Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə101/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   98   99   100   101   102   103   104   105   106

407 

 

zamanı 75% təşkil edən iki növ əhliləşmiş at sümüyünün tapılması 



böyük  maraq  doğurur.  Bu  tapıntı  nəinki  Qafqaz,  həmçinin  də 

bütün  Avrasiyada  atın  əhliləşdirilməsi  haqqında  ən  qədim  tarix 

verilməsi  baxımından  böyük  yenilikdir.  Beləliklə,  Qafqazın 

cənub-şərq  ərazilərinin  ən  qədim  at  əhliləşdirilmə  ocaqlarından 

biri kimi çıxış etdiyinin bir daha şahidi oluruq.  Bu  fauna qalıqları 

Qobustanın  qədim  at  əhliləşdirilmə  ocaqlarından  biri  olması 

haqqında  söylədiyimiz  fikrin  düzgünlüyünü  təsdiq  edir 

(Nərimanov, 1987). 

   Hazırda  Cənubi  Qafqazda  Azərbaycanın  cənub-şərq 

əraziləri vəhşi atların yaşadığı və ovlandığı Qobustan və ondan bir 

qədər  cənubda  yerləşən  Cəlilabad  əraziləri  hələlik  dünyada  ən 

qədim at əhliləşdirmə ocağıdır.  

     Azərbaycanda  Mezolit  və  Neolit  dövrünün  ideologiyası, 

Mezolit  mədəniyyətinin  öyrənilməsində  Qobustanın  ibtidai 

incəsənət  abidələri  –  qədim  qayaüstü  təsvirlər,  arxeoloji 

qazıntılarla  aşkar  edilmiş  dəfn  abidələri,  bəzək  əşyaları  və  s.  bu 

kimi  çoxsaylı  materiallar  mənbə  kimi  istifadə  olunur.    Qədim 

qobustanlıların  bədii-estetik    yetkinlik  baxımından  çox  yüksək 

mədəniyyətə,  incə  zövqə  malik  olduqlarını  demək  mümkündür. 

Qədim  Qobustan  rəssamlarının  qayalar  üzərində  həkk  etdikləri 

əsərləri - qayaüstü təsvirlərin böyük reallıqla çəkilməsində, mövzu 

yetkinliyi, süjetliyi  və kompozisiyalı  verilməsi də özünü  göstərir.  




408 

 

Mezolit dövrü insanı müasir Neolit mədəniyyətinin yaradıcılarının 



Azərbaycanın  qədim  yerli  qəbilə  və  birləşmiş  qəbilə  qruplarının 

olduğu şübhəsizdir.  

    Qobustanın  qayaüstü  təsvirləri  Qobustan  sakinlərinin 

yüksək  estetik  zövqünü  əks  etdirən  əsl  ibtidai  incəsənət 

abidələridir.  

    Qobustanın  qayaüstü  təsvirlər  kolleksiyasını  təşkil  edən 

rəsmli daşların  sayı 6  mindən çoxdur.  Bu, bir o qədər çox olmasa 

da  əhatə  etdiyi  tarixi  çərçivənin  genişliyi,  mövzu  müxtəlifliyi 

texniki  üsullarla  real  çəkilməsi  baxımından  analoqu  olmayan 

qədim abidələr kompleksidir.  

   Qobustanın  ilk qayaüstü təsvirlərinin  yaranması  tarixi e.ə. 

XVIII-XV  minilliklərə,  yəni  üst Paleiolitin sonundan  ilk Mezolitə 

keçid dövrünə təsadüf edir. 

   Qobustanda  Böyükdaş,  K içikdaş,  Şonqar  və  Şıxqaya, 

Cingirdağ  –  Yazılıtəpə  qayalarda  qədim  düşərgə,  yaşayış  yerləri, 

kurqan  tipli  qəbir  abidələrində,  qazıntılar  zamanı    mədəni 

təbəqədən,  mədəni  təbəqənin  örtüyü    qayaların  alt  hissəsində, 

çoxsaylı  kiçikölçülü  rəsmli  daşlar  aşkar  edilmişdir.    Onlar  ilk 

Mezolitdən orta əsrlərə qədər geniş tarixi mərhələyə aiddir.  

    Qobustanın  qayaüstü  təsvirləri  arasında  Daş  dövrünün 

qadın və kişi təsvirləri xüsusi diqqət cəlb edir. Onlar qayada ön və 

yan  görünüşdə  barelyefin  əksi  kimi  kölgə  (siluet)  şəklində 




409 

 

qazılmışdır. Qadınlar iri döşlü, incə belli, iti sağrılı, yoğun baldırlı 



yan görünüşdə (tək-tək ondan) çəkilmişlər. Ön görünüşdə verilmiş 

qadın  təsvirləri  bəzi  hallarda  çiynində  yay-oxla  təsvir  edilmişdir. 

Onlardan  bəzisinin  bədəni  xətlərlə  bəzədilmişdir  ki,  bunu  ya 

geyim və ya da ki, tatuirovka kimi başa düşmək olar.  

   Kişi  təsvirləri  yay-oxla  silahlanmış  şuxqamətli,  belləri 

kəmərli, aralı qoyulmuş ayaq əzələləri qabarıq (güclü) verilmişdir.  

Onların  geyimi  dövrün  iqliminin  isti  olduğunu  göstərir.  Bəzi 

qayaüstü  təsvirlərin  çəkilməsində  qırmızı  boyadan    (oxradan) 

istifadə olunmuşdur.  

   Qobustan  tədqiqatları  yay-oxun  ixtirasının  bir  çox 

arxeoloji  ədəbiyyatlarda  yazıldığı  kimi  Mezolit  dövründ ə  yox, 

Paleolitin  sonlarında  baş  verdiyini  əyani  surətdə  sübuta 

yetirmişdir. 

    Qədim Qobustan rəssamı Qobustan sakinlərinin həyatında, 

o  cümlədən  ovçuluqda  yaranmış  yay-oxun  ovçu  kimi  və  bəzi 

qadın  təsvirlərini  də  yay-oxlu  təsvir  etməklə  dövrün  bu  böyük 

ixtirasını  çəkdiyi  qayaüstü  təsvirlərdə  qabarıq  nəzərə  çapdırmağa 

çalışmışdır.  

   Öndən  verilmiş  döymə,  oturmuş  və  ya  yarıoturmuş 

vəziyyətdə  yan  görünüşlü  döymə  (siluet)  qadın  təsvirləri 

Qobustanda  ən  qədim  qayaüstü  təsvirlərdir.    Qobustanın  bəzi 



410 

 

qadın  təsvirləri  Qərbi  və  Şərqi  Avropanın  Paleolit  dövrü 



heykəlçilik və qadın təsvirlərinin oxşarıdır.  

   Qobustan  qayalarındakı  kişi  təsvirləri,  icmanın  hörmətli 

üzvlərinin,  cəsur  ovçuların  və  ya  başçılarının  şəkilləridir.  Qadın 

rəsmləri  matriarxat quruluşunda  hakim  rol oynayan  “ana”,  “nənə” 

və “qız”ı əks etdirir. 

      Real  və  son  dərəcə  mütənasib  çəkilmiş  öküz,  ceyran  və 

gur  təsvirləri, kollektiv rəqs, kollektiv əmək, balıq ovu səhnəsi  və 

qayıq təsvirlərinin bir qismi Mezolit və Neolit dövrlərinə aid edilir.  

    Qobustanın  Mezolit-Neolit  dövrü  sakinlərinin  mənəvi 

aləmi,  dini  görüşləri  haqqında  dəfn  abidələri,  bəzi  incəsənət 

nümunələri,  qayalardakı  heyvan  təsvirləri  –  totemlər  və  s. 

müəyyən  təsəvvür  yaradır.  Qobustan  düşərgələrində  iki  qəbir 

abidəsi  aşkar  edilmişdir.    Bunlardan  biri  “Firuz”,  o  biri  isə 

“Kənizə” düşərgələridir.  “Firuz” düşərgəsindəki Mezolitin sonuna 

aid  qəbirdə  on  iki  adam  və  bir  uşaq  dəfn  olunmuşdur.    Skeletlər 

pis  saxlanmışdır,  ölülər  qəbirdə  eyni  vaxtda,  bükülü  vəziyyətdə, 

sağ  və  sol böyrü  üstə qoyulmuşdur.  Bu qəbir düşərgənin  mədəni 

təbəqəsində  olaraq  geniş  ərazilərdə  müşahidə  olunan  ölülərin 

düşərgədə dəfn olunma adəti ailələrin icma üzvləri, diri qohumları 

arasında,  doğma  ocaqda  olması  və  s.  bu  kimi  təsəvvürlərlə  bağlı 

olmuşdur.   Bütün ölülər  müxtəlif bəzək əşyaları, əmək alətləri  və 

silah nümunələri ilə müşayiət olunmuşdur. 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə