Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə105/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   98   99   100   101   102   103   104   105   106

423 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

NƏTĠCƏ 

 

1953-2007-ci  illərdə  Azərbaycan  Respublikası  ərazisində 

aparılan  arxeoloji  tədqiqat  işləri  nəticəsində  Daş  dövrünə  aid 

mağara  düşərgələri  və  maddi  mədəniyyət  nümunələri  aşkar 

olunmuşdur.  



424 

 

Azərbaycanın  Azıx  mağara  düşərgəsində  aparılan  arxeoloji 



tədqiqatlar 

nəticəsində 

ibtidai  insanların  meydana  çıxıb, 

formalaşma  tarixinin  bu  ərazidə  qədim  olduğunu  göstərdi.  Elmi 

tədqiqatlar  zamanı  müəyyən  olunmuşdur  ki,  dünyada  hələlik  elə 

bir  mağara  düşərgəsi  yoxdur  ki,  orada  mədəni  təbəqələr  Azıx 

düşərgəsində olduğu kimi  zəngin, yaşayış  isə uzunmüddətli olsun. 

Aparılan  kompleks  elmi  tədqiqatlar  göstərir  ki,  ibtidai  insanlar 

Azıx mağara düşərgəsində 2,0-2,5 milyon il bundan əvvəl məskən 

salmış  və  uzun  müddət  burada  yaşamışlar.  Təbii  coğrafi  şəraitin 

dəyişməsilə  əlaqədar  olaraq  düşərgə  sakinləri  140  min  il  bundan 

əvvəl  mağaranı  tərk  etmişlər.  Lakin  qədim  insanlar  yenidən  20 

min  il keçdikdən sonra  mağaraya qayıtmış  və burada 70-80 min  il 

yaşamışlar.  

Azıx  qədim  insan  düşərgəsində  aparılan  kompleks  elmi 

tədqiqat  işləri  zamanı 10 arxeoloji  təbəqə qeydə alınmış  və tədqiq 

olunmuşdur. Azıx düşərgəsinin III, V, X  təbəqələrindən 8 mindən 

artıq  daş  məmulatı  və  500  mindən  artıq  ovlanmış  heyvan 

sümükləri aşkar olunmuşdur.  

Qarabağın  Quruçay  və  Köndələnçay  vadilərində  aparılan 

elmi  tədqiqatlar  göstərmişdir  ki,  hələ  çox  qədim  zamanlardan  bu 

ərazidə  canlı  həyatın  inkişafı  üçün  əlverişli  təbii  coğrafi  şərait 

olmuşdur.  Ərazidə aparılan kompleks elmi tədqiqatlar nəticəsində 

məlum olmuşdur ki,  hələ 2,0-2,5  milyon  il bundan əvvəl Q uruçay 




425 

 

vadisində  mülayim  iqlim  şəraitində  yaşayan  çoxlu  heyvan 



olmuşdur.  

Ibtidai  insanlar  Quruçay  vadisindən  Azıx  və  Tağlar 

mağaraları  yerləşən  ərazidən  əmək  alətləri  hazırlamaq  üçün 

xammal  mənbəyi kimi  istifadə etmişlər. Çünki Quruçay  vadisində 

kvars,  kvarsit,  bazalt,  çaxmaq,  felzit,  yaşma  və  s.  daşlar  mövcud 

olmuşdur.   

Azıx  düşərgəsinin  ən  aşağı  təbəqələrində  aparılan  arxeoloji 

qazıntılar  nəticəsində  mühüm  elmi  əhəmiyyətə  malik  maddi 

mədəniyyət  nümunələri,  o  cümlədən  300-dən  artıq  daş  məmulatı 

aşkar olunmuşdur.  Aşağı təbəqələrin daş məmulatı içərisində əsas 

yeri əmək alətləri tutur. Aşağı  təbəqələrin əmək alətləri  içərisində 

kobud çapma alətləri çoxluq təşkil edir. 

Daş  məmulatı arasında  həmçinin kobud çapacaqlar, kubvari 

alətlər, kobud qaşovlar, vurma səthi yaxşı saxlanmış qəlpələr və s. 

qeydə  alınmışdır.  Təbəqələrin  yerləşmə  səviyyəsindən  asılı 

olmayaraq  VII-X  təbəqələrin  daş  məmulatı  arxeoloji  cəhətdən 

eyni texniki  üsulla  hazırlanmışdır.   Bu  xüsusiyyətlər özünü əmək 

alətlərinin  ümumi  görünüşündə, cənglə örtülməsindən asılı olaraq 

saxlanılma dərəcəsində, texniki və tipoloji əlamətlərində göstərir. 

Azıx  mağara  düşərgəsinin    aşağı  təbəqələrinin  daş  alətləri 

əsasən  kənarlarından  mərkəzə  doğru  vurub  qoparma  üsulu  ilə 

kobud  formada  hazırlanmışdır.  Bu  üsulla  hazırlanmış  əmək 




426 

 

alətləri  daş  məmulatı  içərisində  çoxluq  təşkil  edir.  VII-X 



təbəqələrin  daş  məmulatı  arasında  qəlpələrdən  hazırlanmış  əmək 

alətləri də vardır. Qəlpələrdən hazırlanmış əmək alətləri içərisində 

əsas yeri qaşov tipli alətlər tutur.  

Azıx çoxtəbəqəli mağara düşərgəsinin ən aşağı təbəqələrinin 

daş  məmulatı arasında 4-5 kq ağırlığında olan  nəhəng çoppervari 

alətlər  diqqəti  daha  çox  cəlb  edir.  Hələlik  ölkəmizin  və  keçmiş 

SSRİ-nin ərazisində olan paleolit abidələrindən belə alətlər qeydə 

alınmamışdır.  Təsvir  olunan  əmək  alətlərinə  hələlik  şərti  olaraq 

Azıx  tipli  çapma alətlər adlandırmaq olar. Azıx  mağarasının VII-

X  təbəqələrindən  aşkar  olunmuş  arxeoloji  materialların  olduqca 

mühüm  elmi  əhəmiyyəti  vardır.  Düşərgənin  maddi  mədəniyyət 

nümunələri  mağarada  qədim  insanların  ilkin  məskunlaşmasından 

xəbər  verir.  Ibtidai  insanların  həyatında  mağaranın  yaxınlığından 

axan  Quruçayın  mühüm  rolu  olmuşdur.  Qədim  insanlar    əmək 

alətləri  hazırlamaq  üçün  çaydaşılarını  məhz  Q uruçaydan  toplayıb 

mağaraya  gətirmişlər.  Eyni  zamanda  Azıx  düşərgəsinin  sakinləri 

Quruçay  vadisində  ovçuluq  və  yığıcılıqla  məşğul  olmuşlar. 

Quruçay  dərəsində  ibtidai  insanların  yaşaması  üçün  zəruri  olan 

bütün  nemətlər  olmuşdur.  VII-X  təbəqələrdə  aparılan  arxeoloji 

tədqiqatlar  zamanı  tapılmış  maddi  mədəniyyət  nümunələri 

tamamilə 

yeni  bir 

mədəniyyətdən 

xəbər 


verirdi.  Aşağı 

təbəqələrdən  tapılmış  əmək  alətlərinin  hazırlanma  texnikası  və 




427 

 

tipologiyasının  özünəməxsus  xüsusiyyətlərinə  görə  yeni  aşkar 



olunmuş  maddi  mədəniyyət  nümunələrinə  Quruçayın  adı 

verilmişdir.    Eyni  zamanda  aşağı  təbəqələrin  daş  məmulatının 

elmi  tədqiqi  zamanı  Q uruçay  mədəniyyətinin  bir  neçə  inkişaf 

mərhələsi müəyyən olunmuşdur. Mədəniyyətin ilkin mərhələsində 

əmək  alətləri  olduqca  kobud  və  bəsit  hazırlandığı  halda,  sonrakı 

mərhələlərdə  onların  hazırlanma  texnikası  təkmilləşmiş  və  yeni-

yeni əmək alətləri yaranmağa başlanmışdır.  

Azıx  qədim  insan  düşərgəsinin  VII-X  təbəqələrindən  aşkar 

olunmuş    əmək  alətlərinin  əksəriyyəti  mağaradan  kənarda 

hazırlanmış  və  sonradan  düşərgəyə  gətirilmişdir.  Çünki 

düşərgənin  ən  aşağı  təbəqələrindən  ancaq  hazır  əmək  alətləri 

tapılmışdır.  Istehsal tullantıları  isə az  miqdarda qeydə alınmışdır. 

Deməli,  Azıx  qədim  insan  düşərgəsinin  sakinləri  mağarada 

yaşamamışdan  əvvəl  Quruçay  dərəsinin  vadilərində  yaşayıb 

fəaliyyət  göstərmişlər.  Əmək  alətlərini  də  məhz  ibtidai  insanlar 

Quruçay  sahillərində  hazırlamışlar.  Paleolit  dövrünə  aid  olan 

Quruçay mədəniyyəti nəinki Azərbaycan və Yaxın Şərq ərazisində, 

eyni  zamanda  bütün  Qafqazda  ən  qədim  arxeoloji    mədəniyyət 

hesab olunur.  

Aparılan arxeoloji tədqiqatlar  zamanı  müəyyən olunmuşdur 

ki,  Azıx  qədim  insan  düşərgəsində  Quruçay  mədəniyyəti 

uzunmüddətli  inkişafdan  sonra  qədim  Aşel  mədəniyyəti  ilə  əvəz 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə