Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə102/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   98   99   100   101   102   103   104   105   106

411 

 

Bütün  ölülər  daş  muncuqlardan  ibarət  boyunbağıya  malik 



idi.    Muncuqlar  arasında  sümükdən  asma,  iri  və  xırda  heyvan 

dişindən, qabanın qılınc dişləri,  molyusk,  mərcanquludan asmalar 

və  s.  təsadüf  olunmuşdur.  Bəzək  əşyaları  arasında  xırda 

çaydaşından  fiqurlu  asmalar  da  vardır.  Bəzək  əşyalarından  başqa 

qəbirdən  maral  buynuzundan  düzəldilmiş  iri  yerqazan  alət  və  ya 

nizə,  tor  toxumaq  üçün  sümük  alətlər,  ucu  dişəkli  daş  pərsənglər 

(yaxud  sapand),  dayaz  sularda  balıq  vurmaq  üçün  zərif,  iynəvari 

sümük alətlər, beldən asmaq üçün bir ucunda deşik açılmış sümük 

xəncər tapılmışdır. 

 Neolit  dövrünün  əvvəlinə  aid  “Kənizə”  düşərgəsində 

açılmış  qəbirdə  iki  kişi  və  bir  qadın  dəfn  olunmuşdur.  Bunlar  da 

sıx  bükülü,  kişilər  sağ,  qadın  sol  böyrü  üstə  qoyulmuşdu. 

Antropoloq  R.M.Qasımovanın  təyinatına  görə  nisbətən  yaxşı 

saxlanmış  qadın  kəlləsinin  Qafqazda  ən  qədim  insan  tipi  olan  

Kaspi tipinə aid olduğu müəyyənləşdirilmişdir. 

Qəbirdən  –  ölülərin  yanından  ortası  sağ,  iki  ucu  boruşəkilli 

əsa başı (toppuz), çaxmaqlaşmış çaydaşından ağzı cilalanmış balta, 

sümükdən  və  daşdan  asma,  sümükdən  bizlər,  qum  daşından 

seqment formalı iri alət və s. əşyalar tapılmışdır. 

Əldə  olunmuş  dəlillər  Azərbaycanın  Mezolit  və  Neolit 

dövrü  əhalisinin  müəyyən  dini  etiqadlarla  əlaqədar  əcdadlarda 

sitayişin  formalaşdığını  göstərir.  Qəbirlərdən  tapılmış  maddi 




412 

 

mədəniyyət  nümunələri  insanların  axirət  dünyasına  inamı 



haqqında məlumat verir. 

Qobustanın  Mezolit-Neolit  dövrü  qayaüstü  təsvirləri 

arasında  çoxluq  təşkil  edən  iriölçülü  öküz  təsvirləri  insanların 

sitayiş  obyekti  –  totemdir.  Bəzən  təbii  ölçüdən  də  iri  çəkilmiş 

öküz  təsvirləri    (adi  öküz  deyil)  qədim  insanın  həyatında 

ilahiləşdirilmiş  qüvvəyə  malik  heyvan  surətidir.  Elə  bu  səbəbdən 

də ovlanmış  heyvan sümükləri arasında onun  sümüklərinə tez-tez 

rast gəlinir. 

Qobustanın  qayaüstü  təsvirləri  Mezolit-Neolit  dövrü 

insanlarının  dünyügörüşü  haqqında  əsas  məlumat  verən 

mənbələrdən  biridir.  Ümumiyyətlə,    qayaüstü  təsvirləri  bəşər 

mədəniyyətinin 

abidələri, 

keçmişin  təsərrüfat  həyatı  və 

ideologiyasının öyrənilməsi üçün əvəzolunmaz mənbə kimi böyük 

əhəmiyyət  kəsb  edir.  Sözsüz  ki,  dünyü  xalqları  və  millətlərin 

müxtəlif  tarixi  dövrlər  üçün  həyat  şəraiti,  yaşamaq  tərzi  və  s. 

müxtəlif  olduğu  kimi,  onların  dini  görüşləri,  dünyəvi  aləm 

haqqında  təsəvvürləri,  bu  və  ya  digər  təbii  və  sosial  hadisəyə 

baxışları da müxtəlif olmuşdur. 

Qayaüstü  təsvirlərin  yaranma  səbəbi  tədqiqatçılar  arasında 

mübahisəli məsələ kimi qalmaqla da davam edir. 

Qədim  qayaüstü  təsvirlər  dünyanın  müxtəlif  ərazilərində 

tarixin  müxtəlif  mərhələlərində  yaranmış  və  qədim  tarixin 




413 

 

şahidləri  kimi  bu  günə  kimi  saxlanmışdır.  Onların  yaranma 



səbəbində  nə  məqsədlə  yaranmasının  izahında  fikir  ayrılıqları 

mövcuddur.  Bu  fikir  müxtəlifliyi  qayaüstü  təsvirlərin  2000-2500 



m  yüksəklikdə,  ibtidai  insan  üçün  əlçatmaz  yerlərdə,  insan 

düşərgələrindən çox-çox  uzaqlarda,  mağaraların dərin  və qaranlıq 

zallarında, çox  hündür qayalarda, onların dar, keçilməz aralarında 

çəkilməsinin 

izahında 

özünü 


göstərir. 

Qərbi 


Avropa 

tədqiqatçılarının  çoxu  göstərilən  qayaüstü  təsvirlərin  çəkilmə 

səbəbini daha çox ovsunçuluqla izah etməyə çalışırlar. 

Bəzi  tədqiqatçılar,  məsələn,  S.V.İvanov  uzaq  keçmişdə 

incəsənətin  yaranmasını  nə  dinlə,  nə  də  dini  təsəvvürlərlə  deyil, 

ictimai əmək təcrübəsi və onun əsasında yaranmış dünyagörüşüylə 

bağlı olduğunu göstərmişdir. 

Qobustanın  qayaüstü  təsvirləri  qədim  insan  düşərgələri  – 

qayaaltı  sığınacaqların  divarlarında,  düşərgə  ətrafında  aydın 

görünən,  heç  bir  çətinlik  çəkmədən  yaxınlaşmaq  mümkün  olan 

daşlar  –  qayalar  üzərində,  hətta  ocaq  qırağındakı  kiçik  daşlarda 

çəkilmişdir. 

Bu təsvirlər  heç bir  mistik  və dini oyanmalar  nəticəsi deyil, 

insanın təbiətcə təsviri sənətə  meylli olmasının, real  həyatla bağlı, 

həyatda gördüklərinin təcəssüm etdirilməsindən  ibarətdir. Deməli, 

ovsunçuluq  nə  qədim  təsvirlərin  meydana  gəlməsində,  nə  də 

təsviri sənətin  nəqqaşlığın  yaranmasında  həlledici əhəmiyyət kəsb 



414 

 

etməmişdir.  Qədim  incəsənət  nümunələri,  eləcə  də  qayaüstü 



təsvirlər real həyatın tərənnümüdür. 

Ovsunçuluq daha gec meydana çıxmışdır. Şübhəsiz ki, onun 

yaranması  da  insanın  həyatında  baş  verən  müəyyən  səbəblərlə,  o 

cümlədən  çətinliklərlə  bağlı  olmuşdur.    Ovsunçuluq,  insanların 

çətinliyi  rahat  yolla  zəhmətsiz  həll  etmək  inamı  aşılayır, 

ovsunçuluqdan  istifadə  edən  insan  düşdüyü  çətinlikdən  bu  yolla 

qurtaracağına  inanır.  Bu  işdə  ovsunçuluğun  təbliğ  etdiyi  “şəksiz 

inam”  kəlamından  da  tez-tez  istifadə  olunur.  Qobustanda  ov 

obyekti  heyvanların  çox  olub,  rahat  ovlandığı  bir  şəraitdə 

ovsunçuluqdan  danışmaq  artıq  idi.  Qayaüstü  təsvirlərin  çoxunun 

mahiyyəti  etibariylə,  nə  ovsunçuluq,  nə  də  totem  olduğunu  iddia 

etmək mümkün deyil. 

Qobustanın  qayaüstü  təsvirlərinin  ovun  uğurlu  olmasını 

təmin  edəcək  ovsunçuluq  məqsədilə  çəkildiyini  göstərən 

İ.M.Cəfərzadə,  Z.N.Yampolski,  N.Rzayev  kimi  tədqiqatçıların 

qayalardakı  heyvan  təsvirlərinin  ov  heyvanlarının  ovdan  qabaq 

onların  ovlanmasının  əsas  olması  üçün  ovsunçuluq  mərasimi 

münasibətilə çəkildiklərinin nəticələri bu fikirləri inkar edir. 

Ovsunçuluq tərəfdarları olanlar dərindən  götür-qoy etmədən, 

ölçüb-biçmədən  Qobustanın  qayaüstü  təsvirlərindəki  real  həyatın 

şəkillərini  də  ovsunçuluqla  bağlı  göstərirlər.  Məsələn,  yallı  rəqsi, 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə