Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə106/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   98   99   100   101   102   103   104   105   106

428 

 

olunmuşdur. Sonrakı  inkişaf  mərhələsi olan qədim  aşel dövründə 



əmək  alətlərinin  texnikası  təkmilləşməyə  və  yeni-yeni  əmək 

alətləri  yaranmağa  başlamışdır.  Bu  əlamət  insan  əməyinin, 

təfəkkürünün  və  şüurunun  məhsuludur.  Ona  görə  də  əmək 

alətlərinin  inkişafı  və  təkmilləşməsi  ibtidai  insanların  fiziki 

quruluşunun təkamül prosesi kimi qiymətləndirilməlidir.  

Azərbaycan  Respublikası  ərazisində  aparılan  arxeoloji 

tədqiqat  işləri  nəticəsində  Aşel  mədəniyyətinə  aid  maddi 

mədəniyyət  nümunələri  Azıx düşərgəsinin  V və VI  təbəqələrində, 

Qazax  rayonunun  Qayalı,  Acıdərə,  Əli  Bayramlı,  Şişquzey  açıq 

paleolit  abidələrində  tapılmışdır.  Eyni  zamanda  respublikamızın 

Lerik, Kəlbəcər  və Naxçıvan ərazilərindən də Aşel  mədəniyyətinə 

aid tək-tək əmək alətləri aşkar olunmuşdur.  

Azərbaycan  ərazisində  Aşel  mədəniyyətinə  aid  zəngin 

maddi  mədəniyyət  nümunələri  Azıx  mağarasının  V  və  VI 

təbəqələrindən  müəyyən  olunmuşdur.  Düşərgənin  V  və  VI 

təbəqələrindən 3  mindən artıq daş  məmulatı  və 500  mindən artıq 

ovlanmış  heyvanların  sümük  məmulatı  aşkar  olunmuşdur.  Azıx 

düşərgəsinin  qədim  aşel  təbəqəsindən  aşkar  olunmuş  maddi 

mədəniyyət  qalıqlarının  zənginliyi  qədim  insanların  burada  uzun 

müddət və daimi yaşadıqlarını göstərir. 

Azıx  düşərgəsində  ən  maraqlı  və  mühüm  elmi  əhəmiyyətli 

tapıntı 1968-ci ilin iyun ayında əldə olunmuşdur. Arxeoloji qazıntı 




429 

 

işləri  zamanı  orta  Aşel  mədəniyyətinə  aid  olan  təbəqədən  əl 



çapacaqları  ilə  yanaşı,  qədim  insan  çənəsi    də  tapılmışdır. 

Tapıntıya şərti olaraq azıxantrop, yəni Azıx adamı adı verilmişdir. 

Azıx  düşərgəsində  aşkar  olunmuş  çənə  quruluşundakı 

spesifik  cəhətlərə  əsasən,  bir  tərəfdən  pitikantroplar,  xüsusilə 

mauer  adamının  çənəsinə,  digər  tərəfdən  də  bir  çox  cəhətlərinə 

görə  Fransanın  Kondel-Araqo  düşərgəsinin  aşel  təbəqələrində 

tapılmış Totavel adamına daha çox yaxındır. 

Aparılan elmi tədqiqat  zamanı  D.Hacıyev  müəyyən etmişdir 

ki,  Azıxda  aşkar  olunmuş  çənə  ölkəmizin  və  Yaxın  Şərq 

ərazisində ən qədim  insan çənəsi, 18-22 yaşlı qadına  məxsus olub 

və  bu  qadın  350-400  min  il  bundan  əvvəl  Azərbaycan  ərazisində 

yaşamışdır. 

Aparılan arxeoloji tədqiqatlar  zamanı  müəyyən olunmuşdur 

ki, ibtidai insanların Aşel dövrü həyatlarında ilk dini təsəvvürlərin 

meydana çıxması və formalaşma prosesi başlamışdır.  

Azıx düşərgəsinin  qədim  və  orta aşel  təbəqələridə aparılan 

arxeoloji  qazıntılar  zamanı  ocaq  yerlərinin  aşkar  olunması  Azıx 

sakinlərinin  Aşel  mədəniyyəti  dövründə  odla  tanış  olub,  ondan 

istifadə etmələrini göstərir. 

Azərbaycan  Respublikası  ərazisində  aparılan  arxeoloji 

tədqiqatlar  zamanı  Mustye  mədəniyyətinə  aid  Tağlar,  Azıx  (III 

təbəqə),  Daşsalahlı,  Damcılı,  Qazma,  Şuşa,  Buzeyir  və  Alar 




430 

 

mağara  düşərgələri  aşkar  olunmuşdur.  Qeyd  olunan  mustye 



düşərgələrindən zəngin arxeoloji materiallar tapılmışdır.  

  Aparılan  elmi  tədqiqatlar  göstərir  ki,  son  Aşel-Mustye  

dövrü  insanlarının  həyatında  mühüm  dəyişikliklər  baş  vermişdir. 

Məhz  bu  dövrdən  başlayaraq  qədim  insanlar  yeni  tipli  əmək 

alətləri  hazırlamağa  başlamışlar.  Artıq  əvvəlki  dövrlərdə 

hazırlanmış  alətlər  yeni  dövrün  tələbatını  ödəməmiş  və  daha 

mükəmməl  alətlər  hazırlanmağa  başlanmışdır.    Nəticədə  yeni 

arxeoloji dövr olan Mustye mədəniyyəti başlanmışdır. 

    Respublikamızın  ərazisində  Mustye  mədəniyyətinə  aid 

zəngin  arxeoloji  materiallar  Tağlar  və  Azıx  (III  təbəqə) 

düşərgələrindən  tapılmışdır.  Çoxtəbəqəli  Azıx  düşərgəsinin  III 

təbəqəsindən  Mustye  mədəniyyətinə  aid  3  mindən  artıq  daş 

məmulatı  və  300  minə  yaxın  fauna  qalıqları  (heyvan  sümükləri) 

aşkar  olunmuşdur.  Maraqlıdır  ki,  Azıx  düşərgəsinin  mustye 

dövrünə  aid  təbəqəsindən  2  ədəd  əl  çapacağı  da  tapılmlşdır.  Əl 

çapacaqları  mustye  dövrü  üçün  xarakterik  deyildir.  Ona  görə  də 

Azıxın  III  təbəqəsində  qeydə  alınmış  2  ədəd  əl  çapacağı  nadir 

tapıntılardan hesab olunur.  

      Mustye  mədəniyyətinin  ən  möhtəşəm  və  çoxtəbəqəli 

düşərgəsi  olan  Tağlar  düşərgəsində  aparılan  arxeoloji  qazıntılar 

zamanı  8  min  daş  məmulatı  və  500  mindən  çox  fauna  qalıqları  

aşkar olunmuşdur. Əgər Azıx paleolit düşərgəsində aparılan elmi 




431 

 

tədqiqat  işləri  Azərbaycan  ərazisində  ibtidai  insanların  ən  qədim 



zamanlardan 

məskulaşmasını 

göstərdisə, 

Tağlar 


mustye 

düşərgəsində  aparılan  elmi  axtarışlar  isə  ibtidai  insanların  – 

neandertal  tipli  adamların  inkişaf  edib,  müasir  insanların  ulu 

əcdadlarının  bu  ərazidə  formalaşdığını  elmi  əsaslarla  sübuta 

yetirdi.  Tağlar  mustye  düşərgəsi  daş  məmulatının  texniki  və 

tipoloji  tədqiqi  zamanı  Paleolit  dövrü  üçün  yeni  əmək  alətləri 

qeydə alınmış  və onlara  Tağlar tipli alətlər adı  verilmişdir. Tağlar 

mustye  düşərgəsi  özünün  maddi  mədəniyyət  qalıqlarına, 

stratiqrafiyasına  və  yaşayışın  uzunmüddətli  olmasına  görə 

ölkəmizin  və  Yaxın  Şərqin  arxeoloji  abidələri  içərisində  mühüm 

yer tutur. 

         Elmi 

tədqiqatlar 

zamanı 


Tağlar 

düşərgəsində 

hazırlanmış  aıətlərin  İran  və  İraqın  ərazilərində  yayılması  və  bu 

düşərgənin  əsas  mədəniyyət  düşərgəsi  olması  müəyyən  olunmuş 

və  nəticədə  yeni  bir  arxeoloji  mədəniyyət  Tağlar  mədəniyyəti 

qeydə  alınmışdır.  Tağlar  mədəniyyəti  mustye  dövründə  bütün 

Azərbaycan və Yaxın Şərq abidələri içərisində yayılmışdır. 

             Aparılan 

elmi  tədqiqatlar  zamanı  müəyyən 

olunmuşdur  ki,  uzun  müddət  davam  etmiş  Mustye  mədəniyyəti 

Azərbaycanda 40-35 min  il bundan əvvəl  üst Paleolit  mədəniyyəti 

ilə  əvəz  olunmuşdur.  Respublikamızda  üst  Paleolit  mədəniyyəti 

40-35 min il bundan əvvəl başlamış və 12 min bundan qabaq sona 



432 

 

çatmışdır.  Üst  paleolitə  keçid  qədim  insanların  həyatında    və 



ideologiyasında mühüm dəyişikliklərə səbəb olmuşdur. Bu dövrdə 

daşdan daha incə və universal əmək alətləri hazırlanmışdır.           

Üst  Paleolit  dövründə  incəsənət  xüsusilə  diqqəti  cəlb  edir. 

Matriarxat dövründə qadına sitayişlə əlaqədar rəmzi mənada çoxlu 

qadın təsvirləri və statuetkaları yaradılmışdır.         

Azərbaycan  ərazisində  üst  Paleolit  dövrünə  aid  maddi 

mədəniyyət nümunələri Tağlar paleolit düşərgəsinin II təbəqəsindən, 

Damcılı  mağarasında,    Qobustanın  “Qayaarası”  düşərgəsindən, 

Yataq  yeri,  Zar,  Masallının  Hişkərə  kəndi  ərazilərindən  və  Viləş 

çay vadisindən tapılmışdır.             

Azərbaycan  Respublikası  ərazisində  aparılan  arxeoloji 

tədqiqatlar  zamanı  Mezolit  dövrünə  aid  maddi  mədəniyyət 

nümunələri  Damcılı  mağarasında  və  Qobustandan  aşkar 

olunmuşdur. 

    Mezolit  mədəniyyətinə  aid  zəngin  maddi  mədəniyyət 

nümunələri  Qobustanda  aparılan  arxeoloji  tədqiqatlar  zamanı 

tapılmışdır. Buradan Mezolit mədəniyyətinə aid 500 mindən artıq daş 

məmulatı və 6 minə yaxın qayaüstü rəsmlər qeydə alınmışdır. 

Ən mühüm elmi tapıntılardan biri Qobustanda Mezolit dövrünə 

aid  qəbir  abidəsinin  aşkara  çıxarılmasıdır.  Burada  11  insan  skeleti 

tapılmışdır.    Qobustanın  “Firuz”  düşərgəsindən  açılmış  son  Mezolit 

dövrü qəbrindəki  insanların kəllə sümüklərinin antropoloji quruluşu, 




433 

 

onların  elmi  tədqiqi  zamanı  müəyyən  olunmuşdur  ki,  onlar  müasir 



azərbaycanlıların  ulu  babalarıdır.  Məhz  bu  insanlar  Qobustanın 

maddi  mədəniyyət  abidələrini  yaratmış  və  burada  uzun  müddət 

məskunlaşmışlar. 

Azərbaycanda  aparılan  arxeoloji  tədqiqatlar  nəticəsində 

müəyyən  olunmuşdur  ki,  respublikamızın  ərazisində  Mezolitdən 

sonra  9-7-ci  minilliklər  arasında  Neolit  mədəniyyəti  mövcud 

olmuşdur.  Bu  dövrdən  başlayaraq  yığıcılıq  və  ovçuluqdan  əkinçilik 

və  maldarlığa keçid başlanır,  ilk dəfə olaraq  gil qablar  hazırlanmağa 

başlanır. Bu dövr tarixə “Neolit inqilabı” kimi daxil olmuşdur. 

Arxeoloji  tədqiqatlar  zamanı  Damcılı  mağarasının  daş 

məmulatı  arasında  Neolit  mədəniyyətinə  aid  əmək  alətləri  müəyyən 

olunmuşdur.  Ona  görə  də  Azərbaycan  ərazisində  Neolit 

mədəniyyətinin 

xarakterik 

xüsusiyyətlərini 

əsasən 


Damcılı 

mağarasının  və  Qobustanın  daş  məmulatı  materialları  əsasında 

öyrənmək  olur.  Bu  düşərgələrdən  əlavə  Neolit  mədəniyyətinin 

izlərinə  Naxçıvanın  Kültəpə,  Fizulinin  Qaraköpəktəpə,  Kültəpə, 

Şomutəpə,  Töyrətəpə  və  başqa  yaşayış  düşərgələrinin  maddi 

mədəniyyət nümunələri arasında rast gəlmək olur.  

Elmi  tədqiqatlar  zamanı  müəyyən  olunmuşdur  ki,  Neolit 

dövründə yaşayan sakinlər ilk dəfə olaraq oturaq həyata keçmiş, yeni 

iqtisadi  tələblərlə  yanaşı,  torpaq  təsərrüfatına  bağlılıq  prosesi 

başlanmışdır. 




434 

 

Respublikamızda Neolit dövrünə aid  zəngin  maddi  mədəniyyət 



nümunələri  Qobustan  ərazisindən  də  tapılmışdır.  Qobustanda 

tapılmış  əmək  alətlərinin  zənginliyi  Neolit  mədəniyyəti  dövründə 

sakinlərin  əkinçilik,  balıqçılıq,  heyvandarlıq  və  s.  ilə  məşğul 

olduqlarını söyləməyə imkan vermişdir. 

Beləliklə,  1953-cü  ildən  başlayaraq  Azərbaycan  Respublikası 

ərazisində  Daş  dövrü  üzrə  aparılan  elmi  tədqiqatlar  zamanı  Qazax, 

Tovuz,  Füzuli,  Şuşa,  Lerik,  Masallı,  Şərur,  Kəlbəcər  və  Yardımlı 

rayonlarında  maddi  mədəniyyət  nümunələri  aşkar  olunmuşdur. 

Həmin  maddi  mədəniyyət  nümunələri  əsasında  Azərbaycanın qədim 

sivilizasiya  mərkəzlərindən  biri  olması,  ibtidai  insanların  burada  2-

2,5 milyon il bundan əvvəllərdən başlayaraq məskunlaşması və bütün 

inkişaf mərhələlərindən keçdiyi elmi əsaslarla sübuta yetirilmişdir. 

Azərbaycan  Respublikası  ərazisində  qeydə  alınmış  Q uruçay, 

Aşel,  Mustye,  üst  Paleolit,  Mezolit  və  Neolit  arxeoloji 

mədədniyyətləri  xalqımızın  etnogenez  problemini  yeni  baxımdan 

müasir  biliklər  əsasında  tədqiq  etməyə  şərait  yaratmışdır.  Tapılmış 

arxeoloji  materiallar  xalqımızın  tarixən bu ərazidə  yaşayan qəbilə  və 

tayfaların  inkişafı  nəticəsində  formalaşdığını  göstərir.  Çünki,  bütün 

arxeoloji 

mədəniyyətlərdə 

varislik, 

qohumluq 

və 

oxşarlıq 



xüsusiyyətləri müəyyən edilmişdir. 

Son 


illərdə 

Azərbaycan 

ərazisində 

olan 


paleolit 

düşərgələrindən  tapılmış  maddi  mədəniyyət qalıqlarının elmi tədqiqi 




435 

 

beynəlxalq  xarakter  almışdır.  Çünki  paleolit  düşərgələrindən  əldə 



olunmuş  arxeoloji,  paleontoloji  və  paleoantropoloji  tapıntılar  bəşər 

sivilizasiyasının  tarixi  inkişafını  öyrənmək  üçün  mühüm  elmi 

əhəmiyyətə  malikdir. Ona  görə də 2001-2005-ci  illərdə Azərbaycan, 

Fransa,  İtaliya,  İspaniya,  Hollandiya,  Rusiya  və  Gürcüstan  alimləri 

beynəlxalq  İNTAS-2000  adlı  proqram  hazırlamış  və  onun  elmi 

tədqiqini başa çatdırmışdır. Ə.Q.Cəfərovun  Avropa alimləri  ilə birgə 

apardığı  kompleks  elmi  tədqiqatlar  nəticəsində  Azıx  düşərgəsində 

qeydə  alınmış  Quruçay  arxeoloji  mədəniyyətinin  2-2,5  milyon  il 

bundan əvvəl başlaması arxeoloji  faktlarla sübuta  yetirilmişdir.  Eyni 

zamanda  Azıx  mağarasının  III  təbəqəsindən  müəyyən  edilmiş 

Mustye  mədəniyyətinin  Yaxın  Şərq  və  Qafqazda  12  min  il  bundan 

əvvəl      başlanması  və  digər  Mustye  düşərgələrindən  qədim  olması 

məlum olmuşdur. 

Hazırda  Azərbaycanın  Daş dövrü düşərgələrində aparılan elmi 

tədqiqatlar nəticəsində 10-dan artıq mağara düşərgələri və 20 yerüstü 

abidələr  qeydə  alınıb  tədqiq  olunmuşdur.  Lakin  bu  gün  də  davam 

edən arxeoloji tədqiqat işləri yeni- yeni düşərgələrin aşkar olunmasına 

səbəb olur  və Daş dövrü  insanlarının  yayılma ərazilərinin daha geniş 

olduğunu göstərir. 

 

 



 


436 

 

 



MÜNDƏRĠCAT 

 

Ön söz (M.N.Rəhimova)..........................................................5 

GiriĢ (Ə.Q.Cəfərov)................................................................11 

I fəsil. Azərbaycanda daş dövrünün öyrənilmə tarixi 

(Ə.Q.Cəfərov).....................................................................

.....15 

II fəsil. Antropogendə Azərbaycanın təbii coğrafi şəraiti 

(M.M.Hüseynov, Ə.Q.Cəfərov)..............................................27 



III fəsil. Daş dövrü düşərgələrinin stratiqrafiyası  

(Ə.Q.Cəfərov)..........................................................................38 



IV fəsil. Daş dövrünün heyvanat aləmi və ovçuluq təsərrüfatı 

(Ə.Q.Cəfərov).........................................................................46 



V fəsil. Quruçay mədəniyyəti və onun texniki-tipoloji 

xüsusiyyətləri (M.M.Hüseynov, Ə.Q.Cəfərov)......................55 



VI fəsil. Azərbaycanın aşel mədəniyyəti (Ə.Q.Cəfərov).......66 

VII fəsil. Azıxantrop. Paleolit düşərgələrindən tapılmış qədim 

insan qalıqları (Ə.Q.Cəfərov)..................................................85 



VIII fəsil. Azərbaycanın orta paleolit düşərgələri –  

Mustye mədəniyyəti (Ə.Q.Cəfərov)........................................90 



IX fəsil. Azərbaycanda üst paleolit mədəniyyəti  

(Ə.Q.Cəfərov)........................................................................101  




437 

 

X fəsil. Ibtidai insanların mənəvi aləmi (Ə.Q.Cəfərov).......110 



XI fəsil. Azərbaycanın yerüstü (açıq) daş dövrü abidələri 

(M.M.Mənsurov)...................................................................120  



XII fəsil. Azərbaycanın mezolit düşərgələri 

(C.N.Rüstəmov, F.M.Muradova)...........................................143  



XIII fəsil. Azərbaycanın neolit düşərgələri 

(C.N.Rüstəmov, F.M.Muradova)...........................................149  



XIV fəsil. Qobustanın qayaüstü təsvirləri və  

mənəvi mədəniyyəti (C.N.Rüstəmov, F.M.Muradova)........173 

 

    Nəticə (Ə.Q.Cəfərov)....................................................186 



     Резюме .................................................................................192 

     

Summary .............................................................................203  

Ġstifadə olunmuĢ ədəbiyyat ......................................213 

ġəkillərin siyahısı ................................................................225 

  ġəkillər .................................................................................243  

 

 



                

 

 



 

 



438 

 

 



AZƏRBAYCAN ARXEOLOGĠYASI 

 

DAġ DÖVRÜ 

 

ALTI CİLDDƏ 

 

I CİLD 


 

“ŞƏRQ-QƏRB” 



BAKI 

2008 

Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə