Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə104/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   98   99   100   101   102   103   104   105   106

419 

 

29 №- li daşdakı təsvirlər arasındakı yalnız bir ədəd iriölçülü 



öküz  təsviri  (döymə  qadın  və  kişi)  I  mərhələ  təsvirlərinə  uyğun 

olduğunu  qeyd  edir  və  II  mərhələyə  yalnız  80-1  m  ölçülü  öküz 

təsvirlərini  aid edir.  Belə olduqda  iri öküz  təsvirini  nə I,  nə də II 

mərhələyə  aid  etməyən  A.A.Formozov  I  mərhələyə  aid  heyvan 

təsvirlərinin  olmadığını  güman  edir.  Lakin  onu  bu  mərhələyə  aid 

etmir. A.A.Formozov bəzi qadın və bütün döymə kişi təsvirlərinin 

əlindəki  və  çiynindəki  əşyanın  Paleolit  yox,  Mezolit  üçün 

səciyyəvi  olduğunu  qeyd  edir.  A.A.Formozov  “Ana  zağa” 

düşərgəsinin  girişinin  cənub  divarını  təşkil  etmiş  qayadakı  I 

mərhələyə aid təsvirlərin (30 №- li daş) iri və kiçikölçülü yay-oxlu, 

kəmər  –  mədəni  təbəqələr  altında  açılmış  səhnədəki  təsvirlərlə 

eyni  səciyyədə  onun  davamı  olduğunu  güman  edir  (Formozov, 

1969). 

29  №-li  qayanın  şimal  üzündəki  döymə  qadın  və  kişi 



təsvirləri  A.A.Formozovun  yazdığı  kimi,  düşərgədə  mədəni 

təbəqələr  yaranana  qədər  çəkildiyi  barədə  söylədiyi  fikri  təkzib 

edir.  29  №-li  qayadakı  qədim  təsvirlər  düşərgədə  üst  Paleolitin 

sonu  ilk  Mezolit  dövründə  məskunlaşmış  ilk  sakinlərin  sənət 

əsəridir. 

I  mərhələ təsvirlərinin bəzi  xüsusiyyətlərinə  görə paleolitdə 

çəkdiyini  göstərən  A.A.Formozov  bu  təsvirlərin  daha  çox  oxşarı 

İspaniyanın Mezolit təsvirlərində görür (Formozov, 1969). 




420 

 

A.A.Formozov  düşərgələrin  Daş  dövrü  təbəqələrindən 



arxeoloji materiallarla birlikdə tapılmış kiçikölçülü rəsmli daşların 

düşərgələrin,  o  cümlədən”Ana  zağa”  30  №-li  qayadan  və  başqa 

təsvirli qayalardan qopmuş parçalar sayır (Formozov, 1969).  

Mənə  elə  gəlir  ki,  uzun  müddət  Qobustan  abidələrində 

arxeoloji  qazıntı  aparmış  təcrübəli  arxeoloq  üçün  kiçikölçülü 

rəsmli  daşların  abidə  sakinləri  tərəfindən  sığınacağın  özündə 

hazırlandığıyla,  bu  təsviri  daşın  düşərgənin  təsvirli  qaya 

divarından 

qırılıb 

düşmüş 


təsvirli 

daş 


olduğunu 

müəyyənləşdirmək  bir  o  qədər  də  çətin  deyil.  Qayadan  qopub 

düşmüş  hissənin  yeri  qayada  aydın  bilinir.  Arxeoloji  qazıntıların 

gedişində  tək-tək,  nadir  hallarda  A.A.Formozovun  qeyd  etdiyi 

hallarla  da  rastlaşmışıq.  Qayadan  təsvirli  hissə  qopub  düşmüş 

olanda  həm  qayadakı  və  həm  də  qopmuş  daşdakı  qırğı  təsvirin 

hissəsi  bir-birini  tamamlayır.  Ə gər  təsvirli  kiçik  hissə  qopub 

düşərsə, o elə  vaxtilə  üstündə olduğu qayanın dibinə düşür. Onun 

qayada düşdüyü yeri asanlıqla müəyyənləşdirmək olur. 

“Ana zağa”dakı Paleolit əlamətli qadın təsvirlərinə Kiçikdaş 

dağı  “Qayaarası”,  “Ceyranlar”  düşərgələrində,  Şonqardağda 

“Şonqar”  düşərgəsi  və  onun  ətrafında  da  təsadüf  edilmişdir. 

Bunlar  döymə  qadın,  kiçikölçülü  kəsmə  xətlə  çəkilmiş  kişi, 

müxtəlif  ölçülü öküz, qaban təsvirləri  və öküz başı  təsvirlərindən 

ibarətdir.  Kişi  təsvirlərinin  az  qismi  yay-oxla  təsvir  olunmuşdur. 



421 

 

Deməli,  paleolitin  sonunda  artıq  yay-oxun  ilk  nümunələrinin 



meydana  çıxdığını  görürük.  Düşərgə  sakinlərinin  əsas  ovlanmış 

heyvan  sümükləri  obyekti  iriölçülü  ceyrandır.  Gurlar  tək-tək 

meydana  çıxır.  “Qayaarası”nda  da  “Ana  zağa”da  olduğu  kimi 

alətin  ilk  nümunələri  yaranır.  Arxeoloji  qazıntı  materialları 

əsasında  paleolit  əlaməti  şatelperron  tipli  köndələn  bıçaqlara  çox 

təsadüf  olunur.  “Qayaarası”  düşərgənin  yerləşdiyi  sahədəki 

qayalarda  Böyükdaş dağı, yuxarı səkidəki  “Ana  zağa”nın 29 №- li 

daşdakı  iriölçülü  öküzün  oxşar  nümunələri  çoxluq  təşkil  edir. 

Bütüb  bunlar  “Ana  zağa”nın  alt  təbəqəsində  də  “Qayaarası” 

düşərgəsi  kimi  paleolitin  son  mərhələsindən  Mezolitə  keçidin  ilk 

mərhələsinə  aid  olduğunu,  29  №- li  daşdakı  paleolit  əlaməti 

təsvirlərin də alt  təbəqə sakinlərinə  məxsus olduğunu təsdiq  edir. 

Buradakı  iriölçülü  öküz  təsvirini  də  A.A.Formozovdan  fərqli 

olaraq  I  mərhələyə  aid  edirik.  “Şonqar”  düqşərgəsində  də  döymə 

qadın, iri öküz, öküz başı təsvirləri qeydə alınmışdır.  

Bu  göstərilənlər  Qobustanın  ilk  sakinləri  tərəfindən 

paleolitin  sonundan  Mezolitə  keçid  dövründə  (e.ə.  XIII-XV 

minilliklər,  bəlkə  də  bir  az  əvvəl)  məskunlaşdığını  deməyə  əsas 

verir.   

 Çex alimi Yan  Elinek Qobustanın qadın təsvirlərini  məlum 

Paleolit dövrü  qadın təsvirləri sırasına daxil etmişdir.  



422 

 

Qobustan 



qayaüstü 

təsvirlərinin 

dövrləşdirilməsində 

təsvirlərin  ölçüsünün  heç  bir  əhəmiyyət  kəsb  etmədiyini  sübuta 

yetirmiş  arxeoloji  qazıntı  materiallarını  nəzərə  almayan    E.Anati 

də  İ.M.Cəfərzadə,  A.A.Formozov  kimi  Qobustanın  iriölçülü 

təsvirlərinin  qədim olduğunu  nəzərə alıb, onları Qərbi Avropanın 

iriölçülü  solyutre  dövrü  təsvirləri  ilə  müqayisə  əsasında  həmin 

dövrə aid etmişdir.  

E.Anatinin  yazdığı  yarımçıq  “Qobustan”  kitabı  onun  naşı 

arxeoloq  olduğunu  və  Qobustanın  maddi  mədəniyyət  qalıqlarının 

texniki  və  tipoloji  xüsusiyyətlərini  bilmədiyini  göstərir  (Anati, 

2001). 

Qobustan  abidələrinin  tədqiqilə  bir  qayda  olaraq  ixtisasca 



tarixçi  arxeoloq  məşğul  olur.  O,  uzun  illər  tədqiqiylə  məşğul 

olduğu  Qobustan  qayaüstü  təsvirlərinin  oxunması,  dindirilməsi 

kimi  məsələlərin  qaydalarını,  yolunu  bilir.  Qayaüstü  təsvirləri 

qəbul  olunmuş  elmi  qaydalar  əsasında  tədqiq  edib,  onu  “dilində” 

dindirməsək, o sənə cavab  verməyəcəkdir. Ona görə də Qobustan 

abidələri  oradan  tapılmış    zəngin  maddi  mədəniyyət  qalıqlarını 

arxeologiya  elminin  müasir  səviyyəsində  öyrənmədən  bu  diyar 

haqqında fikir söyləmək elmi cəhətcə əsassız olar. 

Bundan  sonra  da  Qobustanda  aparılacaq  arxeoloji 

tədqiqatlar  yeni-yeni abidələrin  və  maddi  mədəniyyət qalıqlarının 

aşkar olunmasına zəmin yaradacaqdır.   



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə