliləşdirilməsi  və 

minik  vasitəsi  kimi  istifadə  olunmasını  əks  etdirən  səhnələrin 

varlığı  bizə  Cənubi  Qafqazda  Qobustanın  ən  qədim  at 

əhliləşdirilmə  məkanlarından  biri  olduğunu  güman  etməyə  əsas 

verir (Muradova, 1979). 

    Azərbaycanın  cənub-şərqində  yerləşən  Cəlilabad  rayonu 

ərazisində  Eneolit  dövrünə  aid  Əliköməktəpəsində  qazıntılar 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə