Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə19/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   15   16   17   18   19   20   21   22   ...   106

76 

 

göstərir ki,  ibtidai  insanların  yaşaması  üçün  əlverişli təbii coğrafi 



şərait  hansı  ərazidə  olmuşdursa,  məhz  həmin  ərazilərdə  ibtidai 

insanlar  əmək  fəaliyyətinə  başlamış,  oralarda  məskunlaşaraq 

bütün inkişaf və formalaşma mərhələlərini keçmişlər. 

Planetimizin  ilk  ibtidai sakinləri  yaşayış  üçün əlverişli olan 

yerlərdə  -  təbii  mağaralarda,  qaya  sığınacaqlarında,  yerüstü 

yaşayış  düşərgələrində  və  dərələrdə  olan  çay  kənarlarında 

məskunlaşmışlar.  İlk  vaxtlar  ibtidai  insanlara  təbiətdə  baş  verən 

hər  hansı  hadisə  -  göyün  guruldaması,  ildırım  çaxması,  şiddətli 

küləklərin  əsməsi,  zəlzələlərin  baş  verməsi  və  s.  tamamilə 

qaranlıq  və  möcüzəli  görünürdü.    İbtidai  insanlar  təbiət 

hadisələrinə  qeyri-adi  baxır  və  bunların  baş  vermə  səbəblərini 

dərk  edə  bilmir  və  bu  hadisələr  barədə  düşünməyə  məcbur 

olurdular. 

Qədim  paleolitin  əvvəllərində  coğrafi  şərait  olduqca  təmiz, 

mənzərəli  və  rəngarəng  idi.  Sanki  təbiət  cənnət  guşəsini 

xatırladırdı.  Hər  tərəf  yamyaşıl  idi,  dağların  ətəklərində  ceyran, 

cüyür, dağ keçisi, ibtidai öküz, maral və digər heyvanlar yaşayırdı. 

Meşələrdə isə quşların səsi ibtidai sakinləri valeh edirdi. 

Dərələrdən  axan  çayların  səsi,  bulaqların  şırıltısı  ətrafa 

yayılırdı. Qədim  Daş dövrünün  əvvəllərindən etibarən  su  insanlar 

üçün  həyat  mənbəyi  olmuşdu.  Buna  görə  də  ulu  sakinlər  əsasən, 



77 

 

çay  kənarlarında  olan  mağaralarda  məskən  salır,  əmək  alətləri 



hazırlamaq üçün çaydaşılarından istifadə etməyə başlamışlar. 

Qədim  daş  dövrü  sakinləri  iqtisadi  tələbatlarını  ödəmək, 

vəhşi  heyvanlardan  qorunmaq  və  özlərinin  təhlükəsiz  yaşamasını 

təmin  etmək  üçün  çıxış  yolları  axtarmaq  məcburiyyətində 

qalmışlar. Minilliklər ötür, planetimizin qədim sakinləri isə axtarış 

yollarında addımlayırdılar.  Uzun  zamanlar ərzindəki axtarışlardan 

sonra  qədim  Daş  dövrü  sakinləri  təbii  mağaralar  tapır  və  burada 

məskunlaşmağa başlayırlar. Müəyyən vaxt keçdikdən sonra ibtidai 

insanlar yenidən çay kənarlarına qayıdır, orada çaydaşılarını seçib, 

ondan  necə  istifadə etməyi düşünürdülər.  Təbiətdə  ilk dəfə olaraq 

çaydaşılarından əmək alətləri hazırlayıb, ondan öz tələbatları üçün 

istifadə  etməyə  çalışan  insanlar    çaydaşılarının  sirlərini  öyrənmiş 

və  uzun  zaman  ərzində  çaydaşılarından  əmək  alətləri  hazırlayıb 

istifadə  etmişlər.  Dünya  arxeoloqlarının  son  illərdə  apardıqları 

kompleks  elmi  tədqiqatlar  zamanı  məlum  olmuşdur  ki,  bu  tarixi 

hadisə  6  milyon  il  bundan  əvvəl  baş  vermişdir.  Məhz  bu  tarixi 

vaxtdan  başlayaraq  qədim  Daş  dövrü  insanları  əmək  fəaliyyətinə 

başlamış  və  tələbatlarını  ödəmək  üçün  ovçuluğa  başlamaq 

məqsədilə  təbii  çaydaşılarını  seçir,  əllərində  yaxşı  tutub  istifadə 

etmək, yararlı formaya salmaq üçün onu qəlpələməyə başlamışlar. 

Bu  dövrdən  başlayaraq  ibtidai  insanlar  ictimai  əməyin  təsiri 

altında  inkişaf  edir  və  formalaşır.  İbtidai  insanların  əmək 




78 

 

fəaliyyətinin  başlamasından  etibarən  insanlığın  tarixi,  artıq  təbiət 



tarixi  ilə deyil,  ilk dəfə olaraq  şüurlu surətdə  hazırlanmış çaydaşı 

alətlərinin 

inkişaf  tarixi  ilə  başlanmışdır  (Lümley,1998; 

Boriskovski, 1979; Cəfərov, 2004). 

1994-2006-cı illərdə Şərqi Afrikanın Keniya ərazisində olan 

Türkanə  gölü  ətrafında  aparılan  arxeoloji  qazıntılar  zamanı 

tapılmış arxeoloji və paleoantropoloji tapıntıların yaşının 6 milyon 

ilə  bərabər  olması  müəyyən  edilmişdir.  İbtidai  insanların 

çaydaşılarından  ilk  əmək  alətləri  hazırlaması    və  onların 

təkmilləşib  yeni- yeni alətlərin  meydana  gəlməsi  üçün  milyon  illər 

lazım olmuşdur (Boriskovski, 1979; Lümley, 1998; Cəfərov, 2004, 

2006). 


Qədim  Paleolit  dövrü  insanlarının  çaydaşılarından  əmək 

alətləri  hazırlamağa  başlamaları  onların  dünyagörüşünə  də 

mühüm  təsir  etmişdir.  Məhz  bu  vaxtdan  etibarən  ibtidai  insanlar 

təbiətdə  baş  verən  hadisələrin  sirlərini  öyrənməyə,  bu  sahədə 

təcrübə  toplamağa  başlamışlar.  İlk  zamanlar,  xüsusilə  qədim 

Paleolit  dövrünün  ilkin  inkişaf  mərhələlərində  təbiətin  hazır 

məhsulları  ibtidai  insanların  tələbatını  ödəyirdi.  Lakin,  müəyyən 

vaxt keçdikdən sonra,  ibtidai  insanların sayı artır  və bu da onların 

iqtisadi  tələbatlarını  ödəməyi  çətinləşdirirdi  Çünki  təbiətin  hazır 

məhsulları  onların  yeməyə  olan  ehtiyaclarını  ödəyə  bilmirdi.  Bu 

vəziyyətdən  çıxış  yolunu  ibtidai  insanlar  çaydaşılarından 



79 

 

hazırlanmış  əmək  alətlərini  təkmilləşdirməkdə  görürlər.  Bunun 



üçün  qədim  Aşel  mədəniyyəti  dövründə  ilk  dəfə  olaraq  kobud 

çapacaq  hazırlanmağa  başlanır.  Kobud  çapacaq  hazırlamaqla 

ibtidai  insanlar  özlərinin  həyat  fəaliyyətlərini  yaxşılaşdırmağa, 

iqtisadi  tələbatlarını  ödəmək  məqsədilə  intensiv  olaraq  ovçuluğa 

başlayırlar.  Bu  dövrdə  təbii  coğrafi  şərait  də  olduqca  sərt  idi. 

Ovçuluğun  meydana çıxması  ibtidai  insanların ayrı-ayrı qruplarda 

yaşamasına  səbəb  olur  və  bu  qrupları  bir-birinə  yaxınlaşdırır. 

Bundan başqa qida əldə  etmək,  vəhşi  heyvanların  hücumlarından 

qorunmaq,  təbiətdə  baş  verən  hadisələrin  sirlərini  öyrənmək 

məcburiyyəti  də  ibtidai  insanların  qrup  halında  yaşamasını  zəruri 

edir.  Qədim  Daş  dövründə  məskunlaşmış  ibtidai  insanların  

iqtisadi  tələbatı  həmişə  təbiətin  dərk  edilməsini  sürətləndirən 

başlıca  amil  olmuşdur  və  minilliklər  keçdikcə  bu  amilin 

əhəmiyyəti  daha  da  artmışdır.  Qədim  Paleolit  dövründən 

başlayaraq,  insanlar  təbiəti  onun  qeyri-adi  görünən  möcüzəli 

sirlərini    məhz  həyat  fəaliyyəti  nəticəsində  dərk  etməyə  və 

anlamağa başlamışlar. 

Coğrafi  aləmdə  baş  verən  hadisələrin  sirlərini  öyrənmək, 

onlardan  öz  mənafeləri  üçün  istifadə  etməkdən  ötrü  çəkilən  əzab 

və əziyyətlər  nə qədər ağır olsa da, bu  yolda atılan  hər bir addım 

ibtidai  insanların  məşğuliyyətində  əsas  rol  oynamış    və  onların 

təbiətə  qarşı  mübarizəsində  mühüm  vasitə  olmuşdur.  Zaman 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə