Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə11/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   7   8   9   10   11   12   13   14   ...   106

43 

 

1985-ci  ildə  Ə.Q.Cəfərovun  rəhbərliyi  altında  Paleolit 



arxeoloji  ekspedisiyası  Lənkəran,  Lerik  və  Masallı  rayonları 

ərazisində  arxeoloji  kəşfiyyat  işləri  aparmışdır  (Cəfərov,  1987). 

Arxeoloji  kəşfiyyat  işləri  zamanı  Lerik  rayonu  ərazisində  Daş 

dövrünə  aid  mağara  düşərgəsi  qeydə  alınmışdır.  Lerik  rayonu 

ərazisinin  İranla  sərhəd  boyunca  Talış  silsiləsi,  bundan  şimalda 

Peştəsər  silsiləsi,  daha  sonra  isə  silsilələr  arasında    Zuvand 

çökəkliyi  yerləşir. Ən  yüksək  zirvələri Çömürgöy  və Qızyurdudur 

(2433 m) (Antonov, 1973). 

Əsasən  üçüncü  geoloji  dövrdə  formalaşmış  Talış  dağları 

bir  növ  Kiçik  Qafqaz  dağlarının  davamıdır.  Lakin  Kiçik  Qafqaz 

dağlarından fərqli olaraq, Talış dağlarında vulkanik proseslər daha 

kəskin  olmuş  və  bu  ərazidəki  mağaralar  məhz  vulkanik  yolla 

əmələ gəlmişlər (Əyyubov, 1972). 

Arxeoloji kəşfiyyat  işləri  zamanı  Lerik rayonunun Buzeyir 

kəndi  yaxınlığında  mağara  düşərgəsi  qeydə  alınmışdır.  Yeni 

qeydə 


alınmış 

mağara 


Lerik-Buzeyir 

yolunun 


10-cu 

kilometrliyində  olub,  Zuvandçayının  sol  sahilində  olan  Dəlikli-

Daş  zirvəsində,   Buzeyir kəndindən 3 km şərqdə yerləşir.  Mağara 

düşərgəsi Buzeyir kəndinin yaxınlığında olduğu üçün ona Buzeyir 

adı  verilmişdir.  Buzeyir  kəndi  dağın  döşündə,  mağara  isə  Talış 

dağlarının  ən  yüksək  zirvəsində,  dəniz  səviyyəsindən  1640  

yüksəklikdə yerləşir. 



44 

 

1985-ci  ildə  Buzeyir  mağara  düşərgəsində  aparılan 



kəşfiyyat  qazıntısı  zamanı  düşərgənin  çöküntülərindən  Paleolit 

dövrünə  aid  daş  məmulatı  və  ovlanmış  heyvan  sümükləri  

tapılmışdır (Cəfərov, 1990). 

1990-cı  ilin  iyun- iyul  aylarında  Ə.Q.Cəfərovun  rəhbərliyi 

altında  Paleolit  arxeoloji  ekspedisiyası  Buzeyir  mağara 

düşərgəsində arxeoloji qazıntı  işləri aparmışdır.  Əgər 1985-ci  ilin 

kəşfiyyat  qazıntısı  zamanı  Buzeyir  mağarasının  çöküntülərində  5 

təbəqə  qeydə  alınmışdısa,  1990-cı  ildə  aparılan  arxeoloji 

tədqiqatlar  zamanı  isə  6  mədəni  təbəqə  qeydə  alınıb  tədqiq 

olunmuşdur.  Buzeyir  mağara  düşərgəsinin  I  və  II  təbəqələrində 

aparılan  arxeoloji  qazıntılar  zamanı  Orta  əsrlər,  Tunc  və  Eneolit 

dövrlərinə  aid  gil  qab  qırıqları  qeydə  alınmışdır.  III  təbəqədə 

aparılan tədqiqatlar  zamanı ovlanmış  heyvan sümükləri  və 4 ədəd 

daş  məmulatı  tapılmışdır  (Cəfərov,  1999).  Düşərgənin  IV-VI 

təbəqələrində  aparılan  arxeoloji  qazıntılar  zamanı  isə  çoxlu 

ovlanmış  heyvan  sümükləri  və  50-yə  yaxın  daş  məmulatı  aşkar 

edilmişdir  (Cəfərov, 2004). 

Buzeyir  düşərgəsindən  tapılmış  daş  məmulatı  içərisindən 

itiuclular, qaşov tipli alətlər və bıçaqlar qeydə alınmışdır. 

Buzeyir mağara düşərgəsində aparılan arxeoloji tədqiqatlar 

zamanı  tapılmış  daş  məmulatının  texniki  və  tipoloji 



45 

 

xüsusiyyətlərinə  əsasən  onların  Mustye  mədəniyyəti  dövründə 



hazırlanmasını söyləmək olar (Cəfərov, 1999, 2004). 

Buzeyir  mağara  düşərgəsi  Azərbaycanın  cənub  zonasında 

Paleolit  dövrünə  aid  tapılmış  ilk  qədim  insan  düşərgəsidir.  Əgər 

indiyə  qədər  bu  ərazidə  qədim  insanalrın  məskunlaşma  tarixi  10-

15  min  il  bundan  əvvələ  aid  edilirdisə,  yeni  tapıntı  isə  bizə  elmi 

əsas verir ki, Paleolit dövrü adamlarının  hələ Azərbaycanın cənub 

bölgəsində 120 min il bundan əvvəl yaşamasını söyləyək. 

1986-1990-cı  illərdə  M.M.Mənsurovun  rəhbərlik  etdiyi 

paleolit  dəstəsi  Ceyrançöl  ərazisində  apardığı  arxeoloji  kəşfiyyat 

işləri  zamanı  orta  Paleolit  dövrünə  aid  Qaragöz,  Qarabığ  və 

Sarıburun abidələrini qeydə almışdır (Mənsurov, 2003). 

1993-cü  ilin  iyulunda  Azərbaycan  Respublikası  Elmlər 

Akademiyası  Arxeologiya  İnstitutunun  Paleolit  arxeoloji 

ekspedisiyası  Ə.Q.Cəfərovun  rəhbərliyi  altında  Yardımlı  rayonu 

ərazisində apardığı kəşfiyyat  işləri  zamanı  Alar  mağarasını qeydə 

almışdır.  Alar  mağarası  Yardımlı  rayonu  ərazisində  olub,  Viləş 

çayının  sol  sahilində,  dəniz  səviyyəsindən  1500  m  yüksəklikdə 

yerləşir.  Mağarada  aparılan  ilkin  kəşfiyyat  işləri  zamanı  9  ədəd 

daş  məmulatı  tapılmışdır.  Alar  mağarasından  tapılmış  daş 

məmulatının  texniki  və  tipoloji  xüsusiyyətlərinə  görə onların orta 

Paleolit dövründə hazırlanmasını söyləmək olur (Cəfərov, 2004). 



46 

 

2001-ci  ilin  yay  mövsümündə    M.M.Mənsurov  və 



İ.Əliyevin Abşeron  yarımadasının Suraxanı ərazisində apardıqları 

arxeoloji  kəşfiyyat  işləri  zamanı  Suraxanı  qəsəbəsinin  cənub 

hissəsindən 20 ədəd daş  məmulatı aşkar edilmişdir. Daş  məmulatı 

çaxmaq  və  dəvəgözü  daşlarından  hazırlanmışdır.  Daş  məmulatı 

içərisində  nüvə,  itiuclu,  qaşovcuq,  ucluq  və  digər  alətlər  qeydə 

alınmışdır.  Yeni  Suraxanı  ərazisindən  tapılmış  daş  məmulatının 

texniki  və  tipoloji  xüsusiyyətlərinə  əsasən  onların  üst  Paleolit 

dövründə 

hazırlanmasını 

söyləmək 

mümkün 

olmuşdur 



(Mənsurov, Əliyev, 2003). 

2001-ci  ildən  başlayaraq  Azərbaycan  və  Avropanın 

paleolit  düşərgələrindən  tapılmış  maddi  mədəniyyət  qalıqlarının 

tədqiq olunması beynəlxalq  xarakter almışdır. Çünki bu ölkələrin 

ərazisində  olan  paleolit  abidələrinin  çöküntülərində  təbəqələr 

tarixi  ardıcıllıqla  əmələ  gəlmiş  və  arxeoloji  tapıntıların  biri 

digərini  əvəz  etmişdir.  Bu  da  ibtidai  insanların  həyat  tərzini, 

onların  inkişaf  xüsusiyyətlərini  və  Daş  dövrünün  təbii  coğrafi 

şəraitini,  heyvanat  aləmini  və  həmçinin  ovçuluq  təsərrüfatını 

tədqiq 


etmək 

üçün  zəngin  arxeoloji,  paleontoloji  və 

paleoantropoloji materiallara malikdirlər. 

2001-ci  il  iyulun  3-4-də  Fransanın  Totavel  şəhərində 

keçirilən  beynəlxalq  elmi  konfransda  Fransa,  İtaliya,  İspaniya, 

Azərbaycan,  Rusiya,  Gürcüstan  və  Hollandiya  alimlərinin 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə